cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

İnşaatçı, memar, mühəndis işləri

İnşaat və istehsalat sektorunda vakansiyalar

Show more
Advertising posts
1 044
Subscribers
+424 hours
+607 days
+18630 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Elektrikli Velosiped Ustası tələb olunur İşəgötürən: Apar (Bike-Sharing Startup) İş barədə məlumat: Elektrikli velosipedlərin baxımı və təmiri sahəsində təcrübəli və peşəkar Elektrikli Velosiped Ustasını komandamıza qatmaq istəyirik. Bu vəzifə, müştərilərimizə təqdim etdiyimiz elektrikli velosipedlərin mükəmməl işlək vəziyyətdə olmasını təmin etməyi əhatə edir. Müvəffəqiyyətli namizəd, elektrikli velosipedlərin elektrik sistemlərinin baxımı, təmiri və yüksək səviyyəli texniki dəstəyi göstərməklə məşğul olacaq. Elektrikli velosipedlərin baxım və təmir işlərinin həyata keçirilməsi. Elektrikli velosipedlərin batareyaları və digər elektrik komponentlərinin yoxlanılması və təmiri. Nasazlıqların diaqnostikası və effektiv həll yollarının tətbiqi. Müştərilərə elektrikli velosipedlərin düzgün istifadəsi və saxlanılması ilə bağlı məsləhətlərin verilməsi. Yeni gələn elektrikli velosiped modelləri ilə işləmək üçün lazımi təlim və biliklərin əldə edilməsi. Tələblər: Elektrikli velosipedlərin baxımı və təmiri sahəsində ən azı 2 il iş təcrübəsi. Elektrik sistemləri, batareyalar və elektrik motorları haqqında dərin biliklər. Müştəri məmnuniyyətini əsas götürən iş prinsipi. Məsuliyyətli, dəqiq və sistemli iş yanaşması. Komanda ilə sıx işləmək bacarığı Əgər bilik və bacarıqlarınıza güvənir və həmçinin innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi [email protected] mail-in mövzu hissəsinə “Elektrikli Velosiped Ustası” yazaraq e-mail ünvanına göndərmənizi xahiş edirik.
Show all...
👍 1
Tikinti üzrə iş icraçısı tələb olunur İşəgötürən: Azconstruction QSC Vəzifə öhdəlikləri: Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin etmək İşlərin layihəyə uyğun yerinə yetirilməsini təmin etmək İşlərin icrası üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlamaq Smeta sənədlərini hazırlanması üçün ümumi tikinti işlərinin həcmini təhlil etmək və və hesablamaq Təyin edilmiş obyektdə (ərazidə) tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək Namizədə tələblər: Ali təhsil (inşaat mühəndisi) Tikinti materiallarının növləri və xüsusiyyətlərini bilməli Tikinti texnologiyasını, tikinti norma və qaydalarını, material sərfi normalarını bilməli Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri bilməli Layihələri oxumağı və təhlil etməyi bilməli Bu sahə üzrə ən azı 5 il iş təcrübəsi olmalı Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı Ezamiyyə imkanları Əmək haqqı namizədlərin bilik və bacarıqlarına, peşəkarlıq səviyyəsinə uyğun olaraq, qarşılıqlı razılıq əsasında təyin olunacaqdır. İş qrafiki – altıgünlükdür. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə "Tikinti üzrə iş icraçısı" yazaraq [email protected] e-mail ünvanına göndərilməsi xahiş olunur. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.
Show all...
