en
Feedback
Khazar Information

Khazar Information

Open in Telegram

Xəzər Universiteti/Khazar University Hər gün, hər saat mükəmməlliyə doğru! /Always leading the way!

Show more
2 829
Subscribers
+724 hours
+307 days
+6130 days

Data loading in progress...

Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '26
+46
in 0 channels
August '26
+72
in 0 channels
Get PRO
July '26
+53
in 0 channels
Get PRO
June '26
+25
in 0 channels
Get PRO
May '26
+17
in 0 channels
Get PRO
April '26
+37
in 0 channels
Get PRO
March '26
+30
in 0 channels
Get PRO
February '26
+30
in 0 channels
Get PRO
January '26
+17
in 0 channels
Get PRO
December '25
+37
in 0 channels
Get PRO
November '25
+22
in 0 channels
Get PRO
October '25
+33
in 0 channels
Get PRO
September '25
+201
in 0 channels
Get PRO
August '25
+285
in 0 channels
Get PRO
July '25
+131
in 0 channels
Get PRO
June '25
+36
in 0 channels
Get PRO
May '25
+54
in 0 channels
Get PRO
April '25
+34
in 1 channels
Get PRO
March '25
+51
in 0 channels
Get PRO
February '25
+150
in 0 channels
Get PRO
January '25
+65
in 0 channels
Get PRO
December '24
+38
in 0 channels
Get PRO
November '24
+47
in 0 channels
Get PRO
October '24
+64
in 0 channels
Get PRO
September '24
+210
in 0 channels
Get PRO
August '24
+363
in 0 channels
Get PRO
July '24
+105
in 0 channels
Get PRO
June '24
+69
in 0 channels
Get PRO
May '24
+42
in 0 channels
Get PRO
April '24
+22
in 0 channels
Get PRO
March '24
+101
in 0 channels
Get PRO
February '24
+81
in 0 channels
Get PRO
January '24
+84
in 0 channels
Get PRO
December '23
+1 656
in 0 channels
Date
Subscriber Growth
Mentions
Channels
10 September+1
09 September+7
08 September+8
07 September+4
06 September+2
05 September+2
04 September+7
03 September+4
02 September+4
01 September+7
Channel Posts
1 kurs tələbələrin nəzərinə! Fənn qeydiyyatı hər bir tələbənin dərslər başlamazdan öncə semestr ərzində keçəcəyi fənlərə yazılmağıdır. Qeydiyyat sims.khazar.org saytında onlayn şəkildə edilir. 1-ci kursların fənn qeydiyyatını dekanlıq əməkdaşları edirlər. Oriyentasiya günü sizlərə dərs cədvəliniz veriləcək. Tələbə biletinizi aldıqdan sonra SIMS hesabınıza giriş edə biləcəksiniz.

