en
Feedback
Mirzə Əli Deyləm

Mirzə Əli Deyləm

Open in Telegram

Səfəvilər • Azərbaycan tarixi Miflər, faktlar və tarixi mənbələr

Show more
1 051
Subscribers
No data24 hours
-87 days
-1530 days
Posts Archive

İran, Qum Bir meyvə şirəsi satıcısı meyvələri insanların gözü qarşısında sıxaraq təzə şirə hazırlayır və müştərilərə təqdim edir.

ŞAH İSMAYIL HAQQINDA BİLİNMƏYƏN 100 FAKT #14 İslam ümmətinin şəhid rəhbəri Seyyid Əli Xameneinin birbaşa təbliğ olunmasına gö
ŞAH İSMAYIL HAQQINDA BİLİNMƏYƏN 100 FAKT #14
İslam ümmətinin şəhid rəhbəri Seyyid Əli Xameneinin birbaşa təbliğ olunmasına göstəriş verdiyi yeganə dövlət Səfəvi dövlətidir.
Şəhid Rəhbərin Əliəkbər Vilayətiyə ünvanladığı məktubunda

Konservatoriyanın kitabından kəsilmiş bir hissədir. Muğamın İslam dini ilə bağlılığı haqqındadır https://t.me/pdf_dini_kitablar

ŞAH İSMAYIL HAQQINDA BİLİNMƏYƏN 100 FAKT #13 Şah İsmayıl məktublarında apardığı mübarizənin məqsədinin "şəriəti bərqərar etmə
ŞAH İSMAYIL HAQQINDA BİLİNMƏYƏN 100 FAKT #13
Şah İsmayıl məktublarında apardığı mübarizənin məqsədinin "şəriəti bərqərar etmək" olduğunu bəyan etmişdir.
Şah İsmayılın Əlvənd Mirzəyə məktubundan

Əsərin adı: Mübarizə
Tərcüməçi: Mirzə Əli Deyləm
“Mübarizə” kitabı İmam Musa Sədrin müxtəlif dövrlərdə etdiyi seçilmiş çıxış və müraciətləri bir araya gətirir. Əsərdə təşkilatlanma, ümid, azadlıq, insan kəraməti, xalqa xidmət və zülmə qarşı mübarizə əsas mövzular kimi ön plana çıxır. 📚Xoş mütaliələr

ŞAH İSMAYIL HAQQINDA BİLİNMƏYƏN 100 FAKT #12 İslam ümmətinin Şəhid Rəhbəri Seyyid Əli Xamenei Şah İsmayıl və tərəfdarlarını "
ŞAH İSMAYIL HAQQINDA BİLİNMƏYƏN 100 FAKT #12
İslam ümmətinin Şəhid Rəhbəri Seyyid Əli Xamenei Şah İsmayıl və tərəfdarlarını "Mücahid Ariflər" deyə vəsf etmişdir
İmam Seyyid Əli Xameneinin 24 İyul 2000-ci ildəki çıxışı

photo content

"Mübarizə" adlı yeni tərcümə yoldadır...
"Mübarizə" adlı yeni tərcümə yoldadır...

