cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Ölkə Gündəmi

Show more
Advertising posts
6 977
Subscribers
-1524 hours
-247 days
-12930 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Azərbaycan neftinin qiyməti 91 dolları ötüb Azeri Light markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,27 dollar artaraq 91,32 dollar təşkil edib. Qeyd edək ki, Azeri Light-ın bir barelinin ən aşağı qiyməti 2020-ci ilin aprelində 15,81 dollar, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar təşkil edib.
Show all...
✔️Macarıstan Baş naziri Viktor Orban Azərbaycana səfər edəcək. Bu barədə Baş nazirin sözçüsü Zoltan Kovacs bildirib. Onun sözlərinə görə, Baş nazir Viktor Orban 5-6 iyul tarixlərində Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında iştirak edəcək. "Sammitdə əsas diqqət nəqliyyat, əlaqələnmə və iqlim siyasəti vasitəsilə davamlı gələcəyin qurulmasına yönəldiləcək. Üzv dövlətlər, o cümlədən Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Macarıstan (müşahidəçi qismində) bu sahələrdə əməkdaşlığı genişləndirməyi hədəfləyirlər. Baş nazir Orban tərəfdaş dövlətlərin liderləri ilə də ikitərəfli danışıqlar aparacaq", - o bildirib.
Show all...
👍 3
Yasamalda qadını evindən zorla çıxaran şirkətin vəzifəli şəxslərinə cinayət işi açıldı Xəbər verildiyi kimi “İbrahim-Q” MTK-nın vəzifəli şəxsləri tərəfindən paytaxtın Yasamal rayonu ərazisində xüsusi mülkiyyətdə olan mənzilin qanunsuz sökülməsi barədə daxil olmuş məlumat üzrə rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırmalarla qeyd olunan Kooperativin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək iyunun 30-da Afət Quliyevaya məxsus evin razılığı olmadan (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 53, mənzil 1) ümumi təhlükəli üsulla tamamilə sökülməsi nəticəsində ona külli miqdarda maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.1, 186.2.2 (külli miqdarda ziyan vurmaqla ümumi təhlükəli üsulla əmlakı qəsdən məhv etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Show all...
👍 1
🧑‍⚖️"Toplum TV" işi üzrə saxlanılan Müşfiq Cabbarov, Akif Qurbanov və Ruslan İzzətlinin həbs qətimkan tədbiri daha üç ay uzadılıb.
Show all...
❗️İyulun 7-də II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirləcək. İmtahanda ümumilikdə 47 520 abituriyentin iştirakı nəzərdə tutulur.
Show all...
❗️Azərbaycan, Türkiyə və Pakistanın silahlı qüvvələri mütəmadi qaydada birgə təlimlər keçirəcəklər.
Show all...
Astanada Azərbaycan və Çin prezidentlərinin görüşü başlayıb Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü başlayıb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Show all...
⚡️Ermənistanda hərbçi “vətənə xəyanət” maddəsi ilə həbs edilib. 42 yaşlı hərbiçinin Azərbaycan tərəfinə məlumatlar ötürdüyü bildirilir.
Show all...
👍 2
🇦🇿🇧🇾 Prezident İlham Əliyev Belarus Respublikasının Müstəqillik Günü münasibətilə Lukaşenkonu təbrik edib.
Show all...
👍 1
❗️”Telegram”ın fəaliyyətində qlobal problem aradan qaldırılıb.
Show all...
👍 2
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.