cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Dünya İcmalı 🌐

🚩 Channel was restricted by Telegram

Show more
Advertising posts
15 257
Subscribers
-1924 hours
-1047 days
-42530 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Prohibited content
Ötən ilin sentyabr ayında antite*rror əməliyyatları zamanı Şəhid olan Əliyev Səbuhi qardaşımızın şəhadətə yüksəklikdən sonra dünyaya gələn əkizləri.
Show all...
Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 ili tamam olur. 1924-cü il fevralın 9-da Naxçıvan muxtariyyət statusu alıb. Muxtariyyət statusu Rusiya ilə Türkiyə arasında 1921-ci ildə bağlanılan Moskva müqaviləsi ilə, daha sonra isə Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında imzalanan Qars müqaviləsi ilə rəsmiləşdirilib. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verilib. Muxtar Respublikası inzibati cəhətdən 7 rayon və Naxçıvan şəhər inzibati ərazi dairəsindən ibarətdir. Naxçıvanda 5-i şəhər (Naxçıvan, Ordubad, Culfa, Şərur və Şahbuz), 8-i şəhər tipli qəsəbə, 206-sı kənd olmaqla ümumilikdə 219 yaşayış məntəqəsi yerləşir. Muxtar Respublikanın inzibati mərkəzi qədim Naxçıvan şəhəridir.
Show all...
Prohibited content
Prezident İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibini qəbul edib
Show all...
🟥 BMTM İdarə Heyətinin sədri: "Ermənistanın sülh müqaviləsi ilə bağlı təklifləri qəbuledilməzdir", 🔸 Fərid Şəfiyev “Report”a bildirib ki, işğalçı ölkənin 30 il ərzində işğala məruz qalmış bir ölkəyə - Azərbaycana tərk-silah haqqında təklif göndərməsi absurddur.
Show all...
Azərbaycan Ordusunun zabiti qətlə yetirilib Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Abdullayev Amil Hümbət oğlunun ölüm faktı barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.
Show all...
RƏSMİ❗️DSX hərbi qulluqçularının maaşları artırılıb Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarının məbləğləri məxfi olduğundan açıqlanmır. Maliyyə Nazirliyinə tapşırılır ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin. Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.
Show all...
🇮🇷🇹🇷 Rəisi Ərdoğana Hafizin şeir kitabını hədiyyə edib, bir misra oxuyub: “Kefini pozma, zalım məqsədinə çatmayacaq”. Daha sonra Türkiyə Prezidentinə “İnşallah sionist rejim sona çatacaq” deyib.
Show all...
Yanvarın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometerologiya Xidməti mlumat yayıb. Bildirilib ki, gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 75-65 % olacaq. Sabah Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2-7° şaxta olacaq. Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.
Show all...
Havanın temperaturu 5-10 dərəcə enəcək, yağış, qar yağacaq, güclü külək əsəcək Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra Bakıda və Abşeron yarımadasında yanvarın 21-i axşamdan 24-ü səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 22-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30 ms/-dək güclənəcəyi gözlənilir: Yanvarın 23-dən 24-ü gündüzədək fasilələrlə yağıntılı olacağı, yağışla başlayan prosesin bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Yanvarın 22-si Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 24-ü axşamadək arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Show all...
TƏBİB: "Bakıda sexdəki yanğında xəsarət alanların 9-nun vəziyyəti ağırdır" Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 10 nəfərin müalicəsi davam etdirilir. Hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 9 nəfərdən 3-nün vəziyyəti ağır stabil, 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır.
Show all...