XƏBƏRLƏR l LİVE
Open in Telegram
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
Show more8 667
Subscribers
-824 hours
-607 days
-21430 days
Posts Archive
8 666
🇦🇿Azərbaycan XİN-dən 🇮🇷İrana cavab:
İranın Azərbaycandakı Səfirliyinin 4 əməkdaşının “persona non grata” elan edilməsi ilə bağlı İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 7 aprel tarixli şərhi qərəzli və emosionaldır.
✅Azərbaycan tərəfindən görülmüş tədbirin qonşuluq prinsiplərinə zidd olduğu barədə İran tərəfinin iddiası ilə bağlı bildiririk ki, Azərbaycan ərazisində qanunsuz fəaliyyət qonşuluq əlaqələri ilə uzlaşmır və atılan addımlar Vyana Konvensiyası çərçivəsindədir.
✅İslam həmrəyliyi dindən siyasi məqsədlər üçün istifadəni, müsəlman qonşuların daxili işlərinə müdaxiləni istisna edir, eyni zamanda digər müsəlman ölkənin ərazilərinin hərbi işğalına dəstəyi ehtiva etmir.
Azərbaycan öz qonşuları ilə münasibətləri daim qarşılılıq prinsipi əsasında qurub bu münasibətlərin pozulmasında heç zaman maraqlı olmayıb. Azərbaycan tərəfindən görülən adekvat tədbirlər hər zaman təxribatçı və təhrikçi addımlara cavab olub.
t.me/xeberlerlive
8 666
General-polkovnik Zakir Həsənov: Ali Baş Komandanın göstərişinə əsasən, Azərbaycan Ordusunda bütün sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də həyata keçirilən islahatlar davam etdirilir. Peşəkar zabit kadrlarının hazırlanmasında Türkiyə modelindən istifadə olunur və bu prosesin həyata keçirilməsində komando hazırlığı mütləqdir.
#AzərbaycanOrdusu
#MüdafiəNazirliyi
#Komando
8 666
Zakir Həsənov işğaldan azad edilən ərazilərdə tikilən yeni hərbi obyektlərə baş çəkib.
Müvafiq tapşırıqlar verib
@xeberlerlive
8 666
⚠️ "Yaxın zamanlarda ətin qiymətinin kiloqramı 20 manata qədər bahalaşacaq."
t.me/xeberlerlive - kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov
8 666
❗️Naxçıvanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ləğv edildi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan üzrə baş idarəsi yaradıldı.
Bununla bağlı İlham Əliyev fərman imzalayıb.
t.me/xeberlerlive
8 666
General-polkovnik Z.Həsənov: Aprel döyüşləri, Günnüt əməliyyatı, Vətən müharibəsi və sonrakı əməliyyatlarda Azərbaycan Ordusu öz qüdrətini bütün dünyaya sübut etdi.
#AzərbaycanOrdusu
#MüdafiəNazirliyi
#MN
8 666
⚡️Əldə olunan məlumata görə, arzuolunmaz şəxs elan edilən 4 diplomatın ailəsi ölkəni tərk etsə də özləri hələ də Azərbaycandadır.
t.me/xeberlerlive | Aztv
8 666
🔴⚡️Yaxın həftələrdə Azərbaycan hərbçilərinin irəlilədiyi ən riskli bölgələrdə mütləq hərbi toqquşmalar olacaq.
t.me/xeberlerlive | erməni General Movses Akopyan
8 666
İran Prezidenti Türkiyədən sonra Türkmənistan Prezidentinə də zəng edib.
İslam dünyasını İsrailə qarşı birləşməyə çağırıb.
t.me/xeberlerlive
8 666
⚡️İran Azərbaycan hökumətinin iranlı müəllim və diplomatlara qarşı davranışını qonşuluq prinsiplərinə zidd hesab edir.
t.me/xeberlerlive l İran XİN
8 666
‼️ İran səfirliyinin əməkdaşları ölkəni tərk etdi
Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan olunan İran səfirliyinin əməkdaşları Azərbaycanı tərk edib.
Diplomatlar Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək İrana daxil olub.
Bununla da İranın Azərbaycandakı səfirliyinin əməkdaşları - Mirmahdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam və Əsgər Bahari Xoş Mənzərin Azərbaycandan çıxarılması işləri başa çatıb.
t.me/xeberlerlive | Report
8 666
SON DƏQİQƏ❗️
Laçın istiqamətində mövqelərimiz atəşə tutulub
MN: Aprelin 7-si saat 13:20-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
t.me/xeberlerlive
8 666
⚡Separatçıların yetimçələri ekoaksiyanın keçirildiyi yerə doğru yürüş edirlər.
Çox güman ki, onlar sülhməramlılarla qarşılaşacaqlar.
t.me/xeberlerlive
8 666
DAHA 63 NƏFƏR GETDİ❗Sülhməramlılar Qarabağdan rus vətəndaşlarını çıxarmağa davam edir: daha 63 nəfər Rusiya vətəndaşı təxliyə edilib.
t.me/xeberlerlive
