İbn Qayyim (رحمه الله)
Open in Telegram
🔹 Digər kanallar; t.me/islamfiqhii t.me/erebdilimateriallar t.me/tecvidmateriallar İbn Qayyim (rahiməhullah) buyurur: Еlm qəlb üçün, balıq üçün suyun misalı kimidir, əgər o onu (elmi) itirsə ölər. Miftəhu Dəris-Səadəh
Show more681
Subscribers
-224 hours
+27 days
+430 days
Posts Archive
📘 İbn Qayyim əl-Cəuziyyah (رحمه الله) :
"Kim Rəbbini doğru şəkildə tanıyarsa və Onun ad və sifətlərini dərindən dərk edərsə, yəqinliklə bilər ki, başına gələn xoşagəlməz hadisələrdə və üzləşdiyi sınaqlarda onun elminin və təfəkkürünün əhatə edə bilməyəcəyi qədər müxtəlif xeyir və faydalar vardır.
Hətta qulun sevmədiyi və nəfsinə ağır gələn şeylərdə onun üçün olan xeyir, sevdiyi şeylərdəki xeyirdən daha çoxdur."
https://t.me/iibnnqayyim
Repost from دروس اللغة العربية - Ərəb dili dərsləri
Allahı tanımaq hər bir ibadətin təməlidir!
Allah Təalənin Ad və Sifətlərini Şeyx Abdur-Razzəq Əl-Bədr'in (فقه الأسماء الحسنى) kitabı və Şeyxa Anahid Sumeyrinin verdiyi şərh ilə, səs yazısı formatında öyrənmək istəyənlər qeydiyyatdan keçib dərslərdə iştirak edə bilərlər.
Dərslər: Həftədə bir dəfə Çərşənbə günü, saat 18:30 da olur.
İştirakçı ola bilməyənlər dinləyici kimi qatılıb faydalana bilərlər.
Qeyd: Qrup hal-hazırda 11-ci dərsdədir.
Yalnız Qadınlar❗️
https://t.me/+B2RzPKyWuiUwYjBi
Quran və səhih hədislərlə əsaslandırılmış İslam Fiqhi.
Fiqh barəsində ətraflı məlumat;
(Təharət, dəstəmaz, namaz, oruc, zəkat, həcc, ümrə, nikah, cihad və daha çoxu )
Audio və video materiallar;
Sual-cavab anketləri;
Təharət, namaz, oruc, zəkat, həcc və daha çoxu;
t.me/islamfiqhii
Quran və səhih hədislərlə əsaslandırılmış İslam Fiqhi.
🔵 Fiqh barəsində ətraflı məlumat;
🔵 Audio və video materiallar;
🔵 Sual-cavab anketləri;
🔵 Təharət, namaz, oruc, zəkat, həcc və daha çoxu;
t.me/islamfiqhii
Şeyxulisləm ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:📜
Davamlı Quran oxumaq qədər ağıl və ruhu qidalandıran, bədəni qoruyan və insanın xoşbəxtliyini təmin edən bir səbəb bilmirəm.
📖("Məcmu'u Fətava", 7/493)Paylaşaraq elmin yayılmasına vəsilə ol: t.me/QuranveTefekkur
Repost from Towards Akhirah
BİZ ALLAHIN SAYSIZ-HESABSIZ NEMƏTLƏRİ İÇİNDƏ YAŞAYIRIQ...
