Riza-i İlahi
Open in Telegram
Bu qaranlıq gecə yarəb çəkəcəkdir nə qədər Olacaqmı bitə hicran, gülə nurani səhər?! Qüdsi.
Show more500
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
500
İnna lillahi və inna iləyhi raciun.
Dəyərli mücahid ruhani Seyid Fəramiz Abbasova Allahdan rəhmət diləyirik. Yaxınlarına Allah səbr versin.
500
Göz qəlbin saf aynasıdır. Hz. Əli (ə).
Həqiqətən də belədir. Məsələn insan gözünü yumarkən, bayır işıqlı olsa da, o heç nəyi görmür, çünki bayırın işığını görəcək göz nurunun qarşısını göz qapaqları ilə alır. Göz nuru işığını qəlbdən alır.
Bir kinoteatr səhnəsi təsəvvür edin. Siz zalda oturmusunuz, qarşınızda ekran var və ekranda filmə baxırsınız. Siz ekranda görünən filmin maraq və mənasına o qədər dalmısınız ki, onu real səhnə kimi qəbul edirsiniz və unutmusunuz ki, həqiqətdə bu film ekranda deyil, sadəcə orada əks olunub. Film isə kinoproyektordakı lentdədir və ya diskdədir. Kinoproyektor lenti fırladıb onu işıqlandırır və ekrana doğru işıq dalğaları ilə ötürür. Xırda lentdə əks olunanlar böyüdülərək ekran parçasında təcəlli edir.
İnsanda da bu cürdür. Onun qəlbində olan niyyət lenti göz ekranında əks olunur və o əslində qəlbindəki filminə göz ekranında tamaşa edir. Sadəcə gözündə görünənlərə o qədər aludə və mübtəla olub ki, bütün bunlanın öz qəlbində olduğunu unudub, buna inanmır, əksinə ekrana və ekrandakılara inanıb yəni ancaq gözünün gördüyünə inanır.
PS. Maraqlı fakt da budur ki, müasir bilogiya elmi sübut edir ki, gözün görən hissəsi bayıra baxan tərəfi deyil, əksinə insanın beyni tərəfə baxan hissədə yerləşir. Təsəvvür edirsiz, gözlərimizin görən hissəsi beynimiz istiqamətinə, daxilimiz tərəfə yönəlib.
İnsanın daxilindəki mikrokainat onun gözlərində makrokainat kimi əks olunub. Gözlərdən biri teleskopdur, digəri isə mikroskop. Biri insanın daxilindəki nöqtədən də kiçik kainatı böyüdür, digəri isə o qədər yaxınlaşdırır ki, insan öz hüceyrələrini ətrafdakı insanlar və digər məxluqlar boyda görür, içi bayırda özünə o qədər yaxınlaşır ki, özünü də öz hüceyrələri qədər eyniləşdirir.
Çox maraqlıdır, heyif ki, rəssam deyiləm, əlimdən rəssamlıq gəlmir, yoxsa bunun şəklini çəkib göstərərdim. Heyif ki, rejissor və operator deyiləm, yoxsa filmini çəkib nümayiş etdirərdim.
PPS. İnsan həqiqətən də möcüzədir, onun özünü şeytan və heyvan səviyyəsinə salması bağışlanmayacaq bir qəbahətdir, Allahın sənət əsərinə küfr etməkdir, həqarət yağdırmaqdır. İnsanın özünü şeytan və heyvan kimi aparması öz ülvü şəxsiyyətinə, möhtəşəm mahiyyətinə qarşı böyük hörmətsizlikdir... insan o şəxsin nəslindəndir ki, o şəxsin övladıdır ki, Allah bütün yaradılışa ona səcdə etməyi əmr etdi və insanın ən son uyacağı kəs də o kəsdir ki, insana təkəbbürlü oldu, Allahın əmrinə qarşı çıxıb insanın torpaqdan yaradıldığını bəhanə etdi, insana həqarət etdi. İnsanın bir tərəfində hər kəsə ona səcdə etməyi əmr edən sonsuz qüdrət sahibi olan bir dost var, digər tərəfində isə ona həqarət edən, onun səcdəyə layiq olmadığını iddia edən, bunu sübut etməyə çalışan və edən, fitnəkar və xəbis bir düşməni var. Sizcə, insan kimə tərəf getməli, kimi özünə yoldaş seçməlidir? Dostu yoxsa düşməni? Normal məntiq deyir ki, insan mütləq şəkildə ona dəyər verən, bütün məxluqatın əşrəfi sayan dosta tərəf getməlidir, ancaq biz görürük ki, insanların böyük əksəriyyəti şərəf məqamını tərk edib onu alçaldan düşmənə uyurlar. Belə çıxır ki, insanların böyük əksəriyyətinin ağlı yoxdur, şeytan isə onları ağır cinayətlərə və günahlara sövq edib axırda aradan çıxır, məsuliyyəti insanın boynuna qoyub kənara çəkilir. Həyatını ona uyaraq yaşamış insan isə böyük günahların hesabını verməli olacaq.
