en
Feedback
HAARPlatform

HAARPlatform

Open in Telegram

Hərbi Analiz və Analitik Rəy Platforması

Show more
212
Subscribers
No data24 hours
-47 days
-930 days
Posts Archive
ВЧГ-ОГПУ xəbər saytının yaydığı qeyri-rəsmi radio mübadilə transkriptinə əsasən təyyarə 8:25-də radardan itir və 9:16-da (Güman ki, Pantsir) zərbəsinə tuş gəlir. Bundan 15 dəqiqə sonra da Qroznıya olan dron hücumunun dəf edildiyi məlumatı verilir ruslar tərəfindən. Təyyarədən növbəti dəfə 10:08-də siqnal alınır. (Mark Krutov)

Trumpın başı xarab olub, deyəsən. Kanada, Meksika, Panama, Qrenlandiya. Hamısına "bizim olmalısız" deyir.

New Jerseydə görülən həmin o qəribə "dronlar"
New Jerseydə görülən həmin o qəribə "dronlar"

"Suriyada bütün silahlı qurumlar silahı yerə qoymalıdır" iddiası ilə bağlı bir mənbə görməmişəm.

Rusiyanın Xmeymim aviabazasından tam çıxmağa hazırlaşdığı deyilir. Hətta Suriyadakı bütün qüvvələrin (YPG ərazisində olanlar da daxil) sahil bölgələrə (Xmeymimə) doğru hərəkət etdiyi, burdan da Suriyanı tərk edəcəkləri deyilir.

Hazırda ABŞ dövlət katibi Blinken, Ərdoğan və Hakan Fidan görüş keçirdir. Səhəri gözləmədən gecə-gecə görüş başlayıb. YPG-nin taleyi həll olunur

Ayn Al Arabla həmsərhəd Şanlıurfada 1 həftəlik xeyli qadağa elan olunub. Əməliyyatın xəbərçisi ola bilər

Bir az gec gəldi, amma Deyr-əz-Zor gəldi

Gəmilər Tartusdan 8-10 km aralıda, su üzərindədir. Limanda açıq hədəf olmamaq üçün suya açılıblar. (Capt Navy)

Tartusu bütün gəmilər tərk edib. (MT_Anderson) P. S. O demək deyil ki, dəqiq evakuasiya olunublar. Sadəcə, bugünki peyk şəkillərində liman boşdu

SMO rəhbərliyindən Əbu Şam Bir neçə saat içərisində Raqqa və Deyr-əz-Zora daxil olmağa başlayacaqlarını bildirib.

ABŞ bütün kanallarla Türkiyəni əməliyyatdan çəkindirməyə çalışır.

Rus donanması üzrə araşdırmaçı Frederik Van Lokorenə görə Tartusu tərk edəcəyi təqdirdə rus gəmilərinin yeni dayanacağı Tobruk limanı ola bilər.

🤔

Bu arada Əsədi daşıdığı və qəza etdiyi düşünülən təyyarə qəza etməmiş, İrana qayıtmış ola bilər. Təyyarə köhnə olduğundan siqnal itməsi və s. mümkündür

Mənbiçə artıq bir müddətdir daxil olunub. Lakin Xmeymimdən rusların evakuasiyaya başlaması barədə bir sübut yoxdur hələlik.

YPG-nin ana bölgələrindən Mənbiç axşama qədər alınacaq kimi görünür. Daha tez də ola bilər

Nəhayət gözlədiyimiz gün gəlib çatdı. Hansı mövqeyə tərəf olmanızdan asılı olmayaraq bir fakt qəbul olunmalıdır-Müxaliflər tarixin ən yaxşı blitzkriqlərindən birini həyata keçirdi. Bu mükəmməl taktikanı eyni mükəmməllikdə icra edib bizə canlı-canlı göstərdiyi üçün HTŞ-yə təşəkkür etmək gərəklidir.

Keçən il 7 Oktyabr Yəhya Sinvar tarixi qumar oynadı. Böyük bir savaş başladacağını bilirdi. Başladacağı savaşda İranın onu tək qoymayacağını düşündü. Həm İran, həm Livan onu tək qoydu. Uduzdu. Nəsrallah öldükdən sonra Hizbullah uduzan ələ qoşulmaq istəməsə də, qoşulmağa məcbur qaldı. İran yenə heç nə etmədi. Hizbullah uduzdu. Heç üstündən 1 gün keçmədi ki, sıradakı qala-Suriya mövcudluq təhlükəsi altına düşdü. Bu gün Homsun ələ keçirilməsi ilə İranın onilliklərdir qurduğu "Müqavimət Cəbhəsi" de-fakto məğlub oldu, tamamilə, həm də düşmənlərinə demək olar heç bir zərər vura bilmədən. İran niyə ən başdan bu masada oturub oynamadı, kim bilir, bəlkə də, heç vaxt bilməyəcəyik, amma İranın imperial xülyaları uzun müddətlik məhv oldu. Həm də 1 ildən sadəcə bir qədər uzun müddətə.

Müraciət olmadı