2
Tələbələrin nəzərinə! Fənn qeydiyyatı başladı. Hər kəsə uğurlar!
521
3
Tələbələrin nəzərinə! Fənn qeydiyyatı müvəqqəti olaraq dayandırıldı. Sabah saat 11:00-da təkrar açılacaq.
652
4
Tələbələrin nəzərinə! 2026-2027-ci tədris ilinin Payız semestri üzrə Fənn qeydiyyatı başladı. Hər kəsə uğurlar!
Tələbələrin nəzərinə! 2026-2027-ci tədris ilinin Payız semestri üzrə Fənn qeydiyyatı başladı. Hər kəsə uğurlar!
674
5
Xəzər Universiteti və Károli Qáspár Universiteti arasında əməkdaşlıq genişləndirilir Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva 2026- cı il sentyabrın 3-də Macarıstanın Károli Qáspár Universitetinin rektoru Prof. Dr. László Trócsányi ilə görüşüb. Görüş zamanı iki universitet arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə akademik və elmi təşəbbüslərin həyata keçirilməsi, eləcə də yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Görüşün əsas məqamlarından biri Xəzər Universiteti ilə Károli Qáspár Universiteti arasında Anlaşma Memorandumunun (MoU) imzalanması olub. Memorandum iki ali təhsil müəssisəsi arasında akademik və elmi əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, tədqiqat və akademik mübadilə imkanlarının inkişaf etdirilməsi üçün mühüm çərçivə yaradır. Görüşdə, həmçinin, linqvistika və süni intellekt mövzusunda keçirilməsi nəzərdə tutulan “Dil, ədəbiyyat və dilçilik fəlsəfəsi üzrə 6-cı beynəlxalq konfrans”-a hazırlıq prosesi müzakirə edilib. Tərəflər konfransın təşkilati və akademik aspektləri, eləcə də gələcəkdə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Bununla yanaşı, psixologiya, beynəlxalq münasibətlər və siyasi elmlər sahələrində əməkdaşlıq perspektivləri də müzakirə olunub. Tərəflər birgə elmi tədqiqatların aparılması, beynəlxalq konfrans və seminarların təşkili, akademik mübadilə və digər birgə təşəbbüslərin həyata keçirilməsi üçün geniş imkanların olduğunu qeyd ediblər.
934
6
+6
No text...
696
7
Təbiət elmləri və Mühəndislik fakültəsi üzrə oriyentasiya günləri
Təbiət elmləri və Mühəndislik fakültəsi üzrə oriyentasiya günləri
717
8
Xəzər Universitetində fəlsəfə doktoru proqramı üzrə ixtisas fənlərindən qəbul imtahanları keçiriləcəkdir 11 sentyabr 2026-cı
Xəzər Universitetində fəlsəfə doktoru proqramı üzrə ixtisas fənlərindən qəbul imtahanları keçiriləcəkdir 11 sentyabr 2026-cı il tarixində saat 11:00-da Xəzər Universitetində fəlsəfə doktoru proqramı üzrə qeyd olunan ixtisas fənlərindən qəbul imtahanları keçiriləcəkdir. Ünvan: Xəzər Universiteti (Neftçilər Kampusu), Məhsəti k. 41, AZ1096, otaq 302N
668
9
Təlim haqqında məlumat: 23–24 oktyabr 2026-cı il tarixlərində Yüksək Texnologiyalar və Süni İntellekt (ETAİ) Tədqiqat Mərkəzinin təşəbbüsü ilə Xəzər Universitetində ilk dəfə olaraq “AI for Educators” adlı iki günlük intensiv praktiki təlim keçiriləcəkdir. Təlim çərçivəsində iştirakçılar AI vasitəsilə kurs və mühazirələrin dizaynı, tədris resurslarının hazırlanması, fərdiləşdirilmiş öyrənmə, qiymətləndirmənin yenidən dizaynı və akademik fəaliyyət üçün AI strategiyalarının hazırlanması üzrə praktiki çalışmalar həyata keçirəcək, öz real kurs materialları üzərində işləyəcək və sonda AI-in tətbiqinə dair Fəaliyyət Planı hazırlayacaqlar. Təlimçilər: Gloria Shkurti Özdemir, Xəzər Universitetinin Yeni Texnologiyalar və Süni İntellekt Tədqiqat Mərkəzinin və AEGIX İnstitutunun Tədqiqat direktoru. Dr. Özdemir süni intellekt siyasəti, təhlükəsizlik, rəqəmsal suverenlik və texnoloji transformasiya üzrə çoxsaylı elmi əsərlərin müəllifidir. Onun əsas üstünlüyü akademik tədqiqat təcrübəsini praktiki AI təlimi ilə birləşdirməsi və mütəxəssislərə AI alətlərini öz peşəkar fəaliyyətlərinə effektiv şəkildə inteqrasiya etməyə kömək etməsidir. Dolapo Fakuade, Böyük Britaniyanın Konventri Universitetinin (Coventry University) baş elmi işçisi və ETAI Tədqiqat Mərkəzinin üzvü. 15 ildən artıq beynəlxalq təcrübəyə malik olan Dr. Fakuade süni intellekt, tədqiqat, təlim və siyasət sahələrində ekspert fəaliyyətinə malikdir. Onun tədqiqat istiqamətləri