cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Elm 101

öyrənmək istəyənlərin dünyasına xoş gəlmisiniz

Show more
Advertising posts
7 215
Subscribers
-1824 hours
-1437 days
-62930 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

✋Salam dostlar, necəsiniz? ℹ️Bu günki danışacağımız universitet, digər bir Polşa universiteti olan, WSB universiteti haqqında olacaq, hansı ki yenə bu universitet Azərbaycanlıların ən çox qəbul aldığı 3 Polşa universitetindən biridir. 🚩İlk öncə sizə universitetin qəbul şərtləri haqqında bir balaca məlumat verim: 🇵🇱Bu universitetində keçən səfər haqqında danışdığımız universitet kimi, həqiqətən gülməli və sözün həqiqi mənasında çox yüngül qəbul şərtləri var, hansı ki siz bakalavr təhsili almaq istəyirsinizsə sadəcə attestatınızın olmağı, magistr təhsili almaq istəyirsinizsə diplom və diplom əlavələrinizin olmağı sizə universitetdən qəbul almaq üçün kifayət edir. 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿Universitetin sizi qəbul etməsi üçün, sizin minimum B2 səviyyəsində ingilis sili bilməyinizi tələb edir. 🖥Sadəcə 15-20 dəqiqəlik universitetin bir işçisiylə intervyu aparmağınız, yəni özünüzü sudan çıxaracaq qədər ingilis dilində danışmağınız bəs edir ki, universitet sizi qəbul etsin. 🇵🇱Mənim gördüyüm və bildiyim qədər ilə Polşada ən ucuz təhsil haqqı bu universitetdədir, universitetin 1 illik təhsil haqqısı təxmini olaraq 1900€ (3600 manat)dır. Universitetin yerləşdiyi lokasiya sizin seçdiyin ixtisasa görə dəyişir, gördüyüm qədərilə Polşanın bir neçə böyük şəhərində universitetin filialları mövcuddur. İndi isə keçək ixtisaslar haqqında danışmağa: Bütün ixtisasların təhsil haqqısı eyni məbləğə bərabərdir, 1800€. Bakalavr ixtisasları: 1) Beynəxalq Münasibət və Marketinq (Təhsil müddəti 3 il) 2) İnformasiya Texnologiyası (Təhsil müddəti 3.5 il) 3) Menecment: Dijital marketinq və Satış menecmentliyi (Təhsil müddəti 3 il) 4) İnformasiya Təhlükəsizliyi (Təhsil müddəti 3.5 il) Magistr ixtisasları: 1) Oyun və Qrafik Dizaynı (Təhsil müddəti 3.5 il) 2) Beynəxalq Münasibət (Təhsil müddəti 2 il) 3) Data mühəndisliyi və komputer elmləri (Təhsil müddəti 2 il) 4) Audit və Uçot (Təhsil müddəti 2 il) 5) Menecment (Elektron biznes və kommersiya) (Təhsil müddəti 2 il) 6) Beynəxalq Ticarət (Təhsil müddəti 2 il) 7) Layihə menecmenti (Təhsil müddəti 2 il) 8) Multimediya Texnologiyaları (Təhsil müddəti 2 il) 9) Süni İntellekt Mühəndisi (Təhsil müddəti 2 il)
Yuxarıda yazılan ixtisaslar universitetin Dabrowa şəhərində yerləşən kampusundadır.
Aşağıda yazılan ixtisaslar isə Polşanın Krakow şəhərində yerləşir.
🔠Bakalavr ixtisasları; 1) Logistika və nəqliyyat (Təhsil müddəti 3.5 il) 2) İstehsal keyfiyyəti üzrə nəzarət mütəxəssisi (Təhsil müddəti 3.5 il) Magistr ixtisasları-Krakow şəhəri: 1) Beynəxalq Biznes (Təhsil müddəti 2 il) 2) İnsan qaynaqları (HR) (Təhsil müddəti 2 il) Yenə qəbul şərtlərindəndə göründüyü kimi, sizlərə könül rahatlığı ilə deyə bilirəm ki, universitet ciddi bir təhsil reputasiyasına malik deyil. Universitetdə təhsil alan həmyerlilərimizdən eşitdiylərimdə, universitet haqqında fikirlərimi təsdiqləyir. ❗️Yenədə diplomu ölkəmizdə tanınır, və əlavə olaraq tədris olunan dərslərin bir çoxu onlayn şəkildə tədris olunur. 💫Əgər məqsədiniz ciddi bir universitetdə, ciddi bir təhsil almaq və daha sonra öz ixtisasınız üzrə işləməkdirsə, bu universiteti sizlərə məsləhət görmürəm. ✨😑Yox əgər fikirləşirsinizsə ki, asan oxuya biləcəyim, təhsil aldığım dövrdə rahatlıqla çalışacağım bir universitet lazımdır mənə, onda könül rahatlığı ilə bu universiteti seçə bilərsiniz. Yenədə sizlərə WSB universiteti tələbələrinin, öz universitetləri haqqında internetdən tapdığım (limitli olsasa da) şərhi sizinlədə bölüşəcəm. Link vasitəsilə universitetin öz saytına keçid edərək, yazılan hər bir mövzu haqqında daha geniş və ətraflı məlumat əldə edə bilərsiniz. 🦋Yenə uzun bir yazının sonunda gəldik dostlar, ümid edirəm ki sizlərə universitet haqqında kifayət qədər dolğun məlumar verə bildim. 🦋Bu günlük isə bu qədər, Allah amanında.
Show all...
Study in English - Admissions - Akademia WSB | WSB University