Səfəvilərin Seyyidliyi üzərindəki mübahisələrin tarixi və Seyyidliyin isbatı #1 Səfəvilərin seyyid mənşəyinin ilk dəfə şübhə
Səfəvilərin Seyyidliyi üzərindəki mübahisələrin tarixi və Seyyidliyin isbatı #1 Səfəvilərin seyyid mənşəyinin ilk dəfə şübhə altına alınması Osmanlı sultanı I Süleymanın dövrünə təsadüf edir. Şah Təhmasib öz təzkirəsində qeyd edir ki, (İsgəndər Paşanın) qürurunun çoxluğu və ədəbsizliyi işi o yerə çatdırdı ki, bizim seyyidlik nəslindən məhrum olduğumuzu elan etdi." (Şah Təhmasibin təzkirəsi, s: 66 ) Sonrakı mərhələlərdə bu şübhə əsasən şiəlik əleyhdarları tərəfindən istifadə edilmiş, lakin XX əsrə qədər iddialar elmi müstəvidə geniş yer tutmamışdır. 1927-ci ildə tarixçi və publisist Əhməd Kəsrəvi tərəfindən irəli sürülən bəzi tezislər səfəvişünaslıqda yeni mübahisələrin meydana çıxmasına səbəb olmuşdur. Əhməd Kəsrəvi bu mövzu ətrafında çıxış edən ilk tədqiqatçılardan biri hesab olunur. O, seyyid mənşəli və türkdilli olsa da, əsərlərində əsasən sekulyar və fars milliyyətçiliyi mövqeyindən çıxış etmişdir. Bu tarixçinin iddialarında mövcud olan qərəzinin səbəbi öz ideologiyasına Səfəviləri qoşa bilməməsidir. Səfəvilərin özlərini "seyyid" olaraq tanıtması və şəriət əsaslı dövlət quruluşuna malik olmaları hər radikal millətçi üçün qərəz doğurur. Çünki bu xüsusiyyətlərə malik olan bir dövlət müasir islamofob düşüncə ilə formalaşmış (türk və fars) milliyyətçi cərəyanların diskurs quruculuğu üçün yararsız hesab edilir və onlar üçün müsbət təəssürat yaratmır. Bu keçən əsrdə də belə idi, müasir dövrümüzdə də belə qalmışdır. Əbülqasim Səhab "Tarixe zəndeganiye Şah Abbas Kəbir” adlı əsərində yazır: “Bu sülalənin mənşəyi haqqında bəzi alimlərin yanlış fikir söyləməsinin səbəbi qərəzdən başqa bir şey deyildir.”   İddianın irəli sürüldüyü dövr də nəzərdən qaçırılmamalıdır. Mənfur Pəhləvi rejimi lehinə fəaliyyət göstərən araşdırmaçı tərəfindən irəli sürülən bu iddialar İranda şiə instutunu zəiflətməyə yönəlmiş məqsədli fəaliyyət silsiləsinin tərkib hissəsi idi. Onun fəaliyyətləri elmi camiədə öz təsirini buraxsa da, tarixi faktlar və sənədlər iddianın əsassızlığını ortaya qoymaq üçün kifayətdir. Aşağıda həmin faktlardan bəziləri təqdim edilmişdir. Şah Təhmasib Özbək xanına yazdığı məktubda belə bir nöqtəyə toxunur: “Gizli qalmasın ki, ali dərəcəli seyyidlərin nəsəbləri barədə qeyri-məhdud sayda ətraflı və izahlı kitablar yazılmışdır və bunlar İslam əhlinin diyarlarında yayılmış və məşhurdur.” (Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Kastamonu: Uzanlar, 2017, səh: 481 ) Səfəvilərin şəcərənamələri əsasən Səfəvi dövründə qələmə alınmışdır ki, bu da müəyyən şübhələrin yaranmasına zəmin yaratmışdır. Bu baxımdan sual meydana çıxır: Səfəvi dövlətinin təsisindən əvvəl yazılmış və müəllifi Səfəvi şeyxləri ilə əlaqəli olmayan hər hansı bir sənəd mövcuddurmu? Cavab: Bəli, belə bir sənəd Britaniya Milli Kitabxanasında mövcuddur. Bu şəcərənamə, Səfəvi hökumətinin qurulmasından illər əvvəl, Nəcəf-i Əşrəfdə sənəd kimi mövcud olmuşdur. “Ərdəbil şeyxlərinin nəsəbi” adlı bu nəsil cədvəli İmam Museyi Kazıma (ə) qədər uzanır. Bu sənədin müəllifi isə Əli ibn Qasim ibn Həmzə ibn Əli ibn Muhsin Hüseyn Musəvi Nəcəfi adlı bir şiədir. Sənədin etibarlılığını gücləndirən digər bir məqam isə, onun qələmə alındığı dövrdə Səfəvilərin həmin şəcərənamənin tərtibi ilə heç bir əlaqəsinin olmamasıdır. Bu əlyazma, Britaniya Milli Kitabxanasında 9-1406a nömrəsi ilə saxlanılmaqdadır və bu günə qədər qiymətli bir tarixi sənəd olaraq mühafizə olunur. Doktor Kazuo Morimoto 2010-cu ilin sentyabr ayında bu əlyazmanı araşdıraraq, adı çəkilən nəsil cədvəlini "İranşünaslıq" jurnalında dərc olunan məqaləsində təqdim etmişdir. Şəcərənamənin müəllifi, məşhur Şərqşünas Çarlz Rieu tərəfindən nəsəbşünas kimi tanıdılmışdır. Müəllif Nəcəfin tanınmış Seyyid ailələrindən olan “Bəni-Muhəssin” nəslinə mənsub olmuşdur. Ardı var...

ŞAH İSMAYIL HAQQINDA BİLİNMƏYƏN 100 FAKT #10 Şah İsmayıl müasirlərindən fərqli olaraq, qardaşlarının ölüm fərmanını imzalamam
ŞAH İSMAYIL HAQQINDA BİLİNMƏYƏN 100 FAKT #10
Şah İsmayıl müasirlərindən fərqli olaraq, qardaşlarının ölüm fərmanını imzalamamış yeganə hökmdardır.