🌺وَإِنْ تَعُدُّوا نِعْمَةَ اللَّهِ لَا تُحْصُوهَا🌺 Əgər Allahın nemətlərini saymalı olsanız,onları sayıb qurtara bilməzsiniz.Hətta biz sözün əsl mənasında Onun mərhəmətinə qərq olmuşuq! Uca Allah bildirir ki,heç kəs Allahın nemətlərini saymağa qadir deyildir; qaldı ki,onların layiqincə şükrünü yerinə yetirsin.O,qullarının Onun nemətlərini hesablamaqdan,xüsusilə də onlara layiqincə təşəkkür etməkdən aciz olduğunu bəyan edir. Həqiqətən,qullarına hər vəziyyətdə bəxş edilən aşkar və gizli nemətləri nə saymaq,nə də əhatə etmək mümkündür.Nə qədər nemət var ki,bizim üçün "adi və təbii bir hal"a çevrilib,halbuki başqaları həmin nemətlərə nail olmaq üçün Allaha durmadan dua edirlər. Buna görə də,qəlbin kədərdən daraldıqda,yalnız itirdiklərinə baxma... Allahın sənin üçün qoruyub saxladıqlarına nəzər sal: axı qalanlar,gedənlərlə müqayisədə qat-qat çoxdur. Hər gün bizi nə qədər nemət müşayiət edir,lakin biz onları itirməyincə fərqinə belə varmırıq. Yer üzündə Allahın saysız-hesabsız nemətlərlə əhatə etmədiyi tək bir insan belə yoxdur: varlı və kasıb,sağlam və xəstə,imtahan olunan və firavanlıq içində yaşayan... Onların hər birinin elə nemətləri var ki,onları itirəcəyi təqdirdə,geri qaytarmaq üçün bütün dünyanı verməyə razı olardı. Həqiqətən,ruzi təkcə mal-dövlət deyil,həm də: • doğru yola yönəlməkdir (hidayətdir); • həyatın firavanlığı və salamatlığıdır; • təhlükəsizlikdir; • Qurandır; • ailədir; • müvəffəqiyyətdir (köməkdir); • qüsurların örtülməsidir; • qəlb rahatlığıdır; • və s. Və bütün bunlar — Allahın saymaqda aciz olduğumuz nemətlərindəndir.
İbn Qayyim (rahimahullah) demişdir:
Kimin vaxtı Allah üçün olmazsa və Allah ilə keçməzsə, ölüm onun üçün həyatdan daha xeyirlidir.
📘Əd-Dəəu va Dəva,186
t.me/iibnnqayyim
❕Həyatını başqası ilə müqayisə etmə. Çünki Allah hər bir kəsə özünə uyğun olan nemətləri seçmişdir. İndi üzərində olduğun şeylərdən məmnun ol. Özünü razılığa alışdır. Xatırla ki, bu gün sənin içində olduğun bəzi nemətlər başqasının xəyallarıdır.
🩸Ağrı kəsici dərmansız, yaxud ağrısız yatırsan, cihazsız tənəffüs edirsən, evində salamatsan, sənə (yemək) versin deyə başqa birinin qapısını döymədən yeyirsən..
🤲🏻Günlərini həmd və şükürlə doldur. Ta ki, sənin üçün bəxşişlər və ruzilər ard-arda gəlsin. Allahu Təalə buyurur:
وَإِذۡ تَأَذَّنَ رَبُّكُمۡ لَئِن شَكَرۡتُمۡ لَأَزِيدَنَّكُمۡۖ
⚜O zaman Rəbbiniz (belə) bildirmişdi: «Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram..».
• T.me/arabiazeri •
İbn Qayyim (rahiməhullah) belə buyurmuşdur:
İxlaslı kimsələr bu dünyada insanlar arasında ən xoş həyat sürənlərdir.
(Əl-Cəvabul-Kafi)
Qeyd - İxlas hər bir yaxşı əməli, ibadəti yalnız və yalnız Allah rızası üçün etmək deməkdir.Yəni, edilən bir işə başqalarının tərifini qazanmaq,şan-şöhret,mənfət və ya riya (göstəriş) kimi dünyəvi məqsədləri qarışdırmamaqdır.
İbn Qayyim (rahimahullah) buyurur:
Ulduzlar səmanın, Alimlər isə yer üzünün bəzəyidirlər.
Miftəhu Dəris Sə'ədəh, 260
https://t.me/iibnnqayyim
İbn Qayyim (rahimahullah) buyurur:
Ulduzlar səmanın, Alimlər isə yer üzünün bəzəyidirlər.
Miftəhu Dəris Sə'ədəh, 260
https://t.me/iibnnqayyim
Düşünsək ki, biz hamımız zülmət içindəyik, bizi zülmətdən nura çıxartmaq üçün Kitab nazil etdi, Peyğəmbəri ﷺ göndərdi. Bu nurun ən əzəmətlisi Rəbbin barədə gözəl zəndə olmaqdır.
Yəni biz Allahın bütün əmrlərinə Onun barədə gözəl zəndə olaraq boyun əyməliyik. Yəni Allah nəyisə əmr edirsə, "bu mənə vacibdir, bunu etməliyəm ki günah qazanmayım" – bu cür itaət eləmə. Özün üçün daha üstün dərəcəni seç. Gözəl zəndə olaraq Ona itaət et; açdığı o hikmətləri düşünərək, vədlərə yəqin olaraq itaət et.
