XƏBƏRLƏR l LİVE
Open in Telegram
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
Show more8 786
Subscribers
-624 hours
-437 days
-21430 days
Posts Archive
8 786
❌🇦🇲 🇦🇿 Ermənistan Qazax istiqamətində Azərbaycan kəndlərini qaytarmaqdan rəsmən imtina edib
Tavuşdan delimitasiyaya başlamaq qərarı yalnız qalan fundamental məsələlərdə konsensus olduqda verilə bilər.
Bunu Azərbaycan tərəfi ilə demarkasiya və delimitasiya məsələləri üzrə birbaşa danışıqlar aparan Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib.
“Təhlükəsizlik, sosial və hüquqi prinsiplər məsələsi ilə bağlı qərar qəbul olunmayana qədər delimitasiya ilə bağlı danışıqların başlanması ilə bağlı yekun qərar olmayacaq”, o, jurnalistlərə açıqlamasında bildirib.
t.me/xeberlerlive
8 786
Ordumuzun mövqeləri yenidən atəşə tutulub
Aprelin 9-u saat 10:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
t.me/xeberlerlive
8 786
🇦🇿Aprelin 9-da Azərbaycan prezidenti İlham Əliyev Gəncə İdman Sarayının açılışında iştirak edib.
t.me/xeberlerlive
8 786
🇰🇬 Qırğızıstanda saxlanılan azərbaycanlılar Azərbaycana təhvil veriləcəklər. Bu barədə qırğız mətbuatı məlumat paylaşıb. Bir neçə gün öncə vəzifəli şəxslərə sui-qəsd planı hazırlayan dəstənin zərərsizləşdirilməsindən sonra məlum olmuşdur ki, dəstənin bir neçə üzvü azərbaycanlı idi.
t.me/xeberlerlive
8 786
🇮🇷 İran İsrailə birbaşa hücum etməyəcək - CNN.
İran İsraili birbaşa vurmayacaq, Yaxın Şərqdəki iranpərəst qruplar vasitəsilə hərəkət edəcək. Qeyd olunur ki, “Tehran hərbi əməliyyatların kəskin artmasından qorxur və ABŞ və müttəfiqlərinə İrana birbaşa hücum üçün səbəb göstərmək istəmir”.
t.me/xeberlerlive
8 786
⚡️Laçında mövqelərimiz atəşə tutulub
MN: Aprelin 8-si saat 23:35-dən 23:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xoznavar, Xanazax, Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Sadınlar, Hüsülü, Malıbəyli və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Qeyd olunan bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
t.me/xeberlerlive
8 786
❗Bakıda polis əməkdaşı Ruslan Kazımov silahla ehtiyatsız davranma nəticəsində həlak olub.
Faciə tabel silahını təmizləyərkən baş verib.
t.me/xeberlerlive
8 786
🇹🇷🇮🇱 XİN naziri Hakan Fidan:
➖"İsrail Türkiyənin Qəzzaya hava yolu ilə yardım çatdırmaq tələbini rədd edib."
t.me/xeberlerlive
8 786
🇹🇷🇮🇱 XİN naziri Hakan Fidan:
➖"İsrailə qarşı bir sıra tədbirlər görməyə qərar verdik. Tezliklə xalqımızla paylaşacağıq."
t.me/xeberlerlive
8 786
🇹🇷 Şimali Kipr Türk Respublikasının (ŞKTC) prezidenti Ersin Tatar:
➖"Kipr türkləri tək deyil. Arxamızda 85 milyon türk var və onlar cəmi 40 mil məsafədədirlər."
➖"Azərbaycan, Pakistan və Banqladeş tezliklə ŞKTC-ni müstəqil dövlət kimi tanıya bilər."
t.me/xeberlerlive
8 786
‼️‼️İrəvan sülh müqaviləsi ilə bağlı Bakının təkliflərinə cavab göndərib.
Bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “Azadlıq Radiosu”nun erməni xidmətinin sorğusuna cavab olaraq bildirib.
O qeyd edib ki, söhbət sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərin 8-ci redaksiyasından gedir.
t.me/xeberlerlive
8 786
🐺 DTX iş başında
Ordu ilə bağlı cəmiyyətdə təşviş yaradanlar saxlanıldı
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində cəmiyyətdə narahatlığın yaranmasına səbəb olan bu kimi məlumatları yayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşları – 1977-ci il təvəllüdlü Əliyev Rəşad Balağa oğlu və 1973-cü il təvəllüdlü Məlikov Pərviz Ramiz oğlu olduğu müəyyən edilib, onların belə məlumatları yaymalarının qarşısı alınaraq zəruri hüquqi prosedur tədbirlər həyata keçirilib.
t.me/xeberlerlive
8 786
🧕Seyidə Şəhla saxlanıldı
Bakıda yaşayan İran sevdalısı, “kərimə dövləti” tərəfdarı Seyidə Şəhla saxlanılıb.
