cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Səyavuş Məmmədzadə "Yolçu"

Sevmək🌹 Həyatın demək olar ki, bütünüdür sevgi, sevginin işidir sevmək. Sevmək günah mı sualı hər kəsdə var, doğrudur. Amma, Sevgi ilə yaradılan bizlərə sevmək həqiqətən günah ola bilər mi sizcə? Yolçu sizə yoldaş olacaq😊🌹🌸 #TGX

Show more
The country is not specifiedThe language is not specifiedThe category is not specified
Advertising posts
178
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Danışacaq çox şey varkən, və əslində danışacaq heç bir şey yoxkən, insanlar arasında yalnız ikimizin yaşaya bildiyi bir zamandayıq sevgili. İnsanlar bizdən uzaq bizdən xəbərsiz. Sənin məndən xəbərin var bilirəm, amma sənin məndə olan səndən xəbərin yox idi. Ramazan ayının on birinci gecəsində aldım qələmi əlinə düşdüm yola yenədə. Qələmim yoldaş oldu sənə gələn yollarda mənə. Sənə olan sevgim bitməz, həsrət qəlbimdə dinməz oldu sevdiyim. Sevdamısan hekayəmdə, yoxsa bir imtahan mı? Hanı demişdi adam “ Sevərsən, ya qismətin olar, ya da imtahanın”. Səni hər soruşan insana “Görmürsən mi buradadı” deyə oldu cavablarım. O qədər içdən sevdim ki, səni. Yalnız içimdə görə bilirdim səni. Heç kim görməsədə. Sənin bir şəklin qalmış məndə. Dünən axşamçağı kitab rəflərini təmizləyərkən, səninlə oxuduğumuz kitab düşdü əlimə. Qalan bütün kitabları yerə qoydum, oturdum masada başladım vərəqləməyə. Arasından sənin şəklin və bir neçə kağız düşdü masaya. Səni düşündüyüm gecələrdə yazdığım məktublar... Gülmə sevgili, bilirəm məktub zamanları deyil bu zamanlar, artıq insanlar bir telefon qədər, bir mesaj qədər yaxın bir-birinə. Amma Sənə mesajlarım çatmaz oldu. Əlim istər-istəməz şəkilə doğru uzandı. Oturduğum masadan qalxa bilməz oldum bir anda. Əlimdə şəklin, mən sənə baxıram, sən isə kameranın obyrktivinə baxıb gülümsəyirsən. O zaman anladım. Səni görməyəli, səninlə iki kəlam söz danışmayalı aylar hətta illər keçdi. Sənin bir şəklini gördüyüm zaman anladım. Sevdiyim, unuda bilmədim səni. Bundan tam dörd il öncə çıxdın qarşıma, bu dörd il ərzində cəmisi üç ya dörd dəfə gördük mü bir-birimizi tam olaraq yadımda deyil. Amma, səni gördüyüm zamandan düşdüyüm bu yolda, hələdə ümüdsüzcə qaldığımı anladım. Son dəfə səni gördüyüm zaman yadıma düşdü bir anda. Bir bayram süfrəsi qonaqlığında, oturmuşdun qarşımda. Ara-sıra özümdən asılı olmadan seyr edirdim səni, sənin gülüşünü, amma sən görmürdün bunu. Qarşımdaydın, üzümə baxmasanda orada idin, görürdüm səni. O zaman yəni səni izlərkən babamın sözü düşdü yadıma “düşə qalxa öyrənər bu həyatı insan”. Bu yaşıma qədər çox düşdüm, çoxda qalxdım. Nədə olsa düşə qalxa, düşə qalxa yaşadım, və öyrəndim həyatı. Tam da yorulduğum zamanlarda sən çıxdın qarşıma. Uşaqlıq yaşlarımda öyrəndim mən həyatı. Əməklədiyim zamanlarda vazkeçdim böyüməkdən, ayağa qalxmaqdan, nədə olsa yıxılacaqdım, nədə olsa qanayan dizlərimi anamdan başqası öpməyəcəkdi, böyüsə idim düşəcəkdim, nədə olsa düşə qalxa, “düşə qalxa öyrənəcəksən” deyəcəkdi babam, böyümək istəməzdim mən. Böyüsə idim yıxılacaqdım, həmdə böyüsə idim sənə vurulacaqdım, sən məni unudana qədər sevəcəkdin bəlkə də, bəlkə də unudacaq qədər sevəcəkdin. Birdə gözlərindən düşəcəkdim bu həyatda. Nədə olsa düşə qalxa. Gəzdiyim yollarda büdrəyərkən yaşayacaqdım gözlərində, nədə olsa düşə qalxa, məhəllədəki balaca uşaqları sığallayarkən, onları güldürərkən anlamışdım. Böyüməyəcəkdim mən, böyüsəmdə, böyük adam olmayacaqdım. Olsam olsam böyük bir uşaq olacaqdım mən....
