7 595
Subscribers
-1024 hours
-347 days
-16530 days
Posts Archive
7 595
🇹🇷🇦🇲 Türkiyə vitse-prezidenti Cevdet Yılmaz İrəvana gəlib. Bu 2008-ci ildə Abdullah Gülün futbol diplomatiyası çərçivəsində Ermənistana səfərindən sonra Türkiyədən Ermənistana ən yüksək səviyyəli ilk səfərdir.
@CaucasianLive
04 May, 02:20
04 May, ~02:20
7 595
🇦🇿🇦🇲 İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq
🔻 Açılış sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karninin çıxışları nəzərdə tutulub.
- Report | t.me/xeberlerlive
04 May, 01:46
7 595
🇪🇺🇦🇲 Mark Rutte İrəvandadır. Bu Ermənistan tarixinin ən böyük sammitidir.
t.me/xeberlerlive
03 May, 16:27
7 595
Hörmətli həmvətənlər!
Bu post dünya azərbaycanlılarına çağırış və birliyə dəvətdir!
Zəfər tariximizə kölgə salan və dövlət suverenliyimizi hədəfə alan çıxışlara biganə qalmaq yolverilməzdir.
Sizi Nyu-York şəhərinin meri Zohran Kwame Mamdaninin 2026-cı il aprelin 24-də “X” hesabında paylaşdığı və Azərbaycanla bağlı şər-böhtan dolu bəyanatına etiraz petisiyasını imzalamağa çağırırıq. Erməni lobbisinin əlaltısına çevrilmiş siyasətçilərin qərəzli davranışına etiraz səsimizi ucaldaq!
Petisiyanı imzalamaq üçün linkə keçid edin:
https://c.org/WVbvsDPSht
t.me/xeberlerlive
03 May, 12:07
7 595
Hörmətli həmvətənlər!
Bu post dünya azərbaycanlılarına çağırış və birliyə dəvətdir!
Zəfər tariximizə kölgə salan və dövlət suverenliyimizi hədəfə alan çıxışlara biganə qalmaq yolverilməzdir.
Sizi Nyu-York şəhərinin meri Zohran Kwame Mamdaninin 2026-cı il aprelin 24-də “X” hesabında paylaşdığı və Azərbaycanla bağlı şər-böhtan dolu bəyanatına etiraz petisiyasını imzalamağa çağırırıq. Erməni lobbisinin əlaltısına çevrilmiş siyasətçilərin qərəzli davranışına etiraz səsimizi ucaldaq!
Petisiyanı imzalamaq üçün linkə keçid edin:
https://c.org/WVbvsDPSht
t.me/xeberlerlive
03 May, 12:07
03 May, ~12:07
7 595
💥 Leobank'ın mobil tətbiqində problemlər yaranıb:
İstifadəçilər daxil ola bilmir.
t.me/xeberlerlive
02 May, 03:51
7 595
🇦🇲🗣️ "Ermənistanda hakimiyyəti Ermənistan xalqı müəyyən edir, Rusiya yox. Ermənistan Moskvadan idarə olunmayacaq.
🔻 Biz Rusiyanın forpostu deyilik. Bunu nə qədər tez anlasalar o qədər yaxşıdır. Ermənistan Rusiyanın vassalı olmayacaq".
- Simonyan | t.me/xeberlerlive
01 May, 18:49
7 595
🇦🇲🇷🇺 Alen Simonyan Rusiyanı Ermənistanda hökuməti dəyişdirməyə cəhddə günahlandırıb.
🗣️ "Ukraynada Rusiya öz maraqlarını hərbi yolla təmin etməyə çalışır, Ermənistanda isə siyasi əməliyyat keçirməyə cəhd edilir.
🔻 Rusiya öz maraqlarını irəli sürmək üçün bütün onlayn reklamları satın alır. Biz Ermənistanın bir "vilayət"ə çevrilməsinə icazə verməyəcəyik. Biz Belarus kimi idarə olunmayacağıq".
t.me/xeberlerlive
01 May, 18:48
7 595
🇺🇲🇮🇷 Ağ Ev ABŞ Konqresinə İranla müharibənin başa çatdığını bildirib.
🔻 Bu gün Trampın konqresin icazəsi olmadan müharibə aparmağa imkan verən 60 günlük müddəti başa çatıb.
