cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Mühasib vakansiyaları

Mühasib vəzifəsi üzrə iş elanları, vakansiyalar

Show more
Advertising posts
2 413
Subscribers
+1224 hours
+967 days
+32630 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Baş mühasib tələb olunur - MAAŞ 3500 MANATA-DƏK İşəgötürən: Askona Əmək haqqı: 2500-3500 manat Müsahibə əsasında müəyyən ediləcək. Namizəd üçün tələblər: Təhsil: İqtisadi sahədə ali təhsil (Maliyyə, Mühasibat uçotu və oxşar fakültələr) Təcrübə: Mühasibat və maliyyə sahəsində ən azı 5 il iş təcrübəsi olmalı (Satış sektorunda azı 3 il təcrübə mütləqdir). Dil bilikləri: Azərbaycan və Rus dilini səlis bilməli Kompüter bilikləri: Ofis proqramları və 1C əla səviyyədə; Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını bilməli Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti Vergi Məcəlləsini yüksək səviyyədə bilməlidir Peşəkar mühasib sertifikatının olması üstünlükdür; Dövlət orqanlarına hesabatların təqdim etməyi bacarmalı (ƏDV, DSMF, Statistika və s) Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən Mühasibat Uçotu və Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi Qaydalarını bilməli; Yaş: 30-45 yaş Vəzifələr: Müəssisənin fəaliyyətinin strukturuna və xüsusiyyətlərinə əsaslanaraq mühasibat uçotunun formalaşdırılması və aparılmasını həyata keçirmək Müəssisənin uçot siyasətinin formalaşdırılmasını, mühasibat uçotunun hesablar planının, qanunvericiliklə nəzərdə tutulmuş hallarda ilkin mühasibat uçotu sənədlərinin formalarının tərtibini və təsdiqini, maliyyə hesabatlarının formalaşdırılmasını və vaxtında təqdim olunmasını təmin etmək Maliyyə-kassa intizamına ciddi riayət olunmasını, mühasibat sənədlərinin mühafizəsini, onların rəsmiləşdirilməsini və müəyyən edilmiş qaydada arxivə təhvil verilməsini təmin etmək. Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edir; Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi təmin edir; İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına sərf olunmasına nəzarəti icra edir; ERP proqramında maliyyə hesabatlarının çıxarılmasını təmin edir. Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi. Xarici və daxili audit yoxlamalrının həyata keçirilməsi üçün tələb olunan işlərin yerinə yetirilməsi; Gənc komanda üzvlərinə nəzarət və onlara mentorluq etmək; Rəhbərlik tərəfindən verilən aidiyyəti üzrə digər tapşırıqların yerinə yetirilməsi. İş qrafiki: 5 günlük iş qrafiki Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Baş mühasib” qeyd etməklə [email protected] email ünvanına göndərmələri xahiş olunur.
Show all...
Satış üzrə mühasib tələb olunur İşəgötürən: Baku Steel Company Vəzifə öhdəlikləri: - İlkin satış sənədlərinin, müqavilələrin hazırlanmasında iştirak edilməsi; - Debitor borc məlumatlarının bütövlüyünün təmin edilməsində köməklik göstərilməsi; - Satışa aid bütün sənədləşmə işlərinin yerinə yetirilməsi; - Qaimə fakturaların yoxlanması və yerli qanunvericiliyə uyğunluğunun təmin olunmasında iştirak edilməsi; - Satışa aid hesabatların müəyyən edilmiş müddətə tərtib və təqdim edilməsini təmin etmək; - Satış şöbəsinə vaxtında və dəqiq məlumat vermək məqsədilə ödənilmiş qaimə fakturalar ilə hazırlanmış fakturaların üzləşdirilməsi Tələblər: - Ali təhsil (İqtisadiyyat, Maliyyə, Müasibatlıq üzrə); - Komputer bilikləri: MS Office – Yaxşı; - Minimum təcrübə: 1 il (müvafiq sahə üzrə); - Riyazi biliklər və analitik düşünmə bacarığı; İş şəraiti: - 5 günlük iş qrafiki, 09:00-18:00 - Rəqabətə davamlı əmək haqqı - Nahar şirkət tərəfindən verilir 📍 İş yeri: Mir-Cəlal küçəsi, 15 (Dərnəgül) Xahiş edirəm CV-lərinizi [email protected] mail ünvanına "Satış üzrə mühasib" yazaraq göndərəsiniz.
