Logistika | B2B | Ticarət
Open in Telegram
Loqistika, ticarət və biznesə aid Azərbaycan və dünyada baş verən xəbərlərin və faktların toplandığı kanal. əlaqə, Arif Salahov: tel: 055 585 95 05 e-mail: arif@salahov.az
Show more650
Subscribers
No data24 hours
No data7 days
-630 days
Posts Archive
Dəyərli qrup üzvləri,
📌 Hazırda Rusiyanın bir sıra şəhərlərində yükləmə üçün boş maşınlar mövcuddur.
REF və TENT yüklərinizi yükləyə bilərik.
🚚 1550 USD: Tula - Baku
🚛 1650 USD: Moskva - Bakı
🚚 1700 USD: Nijni Novqorod - Bakı
🚛 1800 USD: Volqoqrad - Bakı
🚚 1850 USD: Sankt Peterburq - Bakı
Tək FTL yox, həmçinin istənilən istiqamətdən ⚓FCL, ✈️avia və 📦qruppaj sorğular üzrədə müraciət edə bilərsiniz.
🥇 Yüklərinizi etibarlı şirkətlərə həvalə edin!
📞+994 (51) 585 95 05
📧 arif.salahov@intransco.az
📧 office@intransco.az
www.intransco.az
🌐⚓ Böyük konteyner daşıyıcıları Çindən Meksikaya gəmiçilik xətti açırlar
Böyük konteyner xətləri Çindən Meksikaya birbaşa xidmətlər açır və bu, həmin ölkələr arasında ticarət həcmlərinin artdığını göstərir.
📌 “Çin ixracatçıları arasında Meksikaya marağın artması Çin şirkətlərinin, o cümlədən bu ölkədəki istehsala böyük həcmdə birbaşa investisiyalarının nəticəsi ola bilər”, - nəşr yazır.
“The Loadstar” əlavə edir: "İkinci ehtimal Meksikanın Sakit okean sahilindəki limanlarının ABŞ bazarına ABŞ-ın Çin malları və məhsullarına artırılmış rüsumlardanqaçmaq üçün alternativ qapı təmin etməsidir".
✏ Çin və Meksika arasında ticarətin təhlili göstərir ki, Meksikanın üç əsas limanı olan Manzanillo, Lázaro Kardenas və Ensenadada ötürücülük təxminən 12% artıb.
mənbə: seanews.az
✨️ Dəyərli izləyicilər!
Ümid edirəm işləriniz qaydasındadır!
Son 2-3 ayda çox aktiv olmadığım üçün üzr istəyirəm.
💼Bunun səbəbi karyeramda dəyişikliklərin olması idi.
📌Məlumat vermək istərdim ki artıq karyeramı Intransco şirkətində İcraçı Direktor olaraq davam etdirirəm.
Bu müddət ərzində yeni şirkətimin imkanlarını və xidmət keyfiyyətinin artırılması üçün çalışdım.
🤝🏻Bu səbəbdən xahiş etmək istərdim ki bizim şirkəti öz nəqliyyatçılar siyahınıza əlavə edəsiniz.
Aktual sorğularınızı həmçinin bizə göndərin
🌍Hər növ və istənilən istiqamətdən yükdaşımları həyata keçiririk.
📞+994 (51) 585 95 05
📩 arif.salahov@intransco.az
www.intransco.az
⚓ Honkonq limanının konteyner dövriyyəsi
2024-cü ilin birinci rübündə Çinin Honkonq limanının konteyner dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3% azalaraq 3,35 milyon TEU təşkil edib.
📢 Limanın ən böyük konteyner terminalı olan “Kwai Tsing” vasitəsilə aşırılma 2,4% azalaraq 2,58 milyon TEU-yə düşüb.
Hesabat dövründə digər terminallar vasitəsilə yükaşırmalar 2,2% azalaraq 771 min TEU təşkil edib.
