en
Feedback
Mawaddah | المودة ♥️

Mawaddah | المودة ♥️

Open in Telegram

"𝑪𝒆𝒏𝒏𝒆𝒕𝒅𝒆 𝒃𝒊𝒓 𝒔𝒆𝒗𝒈𝒊 𝒗𝒂𝒓, 𝒂𝒚𝒓𝒊𝒍𝒊𝒈𝒉𝒊 𝒐𝒍𝒎𝒂𝒚𝒂𝒏.." ♥️ ➺❀ 𝑆𝑖𝑛𝑐𝑒: 𝟷𝟽.𝟶𝟷.𝟸𝟶𝟸𝟹 ♡

Show more
1 161
Subscribers
No data24 hours
+37 days
+530 days
Posts Archive
‘ Evdəki problemlərin əsas səbəbi nəzər, sehr və ya həsəd deyil, ev əhlinin yol verdiyi günahlardır. Bəzi evlərin ruqyə deyil
+1
‘ Evdəki problemlərin əsas səbəbi nəzər, sehr və ya həsəd deyil, ev əhlinin yol verdiyi günahlardır. Bəzi evlərin ruqyə deyil, tövbəyə ehtiyacı var. Bir evi dağıdan ən böyük günahlardan biri isə — namazı tərk etmək və ona səhlənkar yanaşmaqdır. Həmçinin evdə lənət etməyin, söyüşün və təhqiramiz sözlərin çoxalması da ailə münasibətlərinə mənfi təsir edir. Elə isə Allahdan qorxun və O`na tövbə edin ki, evlərinizdə xoşbəxtlik, rahatlıq və sükunət tapasınız. ───────────────────── ©️ t.me/mawaddah_az

🌷ZÖVCƏNİNİ MEHRİNDƏ OLAN BƏRƏKƏT ◟Əli ibn Əbu Talib رضي الله عنه demişdir: «Sizdən kimsə özündə bir narahatlıq (xəstəlik) hi
🌷ZÖVCƏNİNİ MEHRİNDƏ OLAN BƏRƏKƏT Əli ibn Əbu Talib رضي الله عنه demişdir: «Sizdən kimsə özündə bir narahatlıq (xəstəlik) hiss edərsə, zövcəsindən onun mehrindən (halal yolla qazanılmış malından) üç dirhəm istəsin. Həmin pulla bal alsın və onu yağış suyu ilə içsin. Beləliklə, Allah onun üçün bərəkətli olanı, xoş olanı və şəfanı bir araya gətirər».
🎗 «Musənnəf» İbn Əbu Şeybə № 23687.
⚡️Yəni: Burada halal malın, balın və yağış suyunun bir araya gətirilməsinə diqqət çəkilir. Bal haqqında Quranda “Onda insanlar üçün şəfa vardır” buyurulur. (ən-Nəhl, 16:69) Yağış suyu isə Quranda “bərəkətli su” adlandırılır. (Qaf, 50:9) Buna görə də halal malın, Quranda şəfa olduğu bildirilən balın və bərəkətli yağış suyunun Allahın izni ilə şəfaya səbəb olan vasitələr kimi bir araya gətirilməsi nəzərdə tutulur. Şəfanı verən isə yalnız Allahdır. ───────────────────── ©️ t.me/mawaddah_az

«Əzbərləmək üçün ən yaxşı vaxt — sübh çağı, dərs çalışmaq üçün — səhər, yazmaq üçün — gün ortası, bildiklərini təkrarlamaq üç
«Əzbərləmək üçün ən yaxşı vaxt — sübh çağı, dərs çalışmaq üçün — səhər, yazmaq üçün — gün ortası, bildiklərini təkrarlamaq üçün isə — gecədir».
🪴 «تذكرة السامع والمتكلم»، صـ ٧٢.
───────────────────── Elm öyrənmək əslində sosial mediada göstərildiyi kimi romantik və estetik bir proses deyil. Kitabxana, gözəl dəftərlər, səliqəli konspektlər, markerlər, parkda kitab oxumaq, ‘study aesthetic’ görüntüləri və s. — bunların hamısı yalnız zahiri tərəfdir). Əslində elm almaq — yuxusuz gecələr, erkən oyanmaq, əzbərləmək, davamlı təkrar, yorğunluq, ailədən uzaq qalmaq, çətin dərslər və səbir tələb edir. Böyük alim və ya düzgün əqidəyə sahib bir elm tələbəsi bütün bu mərhələlərdən keçərək həmin mərtəbəyə gəlib çatır. Yəni nəticənin arxasında ciddi fədakarlıq və Allah üçün ixlasla çalışmaq dayanır. ───────────────────── ©️ t.me/mawaddah_az