Show all...
Salam Size Yeni Boyları Təqdim Edirik Yaradıldı @XTQ_BAKAVOY Və botlar : @SuperTaggerBot @SuperMusiqi 😍
Show all...
@dreamsblog1 Dəstək olaq
Show all...
Günlüklər.. Gizlin var, gizlim var.. Gizli saxlanılan şeylər hər zaman.. Nə çox şey yaşadıq biz bu həyatda. Bir məsəl vardır “hər kəsin dərdi var, kimisinin süfrəsi kiçik, kimisinin əlindəki üzük”. Bildiyimiz amma hər necə olursa qəbul etmədiyimiz bir şey var. Bəzi məsələləri olduğundan daha da böyük qəbul edirik. Böyüdürük hər şeyi gözümüzdə. “Yeddisində nədirsə yetmişində odur insan” uşaqlığınızdan sizə nə qaldı bu yaşadək? Biraz keçmişə qayıtmaq istəyirəm. Açıq demək lazımsa, uşaqlıq sətirlərimizə. Günlüklərimizə. İlk aşiq olduğumuz zamanlarda ilk və son səhifəsinə sevdiyimizin adını qırmızı qəlb içində yazdığımız, hər kəsdən gizlədiyimiz o dəftərlər mövsümünə. Nə gözəl dost idi o dəftərlər, nələr almışdı içinə. Qəlbimiz adətən, düşündüyünü yazmaz ki, insan günlüklərə yaşadığı hissləri yazar. Qəlbin qələmlə mürəkkəblə dərdləşdiyi o sarı saman rəngli kağızlar.. İnsanın gizlisi olacaq məncə. O`nu digər insanlardan fərqləndirən, fərqli yaşadan, fərqli hiss etdirən. Məsələn, gizli bir mahnısı, yalnız zamanlarda hətta ən çox gecələri yatmazdan öncə dinlədiyi bir musiqi, və ya hansısa kitabda qarşısına çıxıb qəlbinə yatan bir cümlə, bir söz, bir kəlam, bir sevgili, və ya bir sevda hekayəsi, hər kəsdən uzaqlaşmaq istədiyi zamanlarda yalnız gedə biləcəyi bir yer, bir məkan. İnsanın gizlisi olacaq. Keçmiş günlüklər gəldi mi ağlınıza. Gecələri hər kəs yatarkən, sevinclə, təbəssümlə və ya hüznlə yazıb yazıb qaraladığınız o sətirlər.... “Dərdin varsa, dərdini anlayan yoxsa, qələmlər susmaz yoldaş...”
Show all...
6.31 KB
𝗕𝗢𝗦𝗦│𓄂𝐓𝐆𝐗 𝐈𝐒𝐌𝐀𝐘𝐈𝐋𝐎𝐅𝐅🇦🇿⃤ ϟ ʙᴛ⚡️ ə səs 🖤
1 ə səs verin Allahu Akbar🖤
6.31 KB
𝗕𝗢𝗦𝗦│𓄂𝐓𝐆𝐗 𝐈𝐒𝐌𝐀𝐘𝐈𝐋𝐎𝐅𝐅🇦🇿⃤ ϟ ʙᴛ⚡️ ə səs 🖤
1 ə səs verin Allahu Akbar🖤
Hər növ musiqi🎶
Pp üçün şəkillər 📸
Status üçün videolar 🎥
Axdardığınız hər şey burda🤍🌹
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.