1
Sağlamlıq, Əməyin təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə Menecer tələb olunur İşəgötürən: PASHA Technology Əsas öhdəliklər: Yerli və beynəlxalq qayda və qanunlara uyğunluğu təmin etmək məqsədilə müvafiq siyasətin və prosedurların/qaydaların işlənib hazırlanması, tətbiqi və aktual saxlanılması. SƏTƏMM və fiziki təhlükəsizlik vasitələri üzrə daxili auditin keçirilməsi, təkmilləşmə tələb edən sahələrin aşkarlanması və operativ şəkildə islah tədbirlərinin görülməsinin təmin edilməsi. Şirkət daxilində fiziki təhlükəsizlik, sağlamlığın qorunması və ətraf mühitin mühafizəsi ilə bağlı bütün tələblərə riayət olunması üzərində nəzarətin həyata keçirilməsi. SƏTƏMM ilə bağlı iş yükünün idarə edilməsi və prioritetləşdirilməsi ilə insidentlərə effektiv və operativ reaksiyanın təmin edilməsi. SƏTƏMM büdcəsinin idarə olunması. Fikziki təhlükəsizliklə bağlı müvafiq strategiyanın və qaydaların işlənib hazırlanması və tətbiqi üzərində nəzarət. SƏTƏMM və Fiziki təhlükəsizlik üzrə qayda və təlimatların müntəzəm olaraq nəzərdən keçirilməsi və yenilənməsi. Təhlükəsizlik Əməliyyat Mərkəzinin (TƏM) komandası və şirkət daxilində digər aidiyyati əməkdaşlar üçün SƏTƏMM və təxliyə təlimlərinin keçirilməsi. Yerlərdə Video Müşadidə Sisteminin planlaşdırılması və layihələndirilməsi, müdaxilələrin qarşısının alınması sisteminin tətbiq ediməsi. Hüquq-mühafizə orqanları və müvafiq dövlət qurumları (DİN, FHN və s.) ilə etibarlı əlaqələrin qurulması. SƏTƏMM üzrə risklər və risklərin azaldılması üzrə tədbirlər haqda məlumatlandırmaq üçün müvafiq şöbələrlə (İnfrastruktur, İR, Risklərin idarə olunması və s.) əlaqənin saxlanılması. Tələb olunan bilik və bacarıqlar: Təhsil: Müvafiq istiqamət üzrə Ali təhsil. Əlaqəli sahələr üzrə müvafiq sertifikatlar. Təcrübə: Müvafiq istiqamət üzrə 3 il iş təcrübəsi Fiziki təhlükəsizlik sahəsində təcrübə. Təhlükəsizlik və əməyin mühafizəsi praktikalarını kombinə etmək təcrübəsi. NOVEC1230, Tyco tətbiqi, Zettler avadanlığı barədə biliklər. Kompütür Bilikləri: "Microsoft Office" proqramlarından istifadə bacarıqları; Data Mərkəzləri mühiti və "Tier" standartları üzrə bilik; Bulud modelləri və bulud təhlükəsizliyi üzrə bilik; Dil bilikləri: İngilis dili - Yaxşı Azərbaycan dili - Ana dili Rus dili – Yaxşı Fərdi bacarıqları\ Davranışlar: Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu; Gündəlik əməliyyatlarda dürüst olmaq: Əməliyyatların keyfiyyətini təmin etmək; Qurum daxilində, həmkarlar, təchizatçılar və tərəfdaşlarla sıx əməkdaşlıq prinsiplərinə əməl etmək. Son müraciət tarixi: 31 iyul 2024-cü il. Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni [email protected] e-mail ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.
Show all...