yeni texnologiyaların akademik, hökumət və beynəlxalq mühitlərdə praktiki tətbiqini əhatə edir. Təlimin hər iki gününü uğurla tamamlayan iştirakçılara Xəzər Universiteti tərəfindən rəsmi “Bitirmə sertifikatı” (“Certificate of Completion”) təqdim olunacaqdır. Bu sertifikat iştirakçıların Aİ-nin ali təhsildə tətbiqi üzrə ixtisaslaşmış intensiv təlim proqramını tamamladıqlarını təsdiq etməklə, onların gələcək akademik və peşəkar inkişafı baxımından əhəmiyyətli imkan yaradır. Tədbir haqqında əsas məlumat: Tarix: 23–24 oktyabr 2026-cı il Saat: 10:00–17:00 Məkan: Xəzər Universiteti, Neftçilər Kampusu, Məhsəti küç. 41, Mərmər Zal Təlimin dili: İngilis dili İştirak haqqı: 300 AZN AmCham üzvləri üçün: 30% endirim Qeydiyyat: https://forms.gle/aPN1VGSmVKmUDXvE7 Qeyd: Qeydiyyat formasının təqdim edilməsi iştirakın avtomatik təsdiqlənməsi demək deyil. Seçilmiş iştirakçılara iştirak və ödənişlə bağlı əlavə məlumat göndəriləcəkdir.
569
10
No text...
500
11
Xəzər Universitetinin rəhbər heyəti “BP Azərbaycan”ın vitse-prezidenti ilə görüşmüşdür Xəzər Universitetinin rektoru Dr. Razi+1
Xəzər Universitetinin rəhbər heyəti “BP Azərbaycan”ın vitse-prezidenti ilə görüşmüşdür Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva və Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Orxan Vəliyev 2026- cı il avqustun 31- də BP-nin vitse-prezidenti , Xəzər regionu üzrə regional vitse-prezidenti dosent Bəxtiyar Aslanbəyli ilə görüşmüşlər. Görüş zamanı “BP Azərbaycan” ilə Xəzər Universiteti arasında mümkün əməkdaşlıq istiqamətləri, birgə layihələrin həyata keçirilməsi və universitetin BP-nin müxtəlif sosial, təhsil və ictimai layihələrində icraçı tərəfdaş (Implementing Partner) kimi iştirakı imkanları müzakirə edilmişdir. Görüşün sonunda Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva universitet adından BP-nin vitse-prezidenti dosent Bəxtiyar Aslanbəyliyə xatirə hədiyyəsi təqdim etmişdir. Görüş gələcəkdə “BP Azərbaycan” və Xəzər Universiteti arasında yeni əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi baxımından faydalı fikir mübadiləsi ilə yadda qalmışdır.
498
12
Fizika və elektronika departamentinin müdiri Çində beynəlxalq elmi əməkdaşlıq çərçivəsində tədqiqatda Xəzər Universitetinin Fizika və elektronika departamentinin müdiri, dosent Dr. Fəridə Tatardar Çin Xalq Respublikasında beynəlxalq elmi əməkdaşlıq çərçivəsində tədqiqat fəaliyyətini davam etdirir. F. Tatardarın iştirak etdiyi elmi-tədqiqat layihəsi “Shanghai Sci-tech Co-research Program”ı çərçivəsində dəstəklənib. Layihə Şanxay Elm və Texnologiya Komissiyasının dəstəyi ilə həyata keçirilən beynəlxalq elmi əməkdaşlıq proqramı çərçivəsində qəbul olunub. Layihənin elmi-tədqiqat mərhələsi çərçivəsində Dr. Fəridə Tatardar Fudan Universitetinin “Ağıllı materiallar və gələcəyin enerjisi” kollecində professor Zhu Guodongun rəhbərlik etdiyi tədqiqat qrupunda fəaliyyət göstərir. Tədqiqatlar çərçivəsində yüksək performanslı nazik təbəqəli tranzistorların və yeni nəsil piezoelektrik sensorların işlənib hazırlanması istiqamətində elmi araşdırmalar aparılır. Bu tədqiqatlar qabaqcıl funksional materialların tətbiqi əsasında innovativ elektron və sensor texnologiyalarının inkişafına, həmçinin, yüksək həssaslığa və enerji səmərəliliyinə malik qurğuların yaradılmasına yönəlib. Elmi fəaliyyəti və beynəlxalq əməkdaşlıq çərçivəsində F.Tatardar Fudan Universitetinin aparıcı alimləri ilə görüşlər keçirib. Fudan Universitetinin “Ağıllı materiallar və gələcəyin enerjisi” kollecinin dekan müavini, professor Yan Zhao, “Optoelektronika” İnstitutunun direktor müavini, dosent Xiaoliang Mo və Fudan Universitetinin Mikroelektronika fakültəsinin professoru Hongliang Lu ilə keçirilən görüşlərdə üzvi yarımkeçiricilər, optoelektronika, mikroelektronika və sensor texnologiyaları üzrə elmi əməkdaşlıq perspektivləri müzakirə olunub. Fudan Universitetində keçirilən bu görüşlər Xəzər Universitetinin beynəlxalq elmi əlaqələrinin genişləndirilməsi, yeni akademik tərəfdaşlıqların qurulması, elmi fəaliyyətin inkişaf etdirilməsi və qabaqcıl elmi-tədqiqat təcrübəsinin qarşılıqlı paylaşılması baxımından mühüm əhəmiyyət daşıyır. Xəzər Universiteti beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsinə, tədqiqatçıların aparıcı elmi mərkəzlərdə təcrübə və bilik mübadiləsində iştirakına, eləcə də qabaqcıl elmi nəticələrin universitetin tədqiqat mühitinə inteqrasiyasına xüsusi əhəmiyyət verir.