Elxan Zamani
Allah qapsın açsın,zalımlarada lənət etsin.
http://t.me/kamilvenaqis🖇️
500
"Mən"dən keçən yollarda
Nə Sən varsan, nə də mən((
Əvvəli bəngü-badə,
Sonu xumar, qüssə-qəm...
#saib_jalil
500
#bizə_bizdən
#Fasiq qocalanda #çirkinliklərin pik həddinə çatır.
Köhnəlib vaxtı keçmiş bədəni onu bir çox günahlardan məhrum qoysa belə. Yoxsa daha çox tüğyan edər və zərər vurardı..
http://t.me/kamilvenaqis🖇️.
500
#Təkəbbür
#Təkəbbür dilə gəlib demir ki, mən "təkəbbürəm". O, özünü insana qəlbin səsi kimi təqdim edir. Sanki bizim özümüzdür.
Hadisələri bizim adımızdan və bizim üstünlüyümüz yönündən qiymətləndirir.
Simptomları küskünlük, qəzəb, nifrət və qəm hissi şəklində özünü biruzə verir.
#Şərt_deyil ki, #təkəbbürlü insan məqam və sərvət sahibi olsun. Məsələn, mümkündür ki, 20 il əl açan dilənçi təzə dilənməyə başlayan qaraçıya üstdən aşağı baxsın..Onun sadə hərəkətlərindən qıcıqlansın.
Bəzən də bizi qürur adı ilə aldatmağa çalışır..Hər halda Allah əlimizdən tutsun!
http://t.me/kamilvenaqis
Kanalın linkin paylaşsanız minəttar olarıq
500
Maraqlıdır ki, "İşə Allah və Məhəmməd (s) adı ilə başlamaq da qadağan olunmuşdur" hökmü üçün mənbə olaraq mərhum Sahibi-Vəsailin "İsbatül-hüdat" kitabı göstərilib, 7-ci cild, səh. 482. Amma axtarış zamanı həmin kitabın yalnız 5 cildlik çapını tapmaq olur. Həmin 5 cildlik nəşrin də sonuncu cildinin axırında ğülat haqqında hədislər toplanıb. Həmin bölmədə bu hökmə aid yazı görmədim. 397-ci səhifədə buna yaxın olan bir rəvayət var, amma oradan da bu hökmü çıxarmaq mümkün deyil. Həmin rəvayətdə tamam başqa sözü söyləməkdən danışılır və tamam başqa nəticə çıxarılır. "İsbatül-hüdat"ın 7-ci cildinin 482-ci səhifəsini görən varsa, şəklini təqdim etsə çox maraqlı olar ki, görək həqiqətən orada nə yazılıb. Mən isə 5-ci cild səh. 397-dəki hədisin şəklini verirəm.
Maraqlı və ziddiyyətli mövzudur...
#Diqqətlə_oxu
500
#Bismillah
#Yaralı_məlumat
#Oxu
**Əqidəmizə kənardan gələn bir çox şeyə biz yox deməsək sabah bunu düşmən edəcək nəticədə uduzan biz olacıyıq.
_____________
Halbuki məndə Nur təsnifi dən oxumuşdum.
Bismillah” ilahi rəng göstəricisi, tövhid cəhətinin nişanıdır. İmam Riza (ə) buyurmuşdur: "Bismillah” insanın özünə Allah bəndəsi nişanı vurmasıdır.”("Təfsiri-Nurus-səqəleyn”. )
2. "Bismillah” tövhid rəmzidir. Bu ad əvəzində başqa adın çəkilməsi küfr rəmzi sayılır. "Allah” adını başqa adlarla bir tutmaq isə şirk əlamətidir. Nə Allahın adı ilə yanaşı, nə də Onun adının yerinə başqa ad çəkməyək. Allahın təkcə zatı yox, adı da şəriksizdir. İşə Allah və Məhəmməd (s) adı ilə başlamaq da qadağan olunmuşdur("İsbatul-huda”, c. 7, s. 482. ).