SƏTƏM üzrə texnik (nəqliyyat təhlükəsizliyi) tələb olunur İşəgötürən: SOCAR Downstream Management Vəzifənin məqsədi: Neft Emal Zavodunda nəqliyyat təhlükəsiz idarəedilməsinə nəzarət. Vəzifə öhdəlikləri: SƏTƏMM mədəniyyətini güclü və aktiv şəkildə təşviq edilməsi Kompleks nəqliyyat təhlükəsizliyi prosedurunun tələblərin icra edilməsini Bütün nəqliyyat fəaliyyətlərinin normativ tələblərə və sənayenin ən yaxşı təcrübələrinə uyğun olmasını təmin edilməsi Sürücülər və digər nəqliyyat işçiləri üçün təhlükəsizlik üzrə təlim proqramları hazırlanması və çatdırılmasında köməklik göstərilməsi Qaydalar və ya prosedurlar dəyişdikcə davamlı yeniləmələri təmin edilməsində dəstək göstərilməsi NEZ-in ərazisinə daxil olan bütün nəqliyyat vasitələrinin yoxlanılması NEZ-in ərazisində nəqliyyat təhlükəsizliyi üzrə mədəniyyətin yaradılmasına təşviq edilməsi Rəhbərliyin təlimatlarına əsasən işlərin yerinə yetirilməsində köməklik göstərilməsi Şirkətin nəqliyyat təhlükəsizliyi prosesləri və təcrübələrinin fəal şəkildə təşviqi Nəqliyyat təhlükəsizliyi ilə bağlı məsələlərdə bütün işçilər ilə qarşılıqlı əməkdaşlıq Nəqliyyat təhlükəsizliyi ilə bağlı idarəetmə və təkmilləşdirmənin təşviqi Tələblər: Nəqliyyatın İdarə Edilməsi, Əməyin Təhlükəsizliyi və ya əlaqəli sahədə orta və ya bakalavr dərəcəsi Əməyin mühafizəsi və təhlükəsizliyi prinsiplərinin başa düşülməsi daxil olmaqla müvafiq təcrübə Xüsusilə SƏTƏMM standartlarına əməl olunması ilə bağlı güclü, aydın kommunikasiya bacarıqları SƏTƏMM və nəqliyyat təhlükəsizliyi sahəsində təcrübə arzuolunandır İngilis dili biliyi arzuolunandır Müraciət forması: Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “SƏTƏM üzrə texnik (nəqliyyat təhlükəsizliyi)” yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Son müraciət tarixi: 10.07.2024
Show all...
SƏTƏM şöbəsinə baş məsləhətçi tələb olunur İşəgötürən: Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi Əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı Tələb olunan bilik, təcrübə və bacarıqlar: Ali təhsil (texniki və ya tibbi ixtisaslar üzrə) Sahə üzrə 5 il iş təcrübəsi MS Office proqramlarında işləmək bacarığı Sahə üzrə müvafiq sertifikat (yerli və ya beynəlxalq) Dil bilikləri: İngilis və rus dili - yaxşı səviyyədə Sahə üzrə müvafiq qanunlar və digər hüquqi normativ sənədlər Bacarıqlara dair tələblər: Məsuliyyət Vaxtın idarəedilməsi Təşəbbüskarlıq Detallara diqqət Keyfiyyətin tətbiqi İşin təsviri: Əməyin mühafizəsi və texniki təhlükəsizliyin təşkil edilməsi Yanğın təhlükəsizliyi və mülki müdafiə işinin təşkil edilməsi Tibbi tullantıların idarə edilməsi işinin təşkilində iştirak edilməsi Əməyin mühafizəsi üzrə təlimlərin keçirilməsi və biliklərin qiymətləndirilməsinin təşkil edilməsi Dövri inpeksiyaların keçirilməsinin təşkil edilməsi SƏTƏM işinin yerli və beynəlxalq normativ aktlara uyğunlaşdırılması Tabeli tibb müəssisələrindən daxil olan sorğuların təhlili və cavablandırılmasının təşkil edilməsi Tabeli tibb müəssisələrində görülən işlərə nəzarət edilməsi Şöbənin fəaliyyət istiqamətlərinə uyğun sənəd dövriyyəsi işinin təşkil edilməsi(hesabatlar, təlimatlar, rəsmi yazışmalar və s.) Əlavə qeydlər: İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi İş vaxtı: 09:00 – 18:00 Müraciət etmə qaydaları: Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur: CV [email protected] e-mail ünvanına göndərilməlidir Mövzu sətrində “SƏTƏM şöbəsi - baş məsləhətçi” qeyd olunmalıdır CV-lər 8 iyul, 2024-cü il tarixinə qədər göndərilməlidir Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Show all...
