en
Feedback
Hər gün bir hədis

Hər gün bir hədis

Open in Telegram

Bu kanalda hər gün bir hədis paylaşılacaq.

Show more
3 434
Subscribers
-224 hours
-187 days
-5930 days
Posts Archive
Bismilahir-Rəhmanir-Rəhim (1320) Həzrət Peyğəmbər (s): "Adəm övladı qocalır, onun vücudunda iki şey isə cavanlaşır: mala, sərvətə tamah və yaşamağa hərislik." əl-Xisal, səh. 73, hədis 112 https://t.me/muheddis

Bismilahir-Rəhmanir-Rəhim (1314) İmam Sadiq (ə): "Əmirəl-möminin (ə) nə söyüş söyən və acı dili olanın, nə də keçmişdə dinsizliyi ilə məhşur olan şəxsin şahidliyini qəbul etməzdi." əl-Kafi, c.7, səh. 396, hədis 7 https://t.me/muheddis

Bismilahir-Rəhmanir-Rəhim (1318) İmam Əli (ə): "Kim qəlbini dünyadan üzsə, onun xarlığına dözümsüzlük göstərməsə, onda şan-şöhrətə çatmaq üçün rəqabətə girişməsə, Allah-taala heç bir məxluqun hidayəti olmadan onu Özü hidayət edər. Kimsədən tə'lim almadan Özü ona dinini öyrədər, hikməti onun qəlbində həkk edər və dilinə gətirər." Biharul-Ənvar, c.78, səh. 63, hədis 155 https://t.me/muheddis

Bismilahir-Rəhmanir-Rəhim (1317) İmam Əli (ə): "Ağ saçlar xəbərdarlıq üçün kifayətdir." Ğurərul-Hikəm, səh. 7019 https://t.me/muheddis

Bismilahir-Rəhmanir-Rəhim (1316) İmam Səccad (ə): "Ey Adəm övladı! Allah qorxusu sənin altdan geydiyin paltar və qəm-qüssə üstdən geyindiyin geyim olanadək daim xeyir-bərəkət içində olacaqsan." Ə'mali, Tusi, səh. hədis 176 https://t.me/muheddis

Bismilahir-Rəhmanir-Rəhim (1315) İmam Əli (ə): "Kim sonunu düşünmədən işə başlayarsa, özünü çətinliklərin təhlükəsinə atar." Tuhəful-Uqul, səh. 90 https://t.me/muheddis

Bismilahir-Rəhmanir-Rəhim (1314) İmam Sadiq (ə): "Sağlamlıq gizlin (və tanınmayan) bir nemətdir. Olanda unudulur (və heç kim qədrini bilmir) və olmayanda yada düşür. Mən la yəhzuruhul Fəqih, c.4, səh. 406, hədis 5878 https://t.me/muheddis

Bismilahir-Rəhmanir-Rəhim (1313) Həzrət Peyğəmbər (s): "Kim bir məclisdə qardaşından qeybət edildiyini eşidərsə və onu dəf edərsə, Allah dünya və axirətdə min pislik qapısını ondan dəf edər." Emalı, Səduq, səh. 350 https://t.me/muheddis

Bismilahir-Rəhmanir-Rəhim (1312) İmam Əli (ə): "Ölüm, bəli, qəbuldur, amma alçaqlıq və zəiflik heç vaxt. Azla kifayətlənmək, bəli, qəbuldur, amma ona-buna əl açmaq heç vaxt." Nəhcül-Bəlağə, hikmət 396 https://t.me/muheddis

Bismilahir-Rəhmanir-Rəhim (1311) İmam Kazim (ə) (Ölüm arzulayan kişiyə xitabən): "Səninlə Allahın arasında bir qohumluq varmı ki, ona görə sənə köməyi çatsın?" Ərz etdi: "Xeyr." Buyurdu: "Pisliklərdən artıq ola biləcək yaxşılıqları Onun dərgahına göndərmisənmi?" Ərz etdi: "Xeyr." Buyurdu: "Deməli, belə olan halda sən əbədi məhv olmağı arzulayırsan!." Kəşfül-Ğummə, c.3, səh. 42 https://t.me/muheddis