3. "Bismillah” davam rəmzidir. Çünki Allah boyasında olmayan hər bir şey fanidir.(Bax: "Qəsəs”, 88. )
4. "Bismillah” Allaha eşq və Ona təvvəkkül rəmzidir. Rəhman və Rəhim olan kəsə sevgi göstərək, işimizi Ona təvəkküllə başlayaq. Onun adını çəkmək mərhəmətinin cəlb olunması səbəbidir.
5. "Bismillah” təkəbbürdən uzaqlaşma və ilahi dərgaha acizliyin izharı rəmzidir.
6. "Bismillah” bəndəlik yolunda ilk addımdır.
7. "Bismillah” şeytanın qaçması səbəbidir. Allaha yaxın olan insana şeytan təsirsizdir.
8. "Bismillah” işlərin paklıq və sığortalanma səbəbidir.
9. "Bismillah” Allahın zikridir. Yəni "bismillah” deyən kəs Allahı unutmadığını bəyan edir.
10. "Bismillah” insanın məqsədini açıqlayır. İnsan "bismillah” deməklə izhar edir ki, Pərvərdigara, hədəfim xalq, zalım hakimlər, görüntülər, həvəslər yox, yalnız Sənsən!
11. İmam Riza (ə) buyurmuşdur: "Bismillah” ismi-əzəmə gözün qarası ağına yaxın olduğundan da yaxındır.”("Təfsiri-Rahnüma”. )
http://t.me/kamilvenaqis
500
Mürekkeb adamları heç vaxt ciddiye almayın. Şəxsən mən həmişə "#sadə" insandan çəkinmişəm.Amma sadeliyi de gerek düzgün göresen. Çox vaxt tebieten susqun ve mizacı sönük olanları sade olaraq tanimlayiriq. Qetiyyen bu deyil. Sade olanlar tamam basqa bir yerde oturublar. Dayanıb danışdıqları, NƏZƏR etdikleri yer çox ferqli yerdir.
Bu anlamda "SADƏLİK QORXUDUR". Niye ? Onu açiqlamaq üçün gerek "ilahi təbiətin" nüfuz etmə dairesini ve serhedlendirme nəzərini bilesen. Bunu ise murekkeb olanlar hemişe nezeri olaraq açiqlamaga calişarlar, amma işin esline esla temas etmezler...
http://t.me/kamilvenaqis 🖇️
500
Allahı gördük görəndə
Gəmiqovan qayıqları.
Öpülməli ayaq varsa,
Dostun yalın ayaqları!
@kamilvenaqis
500
Ey Rəbbim, Səndən başqası
qəlbimi sərinlətməz...
Xanım Fatimeyi-Zəhra (s.ə)
(یا رب لیست من احد غیرک تئلج بها صدری)
500
Döndüm gözümün yaşlarına, eşqimə sızdım
Aləmdə məhəbbət nədi, Sənsiz tanımazdım
Tufanları, min türlü təlatümləri gördüm
Qorxutmadı, Səndən yapışıb, eşqimə yozdum..
Qaytar mənə Sənsiz neçə ölgün nəfəs uddum
Sənsiz nə qədər gün yaşadım, həpsin uduzdum
Buz tutmuş idim, zəhrimi sındırdı nədamət
Döndüm suya, səhrada süründüm, yenə qızdım
Bütxanə olan könlümə İbrahimi saldım,
Sındırdı bütün bütləri, ismin belə pozdum
Mülkündə siratım əbədən müstəqim olsun
Döndərmə vələzzalinə, rəhm eylə, yol azdım
Tutdum bir ümid şəm'ini, yorğun tək əlimnən
İllər boyu qəlbimdə dərinlikləri qazdım..
Fəzlindən umur, xalid əzəldən ki fəqirdir...
Ummaqdısa sərmayəsi, ya Rəbb nədi muzdum?!
A.Abdul
http://t.me/kamilvenaqis 🖇️
500
#Ya_Allah
İm. Əli (ə): Zövcə və övladın azlığı asayiş yollarındandır...
(قلّة العیال احدُ الیسارین)
+Bəli, uşaq onsuz da azdır. Zövcənin (məşuqənin) çoxluğuna həvəsi nəzərdə tutdum((
http://t.me/kamilvenaqis