👍 1
SƏTƏM şöbəsinin müdiri (Bakı) tələb olunur İşəgötürən: Daşkəsən Dəmir Filiz MMC Vəzifə öhdəlikləri: SƏTƏM fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ona rəhbərlik etmək; Cəmiyyətdə sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil etmək və bu istiqamətdə rəhbərliyə təkliflər vermək; Sağlamlığın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, mülki müdafiə və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi sahələri üzrə işlərin planlaşdırılmasının təşkilinə və icrasına nəzarət etmək; Hasilatda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında fərqlənən işçilərin həvəsləndirilməsi, eləcə də sağlamlığın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, mülki müdafiə və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi sahələri üzrə Qanunvericiliyin və Cəmiyyətdaxili normativ sənədlərin tələblərini pozan, Baş direktorun əmr və göstərişlərini yerinə yetirməyən rəhbər və digər işçilərə intizam tənbehlərinin tətbiqi barədə rəhbərliyə təkliflər vermək; İstehsalatda baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərinin və vəziyyətinin təhlil edilməsi, qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlərin hazırlanması və həyata keçirilməsinə nəzarət etmək; Cəmiyyətdə xidmət göstərən podratçı/subpodratçı təşkilatlar tərəfindən sağlamlığın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, ətraf mühitin mühafizəsi və yanğın təhlükəsizliyi sahələri üzrə işlərin təşkilinə və aparılmasına nəzarət etmək; Cəmiyyətdə işçilərin ixtisas üzrə biliklərini yoxlayan komissiyanın işində iştirak etmək; Cəmiyyətdə ətraf mühitə zərərli fiziki təsirləri tənzimləyən tələb və normaların tələblərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək; Ətraf mühitin əlverişli ekoloji vəziyyətinin təmin edilməsi, ekoloji şəraitin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsini və nəzarəti təşkil etmək; Cəmiyyətin bölmələrində əmək şəraitinin və əməyin mühafizəsi vəziyyətini yoxlamaq, əməyin təhlükəsizliyi və üzrə qanunvericiliyin yerinə yetirilməsində və digər normativ aktları üzrə müəyyən edilmiş nöqsanları aradan qaldırmaq haqqında vəzifəli şəxslərə və digər məsul işçilərə öz səlahiyyəti çərçivəsində icrası məcburi olan göstərişlər vermək; Aşkara çıxarılmış çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlərin işlənib-hazırlanmasında iştirak etməklə, bu barədə Cəmiyyətin Baş direktoruna məlumatlar vermək; Müəssisələrinin ətraf mühitə təsirlərin əvvəlcədən qiymətləndirilməsi üzrə işlərin təşkili və nəticələrin rəhbərliyə çatdırılmasını təmin etmək; Sağlamlığın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, mülki müdafiə və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi sahələrinin təkmilləşdirilməsi üzrə rəhbərliyə təkliflər vermək; Namizədə tələblər: Ali təhsil; Müvafiq sahə üzrə minimum 5 illik və idarəetmə sahəsi üzrə minimum 3 illik iş təcrübəsi; İstehsalat təcrübəsinin olması üstünlükdür; Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dili; MS Office proqramları üzrə biliklər. İş şəraiti: İş yeri: Bakı şəhəri, Xətai rayonu,Yeryomenko 73 Ezamiyyə imkanları (zəruri hallarda) 5 günlük iş rejimi (bazar ertəsi – cümə) İş vaxtı: 09:00 – 18:00 Digər məlumatlar: Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “SƏTƏM şöbəsinin müdiri” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə [email protected] elekton poçt ünvanına göndərmələri xahiş olunur. *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Show all...
