en
Feedback
𝐒̧ə𝐡𝐢𝐝 𝐂𝐢𝐡𝐚𝐝 𝐌𝐮𝐠̆𝐧𝐢𝐲ə

𝐒̧ə𝐡𝐢𝐝 𝐂𝐢𝐡𝐚𝐝 𝐌𝐮𝐠̆𝐧𝐢𝐲ə

Open in Telegram

𝘾𝙞𝙝𝙖𝙙 𝙫ə 𝙈𝙪‌𝙦𝙖𝙫𝙞𝙢ə𝙩 Şəhidlər və vəsiyyətnamələri " Yol ilk başlayanlar üçün deyil, ona sadiq olanlar üçündür"

Show more
2 907
Subscribers
-124 hours
-207 days
-3430 days
Posts Archive
🥀Bacım əgər istəyirsənsə məni əzab içində öldürməyəsən, küçəyə çıxanda çadrandan və hicabından muğayat ol. Mən sabah Qiyamət günü Xanım Fatiməyə (ə) cavab verə bilmərəm. Bunu deyib başını aşağı salaraq ağlamağa başladı. Sonra gəlib başımdan öpdü və dedi: "Bacı, mənə söz ver ki, məndən sonra çadrandan muğayat olacaqsan." Çox təəccübləndim və dedim: "Qardaş, inşallah, kölgən həmişə başımın üstündə olacaq." Üç gün sonra qardaşımın şəhadətə çatdığı xəbərini aldım. Sonra paltarlarını gətirdikləri zaman gördüm ki, güllə dəyən yeri dəsmalla bağlayıb, dəsmalın Üzərinə isə "Ya Fatimətüz-Zəhra (s)" yazılıb. İndi nə vaxt küçədə çadrasız bir xanım görsəm, göz yaşlarım sel kimi axır. Öz-özümə deyirəm: "Yəqin bunların qardaşı yoxdur..."

💛 Şəhid komandir Hacı İmad Muğniyə: Biz hər cür sui-qəsdlərə, təzyiqlərə, mühasirəyə və təcridə məruz qaldıq, amma Müqavimət
💛 Şəhid komandir Hacı İmad Muğniyə:
Biz hər cür sui-qəsdlərə, təzyiqlərə, mühasirəyə və təcridə məruz qaldıq, amma Müqaviməti və onun müdafiəsini prioritetləşdirmək qərarımız ən vacib idi. Və biz Müqavimətin yaşamasını qan bahasına müdafiə etdik.
Allah ona rəhmət etsin. Allah Hizbullaha kömək olsun. #Haqqla_batilin_müharibəsi #Epşteyn_alyansı 𝐀𝐛𝐮𝐧ə 𝐨𝐥𝐮𝐧 🔥  Ya Bəqiyyətəllah 👉Gücləndir

Şəhid General Təngsiri ilə İnqilabın Şəhid Lideri arasındakı görüşün şəkli. Bu şəkil dünən İnqilabın Şəhid Liderinin Əsərləri
Şəhid General Təngsiri ilə İnqilabın Şəhid Lideri arasındakı görüşün şəkli. Bu şəkil dünən İnqilabın Şəhid Liderinin Əsərlərinin Qorunması və Nəşri Ofisi tərəfindən bu görkəmli şəhidin ailəsinə bağışlanıb. ‌

