en
Feedback
Tənzil

Tənzil

Open in Telegram

تَنزِيلٌ مِّن رَّبِّ ٱلْعَـٰلَمِينَ O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. (Vaqiə 30) 📲 Instagram səhifəmiz: https://www.instagram.com/attanziil 📲 Youtube kanalımız: https://youtube.com/@attanziil

Show more
368
Subscribers
-124 hours
No data7 days
-330 days
Posts Archive
photo content

Şeyx Abdur-Razzəq əl-Bədr (hafizahullah) buyurur: “Qulların Öz Rəblərini, onları Yaradanı, Hökmdarını, işlərini idarə edəni və ruzilərini təyin edəni tanımaqdan daha çox ehtiyac duyduqları şey yoxdur. O Allahı ki, onlar bir göz qırpımı belə Ondan ehtiyacsız ola bilməzlər. Onlar üçün islah və nəfsin təmizliyi yalnız Onu tanımaq, Ona ibadət etmək və tək Ona iman etməklə mümkündür. Buna görə də qulun salehlikdən payı və mədh-tərifdən layiq olduğu qədəri, Rəbbini tanımaqları, Onu razı samaqları və Ona yaxınlaşmaq üçün doğru sözlər deməsi və saleh əməlləri etməsi miqdarındadır.”
(Muxtəsaru fiqhil-əsməil-husnə kitabının müqəddiməsi, səh.4)
t.me/attanziil

photo content

📚Elm tələb edən insan daima elmlə olmalıdır. Elmlə sabahlayıb, elmlə gecələməlidir. Onun dərdi həmişə elm olmalıdır. Onun yatdıqda tərk etdiyi axırıncı şey onun kitabı olmalıdır. Şeyxlərdən biri buyurur: "Əgər sən bir insanın yanına qəflətən girsən və görsən ki, onun kitabları tərtiblidir, yəni dağılmayıb, bil ki, o oxuyan deyil!" 📌(Adil Rəcəbovun dərsindən alıntı) ____ 📲 Telegram kanalına daxil olmaq üçün: https://t.me//attanziil 📲 Instagram səhifəmiz: https://www.instagram.com/attanziil

Bəs biz gün ərzində Qurandan nə qədər oxuyuruq?
Bəs biz gün ərzində Qurandan nə qədər oxuyuruq?

✒️ “Allah kimin üçün xeyir istəyərsə onu dində fəqih (elmli) edər.” (Buxari, Muslim) 📒 Alimlərin ittifaqı ilə bu hədisdə qəsd olunan elm – şəri (dini) elmdir. 📍Həmçinin bu hədisi zikr etdikdən sonra Şeyx Suleyman ər-Ruheyli (Allah onu qorusun) buyurur: “Hədisdə gələn “Allah kimin üçün xeyir istəyərsə” – hissəsi şərt siyağında gəlib və bütün xeyirləri özündə cəm edir, həm xeyirin azını həm də çoxunu… Lakin əgər kimsə deyərsə ki, bu hədis onu gərəkdirir ki, alimlərə və elm tələbələrinə xeyirlərin hamısı hasil olsun, lakin bununla belə biz alimlərdən və elm tələbələrindən elələrini görürük ki, maldan məhrumdurlar və kasıbdırlar. Halbuki, mal da xeyirdir. Eləcədə alimlərdən və elm tələbələrindən elələri vardır ki, zuriyyətdən məhrumdurlar. Halbuki, zurriyyət də xeyirdir. Həmçinin, xəstəliklə imtahan olunub afiyətdən məhrum olanlar görürük.. Halbuki, afiyət də xeyirdir. Buna iki tərəfdən cavab vermək olar: 1. Kim bilə bilər ki, həmin o xeyir məhz həmin o şəxs üçün xeyirdir? Görərsən bir alim mal ilə ruzilənər, lakin onunla fitnəyə uğrayar. Bununla da elmdən və insanları öyrətməkdən üz döndərər. Başqası isə zurriyətlə ruzilənər və bununla fitnəyə uğrayar və s. Bu halda biz deyirik ki, bu (onun bu xeyirlərdən məhrum olması) xeyirin özüdür və Allah xeyirin (nədə olduğunu) daha yaxşı bilir. 2. Bunda başqa bir yöndən də xeyir ola bilər. Yəni (onun bu xeyirlərdən məhrum olması) onun əzəmətli savablar qazanmağına və ya uca məqamlara yüksəlməsinə səbəb ola bilər. Necə ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Möminin işinə təəccüb edirəm! Həqiqətən onun bütün işləri onun üçün xeyirlidir! Əgər başına sevindirici bir iş gələrsə şükr edər və bu onun üçün xeyirli olar, əgər başına müsibət gələrsə səbr edər və bu da onun üçün xeyirli olar. Bu da yalnız möminə xasdır.” (Muslim) Həmçinin hədisdən çıxan faydalardan biri də odur ki, bir insanın elmli olması Allahın ona xeyir istəməsinin əlamətidir.” 📚 (Şeyx Suleyman ər-Ruheyli, “Sahihut Tərğib vət-Tərhib” kitabının şərhi, Peyğəmbər məscidi, 16.04.1437h) _ 📲 Telegram kanalına daxil olmaq üçün: https://t.me//attanziil 📲 İnstagram səhifəmiz: https://www.instagram.com/attanziil