📑 Honqkonq limanı dünyanın böyük limanlarından biridir. Limana yük əməliyyatları üçün ildə 456 min gəmi yan alır.
📊 Limanın konteyner dövriyyəsi 2023-cü ildə 14% azalaraq 14,3 milyon TEU olub.
📌 Aprelin 17-18-19-da Bakıda "Made in BRICS & SCO" Beynəlxalq Sərgisi keçiriləcək.
Sərgidə müxtəlif sektorları təmsil edən şirkətlər iştirak edəcəklər.
✨ Burada BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) və ŞƏT-ə (Şanxay Əməkdaşlıq Təşkilatı) üzv olan ölkələrin, eləcə də bu təşkilatlara qoşulmağı planlaşdıran dövlətlərin müxtəlif mal və xidmətlərinin istehsalçıları və təchizatçıları iştirak edəcək.
🏢 Sərgi Bakı Ekspo Mərkəzində keçiriləcək. Təşkilatçılar Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş "EXPO Club Plus" və "Rusiya Ekspo Klubu"dur.
Ziyarətçilər üçün giriş pulsuzdur.
Müxtəlif ölkələri təmsil edən iştirakçı şirkətlər ilə B2B görüşlər təşkil olunacaq.
📢 Yerli şirkətlərdə sərgidə stend icarəyə götürə bilərlər:
1. Sadə stend – 1 kv.m - 100-150 AZN (60-90 USD) – 3 gün üçün
2. Təchiz olunmuş stend – 1.kv.m - 255 AZN (150 USD) – 3 gün üçün
Qeydiyyat üçün: https://az.b2bagro.ru/beynelxalq-sergi-2024
Əlaqə üçün: 0504755728
🛃💵 Azərbaycanda idxal gömrük rüsumuna cəlb olunan malların sayı artırılıb
Nazirlər Kabineti 22 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.
✒ Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Azərbaycanda idxal gömrük rüsumuna cəlb olunan malların sayı artırılıb.
Belə ki, bundan sonra aşağıda göstərilənlərdə idxal gömrük rüsumuna cəlb olunacaq:
🚑 təmənnasız paylanılması üçün humanitar yardım kimi fiziki şəxslər tərəfindən gətirilən mallar;
🔰 Müdafiə Sənayesi Nazirliyi və onun tabeliyində olan müəssisələr tərəfindən müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə idxal edilən texnologiyalar, avadanlıqlar və dəstləşdirici hissələr;
🛢 Dövlət Neft Fondunun aktivlərində yerləşdirilməsi üçün idxal olunan qızıl.
...
mətn uzun olduğundan daha ətraflı link'ə keçid edərək baxa bilərsiniz: https://shorturl.at/ceKS1
💡🛬 ƏLƏTdə yeni hava limanı tikiləcək.
Ələt Azad İqtisadi Zonasının idarəedici qurumundan verilən məlumata görə, AFEZ-də müasir standartlara cavab verən, beynəlxalq karqo hava limanının inşası üzrə işlərə artıq başlanılıb.
👷♂️ İnşaat işləri tamamlandıqdan sonra hava limanının 2026-cı ilin I rübünəkimi fəaliyyətə başlayacağı gözlənilir.
🏗 Hava limanının illik yükaşırma gücü ilkin mərhələdə 500 000 ton, daha sonra isə 1, 5 milyon tona qədər artacağı planlaşdırılır.
✈ Hava limanı ilk növbədə Azad Zonada fəaliyyət göstərən müəssisələrin yüklərinin təyyarə ilə daşınmasını təmin edəcək, eyni zamanda digər şəxslərə də xidmət göstərəcək.
📜 Ələt Azad İqtisadi Zonasının Baş plan ərazisi olaraq müəyyən edilmiş 719 ha torpaq sahəsi beynəlxalq nəqliyyat dəhlizləri üzərində və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yaxınlığında 3 ayrı ərazidə yerləşir.