✒️Qasim Süleymani amerikalılar tərəfindən qətlə yetirildikdən sonra CENTCOM-un rəhbəri general Kennet Makkenzi idi və əməliyyat onun rəhbərliyi altında həyata keçirilmişdi. O, özünün "The Melting Point" kitabında yazır ki, general Süleymaninin zərərsizləşdirilməsi barədə əmr gələndə bu əməliyyatın əleyhinə çıxış edib.
​🟠 Niyə? Makkenzi hesab edirdi ki, bir iranlı generalın öldürülməsi ABŞ-ni Amerikanın maraqlarına cavab verməyən uzunmüddətli regional müharibəyə cəlb edə bilər. Buna görə də o, əməliyyatdan imtina etməyi təklif edirdi. Lakin MKİ (CIA) direktoru fərqli bir qiymətləndirmə təqdim etdi: onların hesablamalarına görə, İran belə bir müharibəyə girməyəcəkdi. Yekunda əməliyyat keçirildi. ​🟠 Strateji səhv məhz burada buraxıldı. Vaşinqton Süleymaninin qətlinin uzunmüddətli fəsadlara gətirib çıxarmayacağı qənaətindən çıxış edirdi. Lakin onun həlak olmasından sonra tamamilə fərqli bir prinsip formalaşdırıldı: Qasım Süleymaninin qisası ABŞ-nin bütün regiondan qovulması olmalıdır. ​🟠 Bu gün artıq daha aydın olur ki, söhbət yalnız tək bir cavab zərbəsindən getmirdi. Süleymaninin şəhadətindən sonra Yaxın Şərqdə Amerika hegemonluğunun zəifləməsi prosesi tədricən başladı. Əvvəllər Amerikanın demək olar ki, mübahisəsiz üstünlüyü kimi qəbul edilən reallıq addım-addım dağılmağa başladı. ​🟠ABŞ bu "axmaq müharibə" nəticəsində Yaxın Şərqdəki hegemonluğunu itirdi. Səudiyyə Ərəbistanı isə Pakistanın cənubunun İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir ilə birləşdirilməsi layihəsi vasitəsilə yeni regional təhlükəsizlik memarlığı formalaşdırmağa çalışır. ​🟠 Lakin Süleymaninin qətlinə görə məsuliyyət məsələsi heç yerə itməyib. Açıq şəkildə bəyan edilmişdi ki, bu qətlin icraçıları və təşkilatçıları cəzalandırılmalıdır. Söhbət bu əməliyyat barədə qərar verən, onu planlaşdıran və rəhbərlik edən şəxslərdən gedir. ​🟠Ali dini liderin şəhdi olmasından sonra bu məsələ daha prinsipial xarakter alır. Əgər Qasim Süleymaninin şəhadətinə görə qaçılmaz qisas elan olunmuşdusa, ölkənin ali dini liderinin qətli xüsusilə cavabsız qala bilməz. Bu cür əməllərə görə məsuliyyət zaman keçdikcə itmir. ​🟠 Məhz buna görə də bu gün baş verənlərə ayrı-ayrı epizodlar zənciri kimi deyil, uzunmüddətli bir proses kimi baxmaq lazımdır: Süleymaninin qətlindən və Amerika qüvvələrinin regiondan çıxarılması tələbindən tutmuş, Yaxın Şərqdə keçmiş Amerika təsiri sisteminin tədricən dağılmasına qədər. ​
#İran #ABŞ ✒️

✒️ https://t.me/boost/ya_beqiyyetellah Hörmətli Telegram Premium istifadəçiləri, kanalımıza "Boost" (Səs) verərək dəstək olmağınızı xahiş edirik.

Bu dünyada (Allahın qəza-qədərinə) təslim olmağın əlamətlərindən: ✨ Səbr, razılıq və təslimiyyət. ✨ İxtiyarı uca və əzəmətli Allaha tapşırmaq. ✨ Onun hökmünə səbr etmək, İtaətinə sarılmaq və Əmrinin qarşısında baş əymək... ​#Ümmətin_şəhidlər_sərvəri #Biz_əhdə_sadiqik

⭐Hacı İmad Muğniyənin sözlərinin əl-Həvzəvi tərəfindən verilən elmi təfsirinə əsasən, daxilimizdə mübarizə aparan qüvvə ruhdu
Hacı İmad Muğniyənin sözlərinin əl-Həvzəvi tərəfindən verilən elmi təfsirinə əsasən, daxilimizdə mübarizə aparan qüvvə ruhdur (fiziki imkanlar toplusu deyil); bu, Hacı İmadın çıxardığı nəticədir və böyük alim, şəhid Seyid Məhəmməd Baqir əs-Sədrin (Allah ona rəhmət eləsin) "Üsul əd-Din" (Dinin Əsasları) əsərindəki fikirlərin xülasəsidir. - Şəhid Seyid tərəfindən irəli sürülən yanaşma: Tarixi səyahət kontekstində insan varlığına nəzər saldıqda aydın olur ki, insanın əsas mahiyyəti onun fiziki bədənində deyil, daxili məzmunundadır. Bu daxili məzmunun formalaşmasının əsasını insanın özü üçün müəyyən etdiyi ideal təşkil edir; bütün konkret məqsədlər məhz bu idealdan qaynaqlanır və həmin məqsədlər tarixi proseslərdə hərəkətverici qüvvə rolunu oynayır. Buna görə də, ən ali məzmunun inşası, əslində, insanın daxili mahiyyətinin formalaşdırılması deməkdir.

