Subbakalavrlar
Open in Telegram
📞Əlaqə: https://wa.me/+994504307781 📱WhatsApp: https://whatsapp.com/channel/0029Vb77qBJ9hXEzShdiSL30 🖥️Websayt: https://subbakalavrlar.az 📷İnstagram: https://www.instagram.com/subbakalavrlar? 🎛️Tik-tok: tiktok.com/@subbakalavrlar
Show more3 283
Subscribers
-1024 hours
-747 days
+23630 days
Posts Archive
3 282
Gələn il imtahana hazırlaşacaq olan subbakalavrların nəzərinə❗️
Tam orta (11 illik) təhsil səviyyəsi üzrə proqramlar (Azərbaycan bölməsi):
Azərbaycan dili
Riyaziyyat
Xarici dillər
Tam orta (11 illik) təhsil səviyyəsi üzrə proqramlar (rus bölməsi):
Русский язык
Математика
Иностранные языки
Azərbaycan dili (dövlət dili)
Qeyd 1. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında 2026-cı ildəki imtahan modeli tətbiq ediləcək.
Qeyd 2. Əvvəlcədən məlumat verildiyi kimi, tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil (ingilis, alman, fransız, rus, ərəb və fars) fənlərindən dinləyib-anlama bacarıqlarını yoxlamaq məqsədilə 1 mətndən (publisistik və ya dialoq formalı) və ona aid 4 tapşırıqdan, oxuyub-anlama üzrə bilik və bacarıqların yoxlanılması və qiymətləndirilməsi məqsədilə 2 mətndən və hər mətnə aid 4 tapşırıqdan istifadə ediləcək. Qrammatika və leksika üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə 13 qapalı tipli tapşırıqdan istifadə olunacaq.
Yazı bacarıqlarının yoxlanılması məqsədilə verilmiş sual və ya fikir əsasında faktlar və mülahizələr irəli sürərək öz fikirlərini ifadə etməyi tələb edən yazılı tapşırıq tətbiq ediləcək.
Qeyd 3. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında tədris dili (Azərbaycan dili, rus dili) və riyaziyyat fənlərindən 2026-cı ildəki imtahan modeli tətbiq ediləcək.
Qeyd 4. Ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili) imtahanında 2026-cı ildəki imtahan modeli tətbiq ediləcək.
Qeyd 5. Respublikanın ümumtəhsil müəssisələrinin 5-ci siniflərində istifadədə olan “Azərbaycan dili” dərsliyindən çıxarılmış, lakin vacibliyi nəzərə alınaraq proqramda saxlanılmış feilin şəkilləri (xəbər şəkli, xəbər şəklində olan feilin zamana və şəxsə görə dəyişməsi, xəbər şəklində olan feillərin yazılışı və tələffüzü, əmr şəkli, arzu şəkli, vacib şəkli, lazım şəkli, şərt şəkli) mövzusu ilə aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.
Feilin şəkilləri (xəbər şəkli, xəbər şəklində olan feilin zamana və şəxsə görə dəyişməsi, xəbər şəklində olan feillərin yazılışı və tələffüzü, əmr şəkli, arzu şəkli, vacib şəkli, lazım şəkli, şərt şəkli)
Qeyd 6. Cari tədris ilində respublikanın ümumtəhsil müəssisələrində Azərbaycan dili fənnindən 7-ci siniflərdə yeni dərslik istifadəyə verilmişdir. Bu dərslik məzmun və terminlərin işlənməsi baxımından əvvəlki nəşrdən tamamilə fərqlidir. Proqramlarda bu dərsliyin materialları nəzərə alınmayıb, çünki hazırda 9 və 11-ci sinifdə təhsilalanlar həmin dərsliyi keçməyiblər. Ona görə də həmin dərslik ədəbiyyat siyahısına daxil edilməyib və müvafiq mövzulardakı materiallarda dərsliyin əvvəlki nəşrinə istinad ediləcək. Həmin materiallarla aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.