Show all...
👍 3 1
Pro Con İzo MMC, "Aparıcı mühasib" vəzifəsi üzrə vakansiya elan edir - İş ünvanı: Nərimanov ray., A.Aqarunov 3-9 - İş qrafiki: 6 günlük (Şənbə: 09:00-dan-13:00-dək); - Nahar vaxtı 13:00-14:00; - İstirahət günləri- Bazar; - Əmək haqqı – 1200 manat İş barədə məlumat: - Aylıq, rüblük və illik statistika, DSMF , ÖMV hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına təqdim olunması - Əmək haqqlarının, məzuniyyətin, xəstəlik vərəqələrinin, son haqq-hesabların qanunvericiliyin tələblərinə müvafiq hesablanması və ödənilməsi - Əməliyyatların 1C proqramına işlənilməsi - Kreditor və debitorlar ilə üzləşmələrin aparılması - Bank və kassa əməliyyatlarının avtorizasiyası - Müəssisənin mühasibat şöbəsinin əməkdaşlarına rəhbərlik etmək, tabeliyində olan işçilərin işini təşkil etmək və onlara nəzarət etmək; Namizədə tələblər: - Məsuliyyətli və dəqiq olmaq - Azərbaycan Respublikası Vergi və Əmək Məcəlləsi üzrə biliklər - MS Office, BTP və 1C 8.3 mühasibatlıq proqramından istifadə bacarıqları - Yaş: 22 – 35 yaş - Təhsil: Ali - İş təcrübəsi: 3 il Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) [email protected] elektron ünvanına mövzu hissəsində "Aparıcı mühasib" qeyd etməklə göndərə bilərlər.
Show all...
👍 1
Baş mühasib tələb olunur İşəgötürən: PFM Catering İş yeri: Bakı şəhəri. Badamdar qəsəbəsi. İş barədə məlumat: Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir) Vergi qanunvericiliyini bilmək; Dövlət orqanlarına hesabatların təqdim etməyi bacarmalı (ƏDV, DSMF, Statistika və s) Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən Mühasibat Uçotu və Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi Qaydalarını bilməli; Əsas vəzifə və öhdəliklər: Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və köçürülməsini təmin etmək; Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsini təmin etmək; Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək; Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək; İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək; E-qaimələrin, təhvil-təslim aktlarının, müqavilələrin hazırlanması; Debitor və kreditorlara nəzarət nəzarət; Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək; Əmək haqqının hesablanılması və ödənilməsi, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək; Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək; Namizədə tələblər: Yaş həddi – 25-36 yaş. (xanım/bəy) İş təcrübəsi – 3-5 ilədək. Komandada işləmə bacarığı. Əmək haqqı: 1000-1200 manat. İş vaxtı: Həftədə 5 iş günü. Şirkət tərəfindən qidalanma. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) [email protected] e-mail ünvanına mövzu yerinə “Baş mühasib” yazaraq email ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Show all...
8 VƏZİFƏ ÜZRƏ VAKANSİYALAR İşəgötürən: Sünbül Catering MMC Bakıda keçiriləcək COP29 layihəsində xidmət göstərəcək bir şirkət olaraq sırf layihədə çalışacaq namizədlər üçün vakansiyalar elan edir. 1. HR Specialist (emasda və vision programında sərbəst işləyə bilən HR namizədlər) 2. Head Chef (beynəlxalq tədbirlərdə təcrübə üstünlükdür) 3. Sous Chef 4. F&B Direktor 5. F&B Menecerlər 6. Mühasib 7. Maliyyə Meneceri 8. Hüquqşunas Yuxarıda qeyd olunan vakasiyalarla maraqlanan namizədlər vəzifənin adını (Məs: Sous Chef) yazaraq [email protected] ünvana cvlərinizi göndərməyiniz xahiş olunur
Show all...