photo content

photo content

🕯️Şeyx ibnu Useymin (rahiməhullah) dedi: "Bu müsəlman birisi üçün sevindirici bir müjdədir.Əgər ona hansısa bir çətinlik üz verərsə o ardınca gələcək asanlığı gözləsin. Uca Allah Quranda xəbər verir: "Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!" (əl-İnşirah 5-6) Buna görədə sənə hansısa işlər çətindirsə hər şeyə Qadir və Böyük Allaha yönələrək, Onun (ayələrdəki) vədinə inanaraq Ondan gələcək asanlığı gözlə." ✉️ (İmam Nəvəvi "40 Hədis". 19-cu hədis. Şərh Şeyx ibn Useymin). 🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿 💡Şeyx Salih əl-Fəuzən həfizahullah dedi: "Allah subhanahu Öz qulunu heç vaxt tərk etməz. Ancaq onun səbr və qətiyyətinin açığa çıxması, Böyük və hər şeyə Qadir Allaha imanının bilinməsi üçün imtahanlara çəkər." 📚 (İmam Nəvəvi: "40 Hədis" kitabında, 19-cu hədisin şərhi səh. 180. Şərh Şeyx əl-Fəuzən) ___ 📲 Telegram kanalına daxil olmaq üçün: https://t.me//attanziil 📲 İnstagram səhifəmiz: https://www.instagram.com/attanziil

photo content

İÇİNDƏ NƏLƏRİN OLDUĞUNU BİLSƏYDi... 🫥 Şeyx Suleyman ər-Ruheyli (həfizahullah) buyurur: "Əgər insan Duha namazında nələrin olduğunu bilsəydi, o, onun üçün dünya və içindəkilərindən daha dəyərli olardı!" ⚪️(Peyğəmbər məscidi, "Sahih ət-Tərğib vat-Tərhib" kitabının şərhi, tarix 06.02.2018) _ 🏷️Telegram kanalına daxil olmaq üçün: https://telegram.me/senxatirlat 🏷️Instagram səhifəmiz: www.instagram.com/senxatirlat

photo content

TƏVAZÖKARLIQ BAX BUDUR.. 🌱İbnul Qayyim (rahiməhullah) buyurur: "Sən həqiqi təvazökarlıq dərəcəsinə çatmazsan, ta ki, HAQQI sevdiyindən də sevmədiyindən də qəbul etməyincə. HAQQ'ı, düşmənindən, dostundan qəbul etdiyin kimi edəcəksən..."
("Mədəricus Səlikin", 2/321)
________ 🌱 t.me/attanziil