• Azərbaycan dili (tədris dili)
Qeyd 7. Proqramların sonundakı siyahılarda əsas ədəbiyyat kimi respublikanın ümumtəhsil müəssisələrində istifadədə olan dərsliklər göstərilmişdir. Ötən illərdə olduğu kimi, bu il də dərslikdən kənar heç bir mövzu proqramlara daxil edilməmişdir. Əlavə ədəbiyyat siyahısında qeyd olunanlarla isə orta məktəbdə öyrənilənlərin təkrarı üçün istifadə edilə bilər.
Qeyd 8. Hər iki təhsil səviyyəsi üzrə təqdim edilmiş proqramlar, həmçinin imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahanların modelinə uyğun tapşırıq nümunələri və cavabı yazı ilə ifadə olunan tapşırıqların qiymətləndirmə meyarları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc olunacaq.
3 282
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.
İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib https://eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.
3 282
lX illik bazadan kolleclərə ll-ci tur ixtisas seçimi davam edir❗️
İxtisas seçimi etmiş abituriyentlərin sayı⬇️
Azərbaycan bölməsi -1059;
rus bölməsi -64;
Cəmi -1123
Son tarix: 10 sentyabr saat 23:59-dək
İxtisas seçimi üçün: https://wa.me/+994504307781
3 282
Peşə təhsilinə qəbulun III mərhələsi keçiriləcək – RƏSMİ ‼️
⚡2026/2027-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə qəbulun III mərhələsi də keçiriləcək.
⚡İxtisas seçimi 11 sentyabrda başlayacaq, 14 sentyabr 12:00-dək davam edəcək ⚡Açıqlamada qeyd edilib ki, təxmini 2000 boş qalan yerin III mərhələdə müsabiqəyə çıxarılması planlaşdırılır.
İxtisas seçimi üçün əlaqə nömrəmiz: https://wa.me/+994504307781
3 282
9 illik bazadan boş qalan yerlərə ixtisas seçimi başladı❗️
Son tarix 10 sentyabr saat 23:59-dək.
İxtisas seçimi üçün: https://wa.me/+994504307781
3 282
Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edib. Elanın tam mətni “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc edilib.
3 282
⚡️ Ali məktəblərə qəbul olanların qeydiyyatı davam edir
● Qeydiyyat 28 avqust saat 11:00-dan 8 sentyabr saat 18:00-dək davam edəcək.
● Qəbul olunanlar qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirəcəklər.
● Qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Qeydiyyat üçün⬇️
📲Əlaqə: https://wa.me/+994504307781
3 282
📢 Peşə təhsilinə tələbə qəbulu üzrə 3️⃣-cü tur!
🎓 Yüksək texniki peşə təhsili, texniki peşə təhsili və ilk peşə təhsili üzrə ümumilikdə 3975 boş plan yeri qalmışdır.
📌 3-cü tur — yeni qəbul imkanı!
Əlaqə: https://wa.me/+994504307781
3 282
Ali təhsil müəssisələrinə qəbulun yekun mənzərəsi: plan yerlərinin təxminən 98%-i dolub
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb. Beləliklə, 2026/2027-ci tədris ili üzrə tələbə qəbulunun əsas mərhələləri başa çatıb.
Yekun nəticələrə əsasən, ali təhsil müəssisələrində plan yerlərinin 97.71%-i dolub, cəmi 1393 plan yeri – təxminən 2%-i boş qalıb.
İndi isə gəlin nəticələrə ayrı-ayrı ixtisas qrupları üzrə baxaq.
I ixtisas grupu
I ixtisas qrupu üzrə əlavə yerləşdirmədən sonra bu qrup üzrə plan yerlərinin 97.34%-i dolub və 528 yer boş qalıb.
II ixtisas qrupu
II ixtisas qrupu üzrə əlavə yerləşdirmədən sonra bu qrup üzrə plan yerlərinin 98.87%-i dolub və 180 yer boş qalıb.
