en
Feedback
AzEdu.az

AzEdu.az

Open in Telegram

❗Təhsillə bağlı ən son və ən dəqiq məlumatlar AZEDU.AZ portalında. ⭕ Təhsil bizim işimizdir!

Show more
1 135
Subscribers
+124 hours
+27 days
+130 days
Posts Archive
📣 İxtisas seçimində AzEdu.az-a güvən AzEdu Təhsil Platformasının 10 illik təcrübəli konsultantları, ixtisas seçimi üzrə mütəxəssisləri hər il onlarla uğurlu hekayə yazır. Təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri ilə ixtisas seçimi sizi həm də gələcək karyeranızın bir hissəsinə çevirəcək. Bizimlə işləyən hər tələbə həm də 4 illik karyera paketi, texniki dəstək və davamlı konsultasiya hədiyyə alır. 11 illik zəhmətini kiçik bir səhvə qurban vermə, elə indi bizimlə əlaqə saxla, ÖDƏNİŞSİZ konsultasiyamızdan yararlan: 0514357171

🇦🇿Azərbaycan jurnalistikasının doğum günüdür 📰Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri və media əməkdaşlarını ü
🇦🇿Azərbaycan jurnalistikasının doğum günüdür 📰Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri və media əməkdaşlarını ürəkdən təbrik edirik. Qələminiz daim həqiqətə xidmət etsin, fəaliyyətiniz uğur və nailiyyətlərlə yadda qalsın. 22 İyul - Milli Mətbuat Gününüz mübarək!

‼️Magistraturaya ixtisas seçimi başlayır! 20 iyul-26 iyul saat 23:59

❗️10 iyuldan məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır Valideynlər 21 iyul saat 11:00-dan başlayaraq Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər. Bakı şəhəri üzrə seçim prosesi 21 iyul saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 22 iyul saat 11:00-da başlayacaq.

📚 II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticəsi elan edilib Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Belə ki, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 41623 abituriyentdən (II qrup üzrə 18908 nəfər, III qrup üzrə 22715 nəfər) 1182 nəfər (II qrup üzrə 649 nəfər, III qrup üzrə 533 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Təhsil eksperti ilanla oynadı

Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayıb

❗️DİM: 12 nəfər mobil telefona görə imtahandan qovulub.

📣 İxtisas seçimində AzEdu.az-a güvən AzEdu Təhsil Platformasının 10 illik təcrübəli konsultantları, ixtisas seçimi üzrə mütəxəssisləri hər il onlarla uğurlu hekayə yazır. Təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri ilə ixtisas seçimi sizi həm də gələcək karyeranızın bir hissəsinə çevirəcək. Bizimlə işləyən hər tələbə həm də 4 illik karyera paketi, texniki dəstək və davamlı konsultasiya hədiyyə alır. 11 illik zəhmətini kiçik bir səhvə qurban vermə, elə indi bizimlə əlaqə saxla, ÖDƏNİŞSİZ konsultasiyamızdan yararlan: 0514357171

⚡️MİQ-in tarixləri BƏLLİ OLDU Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə 14 iyuldan etibarən start verilməsi nəzərdə tutulub. 

⚡️"Müəllimlər dolana bilmir fikri ilə razı deyiləm" AzEdu.az-ın "Youtube" kanalında müəllimləri narahat edən məsələlərə aydınlıq gətirilib.

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb Bu barədə Təhsil İnstitutundan məlumat verilib. Qeyd edilib ki, Lisey və gimnaziyalar üzrə seçim prosesi 8 iyul saat 11:00-da başlayıb 14 iyul saat 12:00-dək davam edəcək. Qəbul olunan şagirdlərin sənəd qəbulu prosesinin avqust ayının ilk yarısında həyata keçirilməsi nəzərdə tutulur. Məlumat üçün bildirək ki, qəbul imtahanı ölkə üzrə 41 müxtəlif imtahan mərkəzində təşkil olunub və prosesdə 7 minə yaxın şagird iştirak edib. İmtahan prosesi bütün mərkəzlərdə uğurla həyata keçirilib.

⚡Milli Məclis "Ümumi təhsil haqqında" Qanuna təklif edilən dəyişiklikləri təsdiqləyib ● Qanun layihəsinin 12.13-cü maddəsinə əlavə edilən yeni müddəaya əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblərin müəyyən edilməsi təsbit olunur. ● Həmin tələblərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur. ● Hazırda dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün vahid geyim formaları tətbiq edilir.

‼️Bağçalara elektron qəbul başlayıb Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələr isə 9 iyul 2026-cı il saat 11:00-dan aktiv olacaq. Elektron qəbul 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün saat 11:00, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün saat 15:00-da başlayacaq.

‼️Abituriyentlər iyulun 7-dən 20-dək bəzi sənədləri DİM-ə təqdim etməlidirlər Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq istəyən abituriyentlər iyulun 7-dən 20-dək sənədləri Dövlət İmtahan Mərkəzinə (Ünvan: Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) və ya onun regional bölmələrindən birinə təqdim etməlidirlər. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, bu, aşağıda qeyd olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərə aiddir: Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme); Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education); Yüksək yerləşdirmə (Advanced Placement). "Abituriyentin elektron ərizəsi" nin surəti, müvafiq proqram üzrə əldə olunmuş təhsil sənədinin əslini və surətini təqdim etməlidirlər.

📌Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ödəniş prosesi ilə bağlı məlumat!

⚡️MİQ imtahanları üçün ödəniş prosesi BAŞLAYIR Bu gün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin ödəniş prosesinə start veriləcək. 6 iyul 2026-cı il saat 15:00-dan 9 iyul 2026-cı il saat 15:00-dək müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktiv olacaq. Qanunvericiliyə uyğun olaraq aşağıdakı kateqoriyalara aid namizədlər ödənişdən azaddırlar: - müsabiqədə ilk dəfə iştirak edən namizədlər; - şəhid ailəsinin üzvləri; - müharibə veteranı adı almış şəxslər; - əlilliyi olan şəxslər; - ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri. Ödəniş prosesi ilə bağlı ətraflı məlumat və təlimat şəxsi kabinet vasitəsilə namizədlərin istifadəsinə təqdim olunub. Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə iştirak edəcək namizədlər ödəniş prosesi ilə video təlimat vasitəsilə tanış ola bilərlər. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 60 manat ödəniş etmək tələb olunur. MİQ imtahanlarının vaxtının iyulun 10-dan sonra elan olunacağı gözlənilir.

⚠️DİM: II və III qrupları üzrə qəbul imtahanının nəticələri 2 həftə sonra elan ediləcək

⚡️Abituriyentlərin üzərindən çıxan
⚡️Abituriyentlərin üzərindən çıxan

📝Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək