Elektron kitab
Open in Telegram
Kanalda yalnız milli dilə tərcümə olunmuş kitabların pdf-i paylaşılacaq. Digər dillərdə kitab istəyiniz olarsa müzakirə və istək qrupuna - @elektron_kitabs qoşulun. Reklam və digər məsələlərlə bağlı əlaqə : @cosqun666
Show more1 989
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
1 989
✒ İlya İlf, Yevgeni Petrov - Qızıl dana
📃Sovet dövrünün ən gülməli kitabı. Ötən əsrin birinci yarısına aid bu yumor həm də inanılmaz dərəcədə müasirdir. Əgər siz təcili surətdə milyonçu olmaq istəyirsinizsə, onda buyurun – məşhur sovet yazıçıları, avantürist satira və faydalı yumor ustadları İlf və Petrov sizə bunun milyon yolunu göstərir.
"Qızıl dana" İlf və Petrov tərəfindən qələmə alınan satirik romandır. Kitab "12 stul" əsərinin davamıdır. Burada da birinci hissənin mərkəzi personaji Ostap Benderin macəralarından bəhs edilir. Yenə xəzinə izinə düşən Bender hər vasitə ilə gizli milyonçu Koreykonun var- dövlətini ələ keçirməyə çalışır.
#azərbaycanca #ilkdəfə #roman
ℹƏsər haqqında maraqlı faktlar.
📮@elektron_kitab
1 989
✒ İbrahim Kərimov - Dörd mühəndis
📃Ulduz Universiteti Azərbaycanın öndə gedən universitetlərindən biridir. Burada ölkənin ən yüksək nailiyyətlərinə sahib tələbələr təhsil alırlar. Maria, Omər və Elina da onlardan biridir. Bir-birlərinə çox bağlı olan bu üç dost zəngin həyatı, geyim tərzi, bacarığı və xarici görünüşləri ilə hər kəsin diqqət mərkəzindədir.
Novruz bayramı gecəsi əfqanıstanlı professor Ramez Afridinin mükəmməl bir planla qətlə yetirilməsi universitetdəki bütün dincliyi pozur. Cinayətin həlli üzərində istintaq gedərkən, Ulduz universitetində demək olar ki, digər üç tələbə ilə eyni yaşda olan mühafizə işçisi Elmir də burada təhsil alma şansı qazanır. Ömər, Maria və Elina isə özlərinin də günahı olduğu bu qətlin onların üzərinə qalmasından qorxur və bunu gizlətməyə çalışırlar. Amma aralarına sızan Elmirin onların həyatını tamamilə dəyişəcək tək insan olacağının fərqində belə deyillər.
#azərbaycanca #ilkdəfə #roman
📮@elektron_kitab
1 989
✒ U-Tszin - Hərb sənəti
📃«U-tszin» minillər boyu davam edən iğtişaşlar və müharibələrdən, dövlətlərin yaranmasından və süqutundan keçərək bizə gəlib çatan nadir, bəlkə də yeganə strateji düşüncəyə aid dərslikdir. Mübariz döyüşlərin və müharibələrin dərsləri, taktika və strategiya məsələləri, ordunun və dövlətin idarə olunması və misilsiz insan təcrübələri öyrənilmiş və nəsildən-nəslə ötürülmüşdür. Bütün bunlar yalnız Sun sülaləsi zamanı bir yerə toplanmış, korrektə edilmiş, nəhayət, təkcə hərbi düşüncənin əlifbasına çevrilməmiş, həm də həmin vaxtadək artıq iyirmi əsr mövcud olan böyük hərbi vəzifələrə keçmək üçün imperator imtahanlarının materialı olmuşdur.
#azərbaycanca #ilkdəfə #fəlsəfə #araşdırma
📮@elektron_kitab
1 989
✒ Yuri polyakov - Süddə çəpiş
📃Tanınmış rus yazıçısı Yuri Polyakovun ''Süddə çəpiş'' romanında sovet dövrü və ondan sonrakı mərhələdə Rusiya ədəbi mühitində cərəyan edən proseslər təsvir olunur. İki yazıçı öz aralarında mərc gələrək qələm tutmağı belə bacarmayan bir fəhləni böyük yazıçı kimi tanıtmağa qərar verirlər.
Yuri Polyakov “Süddə Çəpiş” əsəri ilə SSRİ ədəbiyyatının üstü bəzək, altı təzək olduğunu göstərir. SSRİ mühitində yazıçı necə yetişirdi sualına cavab verir.