{وَمَن يَتَّقِ ٱللَّهَ يَجْعَل لَّهُۥ مِنْ أَمْرِهِۦ يُسْرًۭا}
Kim Allahdan qorxarsa, Allah onun işini asanlaşdırar.
Yəni əgər sən təqva ilə muamələ edərsənsə, bugün sənin içində olduğun çətinliyini mütləqdir ki, Allah təalə asanlıqla əvəz edəcək.
Diqqət yetirsək görəcəyik ki, hər ayəni Allah Təalə elə sözlərlə tamamlayır, bizə yardım edir ki, Onun barədə gözəl zəndə olaq. Allah bizə qarşı necə də lütfkardır, necə də rəhmlidir ki, bir tərəfdən əmr edir ki, biz Onun barədə gözəl zəndə olaq, digər tərəfdən də bizə yardım edir ki, Onun barədə gözəl zəndə olaq.
İnsan Quranı tərk etməkdən çəkinməlidir.
Uca Allah buyurur:
«Peyğəmbər ﷺ dedi: “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etdi”». (əl-Furqan, 25:30)
İbn Qayyim (رحمه الله) demişdir:
"Quranı tərk etməyin müxtəlif növləri vardır."
Birinci növ: Qurana qulaq asmaqdan, ona iman gətirməkdən və onu dinləməkdən üz döndərməkdir.
İkinci növ: İnsan Quranı oxuduğu və ona iman gətirdiyi halda belə, ona uyğun əməl etməkdən, onun halal və haramla bağlı hökmlərinə riayət etməkdən imtina etməsidir.
Üçüncü növ: Onun hökmlərinə tabe olmaqdan və dinin əsasları və qolları ilə bağlı məsələlərdə hökm üçün Qurana müraciət etməkdən üz döndərməkdir. Həmçinin Quranın yəqinlik vermədiyi, onun dəlillərinin yalnız zahiri olduğu və elmə səbəb olmadığı düşüncəsi də buna daxildir.
Dördüncü növ: Quran ayələri üzərində düşünməkdən, onu anlamağa və onu söyləyənin nəyi nəzərdə tutduğunu dərk etməyə çalışmaqdan imtina etməkdir.
Beşinci növ: Qəlbin bütün xəstəlik və dərdlərini Quran vasitəsilə müalicə etməkdən üz döndərməkdir. Yəni insan şəfanı başqa şeylərdə axtarır və Quran vasitəsilə müalicə olunmaqdan imtina edir.
Bütün bunlar Uca Allahın bu sözlərinin mənasına daxildir:
Peyğəmbər ﷺ dedi: “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etdi”.
Bununla belə, qeyd olunan tərk etmə növlərinin bəziləri digərlərindən daha ağır, bəziləri isə daha yüngüldür.
📘«əl-Fəvaid», səh. 118.
https://t.me/iibnnqayyim
📌İbn Qeyyim (Allah ona rəhmət etsin) demişdir:
"Təvəkkül ən qüvvətli səbəbdir ki, bununla qul məxluqatdan gələn əziyyəti və düşmənçiliyi özündən dəf edir".
📚[Bədəiul Fəvaid,2/239]
https://t.me/siratal_mustagim
🌿İbn Qayyim (rahiməhullah) buyurur:
Əgər Allah bir quluna xeyir istəyərsə, ona tövbə, peşmançılıq, Onun qarşısında sınmaq, zəlillik, möhtaclıq, Ondan sıxıntının qalxmasını istəmək, Ona sadiq şəkildə dönmək, davamiyyətli yalvarış, dua etmək və bacardığı həsənətlərlə ona yaxınlaşmaq qapılarından bir qapı açar ki, bununlada etdiyi günah, onun Allahın rəhmətini qazanmasına səbəb olar.
Hətta Allahın düşməni İblis belə deyər: "Kaş mən onu tərk edərdim və onu o günaha salmazdım".
📘 əl-Vabil əs-Sayyib. 8
🖇 t.me/iibnnqayyim
Ədalətdən olan nədir?
