XƏBƏRLƏR l LİVE
Open in Telegram
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
Show more8 799
Subscribers
-524 hours
-457 days
-21730 days
Posts Archive
8 794
🇸🇰🇦🇿 Slovakiyanın müdafiə naziri Robert Kalinák:
➖"Bizim Azərbaycanla əməkdaşlıqda silah sənayemizi inkişaf etdirmək imkanımız var."
➖"Bu, həm də birbaşa maddi sifariş müqaviləsidir və Slovakiyanın iqtisadi inkişafı üçün əla fürsətdir."
➖"Konkret sifarişlərdən danışmaq hələ tezdir, lakin əməkdaşlıq sahələrini müəyyən etmək mümkündür."
➖"Biz Azərbaycanı ağır sənayesi olan ölkələrdən birinə çevirməkdə, texnoloji baza yaratmaqda maraqlıyıq."
➖"Bizim bu sahədə çoxillik təcrübəmiz var və Azərbaycanda onun qurulmasına kömək etmək şansımız var."
t.me/xeberlerlive
8 794
Xocalı rayonunun Malıbəyli kəndi ərazisində insana məxsus sümük fraqmentləri aşkar edilib.
t.me/xeberlerlive
8 794
🔥Hazırda mediada Kady Borgesin icarə əsasında Qarabağ'a yenidən gələcəyi ilə bağlı çox ciddi məlumatlar dolaşır
👀Bu məlumat hazırda dezinformasiyadır, yəni hələki belə bir dəqiq məlumat yoxdur
Məlumat olduqca paylaşım ediləcək
t.me/xeberlerlive
8 794
Repost from Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
🗓 Bu gün Faşizm üzərində qələbədən 79 il ötür
🇦🇿 ⚡️Xalqımızın İkinci Dünya müharibəsində qələbənin qazanılmasında böyük rolu olub. Azərbaycanlılar bu müharibədə istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Qələbənin təmin olunmasında Bakı neftinin mühüm rolu olub. Müharibəyə yollanan 600 min Azərbaycan vətəndaşının 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Göstərdikləri misilsiz şücaətin müqabilində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər isə "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Ziya Bünyadov, Mehdi Hüseynzadə və başqaları öz şücaətləri ilə xalqımızın tarixinə qızıl hərflərlə yazılıb.
Veteranlarımız ilə fəxr edir, həlak olan soydaşlarımızın xatirəsini ehtiramla yad edirik...
t.me/MutluTurkum
8 794
Repost from Miriyev TV
#İDDİA ⚽ Kady Borges ilə Qarabağ arasında razılıq əldə olunub. Oyunçu ilə son detalların həlli istiqamətdə danışıqlar getdiyi deyilir.
Qeyd edək ki, məlumat KİV-də ciddi şəkildə yayılır.
t.me/miriyevtv
8 794
🇦🇿🇧🇬 Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb.
t.me/xeberlerlive
8 794
🕌Həcc vizası olmadan ziyarətə gedənlər cərimələnəcək.
Bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Həcc vizası olmadan ziyarətə gedənlər iyunun 2-dən etibarən 10 min riyal (2675 dollar) cərimələnəcək.
Bildirilib ki, bu hal təkrarlanacağı təqdirdə, cərimə ikiqat olacaq. Eyni zamanda, qeyd edilib ki, Həcc ziyarətinə icazəsi olmayan şəxslər deportasiya ediləcək.
t.me/xeberlerlive
8 794
🇦🇲 Paşinyan: "Bizim regiondakı vəziyyətlə bağlı mövqeyimiz belədir: İran və Gürcüstanla əlaqələrin dərinləşməsi, Türkiyə və Azərbaycanla hərbi əməliyyatların azaldılması və dayandırılması lazımdır.Moskva yerli hakimiyyət orqanlarının tələblərinə məhəl qoymasa, Ermənistanda Rusiya telekanalları bağlanacaq”.
t.me/xeberlerlive
8 794
XƏBƏRDARLIQ❗️Külək güclənəcək, yağış intensivləşəcək.
Mayın 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, 6-sı axşamdan 8-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. 7-si axşam yağıntıda fasilə olacaq.
t.me/xeberlerlive
8 794
İsrail Rəfahda hərbi əməliyyata başlayıb.
Rəfah şəhərində 1 milyondan çox fələstinlinin olduğu deyilir.
t.me/xeberlerlive
8 794
Prokurorluq: Ağdərədə insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilib, araşdırma aparılır.
t.me/xeberlerlive
8 794
🇦🇿🇦🇲 Ermənistanla Azərbaycanın daha bir sərhəd kəndində delimitasiya başlayıb
Ermənistanın Azərbaycana qaytardığı Qazax rayonunun Xeyrimli kəndində sərhədin müəyyənləşməsi üzrə işlər başlayıb.
t.me/xeberlerlive
8 794
🇦🇿🇦🇲 Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş tarixi bəlli olub. Görüş mayın 10-da Qazaxıstanın Almatı şəhərində baş tutacaq.
t.me/xeberlerlive
8 794
🇦🇲🇦🇿 Qazaxın Xeyrimli kəndində mina təmizləmə işləri zamanı erməni istehkamçı minaya düşüb.
t.me/xeberlerlive
8 794
BELƏLİKLƏ❗️"İsrail" demək qadağandır.
İraq mediasında "İsrail" sözünün işlədilməsi qadağan edilib. Bunun əvəzinə "sionist rejim" və ya "işğalçı sionist rejim" söz birləşmələri işlədilə bilər.
t.me/xeberlerlive
8 794
‼️"COP29-un Bakıda keçiriləcək sessiyası zamanı dünyada hərbi əməliyyatlar dayandırıla bilər. Ancaq müzakirə ilkin mərhələdədir. Bu, əlavə məsləhətləşmələr və müzakirələr tələb edəcək".
🗣️Prezidentin köməkçisi Hikmət Hacıyev
t.me/xeberlerlive
8 794
🇦🇿 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər bir Azərbaycan vətəndaşının həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Uca Tanrı bu mübarək bayram günlərində edilən bütün duaları qəbul etsin!
t.me/xeberlerlive
8 794
🇦🇿🇲🇦 Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
t.me/xeberlerlive
Available now! Telegram Research 2025 — the year's key insights 