Are you interested in studying in English at WSB University? Browse from study programmes for current academic year in Dąbrowa Górnicza Campus or in Kraków Campus

👍 9🔥 2
💫Salam dostlar, necəsiniz? Bilirəm, uzun müddətdir ki, yoxam, əfsuslar olsun ki, həm dərslər, həm də işlə birlikdə sizlərə kifayət qədər diqqət ayıra bilmirəm. Bunun üçün ilk növbədə sizlərdən çox-çox üzr istəyirəm,amma tələbələr və abituryentlər üçün ölkəmizdə baş verən prosesləri çox diqqətlə izləyirəm, və əfsuslar olsun ki, hadisələr heç də həmişə biz istədiyimiz kimi gedmir. ℹ️Bildiyiniz kimi, bu il yüksək bal yığan həddindən artıq çox tələbə var (səhv etmirəmsə, kifayət qədər böyük sayda abituryent). 700 bal yığmaq namizəddir, və elə bu da qəbul ballarının kəskin şəkildə artmasına təsir göstərəcək. 🇵🇱Mən özüm hal-hazırda Polşada təhsil alıram, və Polşa universitetlərinin bəzilərini çıxmaq şərtilə çoxusu normal reputasiyaya, və təhsil səviyyəsinə malikdirlər. Bu kanalda həm Polşa ölkəsində yaşam xərcləri, iş imkanları və əlavə olaraq universitetlərin səviyyə və qəbul şərtləri ilə bağlı kifayət qədər məlumat paylaşmışam, və İnşallah ki, paylaşacağam. https://t.me/polandvisaazerbaijan 🦋İstəsəniz girib oxuya bilərsiniz, ən azından bunu indidən deyim bilin ki, Polşada minimum əmək haqqı 2024-cü ildə 1834 manatdır(və siz 26 yaşından aşağı yaşlı tələbəsinizsə siz dövlətə 1 qəpik belə vergi ödəmirsiniz). Qiymətlərdə bizim ölkələrlə müqayisədə çox fərqlənmir, hətta deyərdim ki, 40% məhsul, əsasda siz cavanların maraqlandığı texnologiya bizim ölkəyə nisbətən çox ucuzdur, universitetlərin qəbul şərtləri də çoxda çətin deyil.
Show all...
👍 6 1
İxtiyari iki rəqəmli ədədin onlar və birliklər rəqəmlərinin cəmi 12-dir. Bu ədədin ən böyük qiyməti nədir?Anonymous voting
  • A) 75
  • B) 84
  • C) 93
  • D) 66
0 votes
👻 6🆒 3👍 1❤‍🔥 1🎉 1
İki vektor arasındakı bucağı hesablamaq üçün hansı formula istifadə edilir?Anonymous voting
  • A
  • B
  • C
  • D
0 votes
1👍 1🔥 1👏 1🤩 1🐳 1
Photo unavailableShow in Telegram
👍 4🎉 2💅 1💘 1
İdeal qazların təzyiqi ilə həcmi arasında əlaqə necədir?Anonymous voting
  • A) Düz mütənasib
  • B) Tərs mütənasib
  • C) Sabit
  • D) Qeyri-mütənasib
0 votes
👍 3🎉 1🤩 1💘 1
Qadınların Azərbaycanda ilk dəfə seçki hüququ qazandığı il hansıdır?Anonymous voting
  • A) 1919
  • B) 1918
  • C) 1920
  • D) 1917
0 votes
👍 6💅 4🎉 3🥰 1👻 1
İnsan hüceyrəsində xromosomların sayı neçədir?Anonymous voting
  • A) 46 cüt
  • B) 46
  • C) 23
  • D) 23 cüt
0 votes
🔥 7 3 3👍 1🐳 1👻 1💅 1
Azərbaycanın ilk opera əsəri hansıdır?Anonymous voting
  • A) “Leyli və Məcnun”
  • B) “Koroğlu”
  • C) “Şah İsmayıl”
  • D) “Arşın mal alan”
0 votes
👏 4 1🐳 1🆒 1
İnsanın qaraciyəri hansı funksiyanı yerinə yetirmir?Anonymous voting
  • A) Zəhərli maddələrin zərərsizləşdirilməsi
  • B) Qida maddələrinin qeyri-aktivləşdirilməsi
  • C) Fotosintez
  • D) Qanın süzülməsi
0 votes
1🎉 1🐳 1