4 vəzifə üzrə VAKANSİYALAR İşəgötürən: İşəgötürən: Sea Breeze VƏZİFƏLƏR: 1. Aparıcı mühasib 2. Mühasib 3. Mal-material üzrə mühasib 4. İR mütəxəssisi (mükəmməl rus dili biliyi mütləqdir) Maraqlanan şəxslər [email protected] elektron ünvanına sizə uyğun vəzifənin adını yazıb (Məs: Mal-material üzrə mühasib) göndərə bilərsiniz.
Show all...
👍 3
Satış üzrə Mühasib və mühasib köməkçisi tələb olunur İşəgötürən: «Baku Steel Company» QSC 1. Satış üzrə Mühasib Vəzifə öhdəlikləri : - İlkin satış sənədlərinin, müqavilələrin hazırlanması; - Debitor borc məlumatlarının bütövlüyünün təmin edilməsi; - Satışa aid bütün sənədləşmə işlərinin yerinə yetirilməsi; - Qaimə fakturaların yoxlanması və yerli qanunvericiliyə uyğunluğunun təmin - olunması; - Satışa aid hesabatların müəyyən edilmiş müddətə tərtib və təqdim -edilməsini təmin etmək; - Satış şöbəsinə vaxtında və dəqiq məlumat vermək məqsədilə ödənilmiş qaimə fakturalar ilə hazırlanmış fakturaların üzləşdirilməsi. Tələblər: - Ali təhsil; - MS Office və 1C bilikləri; - Minimum təcrübə: 3 il (müvafiq sahə üzrə); - Xarici dil: rus dili arzuolunandır; - Komanda ilə işləmə bacarığı; - Ünsiyyət qurma bacarığı; - İşə planlı yanaşma. İş şəraiti: - 5 günlük iş qrafiki 2. Satış üzrə Mühasib köməkçisi Vəzifə öhdəlikləri: - İlkin satış sənədlərinin, müqavilələrin hazırlanmasında iştirak edilməsi; - Debitor borc məlumatlarının bütövlüyünün təmin edilməsində köməklik göstərilməsi; - Satışa aid bütün sənədləşmə işlərinin yerinə yetirilməsi; - Qaimə fakturaların yoxlanması və yerli qanunvericiliyə uyğunluğunun təmin olunmasında iştirak edilməsi; - Satışa aid hesabatların müəyyən edilmiş müddətə tərtib və təqdim edilməsini təmin etmək; - Satış şöbəsinə vaxtında və dəqiq məlumat vermək məqsədilə ödənilmiş qaimə fakturalar ilə hazırlanmış fakturaların üzləşdirilməsi Tələblər: - Ali təhsil (İqtisadiyyat, Maliyyə, Müasibatlıq üzrə); - Komputer bilikləri: MS Office – Yaxşı; - Minimum təcrübə: 1 il (müvafiq sahə üzrə); - Riyazi biliklər və analitik düşünmə bacarığı; İş şəraiti: - 5 günlük iş qrafiki, 12.00-20.00 Müraciətlərinizi [email protected] e-mail ünvanına “Satış üzrə mühasib” və ya "Satış üzrə mühasib köməkçisi" başlığı altında qeyd edərək yönləndirməyiniz xahiş olunur.
Show all...
👍 1
Mühasib tələb olunur İşəgötürən: Ikma Vəzifə borcu: Təşkilatlara vergi hesab-fakturaların yazılması və təqdim edilməsi; Ödəniş tapşırıqlarının tərtibatı; Bank, xəzinə üzrə məlumatların mühasibatlıq proqramına işlənməsi; Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqların icrası; Mühasibatlıqda kargüzarlıq işinin aparılması; İşçilərin əmək haqlarının və digər ödənişlərin hesablanması; Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti operativ məlumatların təqdim etdirilməsini, mühasibat, (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edilməsi; lkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edilməsi; Bilməlidir: Mühasibat sahəsində təcrübə 3-5 il təcrübə; Microsoft Office (Word, Excel), 1C 8.3 proqramları üzrə bilikləri; Vergi və Əmək Məcəlləsi üzrə biliklər; Azərbaycan və İngilis dilləri; Mühasibat uçotunun müəssisələrdə təşkilinin təlimat və müddəalarını; Maliyyə hesablarının forma və qaydalarını; Bank ödəniş tapşırığlarının hazırlanması; Qoyulan tapşırııqları düzgün və vaxtında həyata keçirmək; CV-nizi [email protected] e-mail ünvanına "Mühasib" başlığı ilə göndərə bilərsiniz.
