488
Subscribers
-124 hours
-37 days
-730 days
Posts Archive
Allaha sonsuz həmd və şükürlər olsun ki, Mövlamız İmam Zamanın (ə.f) lütf, inayət və nəzəri ilə bu il də bir neçə məkanda ardıcıl iki gün ehsan süfrələri açmaq nəsibimiz oldu. Həqiqətdə, bu xidmətlərdə bizim heç bir güc və qüdrətimiz yoxdur; bizləri Öz övliyalarının xidmətində kiçik bir vəsilə qərar verən Uca Allaha həmd olsun.
Nə xoş o kəslərin halına ki, Allah onları Öz dininə, Əhli-beytə (ə) xidmətə və möminlərin qəlbinə sevinc bəxş etməyə müvəffəq edir. Ümid edirik ki, bu süfrələr Mövlamız Sahibəz-Zamanın (ə.f) razılığına səbəb olmuş olsun və qəbul dərgahına yüksəlsin.
Bu xeyir işində zəhməti, əməyi, maddi və mənəvi dəstəyi olan hər bir bacı və qardaşdan Allah-taala ən ali dərəcədə qəbul etsin, onların dünya və axirət hacətlərini rəva etsin və hamımızı İmam Zamanın (ə.f) həqiqi xidmətçilərindən qərar versin. Amin, ya Rəbbəl-aləmin.
Xudavəndi Kərimə sonsuz təşəkkürümüzü bildiririk ki, şuarını diri saxlamaqda vəsilə olaraq bizləri qərar verib. Bu ehsanda zərrə qədər zəhməti olan hər kəsdən Allah ən ali dərəcədə qəbul etsin inşəallah. Əl-əcəl ya Sahibəz-Zaman ❤️