#azərbaycanca #ilkdəfə #roman
📮@elektron_kitab
1 989
✒ Anastasiya Kolpakova , Yelena Xramova - Bədənə qulluq
📃20 yaşınız olanda sizə elə gəlir ki, bədəninizə qulluq etmək o qədər də vacib deyil. Axı bütün problemlər yetərincə gec başlayır. Lakin kosmetoloqlar təsdiq edirlər ki, gələcəkdə gözəl görünməniz və sağlam olmanız bu yaşda özünüzə necə qulluq etməyinizdən birbaşa asılıdır. Bu kitabda özünüzə gündəlik qulluq üzrə faydalı və effektli məsləhətlər, təbii maska, krem, skrab, bədən, əl və ayaq üçün pilinq, ev şəraitində manikür və pedikür qaydaları, təhlükəsiz qaralma, depilyasiya, sağlam qidalanma üzrə tövsiyə və qamətli bədən üçün yüngül idman təmrinlərilə tanış olacaqsınız. Bu kitab sizə gözəlliyinizi və sağlamlığınızı uzun müddət qoruyub saxlamağa şərait yaradacaq.
#azərbaycanca #ilkdəfə #sağlamlıq
📮@elektron_kitab
1 989
✒ Jan Gevr - Xacə şah
📃XVIII yüzilliyin ortalarından başlayaraq yarım əsrdən də böyük bir tarixi əhatə edən romanla həmin dövrdə Güney, Quzey Azərbaycanımızda və Fars əyalətlərində baş verən ictimai-siyasi hadisələrdən, ən nəhayət Xadir, Ağa Məhəmməd şah Qacar kimi qüdrətli hökmdarlardan söhbət açılır.
#azərbaycanca #ilkdəfə #tarix #roman
📮@elektron_kitab
1 989
✒ Yuliya Maxyutina - Uşağınızın sağlamlığı haqqında hər şey
📃Bu kitabda uşağınızın dünyaya gəldiyi ilk gündən bir yaşına qədər ona qulluqla əlaqədar olan ən vacib şeyləri biləcəksiniz. Çətin vəziyyətlərdə özünüzü itirməməyi öyrənəcək, körpənizi isə sağlam və xoşbəxt görəcəksiniz. Siz yeni doğulmuş körpənin hansı xüsusiyyətlərə malik olduğunu, geniş yayılmış uşaq xəstəlikləri zamanı körpənizə ilkin yardım göstərməyi öyrənəcəksiniz. Kitabın məqsədi azyaşlı körpəsi olan valideynləri maarifləndirməkdir.
#azərbaycanca #ilkdəfə #sağlamlıq #uşaq
📮@elektron_kitab
1 989
🕯𝐊𝐢𝐭𝐚𝐛𝐝𝐚𝐧 𝐬𝐢𝐭𝐚𝐭
Tanrı insanı kimi isə öldürmək üçün, güllə atmaq üçün yaratmayıb, Tanrı insanı sevmək üçün yaradıb.
📚 Svetlana Aleksiyeviç - Müharibənin qadın olmayan üzü
#sitat
✅ t.me/elektron_kitab
1 989
✒ Andrey Platonov - Kotlovan
📃Rus yazıçısı Andrey Platonovun 1930-cu ildə yazdığı ''Kotlovan'' romanı müəllifin ən parlaq əsərlərindən biridir. Bu əsər o zamanlar yazılıb ki, bütün sovet nasirləri kollektivləşmədən, sosializm quruculuğundan, əmək romantikasından, sinfi mübarizədən böyük epopeyalar yaradırdılar. Ancaq Platonov dövrün gerçəkliklərinə başqa prizmadan yanaşıb, hər şeyi olduğu kimi verməyə çalışıb.
Müəllif ''Kotlovan''da ölkənin düşdüyü çuxuru, insanların bu çuxurdan çıxmaq üçün çabalamalarını, ümidsizliklərini, çətinliklərin öhdəsindən gəlmək üçün yetərli gücləri olmadığını aydın şəkildə göstərib.
#azərbaycanca #ilkdəfə #roman
📮@elektron_kitab
1 989
✒ Mark Blauq - Keynsə qədər 100 böyük iqtisadçı
📃Kitabın müəllifi - iqtisadi təfəkkürün tanınmış tarixçisi olan britaniyalı Mark Blauq - 200 daha çox tanınmış iqtisadçıların həyat və yaradıcılıqları haqqında kiçik və çox maraqlı yazılmış xülasələr formasında danışır. Hər bir xülasə iqtisadçının həyatının və yaradıcılığının əsas mərhələləri haqqında məlumatı və həmçinin, onun yaradıcılığının tutumlu və bəsirətli xarakteristikasını özündə əks etdirir.
#azərbaycanca #ilkdəfə #iqtisadiyyat
📮@elektron_kitab