Show all...
💩 4👍 1
Repost from N/a
Baş Mühasib tələb olunur (Biləsuvar) İşəgötürən: AZƏRSUN KƏND TƏS. MƏH MMC İş Qrafiki: • Həftə içi 5 gün, 09:00-18:00 Ünvan: Biləsuvar Tələblər: • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır); • Baş mühasib kimi ən azı 3-5 il iş təcrübəsi; • Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi; • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli; • Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır) • MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli; • ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli • Peşəkar mühasibatlıq sertfikatına malik olmalı İş haqqında: • Vergi, statistika və DSMF hesabatların hazırlanması; • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi; • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi; • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi; • Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi. Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Baş mühasib” qeyd etməyiniz xahiş olunur.
Show all...
📢i Kreditorlar üzrə mühasib tələb olunur İşəgötürən: Dövlət Radiotezliklər İdarəs Vəzifə üçün tələblər: · Borclu təşkilatlar üzrə mütəmadi iş apararaq borcun ödənilməsinə nəzarət etmək; · Müvafiq tələblər və qaydalar əsasında xərclərin proqnozunu vaxtında yerinə yetirmək; · Malsatan və podratçılardan daxil olan sənədlər üzrə öhdəliklərin 1C (ERP) proqramında tanınması; · Vergilər xidmətinin portalında daxil olan qaimələrə nəzarət; · Alışlar üzrə təhlilləri aparmaq və kreditorlara nəzarət etmək; · Aidiyyəti hesabatları vaxtında hazırlayıb təqdim etmək; · Kreditorların göstərdiyi xidmət zamanı yaranan uyğunsuzluqların araşdırılaraq aradan qaldırılması üçün tədbirlər görmək; · Problemli kreditorlarla bağlı hesabatlar hazırlamaq; · Xidmət göstərən təşkilatlarla üzləşmə aktlarını hazırlamaq və təsdiqində iştirak etmək; · Rəhbərlik tərəfindən verilən tapşırıqları icra etmək; · İş bölgüsünə uyğun olaraq ona təhkim olunmuş sahələrdə təsərrüfat əməliyyatlarının sənədləşdirilməsini və müvafiq məlumatların qeydiyyat bazasında əks olunmasını təmin etmək; · Sənədlərlə işləməyi bitirdikdən sonra onların cari arxivləşdirilməsini, saxlama müddəti bitdikdən sonra isə ümumi arxivə təhvil verilməsini təmin etmək; · İxtisas və peşəkarlıq səviyyəsini daim artırmaq; Namizəd üçün tələblər: · Maliyyə sahəsi üzrə ali təhsil; · Mühasib vəzifəsi üzrə 3 ildən az olmayaraq iş təcrübəsi; · 1 C proqramı ilə işləmək bacarığı; · MS Office proqramlarında, xüsusilə exceldə mükəmməl işləmək bacarığı; · Azərbaycan dilində mükəmməl yazı və səlis şifahi ünsiyyət bacarığı; · İngilis və Rus dili üzrə orta səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları; · Təhlil etmə və təqdimat bacarığı; · Çeviklik, diqqətlilik və dəqiqlik; · Komandada işləmə, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları. Qeyd olunan tələblərə cavab verən namizədlərdən mövzu hissəsində "kreditorlar üzrə mühasib" yazmaqla CV-ni [email protected] ünvanına göndərmələrini xahiş edirik.
Show all...
👍 2 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.