İnsanın bədəni yemək və içməklə ayaqda qaldığı kimi, qəlbi və ruhu da Qurandan məhrum olduqda rahatlıq tapa bilməz, qidalanma
İnsanın bədəni yemək və içməklə ayaqda qaldığı kimi, qəlbi və ruhu da Qurandan məhrum olduqda rahatlıq tapa bilməz, qidalanmaz. Uca Allah Quranı "Ruh" adlandıraraq bizə Öz Kitabında buyurur: "Beləliklə, Biz sənə Öz əmrimizdən olan bir ruh (Quran) vəhy etdik..." — (Şura surəsi, 52) Ruh bu qidadan məhrum qaldıqda aclıq və susuzluq çəkən bədən kimi zəifləyir, xəstələnir və sonda mənəvi ölümə məhkum olur. Həmçinin Allah insanı yaradılış etibarilə bir qaranlıq içində xəlq etmiş və ona Öz nurundan vermişdir. Quran qəlbimizin, ruhumuzun yolunu işıqlandıran əsas nurdur: "Sizə Allahdan bir nur və aydın bir Kitab (Quran) gəldi." — (Maidə surəsi, 15) Quran nuru ilə işıqlanan qəlb, dünyada insanlar arasında korlar içində görən bir kəs kimi gəzər: "De: Korla görən eyni ola bilərmi? Yoxsa qaranlıqlarla nur eynidir?" — (Rəd surəsi, 16) Qəlbdə olan hüzn, qəm-kədər və daxili narahatlıqlar əslində bir növ xəstəlikdir. Quran bu xəstəliklərin yeganə şəfasıdır: "Biz Qurandan möminlər üçün şəfa və rəhmət olan şeylər nazil edirik..." — (İsra surəsi, 82) Bunun kimi bir çox dəlillərə elə həmin Qurani-Kərimdə rast gəlmək olar... "Məgər onlar Quran haqqında düşünmürlərmi (tədəbbür etmirlərmi)?" — (Məhəmməd surəsi, 24) Uca Rəbbimizin buyurduğu kimi — sadəcə bunun haqqında düşünməli və tam tədəbbür edərək həyatımızda tətbiq etməliyik. Bütün bunlara müvəffəq olmaq, qaranlıqda qalmamaq üçün ilk olaraq Öz nurunu bizə göndərən Rəbbimizdən yardım diləməliyik. Bizim üçün dinimizi qüsursuz tamamlayan Rəbbimizə sonsuz həmd olsun..🌱 🕊️ telegram.me/oxucal

🌸İbn Useymin (rahimahullah) buyurur: - Ey Muhəmməd (salləllahu aleyhi və səlləm) ümməti, siz səbr və ihsan (yaxşılıq etmək) ümmətisiniz! Allah öz əmri ilə gəlincəyə qədər səbr edin. Gözəl sonluq isə - Allahdan qorxanlar üçündür.
("Riyadus-Salihin" kitabının şərhi, 1/253)
____ t.me/attanziil

QƏBİRLƏRİ ZİYARƏT EDƏRKƏN "FATİHƏ" SURƏSİNİ OXUMAQ İbnu Useymin ◽️ buyurur: "Peyğəmbərdən (salləllahu aleyhi və səlləm), qəbirləri ziyarət edərkən Fatihə sürəsini oxuması varid olmayıb."
🆗 (Məcmu'ul Fətəva, 245)
________ t.me/attanziil

🤩TƏQVANIN (ALLAH QORXUSUNUN) SƏMƏRƏSİ İbnu Useymin ◽️ buyurur: "Əgər Allahdan qorxsanız, o sizə haqla batili ayırmaq bacarığı verər." (əl-Ənfəl, 29) Yəni sizə: Haqla batili və zərərli şeylə faydalı olan şeyi ayırmaq bacarığı verər. ("Kitəbul İlm", 44) ____ https://t.me/attanziil

İbn Teymiyyə (rahiməhullah) buyurur: "Günahdan tövbə edən kəs sanki heç o günahı etməmiş kimidir. Tövbə edəni qınamaq (alçaltmaq) isə insanların ittifaqı ilə caiz deyildir." ("əl-Fətəva" 8/178) ______ t.me/attanziil

Hər birimizin ehtiyacı olan sözlərdir. Rahatlığı, sevinci, hüzuru başqa yerlərdə axtarırıq deyə, tapa bilmirik... Amma qəlb rahatlığının həqiqi mənzili, həqiqi ünvanı - Uca Allahla səmimi olmaqda, gecələr hər kəs yatarkən Onunla ünsiyyətdə olmaqda, onunla aranda günahlardan hörülmüş səddi yox etməkdə və qəlbdə Tövhid nurunun olmasındadır... Müvəffəqiyyət yalnız Allahdandır...

Hər birimizin ehtiyacı olan sözlərdir. Rahatlığı, sevinci, hüzuru başqa yerlərdə axtarırıq deyə, tapa bilmirik... Amma qəlb rahatlığının həqiqi mənzili, həqiqi ünvanı - Uca Allahla səmimi olmaqda, gecələr hər kəs yatarkən Onunla ünsiyyətdə olmaqda, onunla aranda günahlardan hörülmüş səddi yox etməkdə və qəlbdə Tövhid nurunun olmasındadır... Müvəffəqiyyət yalnız Allahdandır..