1
MODEL VƏ CİZGİ ÜZRƏ MÜHƏNDİS tələb olunur İşəgötürən: "Azeristeel" MMC Metal Konustruksiyalar Zavodu Yaş həddi: 28-45 İş barədə məlumat Tekla Structures proqramında tələblər: - Metalkonstrusiyaların modellənməsi - Qaynaq və bolt birləşmələrinin modellənməsi - Avtomatik bağlantılarını tətbiq edilməsi - Ümumi plan cizgilərinin, yığım cizgilərinin və detal cizgilərinin hazırlanması - Raportların alınması və s. İş qrafiki: - 6 günlük - İş saatı: 09:00-dan - 17:00-dək - Şənbə günləri: 09:00-dan - 14:00-dək - Nahar saatı: 13:00-dan - 14:00-dək - Nahar: şirkət tərəfindən təmin edilir Namizədə tələblər - Müvafiq Mühəndislik dərəcəsi olmalıdır - Konstruktiv polad konstruksiya və istehsal layihələrində minimum 5 il müvafiq təcrübə - Keyfiyyət Təminatı təcrübəsi tələb olunur - İngilis dilində (şifahi və yazılı) ünsiyyət qurmaq bacarığı - Metalkonstruksiya və standart cizgiləri oxumağı bacarmalı - Metalkonstruksiyanın istehsal olunma və quraşdırılma gedişatını yaxşı başa düşməli - AutoCAD və TEKLA proqramlarını bilmək CV-nizi [email protected] e-mail adresinin mövzu hissəsində "MODEL VƏ CİZGİ ÜZRƏ MÜHƏNDİS" yazaraqa müraciət edə bilərsiniz.
Show all...
Texnik/Usta tələb olunur İşəgötürən: Facility Management Group Nə təklif edirik? Bazar rəqabətinə uyğun əmək haqqı; Könüllü tibbi siğorta; “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük; Peşəkar komanda ilə işləmək fürsəti; İşçinin inkişafı üçün təlim, tədris proqramları. Vəzifələr: Ticarət mərkəzkərində aidiyyəti olan sahəyə aid profilaktik işlərin görülməsi; Təhkim olunduğu binalarda aidiyyəti olan avadanlığın təmiri, quraşdırılması və profilaktik baxımı; Məişət cihazlarının təmiri,bərpa edilməsi və yenisi ilə əvəz edilməsi; İş prosesini həyata keçirən bütün təhlükəsizlik norma və standartlarına əməl edilməsi; İcra edilən işlərin qeydiyyata alınması və hesabatların təqdim edilməsi; Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi; Tələblər: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi; Yaşayış və kommersiya ərazilərinə dair texniki standartlar və tələblər üzrə biliklər; Alət və avadanlıqlar ilə işləmək bacarıqları; Məsuliyyətli,səliqəli və nizam-intizamlı olmalı; Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları. İş qrafiki: həftədə 5 gün iş, 2 gün istirahət; İş saatı: növbəli. Xahiş olur CV-lərinizi “Texnik/Usta” başlığı altında [email protected] e-mail ünvanına yollayasınız.
Show all...
👍 1
"SƏTƏM üzrə mütəxəssis" tələb olunur İşəgötürən: MS OİL LLC İş yeri: Sumqayıt şəhəri Əmək haqqı: Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. İş qrafiki: 6 günlük Vəzifə öhdəlikləri: - Tikintidə əməyin mühafizəsi işini təşkil etmək və əlaqaləndirmək; - Tikinti sahəsindəki işçilər tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək; - Tikintidə bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq; - İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılması və təlimatlandırılmaların keçirilməsini təşkil etmək; - SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq; - İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək; - Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək; - Tikinti sahəsində SƏTƏM müşahidələri apararaq gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq. Namizədə dair tələblər: Ali təhsil; SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 3 illik iş təcrübəsi; Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı; Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə "SƏTƏM üzrə mütəxəssis"yazaraq, [email protected] e-mail ünvanına göndərmələri və ya 051 201 21 15 nömrəsi vasitəsilə əlaqə saxlamaları xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Show all...
👍 1
Repost from N/a
YÜKSƏK MAAŞI OLAN İŞLƏR İşəgötürən: 6-cı Mərtəbə İş yeri: Zəngilan rayonu Vəzifələr: 1. Sahə rəisi - 3000 – 3500 manat 2. Layihə rəhbəri - 3000 – 4000 manat 3. İş icraçısı - 2000 – 2500 manat 5. Keyfiyyətə nəzarət üzrə mütəxəssis - 2500 – 3000 manat CV-nizi [email protected] e-mail adresinin mövzu hissəsində sizə uyğun vəzifənin adını (Məs: Layihə rəhbəri) yazaraq müraciət edə bilərsiniz.
Show all...
2
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.