Şəhid Hacı Qasim Süleymani:
Allah bizə "haqsız yerə tökülən günahsız qanın qisasını almaq" libası bəxş edib

Cinayətkar İŞİD qüvvələrinin Əmərli şəhərini hər tərəfdən mühasirəyə almasından sonra qəhrəman komandirimiz epik, misilsiz dö
Cinayətkar İŞİD qüvvələrinin Əmərli şəhərini hər tərəfdən mühasirəyə almasından sonra qəhrəman komandirimiz epik, misilsiz döyüşdə iştirak etdi; o və yoldaşları bizim təhlükəsizlik və *Cihadi* qüvvələrimiz mühasirəni yarana qədər havadan şəhərə yeridib şiddətli müdafiə qurmağı bacardı. İslam şəhidi Hacı Qasim Süleymani, şəhid-komandir Əvdə Cəbr Amer əl-Harişavi (Həcc Basim) ilə.

+1
▶️ Şəhid Əbu Übeydənin anası: “Zamanı geri qaytara bilsəydik, Hüzeyfəni yenə də eyni yola yönəldərdim. Həyat yoldaşım və bütün övladlarım şəhid olsalar belə, mən psixoloji baxımdan buna hazıram. Səbir edər və ‘Əlhəmdülillah’ deyərdim. Onun şəhadət xəbərini eşidəndə huşumu itirdim. Lakin mənə təsəlli verən odur ki, artıq xəyanətə uğramağın və tək buraxılmağın acısından qurtulub. Rəbbim onun adını dünyada ucaltdığı kimi, axirətdə də ucaltsın.” #Şəhid_Əbu_Ubeydə

Bu gün Əl-Qəssam Briqadalarının sözçüsü Huzayfə Əl-Kəhlutun "Əbu Ubeydə"nin şəhadətinin birinci ildönümüdür. Onun səsi iki milyard müsəlman millətinin hökmdarlarının hərəkətsizliyinin sübutu olaraq qalacaq!

🕊Əbu Ubeydənin tərcümeyi-halından

"Ümmətimin (camaat namazındakı) cərgələri göydəki mələklərin cərgələri kimidir. Camaatla qılınan bir rükət namaz iyirmi dörd
"Ümmətimin (camaat namazındakı) cərgələri göydəki mələklərin cərgələri kimidir. Camaatla qılınan bir rükət namaz iyirmi dörd rükətə bərabərdir. (Camaatla qılınan) hər rükət Allah üçün qırx ilin ibadətindən daha seviləndir."
​Hz.Pəyğəmbər(s.ə.a.s)
Şəkildə: Şəhid Seyid Əli əz-Zəncani və Livan İslam Müqavimətinin bir dəstə mücahidi

Birlik Həftəsinə ad vermək ürəkdən gələn bir inancdır. Biz buna inanırıq və inanırıq ki, Uca Allah bizdən bunu istəyib. Hörmə
Birlik Həftəsinə ad vermək ürəkdən gələn bir inancdır. Biz buna inanırıq və inanırıq ki, Uca Allah bizdən bunu istəyib. Hörmətli Şəhid Lider #VəhtədHəftəsi 📿

Səhifeyi-SəccadiyyəYarəbb... Mənim istək və duamdakı meyl-rəğbətimi bəndələrinin (dostlarının) istək və rəğbəti kimi et, qorxumu da dostlarının qorxusuna bənzər qərar ver. Məni Sənin razılığın və xoşnudluğun yolunda elə bir şəkildə əmələ sövq et ki, məxluqatından heç kəsin qorxusundan Sənin dininin bir hökmünü belə tərk etməyim. ​#Cümə_gecəsi #Bəndəlik_gecəsi #Bağışlanma_gecəsi 💡

Dünya şəhidlərin məhzəridir, amma haradadır bu hüzuru dərk edə bilən sirdaş  və görünən boşluq qarşılığında özünü itirməyən.Zaman keçir və yerlər çökür, amma həqiqətlər qalır... Şəhid Murtəza Avini🕊 #Sərdar