Bir əmələ bir savab, bir pis əmələ də bir günah. Allah Subhənəhu və Təalə Əş-Şəkur və Əş-Şəkir olduğuna görə bunun müqabilində tamamilə başqa ölçülərdir. Bu cür təşəkkür edir. Təşəkkürü də ən gözəl şəkildə edir.
İbn Qayyim (rahiməhullah) davamında buyurur ki: Allah Subhənəhu və təalə quluna həm sözüylə təşəkkür edir, həm də feili ilə təşəkkür edir.
📘Sözü ilə necə təşəkkür edir?
Qul özü-özlüyündə zikr edəndə Allah Subhənəhu və Təalə onu özü-özlüyündə zikr edir. Qul Onu başqa qullar arasında zikr edirsə, Allah Subhənəhu və Təalə onu mələklər arasında yad edir. Bu cür ona sözü ilə təşəkkür edir.
Və yer üzərində də qulların qəlbinə o qula təşəkkür etməyi yerləşdirir.
📘Feili ilə necə təşəkkür edir?
Məsələn: Qul Allah üçün nəyisə tərk edir. Peyğəmbər ﷺ bizə nə öyrədib: “Kim Allah üçün nəyisə tərk eliyərsə, Allah Subhənəhu və Təalə onu daha xeyirlisi ilə əvəz eliyər.”
Əslində necə ola bilərdi? - Bizə sadəcə əmr olunardı ki, bu əməli tərk et! Amma Allah Subhənəhu və Təalə nə edir?
Əş-Şəkir və Əş-Şəkur olduğuna görə deyir ki; tərk etsən belə daha xeyirlisi ilə əvəz edəcəm, həm bu dünyada, həm də axirətdə.
📘https://t.me/iibnnqayyim
🌿Şeyx AbdurRazzaq Əl-Bədr buyurur:
İbn Qayyim (rahiməhullah) bu adların vəsfində buyurur ki, Allah Subhənəhu və Təalənin təşəkkür etməsinin şəni tamamilə başqadır. O, bu vəsfində hər bir təşəkkür edəndən daha üstündür. Həqiqi, əsl təşəkkür edən də elə Allah Subhənəhu və Təalə Özüdür. Çünki, müəyyən səbəbləri Özü ona asanlaşdırır, Özü onu o əmələ müvəffəq edir, sonra da o əmələ görə də təşəkkür edir. Balaca əməli belə mükafatlandırmaq üçün heç vaxt balaca görməz.
Ona görə də Şeyx Xalid əs-Səbt buyurur ki: Peyğəmbər ﷺ demişdir: “Oddan xurmanın yarısı qədər olsa belə qorxun”
Baxanda, xurmanın yarısı nədir ki? Amma Allah Subhənəhu və Təalə onu dağ boyda edər, yəni sən xurmanın yarısını verirsən, amma niyyətinə görə Allah Subhənəhu və Təalə onu böyüdər.
İbn Qayyim (rahiməhullah) davamında buyurur ki: Allah Subhənəhu və Təalə bir yaxşılığın mükafatını onun on mislində və ondan qat-qat da çox artırar.
Bu da hansı hədisə əsaslanır?
İbn Abbas (radiyallahu anhu) rəvayət edir ki: Peyğəmbər ﷺ buyurur ki: "Allah savab və günah işləri yazmış, sonra hər birini qullarına bəyan etmişdir. Kim bir iş görməyə niyyət edərsə, sonra ona əməl etməzsə, Allahu Təalə ona tam bir savab yazır. Amma əgər bir şeyi etməyi niyyət edərsə, sonra onu edərsə, Allah Subhənəhu və Təalə ona onun mükafatını on mislindən yeddi yüzədək, ondan da qat-qat çox artırar.
Əgər qul pis bir iş görmək istəyərsə, amma onu etməzsə, yəni Allahdan qorxub çəkinərsə, Allah Subhənəhu və Təalə yenə də ona tam bir savab yazar. Bir günah iş görmək istəyərsə və onu edərsə, müqabilində elə bircə dənə də günah yazar.”
(İnsan sadəcə niyyət edir, amma sonra onu heç etmir. Alimlərdən hətta bunu şərh edənlər var ki, insan onu sadəcə tənbəlliyinə görə etmir, amma onu istədiyinə görə ona savab yazılır.)
📘https://t.me/iibnnqayyim