🇹🇷⚓ Türkiyənin yeni konteyner xətti xidmətə başlayıb
Türkiyənin yeni konteyner xətti “ULD Shipping” Novorossiysk limanına fider xidmətinə başlayıb.
🚢 Xəttə 634 TEU tutumlu iki konteyner gəmisi cəlb edilib.
Böyük xətlər Rusiya bazarını tərk etdikdən sonra bu boşluğu tez bir zamanda bir çox şirkətlər, o cümlədən yeni daşıyıcılar doldurdu.
📝 Bunlar “FESCO”, “Reel Shipping”, “New New Shipping / Torgmoll”, “OVP”, “Safetrans”, “Mountain Air Shipping”, “Neco”, “Modul” və “Global Field”.
⚓ Sinqapur limanında yük dövriyyəsi artıb
2024-cü ilin yanvar ayında Sinqapur limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2% artaraq 50,78 milyon tona çatıb.
🛢 neft yüklərinin aşırılması 7,7% artaraq 15,4 milyon ton,
🛥 balker yüklərinin aşırılması 8,4% azalaraq 2 milyon ton,
📦 ümumi konteynersiz yüklərin aşırılması 16,8% azalaraq 2,1 milyon ton olub.
Hesabat dövründə limanın konteyner dövriyyəsi 3,31 milyon TEU təşkil edib ki, bu da 10,6% artım deməkdir.
🏷 Sinqapur Cənub-Şərqi Asiyada bir adada yerləşən şəhər-dövlətdir. 2022-ci ildə Sinqapur limanının yük dövriyyəsi 577,7 milyon ton təşkil edib.
🇦🇿->🌍 Yanvar 2024 / IXRACımız / made inAzerbaijan:
🎯 1,8 milyard USD - ümumi ixrac,
🔷 222 milyon USD - qeyri-neft sektoru üzrə ixrac
🌰🎯 İsveçrəyə meşə fındığı ixracımız 5 dəfə artıb
🚛 2023-cü ildə İsveçrə Azərbaycandan 1,1 min tona yaxın təmizlənmiş meşə fındığı idxal edib ki, bu da 2022-ci illə müqayisədə 5,2 dəfə çoxdur.
📈 Tədarükün dəyəri 4,9 dəfə artaraq 6 milyon frank (6,2 milyon avro) təşkil edib.
⚓📊 ASCO-nun gəmiləri ilə ötən il daşınan yükün həcmi açıqlanıb.
Ötən il ərzində ASCO tankerləri ilə 4,9 milyon ton yük daşınıb.
Bərə və Ro-Pax tipli gəmilərlə daşınan:
🚝 vaqonların sayı 37642 ədəd,
🚛avtonəqliyyat vasitələrinin sayı isə 35207 ədəd olub.
⛴️ ASCO-nun universal quru yük gəmiləri 2023-cü ildə 749 min ton yük nəql edib.
mənbə: seanews.az
🔥🚢 Qırmızı dənizdə vəziyyət yenə qeyri-stabil olaraq qalır.
🚬 Yəmənin Husi üsyançılarının Qırmızı dənizdə ticarət gəmilərinə hücumları və ABŞ-ın rəhbərliyi altındakı koalisiyanın cavab zərbələri fonunda Asiyadan Avropaya daşıma xərcləri də artıb.
⚓ Hesablamalara görə, Asiyadan Şimali Avropaya daşınmalar üçün tariflər 40 futluq konteyner üçün 4 min,
🌏 Asiyadan Aralıq dənizinə isə 5 min ABŞ dollarından çox artıb.
🇮🇳 Hindistan isə yüksək xərclər səbəbindən bu yolla xaricə daşınmaları tamamilə dayandırmaq qərarına gəlib.
📊🔥 Azərbaycanın qeyri-neft ixracında rekord qeydə alınıb
◼️Ötən ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyərində tarixi maksimum qeydə alınıb.