🌙 Peyğəmbər ﷺ buyurdu: «Kim yatağına girdiyi zaman الحمد لله الذي كفاني وآواني، والحمد لله الذي أطعمني وسقاني، والحمد لله ال
🌙 Peyğəmbər ﷺ buyurdu: «Kim yatağına girdiyi zaman الحمد لله الذي كفاني وآواني، والحمد لله الذي أطعمني وسقاني، والحمد لله الذي من علي فأفضل، اللهم إني أسألك بعزتك أن تنجيني من النار. Transkripsiya: “Əlhəmdulilləhil-ləzi kəfəni və əvəni, əlhəmdulilləhil-ləzi ət'aməni və səqani, əlhəmdulilləhil-ləzi mənnə aleyyə fə əfdalə, Allahummə inni əs'əlukə bi izzətikə ən tunəcciyəni minən nər". Mənası: "Mənə kifayət olan və mənə sığınacaq verən Allaha həmd olsun, məni yedirdən və içirən Allaha həmd olsun! Mənə lütfündən və fəzilətindən bəxş edən Allaha həmd olsun! Allahım Səndən sənin izzətinlə istəyirəm ki, məni Cəhənnəm odundan qoruyasan." – desə, Allahı bütün xəlq olunmuşların həmdləri ilə həmd etmişdir».
🪴Muslim 4/2085,  əl-Albani «Sahihut-Tərğib» №609.
───────────────────── ©️ t.me/mawaddah_az

Ticarətlə məşğul olan etibarlı biri mənə belə dedi: «Evləndiyim gündən etibarən Allah mənə bir ruzi qapısını açdı. Oğlum dünyaya gələndə isə başqa bir qapı açıldı». Və bu, məlum və müşahidə olunan bir həqiqətdir. — İbn Useymin «əş-Şərhu‘l-mumti» 5/17 ───────────────────── Bəzən insan ailə qurmağı və övlad sahibi olmağı maddi məsuliyyət və ya yoxsulluq qorxusundan gecikdirir. Halbuki ruzi insanın hesabladığı qədər deyil, Allahın təqdir etdiyi qədərdir. Evlilik və övlad insanın ruzisini azaltmaq üçün deyil, bəzən Allahın onun üçün açdığı yeni ruzi qapılarına vəsilə olmaq üçün gəlir. Ruzi Allahdandır. Buna görə də ruzinin azalacağından qorxaraq halal nemətlərdən qaçmaq və ya onları gecikdirmək doğru deyil. 🌾 ───────────────────── ©️ t.me/mawaddah_az

Bu gun bir dersde eshitdim ki, sehabelerden biri zovcesinin xoshuna gelmek uchun ayaq barmaqlarinin arasina bele etir vurarmish.. Tesevvur edirsiniz?)

sticker.webp0.15 KB

“Xoşbəxtlik səssizliyi sevər...” 💓 Saleh sələflərin birindən soruşurlar: — «Ən gözəl həyatı kim yaşayır?» O cavab verir: — «
“Xoşbəxtlik səssizliyi sevər...” 💓 Saleh sələflərin birindən soruşurlar: — «Ən gözəl həyatı kim yaşayır?» O cavab verir: — «Yanında müsəlman zövcəsi olan və dolanışığına yetəcək qədər maddi imkanı olan müsəlman. O, zövcəsindən razıdır, zövcəsi də ondan razıdır. O bizi tanımır, biz də onu tanımırıq». — İbn Həzm (رحمه الله) «Tavq əl-Həməmət» 💌 ───────────────────── Əsil xoşbəxtlik gözlərdən uzaq, sakit və rahat yaşayış, halal ruzi, saleh həyat yoldaşı və qarşılıqlı razılıq içində yaşanandır. ───────────────────── ©️ t.me/mawaddah_az