Qeyd edilir ki, Seyidə Şəhlanın evini Qasım Süleymani və Əli Xameneinin portretləri “bəzəyir”.
t.me/xeberlerlive
8 786
⚡️✍🏻Prezident "Bir sıra məhkəmələrin sədrlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" Sərəncam imzalayıb.
t.me/xeberlerlive
8 786
🚕Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün "AYNA" informasiya sistemində "E-taksi" alt sistemi yaradılıb. Operatorlar tərəfindən adsızlaşdırılmış məlumatlar real vaxt rejimındə həmin sistemə ötürüləcək.
t.me/xeberlerlive
8 786
‼ Son günlərdə İrandan Ermənistana intensiv şəkildə hərbi yüklərin daşınması ilə bağlı məlumatlar yayılır. İrandan idarə olunan Telegram kanalları da həmin iddialarla bağlı müxtəlif foto faktlar paylaşırlar. Məlumatlara görə təkcə 29 mart – 4 aprel tarixlərində İran Hava Yollarının əvvəllər SEPAH tərəfindən hərbi yüklərin daşınmasında istifadə edilmiş “BOING” tipli karqo təyyarəsi ilə Sərab və Tehrandan Ermənistana azı 5 aviareys həyata keçirilib.
▪️Bəzi ekspertlərin fikrincə, İran Ermənistanı silahlandırmaqla, həmçinin bu barədə iddiaları qəsdən tirajlamaqla Azərbaycana qarşı təzyiq yaratmaq niyyətindədir. Son günlərdə bəzi İran rəsmilərinin Azərbaycana qarşı səsləndirdiyi bəyanatlar da bu qənaəti gücləndirir.
▪️ Hər bir halda məsələ Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir. Lakin İran rəsmiləri bu dəfə də yayılan məlumatları nə təsdiq, nə də inkar edir. Məsələ ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə dəfələrlə sorğu göndərsək də, diplomatik nümayəndəlik susqunluğunu davam etdirmək niyyətində olduğunu nümayiş etdirir. Bu susqunluq onu göstərmiş ola bilər ki, yayılan iddialar doğrudur və İranın həqiqət qarşısında deməyə sözü yoxdur. Yaxud da ona görə ki, nə Tehran, nə də onun Bakıdakı səfirliyi Azərbaycan ictimaiyyətini narahat edən məsələyə münasibət bildirməyə “tənəzzül etmir”.
▪️Əslində İranın Ermənistanı silahlandırmasına dair məlumatlar artıq Azərbaycan ictimaiyyəti üçün sürpriz deyil. Vətən müharibəsinə qədər İslam həmrəyliyindən, “tarixi dostluq-qardaşlıq” münasibətlərindən dəm vuran Tehranın müharibə dövründə Azərbaycanın ardıcıl qələbələrindən təlaşa düşərək Ənzəli və Novşəhr limanlarından müxtəlif hərbi texnikaları Ermənistana daşıması faktı unudulmayıb.
▪️ Güney Azərbaycanın bir çox şəhərlərində Tehranın müharibə davam etdiyi bir vaxtda Ermənistanı silahlandırmasına görə dəfələrlə etiraz aksiyası keçirilib, bu aksiyalarda yüzdən çox azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə döyülərək həbs edilmişdi. İran rəsmiləri nə onda, nə də indi Azərbaycan ictimaiyyətini narahat edən qeyri-destruktiv fəaliyyətinə münasibət bildirmədi, nə buna bəraət qazandırdı, nə də inkar etdi. Bu münasibət bir daha sübut edir ki, İranın siyasəti də çarşaba bürünüb və şəffaflıqdan çox uzaqdır.
▪️Belə bir fonda İran rəsmiləri Azərbaycana qarşı təhdid dolu bəyanatlarından əl çəkmirlər. Bir neçə gün öncə İran parlamentinin deputatı İsrailin Azərbaycandakı səfirliyini hədəf göstərdi. Rəsmi Bakı Azərbaycan ərazisinin heç bir halda qonşu ölkələrə qarşı fəaliyyət üçün plasdarm olmayacağını bəyan edib. İran İslam Respublikası isə Ermənistanı ardıcıl şəkildə silahlandıraraq, müxtəlif vasitələrlə təzyiq göstərməyə çalışdığı Azərbaycan dövləti və xalqına, həmçinin İslam həmrəyliyinə, rəhbər tutduğu iddia etdiyi İslam şəriətinə nə qədər önəm verdiyini göstərir. İran rəsmilərinin Azərbaycan mediasının sorğularına cavab verməməsi, təhqiramiz susqunluğu fonunda yaranan mənzərə məhz belədir.
📌 t.me/xeberlerlive / APA Analytics
Available now! Telegram Research 2025 — the year's key insights 