Bismilahir-Rəhmanir-Rəhim (1310) Həzrət Peyğəmbər (s): "Səkkiz nəfərin namazı qəbul deyil: fərari qul öz sahibinin yanına qayıdanadək, əri ondan narazı olan dikbaş qadın, zəkat verməyən şəxs, dəstəmazı olmayan şəxs, namazını baş örtüyü olmadan qılan həddi buluğa çatmış qız, xalq ondan narazı olduğu halda onlarla birgə namaz qılan rəhbər, məst və zəbin adamın, yəni öz sidiyini və nəcisini güclə saxlayan şəxsin." Məkarimul-Əxlaq, c.2, səh. 324, hədis 2656 https://t.me/muheddis

Bismilahir-Rəhmanir-Rəhim (1309) İmam Əli (ə): "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə. Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Biharul-Ənvar, c.77, səh. 208, hədis 1 https://t.me/muheddis

photo content

Bismilahir-Rəhmanir-Rəhim (1308) İmam Əli (ə): "Dostluğu Allaha görə olmayan kəsdən çəkin. Çünki onun dostluğu alçaqlıq , onunla yoldaşlıq etmək nəhs və bərəkətsizdir." Ğurərul-Hikəm, hədis 8978 https://t.me/muheddis

Bismilahir-Rəhmanir-Rəhim (1307) İmam Baqir (ə): "Əgər imama kömək etmək üçün "Bədr" əhlinin sayı qədər adam toplaşsa, ona qiyam etmək və vəziyyəti dəyişdirmək vacibdir. " Biharul-Ənvar, c.100, səh. 49, hədis 18 https://t.me/muheddis

Bismilahir-Rəhmanir-Rəhim (1306) "Biz sizin üçün haqqı gətirdik, amma çoxumuz haqqı xoşlamırsınız." Zuxruf, ayə 78 İmam Əli (ə): "Həqiqətən, haqq ağır, amma safdır. Batilsə yüngül və asan olsa da, öldürəndir." Nəhcül-Bəlağə, hikmət 376 https://t.me/muheddis

Bismilahir-Rəhmanir-Rəhim (1305) Allahın Peyğəmbəri(s): "Tezliklə millətlər ac adamlar yemək kasasına hücum edən kimi sizə hücum edər." Bu zaman bir nəfər soruşdu: "Bunun səbəbi həmin vaxt bizim sayımızın az olmağıdır?" Peyğəmbər buyurdu: "Əksinə, sayınız çox olar, amma sel üzərindəki köpük və çör-çöp kimi olarsınız, Allah sizin heybət və əzəmətinizi düşmənlərinizin qəlbindən çıxarar, sizin qəlblərinizə qüvvətsizlik və süstlük salar." Bir nəfər soruşdu: "Ey Allahın Peyğəmbəri, qüvvətsizlik və süstlük nədir?" Buyurdu: "Dünya məhəbbəti və ölümü istəməmək." ət-Təşrifu bil-minən, səh. 307, hədis 428 https://t.me/muheddis

Bismilahir-Rəhmanir-Rəhim (1304) Həzrət Peyğəmbər (s): "Qardaşlarınızın sayını artırın. Çünki Qiyamətdə hər bir mömin şəfaət edəcək." Kənzul-Ummal, hədis 24642 https://t.me/muheddis

Bismilahir-Rəhmanir-Rəhim (1303) İmam Sadiq (ə): "Dünya möminin zindanı, qəbr onun qalası, Cənnət isə onun (əbədi) mənzilidir. Dünya kafirin Cənnəti, qəbr onun zindanı, Cəhənnəm odu isə onun (əbədi) mənzilidir." əl-Xisal, səh. 108, hədis 74 https://t.me/muheddis

Bismilahir-Rəhmanir-Rəhim (1302) İmam Sadiq (ə): "Kim Allahdan qorxsa, Allah onunçun çıxış yolu qoyar. Güman etmədiyi yerdən ona ruzi verər" ayəsi nazil olduqda Allahın Peyğəmbərinin (s) səhabələrinin bir dəstəsi qapıları üzlərinə bağlayıb ibadətə başladılar və dedilər: "Bizim ruzimizə zəmanət verilmişdir." Bu xəbər peyğəmbərə çatdı. Allahın Rəsulu onların arxasınca adam göndərib buyurdu: "Sizi bu işi görməyə nə vadar etmişdir?" Ərz etdilər: "Ey Allahın Peyğəmbəri! Bizim ruzimizə zəmanət verilmişdir və buna görə də ibadətə üz tutduq." Peyğəmbər (s) buyurdu: "Bilin ki, kim belə etsə, duası müstəcab olmaz. İş və qazanc dalınca gedin." əl-Kafi, c.5, səh. 84, hədis 5 https://t.me/muheddis