en
Feedback
MU'MİNUN🖋️

MU'MİNUN🖋️

Open in Telegram

Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️‍🩹

Show more
398
Subscribers
-124 hours
-37 days
-130 days
Posts Archive
Repost from N/a
Allahım! Tez və gec olan, bildiyim və bilmədiyim bütün xeyirləri Səndən diləyir, tez və gec olan, bildiyim və bilmədiyim bütün şərlərdən Sənə sığınıram. Allahım! Qulun və Peyğəmbərinin ﷺ Səndən dilədiyi xeyri Səndən diləyir, sığındığı şərlərdən isə Sənə sığınıram. Allahım! Səndən Cənnəti və ona yaxınlaşdıran hər bir söz və əməli diləyir, Cəhənnəmdən və ona yaxınlaşdıran hər bir söz və əməldən isə Sənə sığınıram. Həmçinin Səndən mənim barəmdə çıxardığın hər bir hökmün xeyirli olmasını istəyirəm. (İbn Macə, 2/1264, Əhməd, 6/134)

#hədis Allah Rəsulu ﷺ demişdir: “Asanlaşdırın, çətinləşdirməyin, müjdələyin, nifrət etdirməyin.” Sahihul Buxari / 69
#hədis Allah Rəsulu ﷺ demişdir: “Asanlaşdırın, çətinləşdirməyin, müjdələyin, nifrət etdirməyin.” Sahihul Buxari / 69

photo content

record.ogg12.31 MB

🌷 Həqiqətən, çox faydalı dərsdir. Qoşulun, faydalanın.

🔴 CANLI DƏRS! Az sonra kanalda Mədinə İslam Universitetinin məzunu İlqar Eyvazoğlunun dərsi olacaq, inşəəAllah. Dinləyin, paylaşın və başqalarının da bu gözəl elm mirasından faydalanmasına səbəb olun, Allahın izni ilə! https://t.me/muminuntelegram

Bu zikri, Zil-Hiccə ayının ilk 10 günü istənilən vaxt etmək olar: Allahu Əkbər Allahu Əkbər Allahu Əkbər Lə iləhə illəallah Allahu Əkbər Allahu Əkbər Vəlilləhil həmd

Repost from İSLAM VƏ ELM
📣 ELAN Əssələmu aleykum və rahmətullahi və bərakətuh SƏUDİYYƏ ƏRƏBİSTANINDA AY GÖRÜNDÜ İnşəallah sabah 28 may Zilhiccənin 1 idir. 5 iyun Arafa günü (4 cü gün) 6 iyun (cümə günü) Qurban bayramının birinci günüdür. Allah Təalə bu mübarək günlərdə tutduğumuz orucları, kəsdiyimiz qurbanları qəbul etsin. Amin. https://telegram.me/islamveelm

Təsəvvür et, artıq haqq-hesab anıdır... Əlində əməl dəftərin var. Vərəq-vərəq çevrilir. Gözlərin baxmağa, qəlbin dözməyə utanır... Orada uzun-uzun danışıqlar var, amma içində hikmət və fayda yox... Deyinmələr, qeybətlər, lağ-lağalar, dünyaya aid boş sözlər... Ara-sıra isə bir neçə zikr, onlarda tələm-tələsik və xuşusuz.. Vərəqlər çevrilir, amma çəkini artıran heç nə yoxdur... O an peşmanlıq bütün varlığını sarır. O an ruhun hayqırmaq istəyir: "Niyə axı, niyə bu vərəqləri təsbihlərlə, həmdlərlə doldurmadım? Niyə dilimi zikrə, qəlbimi Allaha bağlamadım?" Düşün o dəftərindəki bir tək "SubhənAllah" sözü vərəqinə nur saçır... "Allahu Əkbər" - çəkini artırırdı... "Əstəğfirullah" - səhifəni təmizləyirdi... Sən isə başqa şeylərlə məşğul idin. İndi isə peşmançılıq var. Geriyə dönüş yoxdur. Sadəcə kaş ki... - deyə bilirsən.