ŞAH İSMAYIL HAQQINDA BİLİNMƏYƏN 100 FAKT #9 Şah İsmayıl Lahicanda dünyagörüşünü formalaşdıran 6 illik təhsil dövründə Fars di
ŞAH İSMAYIL HAQQINDA BİLİNMƏYƏN 100 FAKT #9
Şah İsmayıl Lahicanda dünyagörüşünü formalaşdıran 6 illik təhsil dövründə Fars dili, Ərəb dili və Quran təlimi ilə məşğul olmuşdur.
Mehman Süleymanov, Şah İsmayıl Səfəvi, s, 714

ŞAH İSMAYIL HAQQINDA BİLİNMƏYƏN 100 FAKT #8 Şah İsmayılın övladlarına qoyduğu adlar Şahnamə-şiə kimliyinə əsaslanırdı
ŞAH İSMAYIL HAQQINDA BİLİNMƏYƏN 100 FAKT #8 Şah İsmayılın övladlarına qoyduğu adlar Şahnamə-şiə kimliyinə əsaslanırdı

ŞAH İSMAYIL HAQQINDA BİLİNMƏYƏN 100 FAKT #7 Dünya tarixində ilk dəfə döyüş meydanında güllə yarası alan şah, Şah İsmayıl olmu
ŞAH İSMAYIL HAQQINDA BİLİNMƏYƏN 100 FAKT #7
Dünya tarixində ilk dəfə döyüş meydanında güllə yarası alan şah, Şah İsmayıl olmuşdur
Məhəmməd Yusif İsfahani. Xolde bərin. Tehran, 1372, s.241

+1
ChatGPT Image 15 авг. 2026 г., 17_09_22.png2.32 MB

Telefon ekranı üçün 4K wallpaper
Telefon ekranı üçün 4K wallpaper

Şah İsmayıla atılan iftiralardan biri də, güya Şah İsmayılın Hənəfi məzhəbinin imamı Əbu Hənifənin qəbrini dağıtmasıdır. İddi
Şah İsmayıla atılan iftiralardan biri də, güya Şah İsmayılın Hənəfi məzhəbinin imamı Əbu Hənifənin qəbrini dağıtmasıdır. İddianı araşdırdıqda müəmmalı bir çox nöqtə diqqətimizi çəkmişdi: 1) Mötəbər mənbələrdə o cümlədən, Mövlana Məhəmməd Ədayi Şirazinin “Səlimnamə”, İdris Bidlisinin “Səlimşahnamə” və Şərəf xan Bidlisinin “Şərəfnamə”, Məlik Şah-Hüseyn Sistaninin “Tarix-i ihyaül-müluk”, Mirzə bəy Cünabədinin “Rövzətüs-Səfəviyyə”, Mirzə Məhəmməd Məsumun “Tarix-i səlatin-i Səfəviyyə”, Həsən bəy Rumlunun "Əhsənüt-Təvarix", İsgəndər bəy Münşi Türkmanın "Aləmarayi-Şah Abbas" əsərlərində bu barədə bir cümlə belə yer almamışdır. 2) Hadisəni rəvayət edən tarixçilər adı çəkilən hadisədən illər sonra yaşamışdır. 3) Sensasiya doğura biləcək belə bir hadisə bölgənin üləma və hakimlərindən o, cümlədən rəsmi məzhəbi hənəfi olan Osmanlı sultanlarından heç bir reaksiya almamışdır. Hətta Səfəvi tərəfdarlarının kafir olub, qanlarının halal olduğu bildirilən fətvalarda belə bu hadisədən söz açılmır. 3) Prof. Dr. Ekrem Buğra Ekinci kimi tarixçilər bu hadisənin baş verməsinə şübhə ilə yanaşmış və tarixi olaraq sübut olmadığını bildirmişlər.

photo content

Çaldıran döyüşü...
+1
Çaldıran döyüşü...

ŞAH İSMAYIL HAQQINDA BİLİNMƏYƏN 100 FAKT #6 Səfəvi tarixçiləri Şah İsmayıl qiyamını İmam Hüseynin başlatdığı hərəkatın və dav
ŞAH İSMAYIL HAQQINDA BİLİNMƏYƏN 100 FAKT #6
Səfəvi tarixçiləri Şah İsmayıl qiyamını İmam Hüseynin başlatdığı hərəkatın və davamında cərəyan edən şiə qiyamlarının varisi hesab edir
Xacə Zeynəlabidin Şirazi, Təkmilətül-Əxbar, s, 25-26