‘ Bir insanın dəyəri — başqalarının həyatında qoyduğu yaxşı izlə ölçülür. ’ قيمة الانسان في الاثر الطيب الذي يتركه في حياة غي
‘ Bir insanın dəyəri — başqalarının həyatında qoyduğu yaxşı izlə ölçülür. ’
قيمة الانسان في الاثر الطيب الذي يتركه في حياة غيره.
@mawaddah_az

‘ Əgər günah yüz dəfə, min dəfə və ya daha çox təkrarlanarsa və insan hər dəfə tövbə edərsə, onun tövbəsi qəbul olunar və gün
‘ Əgər günah yüz dəfə, min dəfə və ya daha çox təkrarlanarsa və insan hər dəfə tövbə edərsə, onun tövbəsi qəbul olunar və günahları bağışlanar. Hətta bütün günahlardan sonra onların hamısına görə bir dəfə tövbə etsə belə, onun tövbəsi səhihdir. ’ ‘‏لو تكرر الذنب مائة مرة ، أو ألف مرة أو أكثر’ وتاب في كل مرة قبلت توبته ، وسقطت ذنوبه ، ولو تاب عن الجميع توبة واحدة بعد جميعها صحت توبته.’ // Bu, Nəvəvinin (Allah ona rəhmət etsin) sözləridir. Bu sözlər xatırladır ki, Allahın mərhəmət qapıları açıqdır və biz həyatda olduğumuz müddətdə həmin qapıları dəfələrlə döyə bilərik. “Çünki O, tövbələri qəbul Edəndir.” #jumma #icabetsaati #duaet #salavatde #tovbeet @mawaddah_az 💌

👒 Özünü sevmək — özünü başqalarından üstün görmək deyil. Bu, öz dəyərinin başqalarının diqqəti, təsdiqi və ya seçimi ilə müə
+1
👒 Özünü sevmək — özünü başqalarından üstün görmək deyil. Bu, öz dəyərinin başqalarının diqqəti, təsdiqi və ya seçimi ilə müəyyən olunmadığını bilməkdir. Bir qadın layiq olduğu hörməti qazanmaq üçün özünü “rahat, hamı ilə yola gedən və hamının istəyinə uyğun” aparmağa ehtiyac duymaz. Təklənmək qorxusundan istəmədiyi şeylərə razılaşmaq məcburiyyətində də deyil. İslam dini insana — öz haqlarını qorumağı, təvazökar olmağı və təkəbbür göstərmədən özünə dəyər verməyi öyrədir. Buna görə də haqlarını bil, sərhədlərini qoru, əxlaqını gözəlləşdir, özünə qayğı göstər və insanların sənə olan münasibəti ilə öz dəyərini ölçmə. Bu gün səni tərifləyə, sabah isə qınaya bilərlər. İnsanlar dəyişkəndir. Sənin əsas dayanağın insanların fikri deyil, Uca Allahla olan münasibətindir. @mawaddah_az 💌

sticker.webp0.13 KB

💌: “Saleh sələflərdən belə deyildiyi nəql edilmişdir: ‘Qısqanclıqdan məhrum olan hər sevgi — saxta sevgidir.’ ” 🎗محاضرات ال
💌: “Saleh sələflərdən belə deyildiyi nəql edilmişdir: ‘Qısqanclıqdan məhrum olan hər sevgi — saxta sevgidir.’ 🎗محاضرات الادباء، ٢/٢٥٣. ───────────────────── ©️ t.me/mawaddah_az

