en
Feedback
AzEdu.az

AzEdu.az

Open in Telegram

❗Təhsillə bağlı ən son və ən dəqiq məlumatlar AZEDU.AZ portalında. ⭕ Təhsil bizim işimizdir!

Show more
1 135
Subscribers
+124 hours
+27 days
+130 days
Posts Archive
🆘Abituriyentlərin diqqətinə! Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək 9 və 11-ci sinif buraxılış imtahanlarının proqramlarını açıqlayıb. 9-cu sinif üzrə Azərbaycan və rus bölmələri üçün müvafiq fənlər, 11-ci sinif üzrə isə Azərbaycan dili, rus dili, riyaziyyat və xarici dillər üzrə proqramlar təqdim edilib. 📚 11-ci sinif üzrə xarici dil imtahanında dinləyib-anlama, oxuyub-anlama, qrammatika və leksika, həmçinin yazı bacarıqları yoxlanılacaq. Dinləyib-anlama bölməsində 1 mətn və ona aid 4 tapşırıq, oxuyub-anlama üzrə isə 2 mətn və hər mətnə aid 4 tapşırıq təqdim ediləcək. ✍️ Yazı bacarıqlarının yoxlanılması üçün verilmiş sual və ya fikir əsasında fakt və mülahizələr irəli sürməklə fikrin ifadə olunmasını tələb edən tapşırıq olacaq. DİM bildirib ki, 9-cu sinif buraxılış imtahanında, həmçinin 11-ci sinifdə tədris dili və riyaziyyat fənləri üzrə 2026-cı ilin imtahan modeli tətbiq ediləcək.

📣Kolleclərə ixtisas seçimi bu gün başa çatır! 9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrində boş qalan yerlər üzrə ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.

📌 I sinfə elektron qəbul başa çatıb 2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi yekunlaşıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, mayın 6-dan başlayan qəbul prosesi sentyabrın 3-də başa çatıb. 📚 Qəbul prosesi çərçivəsində 124 mindən çox uşağın I sinfə qəbulu tamamlanıb. Qeyd edək ki, qəbul prosesi elektron sistem vasitəsilə həyata keçirilib və valideynlərə övladlarının ümumi təhsil müəssisələrinə qəbulunu elektron formada rəsmiləşdirmək imkanı yaradılıb.

📢 Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma yenidən başlayır! 10 sentyabr saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə növbəyə yazılma prosesi bərpa ediləcək. Qəbul myGov portalı üzərindən elektron formada həyata keçiriləcək və bir uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsi seçmək mümkün olacaq.

📢 MİQ müsahibə nəticələri açıqlanıb Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. ✅ Uğur qazananlar sənədləri 10 sentyabr saat 18:00-dək təqdim etməlidir.

‼️Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib Qeydiyyat 28 avqust saat 11:00-dan 8 sentyabr saat 18:00-a qədər davam edəcək.

Tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq

🎓Bu il tələbə adı qazanan ən yaşlı şəxsin 58, ən gəncinin isə 16 yaşı var.

🎓 Ali təhsil müəssisələrinə qəbul olunanlar 28 avqustdan 8 sentyabr saat 18:00-dək yalnız my.gov.az portalı üzərindən qeydiyyatdan keçməlidirlər. ⚪️Qeydiyyatdan keçməyən abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etdiyi hesab olunacaq.

⚡️İxtisas seçimi nəticələri elan olundu

⚡️Azərbaycanda keçirilən sorğuya əsasən respondentlərin ümumilikdə 88,2%-i 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsini dəstəkləyir. ● 16 yaşdan aşağı uşaqları olan respondentlər arasında bu qərarı dəstəkləyənlərin payı 91,2% təşkil edir. Həmin respondentlərin 67,9%-i övladlarının sosial şəbəkələrdən istifadə etdiyini bildirib. ● Sorğunun nəticələrinə əsasən, respondentlərin ümumilikdə 88,2%-i 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsini dəstəkləyir. ● Sorğu iştirakçılarının 87,5%-i hesab edir ki, uşaqların sosial şəbəkələrdən istifadəsi onların təhsil və tərbiyəsinə mənfi təsir göstərir. ● Respondentlərin 93,1%-i sosial şəbəkə platformalarının dövlət tərəfindən tənzimlənməsini məqsədəuyğun hesab edir. ● Sorğu Medianın İnkişafı Agentliyi tərəfindən 25 iyul – 2 avqust 2026-cı il tarixlərində üzbəüz müsahibə üsulu ilə keçirilib. ● Sorğuda yaşı 18 və yuxarı olan 1200 respondent iştirak edib.

‼️Direktorların işə qəbulu müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılıb Bildirilib ki, namizədlər 24 avqust 2026-cı il saat 11:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər. Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,2 dollar və ya 1,26% artaraq 96,68 ABŞ dolları olub.1510:03

‼️Şagirdlərin elektron yerdəyişməsi başlayıb Saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdirilib. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək. Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

🇷🇺🇺🇦 Zelenski: Ukraynanın kifayət qədər antiballistik müdafiə vasitələri olmadığı müddətcə Rusiya sülh haqqında ciddi düşünməyəcək

📌MİQ-in ntəticələri açıqlandı 2-15 avqust tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb. Nəticələr artıq namizədlərin şəxsi səhifələrinə göndərilir.

‼️XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib

📍Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır. Avqustun 20-si saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək. Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

⚡️Doqquzuncu sinifdən kolleclərə qəbulun nəticələri açıqlandı

🇦🇿🇷🇺🇦🇲“Акценты”: Azərbaycan artıq Rusiya ərzaq bazarında Ermənistanı əvəz edib