453
13
+2
No text...
422
14
“Kimya Müəllimliyi üzrə İntensiv Yay Məktəbi” müxtəlif universitetlərin kimya tələbələrini bir araya gətirir Kimya və Kimya mühəndisliyi departamenti Xəzər Universitetinin 35 illiyinə həsr olunmuş “Kimya Müəllimliyi üzrə İntensiv Yay Məktəbi”ni təşkil edir. Yay məktəbi Xəzər Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universiteti də daxil olmaqla müxtəlif ali təhsil müəssisələrinin tələbələrini bir araya gətirir və onlara intensiv praktiki və laboratoriya məşğələləri vasitəsilə nəzəri biliklərini möhkəmləndirmək imkanı yaradır. Proqram kimyanın dörd əsas istiqamətini - Analitik kimya, Üzvi kimya, Qeyri-üzvi kimya və Neft kimyasını əhatə edir. Təlimlər zamanı praktiki tədrisə xüsusi diqqət yetirilir ki, bu da tələbələrə laboratoriya prosedurları, kimyəvi analiz, sintez, eksperimental üsullar və universitet kurslarında öyrəndikləri nəzəri biliklərin praktik tətbiqi üzrə təcrübə qazanmağa imkan verir. Beləliklə də laboratoriya məşğələləri və praktiki fəaliyyətlər vasitəsilə iştirakçılar kimyanın müxtəlif sahələrində istifadə olunan eksperimental üsullarla yaxından tanış olur, təcrübələrin aparılması, laboratoriya avadanlıqlarından istifadə, eksperimental nəticələrin təhlili, eləcə də laboratoriya şəraitində təhlükəsiz və səmərəli işləmək üzrə zəruri bacarıqlarını inkişaf etdirirlər. Xəzər Universitetinin 35 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində təşkil edilən Yay məktəbi Universitetin gənc mütəxəssislər arasında kimya təhsilinin, elmi düşüncənin və praktiki laboratoriya bacarıqlarının inkişafına davamlı töhfəsini əks etdirir.
547
15
+2
No text...
614
16
Tələbələrin nəzərinə! Növbəti həftə fənn qeydiyyatının başlanılması nəzərdə tutulub. Ödənişli əsaslarla oxuyan tələbələr ödəniş edə bilərlər (neçə kreditlik fənn götürəcəklərsə, ona uyğun ödəniş edilir). Hər kəsə uğurlar!
785
17
Xəzər Universitetinə qəbul olunan abituriyentlərin nəzərinə! Fakültələr üzrə oriyentasiya günləri ilə tanış ola bilərsiniz.+3
Xəzər Universitetinə qəbul olunan abituriyentlərin nəzərinə! Fakültələr üzrə oriyentasiya günləri ilə tanış ola bilərsiniz.
939
18
Xəzər Universitetinə qəbul olunan abituriyentlərin nəzərinə! Fakültələr üzrə oriyentasiya günləri ilə tanış ola bilərsiniz.+3
Xəzər Universitetinə qəbul olunan abituriyentlərin nəzərinə! Fakültələr üzrə oriyentasiya günləri ilə tanış ola bilərsiniz.
132
19
Abituriyentlərin nəzərinə! Dövlət sifarişli qəbul olunmuş şəxslər elektron müraciət üçün xüsusi bir sənəd yükləmədən birbaşa müraciət edirlər. Ödənişli əsaslarla qəbul olunmuş şəxslər isə ödənişi etdikdən sonra təsdiq cavabı alacaqlar (ilk il təhsil haqqı tam ödənilir. Kimə güzəşt tətbiq olunursa, güzəşt olunmuş məbləği çıxıb, yerdə qalan məbləği ödəyir). Müraciəti qəbul edilmiş şəxslər aşağıdakı sənədləri şəxsən Qəbul və Tələbə şöbəsinə təqdim etməlidirlər: ● Attestat ● Şəxsiyyət vəsiqəsi və onun surəti ● Çap şəklində 4 rəngli şəkil (3x4 ölçüdə) ● Sağlamlıq haqqında tibbi arayış
1 016
20
Abituriyentlərin nəzərinə! Bu gündən etibarən qəbul olmuş hər bir şəxs elektron qaydada müraciət etməlidir. "Qəbul edildi" statusu aldıqdan sonra 31 avqust - 10 sentyabr aralığında tələb olunan sənədləri tələbə şəxsən özü Qəbul və Tələbə şöbəsinə təqdim etməlidir. Tələbələr sənədlərini təqdim etdikdən sonra ingilis dili səviyyəsini müəyyən etmək üçün səviyyə imtahanında iştirak edəcəklər. 14 və 15 sentyabr tarixlərində oriyentasiya günü keçiriləcək. Fakültələr üzrə oriyentasiya günü və saatı irəliləyən günlərdə elan ediləcək. Hər kəsə uğurlar!
1 169