◟İbn Məsud (Allah ondan razı olsun) minbərdə olarkən belə demişdir: «Həqiqətən də, qul yaxşı bir iş gördüyü zaman ona on qat
İbn Məsud (Allah ondan razı olsun) minbərdə olarkən belə demişdir: «Həqiqətən də, qul yaxşı bir iş gördüyü zaman ona on qat savab kimi, günah işlədiyi zaman isə bir günah kimi yazılır! Sonra dedi: ‘ Bir günah əməli on qat savab əməlindən üstün gələn kəs hələk olmuşdur! ’».
🌻الزهد والرقائق لابن المبارك؛ ١٦٤٤.
───────────────────── ©️ t.me/mawaddah_az

♥️: ‘ Həqiqət o qədər sadədir ki, heç bir izaha ehtiyac duymur: kişi bir şeyi istərsə — ona uyğun da hərəkət edər. Sevəndə is
♥️: ‘ Həqiqət o qədər sadədir ki, heç bir izaha ehtiyac duymur: kişi bir şeyi istərsə — ona uyğun da hərəkət edər. Sevəndə isə — qoruyar (sahib çıxar). Çünki əsl hisslər mürəkkəb bəhanələrə ehtiyac duymur. ’
الحقيقة بسيطة إلى حدٍّ لا يحتاج إلى تفسير: حين يريد الرجل، يتصرّف. وحين يحبّ، يصون. فالمشاعر الصادقة لا تحتاج إلى أعذارٍ معقّدة.
@mawaddah_az

sticker.webp0.37 KB

‘ Həqiqətən də kim Mənə bir dəfə salavat deyərsə, Allah ona 10 dəfə salavat deyər (onu tərifləyər). ’ 🤍 SallAllahu aleyhi və
‘ Həqiqətən də kim Mənə bir dəfə salavat deyərsə, Allah ona 10 dəfə salavat deyər (onu tərifləyər). ’ 🤍 SallAllahu aleyhi və səlləm 🌻

sticker.webp0.21 KB

‘ Sonra oturub anlayırsan ki, sonda həmişə yanında qalan yalnız — Uca Allah olur… ’ 🤍 Hər bir insan həyatının hansısa dönüş
+1
‘ Sonra oturub anlayırsan ki, sonda həmişə yanında qalan yalnız — Uca Allah olur… ’ 🤍 Hər bir insan həyatının hansısa dönüş nöqtəsində Allaha olan bağlılığını dərk etməyə başlayır. Allahdan başqa heç kimin ona kömək ola bilməyəcəyini hər dəfə anladıqda, bu, onun öz acizliyini və zəifliyini dərk etməsinə səbəb olur. Qəlbin oyanışı isə dilin də zikrə və duaya yönəlməsinə səbəb olur. Beləcə insan Uca, Pak, Rəhmli, Bağışlayan və Mərhəmətli Allaha üz tutur. Çünki bütün qüsurların, günahların və asiliklərinlə birlikdə səni qəbul edəcək yalnız Odur. Heç kimin bağışlamadığı zaman belə, O səni bağışlayar. Bu mənada belə deyilib: “Səni Allaha tərəf döndərən müsibət, sənə Allahı xatırlamağı unutduran nemətdən daha xeyirlidir.” — İbn Teymiyyə (rahimahullah) 💎 ───────────────────── ©️ t.me/mawaddah_az

‘ Allaha and olsun ki, istərdim mənimlə insanlar arasında dəmir bir qapı olsun. Nə kimsə mənimlə danışa bilsin, nə də mən kim
+2
‘ Allaha and olsun ki, istərdim mənimlə insanlar arasında dəmir bir qapı olsun. Nə kimsə mənimlə danışa bilsin, nə də mən kiminləsə danışım — ta ki, Uca və Pak olan Allahın hüzurunda qovuşana qədər. ’
— Sə'd b. Abu Vaqqas (radiyallahu anhu)💎 🗞 «العزلة والانفراد لابن أبي الدنيا».
───────────────────── ©️ t.me/mawaddah_az