- AP | t.me/xeberlerlive
01 May, 16:50
7 595
‼️Azərbaycan Parlamenti Avropa Parlamenti ilə əlaqələrini dayandırdığını elan etdi.
t.me/xeberlerlive
01 May, 05:12
7 595
Repost from N/a
🌎 İqlim dəyişikliyi və insan fəaliyyəti səbəbindən Atlantik okeanının cənub hissəsində ən zəngin biomüxtəlifliyə malik mərcan ekosistemi olan Braziliyanın Abrolhos riflərində mərcan örtüyü 18 il ərzində təxminən 15% azalıb..
t.me/vefadarmuallim
01 May, 02:12
7 595
🇦🇿🇦🇲Nikol Paşinyan Şahin Mustafayevin İrəvana səfəri ilə bağlı: İki ölkənin Baş nazir müavinlərinin səfərlərini sülh prosesinin məntiqi və institutlaşması baxımından tarixi hesab edirəm. Sevinirəm ki, bu mərhələyə çatdıq.
t.me/xeberlerlive
30 Apr, 10:26
7 595
🇷🇺🗣️ "Putin Qələbə Günü şənlikləri zamanı Ukraynada atəşkəs elan etməyə hazır olduğunu bildirib. Rusiya lideri bu təşəbbüsü Trampla söhbəti zamanı açıqlayıb.
🔻 Tramp bu ideyanı dəstəkləyib. Putin Trampa qarşı sui-qəsdi pisləyib. Putin Ukraynanın mülki infrastruktura zərbələrindən bəhs edib. ABŞ lideri Ukrayna ilə bağlı həllini yaxın olduğunu qeyd edib".
- Kreml | t.me/xeberlerlive
29 Apr, 16:32
7 595
İrəvanda hökumət binası ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Onlarla polis əməkdaşı hazırda hökumət binasını qoruyur. Bildirilir ki, əraziyə əlavə qüvvələr cəlb olunub.
t.me/xeberlerlive
29 Apr, 06:16
7 595
🇦🇿🇦🇲 Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İrəvanda səfərdədir.
🔻 Təyyarə artıq İrəvan hava limanına eniş edib.
t.me/xeberlerlive
29 Apr, 06:13
7 595
🛢️ Dünya bazarlarında "Brent" markalı neftin fyuçersləri 13 sent və ya 0,12% azalaraq bir barel üçün 104,30 dollara düşüb.
🇦🇿 Azərbaycan neftinin qiyməti 115 dolları ötüb.
t.me/xeberlerlive
29 Apr, 02:32
7 595
💥 YENİ QANUNLAR:
📑 6 ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək.
📑 Gömrükdə mallar 1 aydan çox saxlanılmayacaq.
t.me/xeberlerlive
28 Apr, 18:43
7 595
Malların gömrük dəyəri manatla bəyan ediləcək.
Azərbaycanda malların gömrük dəyərinin milli valyuta (manat) ilə bəyan edilməsi nəzərdə tutulur. Bu, "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin mayın 1-də keçiriləcək növbəti plenar iclasının gündəliyinə daxil edilib. Bundan başqa, qanun layihəsinə əsasən, gömrük borcunun bir qisminin ödənildiyi hallarda təminatın mütənasib olaraq azadılması imkanının təmin edilməsi planlaşdırılır.t.me/xeberlerlive
28 Apr, 11:30
7 595
❗️Bu ildən etibarən, attestatlar elektron formada təqdim olunacaq
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov brifinqdə deyib.
O bildirib ki, bu ildən şagirdlər attestatlarını istənilən vaxt onlayn formada əldə edə biləcəklər: "Bu da xoşagəlməz halların qarşısını alacaq".
t.me/xeberlerlive
28 Apr, 06:20
7 595
Milli Hidrometeorologiya Xidməti aprelin 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda Qazax, Ağstafa, Şəmkir, Tovuz, Naftalan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Qobustan, Qusarda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Samux, Gəncə, Gədəbəy, Göygöl, Zəngilan, Yevlax, Lerik, Yardımlı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Şamaxı, Quba, Şabran, Siyəzən, Xaçmaz, Xızı, Salyan, Hacıqabul, Neftçalada sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.t.me/xeberlerlive
26 Apr, 09:08