III ixtisas qrupu
III ixtisas qrupu üzrə əlavə yerləşdirmədən sonra plan yerlərinin 99,87%-i dolub və cəmi 20 yer boş qalıb. Boş qalan yerlərin müsabiqəsində iştirak etmək üçün tələb olunan qəbul balı 600 və daha yüksək idi. İlk yerləşdirmə mərhələsində bu bal aralığında nəticə göstərən abituriyentlər artıq ali təhsil müəssisələrinə qəbul olunduğu və həmin yerləri seçə biləcək abituriyent olmadığından bu yerlər müsabiqəyə çıxarılmayıb və boş qalıb.
IV ixtisas qrupu
IV ixtisas qrupu üzrə əlavə yerləşdirmədən sonra bu qrup üzrə plan yerlərinin 92.38%-i dolub və 383 yer boş qalıb.
V ixtisas qrupu
V ixtisas qrupu üzrə əlavə yerləşdirmədən sonra bu qrup üzrə plan yerlərinin 93.84%-i dolub və 282 yer boş qalıb.Nəzərə almaq lazımdır ki, bu qrupda xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə yalnız müvafiq qabiliyyət imtahanının şərtlərini ödəyən abituriyentlər iştirak edə bilirlər.
Ümumi mənzərəyə baxdıqda qəbul planının yüksək səviyyədə dolduğunu görürük. Tələbə qəbulu aparılan 41 mülki ali təhsil müəssisəsindən 13-də plan yerləri 100%, 4-də plan 99%, 4-də isə 98% dolub. Ümumilikdə 34 ali təhsil müəssisəsində dolma göstəricisi 95%-dən yüksəkdir.
Bu rəqəmlər həm abituriyentlərin ixtisas seçimində davranışını, həm ayrı-ayrı ixtisas qruplarında rəqabət səviyyəsini, həm də mövcud plan yerləri ilə müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin sayı arasındakı fərqi aydın göstərir. Xüsusilə əlavə yerləşdirmə zamanı boş plan yerinin olması heç də həmin yerin mütləq dolacağı anlamına gəlmir. Abituriyentin müsabiqə şərtlərini ödəməsi və həmin ixtisası seçmək hüququnun olması da əsas şərtdir.
Sonda qəbul olunan abituriyentlərə vacib bir xatırlatma etmək istəyirəm.
8 sentyabr saat 18:00 ali təhsil müəssisələrinə qəbul olunanların elektron qeydiyyatı üçün son tarixdir. Qəbul olunan şəxslər bu müddətədək my.gov.az portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək yerləşdirildiyiniz ixtisasdan imtina kimi qiymətləndirilir. Boş qalan plan yerlərinə qəbul olunanlar isə 8 -15 sentyabrda qeydiyyatdan keçməlidirlər.
Yeni tədris ilində tələbə adını qazanan bütün gənclərimizi bir daha təbrik edir, hər birinə uğurlar arzulayıram.
3 282
📢 11 İLLİK BAZADAN KOLLECLƏRƏ II TUR
11 illik bazadan kolleclərə II tur ixtisas seçiminin sentyabrın 20-dən sonra, keçirilməsi gözlənilir
.
📌 II tur üçün:
• Riyaziyyat fənnindən — minimum 10 bal
• Azərbaycan dili fənnindən — minimum 10 bal
• Ümumilikdə — minimum 50 bal toplayan namizədlər müraciət edə bilərlər.
100 faiz tələbə edirik✨
İxtisas seçimi ilə bağlı müraciət etmək istəyən namizədlər bizimlə əlaqə saxlaya bilərlər.
📞 Əlaqə: https://wa.me/+994504307781
3 282
Dövlət İmtahan Mərkəzi «Abituriyent» jurnalının 8-ci və 9-cu nömrələrini təqdim edib.
3 282
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 18086 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan (1760 yer) plan yerlərinə 390 nəfər (o cümlədən 167 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 16244 nəfər qəbul olub.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 87.92% dolub. 2231 (12.08%) yerboş qalıb.
3 282
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kollecə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub❗️
3 282
İxtisas seçimi başa çatdı❗️
Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) ixtisas təhsili müəssisələrinə elektron ərizələrin sayı (Cəmi: 18084)
3 282
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-dək aparılacaq.
3 282
Gələn il ali məktəbə imtahan verəcək olan yəni hazırlaşanlar bu postun altına yazsın.