Belə ki, 2023-cü ildə Azərbaycandan 3,348 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.
💡Bu, 2022-ci illə müqayisədə 9,8% çoxdur.
mənbə: "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (Export and Investment Promotion Agency of the Republic of Azerbaijan – AZPROMO )
2023-cü ilin yanvar-noyabr aylarında ölkəyə:
💸 101,4 milyon ABŞ dolları dəyərində
🚚 6464 ədəd yük avtomobili idxal edilib.
2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən bu növ nəqliyyat vasitələrinin
💸 dəyəri 6,3 faiz və ya 6 milyon dollar,
🚛 sayı isə 41,9 faiz və ya 1908 ədəd artıb.
📢 Dəyərli izləyicilər,
🚀 "Logistika xəbərləri"nin yanvar ayı buraxılışını Sizə təqdim edirəm.
Bəzi mövzular:
⚓ Şanxay limanının konteyner dövriyyəsi
🗾Süveyş kanalında vəziyyət
🇹🇲Azərbaycanın Türkmənistanla ticarət dövriyyəsi
✈️"AZAL"ın ixrac gəlirləri
🚢 Panama kanalından tranzit keçən gəmilər
🇮🇳Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsi
🤝🏼 Azərbaycan və İran arasında Astarada yeni sərhəd keçid məntəqəsi
Xəbərlərə keçid üçün: https://shorturl.at/kAFK6
📌 Telegram kanala və İnstagram səhifəsinə dəvət:
Telegram kanal üçün -> https://t.me/logisticsB2Btrade
Instagram üçün -> https://www.instagram.com/logisticsb2btrade
Hörmətlə,
Arif Salahov
m. +994 51 585 95 05
arif@salahov.az
🔝✅ Ötən il Türkiyə ixracatı Cümhuriyyət tarixinin rekordunu qırıb
⚡ Türkiyənin ixracatı ötən il bir əvvəlki ilə nisbətən 0,6 faiz artaraq 255 milyard 809 milyon ABŞ dolları təşkil edib.
Bu rəqəm cümhuriyyət tarixində rekord olub.
🛳️❌ Qırmızı dənizdəki təhlükə səbəbindən konteyner qiymətləri 173 faiz artıb
Təhlükəsizlik təhdidləri səbəbindən Qırmızı dənizdən dəniz daşımalarının azalması Asiya, Avropa və ABŞ arasında konteyner qiymətlərinin artmasına səbəb olub
🌏 Asiya, Avropa və ABŞ arasında Qırmızı dənizdən daşımaların istifadəsi azaldıqca konteyner qiymətləri artır.
Freightos yük və ödəniş platformasının məlumatlarına görə, Asiyadan Şimali Avropaya gedən 40 FEU yük konteynerinin qiyməti 173% artımla 4 min dolları keçib.
🚬 Asiyadan Aralıq dənizinə yüklərin daşınması xərcləri də 5 min 175 dollara yüksəlib.
Süveyş kanalında nəqliyyatın yavaşlaması qlobal konteyner qiymətlərinin artmasına səbəb olub. Yəməndə Husi dəstələrinin Qırmızı dənizdə gəmilərə qarşı hücumları səbəbindən gəmilər daha uzun marşrutlara üstünlük verməyə başlayıb.
🌉 Azərbaycan və İran arasında Astarada yeni sərhəd keçid məntəqəsinin açılışı olub.
✨ Açılış mərasimində Azərbaycan-İran Müştərək Komissiyasının həmsədrləri - Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş iştirak ediblər.
Astara şəhərinin Bağçasəra kəndində yerləşən sərhəd terminalının müvəqqəti keçid məntəqəsi və daxili və xarici tranzit nəqliyyat vasitələri üçün nəzərdə tutulub.
🔔 Bu körpünün açılışı ilə iki ölkə arasında giriş-çıxış tranzit nəqliyyat vasitələrinin tutumu artacaq.