Ola bilər ki, başqa maşın nəzərdə tutulub. Maşınlar çoxdu da)))

Ənkəbut (Hörümçək) 29:41 مَثَلُ ٱلَّذِینَ ٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ أَوۡلِیَاۤءَ كَمَثَلِ ٱلۡعَنكَبُوتِ ٱتَّخَذَتۡ بَیۡتࣰاۖ وَإِنَّ أَوۡهَنَ ٱلۡبُیُوتِ لَبَیۡتُ ٱلۡعَنكَبُوتِۚ لَوۡ كَانُوا۟ یَعۡلَمُونَ Allahdan başqasını özlərinə dost tutanların məsəli özünə ev qurmuş hörümçəyin məsəlinə bənzəyir. Evlərin ən zəifi isə, əlbəttə ki, hörümçəyin evidir. Kaş ki biləydilər!

photo content

Repost from Bəxtiyar Turabov
📌 Qurban kəsənlərə mühüm xatırlatma 👉 https://youtu.be/lTK5eNWtrXo 🌐 https://t.me/baxtiyarturabov
📌 Qurban kəsənlərə mühüm xatırlatma 👉 https://youtu.be/lTK5eNWtrXo 🌐 https://t.me/baxtiyarturabov

🌿"Nə yaşayırsınızsa yaşayın, çalışın həya sifətini itirməyəsiniz. Bu sifət insanda Uca Allahın sevdiyi xüsusiyyətlərdən hesa
🌿"Nə yaşayırsınızsa yaşayın, çalışın həya sifətini itirməyəsiniz. Bu sifət insanda Uca Allahın sevdiyi xüsusiyyətlərdən hesab olunur və bir çox xeyirləri insana cəlb etməklə yanaşı onu bir çox şərlərə düşməkdən qoruyur."

Repost from N/a
➡️Əziz bacım, Heç oturub bu sualı özünə vermisənmi: " Mən niyə varam ❓" 📎Zariyat surəsinin bu ayəsi, həm kişiyə, həm qadına,
+1
➡️Əziz bacım, Heç oturub bu sualı özünə vermisənmi: " Mən niyə varam ❓" 📎Zariyat surəsinin bu ayəsi, həm kişiyə, həm qadına, həm gəncə, həm yaşlıya, həm varlıya, həm kasıba xitab edir. Yəni, yaradılış məqsədimiz bir cinsə deyil, bütün bəşərə şamildir. Lakin bu ilahi məqsəd qadınlara xüsusi bir incəlik və məsuliyyətlə toxunur. 🩰Sən qadın olaraq bu dünyaya yalnız həyat yoldaşı, ana, bacı və ya qız olmaq üçün gəlməmisən. Bəli, bunlar şərəfli və möhtəşəm rollardır, amma bunlar yaradılışın səbəbi yox, vasitələridir. Sən bu dünyaya yalnız və yalnız Rəbbinə qul olmaq üçün gəlmisən. 🌱 Sən yarandın ki, Allahın sənə baxanda razı qalacağı bir bəndə olasan...🌱

🌷 Nur surəsi / Maher Al Muaiqly

Əbu Zərr (Allah ondan razı olsun!) - rəvayət edir ki, Allah Elçisi ﷺ demişdir: 🌷 “Allah Təalə buyurur: Kim yaxşı bir əməl ilə (hüzuruma) gəlsə, ona on misli qədər və əlavə (yeddi yüzə qədər və daha çox savab) verərəm. Kim günah ilə gəlsə, ona (həmin) günaha bərabər əvəzini verərəm və ya bağışlayaram. Kim Mənə bir qarış yaxınlaşsa Mən də ona bir dirsək yaxınlaşaram. Kim Mənə bir dirsək yaxınlaşsa, Mən də ona bir qulac yaxınlaşaram. Kim Mənə doğru yeriyərək gəlsə, Mən də ona doğru yüyürərək gələrəm. Kim Mənə heç bir şeyi şərik qoşmadan yer boyda günahla Mənimlə görüşsə, Mən də (onun etdiyinin) misli qədər məğfirətlə onu qarşılayaram.”
23 Muslim 2687, 4852, 7009.