XƏBƏRLƏR l LİVE
Open in Telegram
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
Show more8 708
Subscribers
-724 hours
-427 days
-20530 days
Posts Archive
8 710
🔥⚡️ Qondarma Müdafiə Nazirliyinin bəyanatı
İyulun 12-də saat 09:00-da Azərbaycan Silahlı Qüvvələri Şuşa rayonu ərazisində atəşkəs rejimini 82 millimetrlik minaatandan da istifadə etməklə, o cümlədən atəşkəs rejimini pozub.
@xeberlerlive
8 710
⚡🔥 Ermənistan Müdafiə Nazirliyi:
İyulun 12-də saat 05:30-da Azərbaycan silahlı qüvvələrinin bölmələri Ermənistanın Teq yaxınlığındakı döyüş məntəqələrini atəşə tutub, nəticədə Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu yaralanıb.
@xeberlerlive
8 710
❗❗Azərbaycan XİN-dən Ermənistana ÇAĞIRIŞ:
🔴Məhkəmə qərarı ilə bir daha təsdiq etdi ki, “23 aprel 2023-cü il tarixindən etibarən Laçın dəhlizində və ya onun boyunca yerləşdirilən hər hansı bir və bütün şəxsi heyəti geri çəkməyi və belə şəxsi heyətin Laçın dəhlizi üzərində və ya Laçın dəhlizi boyu yerləşdirilməsindən çəkinməyi Azərbaycandan tələb edən əlavə müvəqqəti tədbiri daxil etməklə” 22 fevral 2023-cü il tarixli Qərara dəyişiklik etmək barədə Ermənistanın tələbi əsassızdır.
🔴Ermənistanın yalanlarının əksinə, Beynəlxalq Ədalət Məhkəməsi nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olduğunu və Azərbaycanın 22 Fevral Qərarını pozduğunu müəyyən etməyib.
🔴Ermənistanı tərəflərin mübahisəsini daha da gərginləşdirə biləcək hər hansı hərəkətdən çəkinmək barədə məhkəmənin Qərarına əməl etməyə və “Laçın” sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinə maneə törədən davranışa son qoymağa çağırırıq”.
@xeberlerlive
8 710
🛑Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
İyulun 11-i saat 23:25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.
Bundan başqa, iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini də atıcı silahlardan atəşə tutub.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.
@xeberlerlive
8 710
🇦🇿 Bu gün “Murov Qartalı”, şəhid polkovnik-leytenant Raquf Orucovun doğum günüdür. Allah rəhmət elesin 🇦🇿
8 710
🇦🇿❗ 5 gün davam edən döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb və heç bir ərazi itkisi olmayıb. Görülən cavab tədbirləri nəticəsində böyük itki verən düşmən geri çəkilməyə məcbur edilib.
Döyüşlərdə düşmən hücumunun qarşısını alarkən Ordumuzun 12 hərbi qulluqçusu qəhrəmancasına şəhid olub.
8 710
😳 Türkiyədə yağışdan sonra yol çöküb
Hadisə Türkiyənin Ordu-Sivas avtomobil yolunun Darıcabaşı Tunelinə girişində baş verib.
t.me/xeberlerlive
8 710
🛑Ermənistan Müdafiə Nazirliyi:
İyulun 11-də saat 20:50-də Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Qaragöl ərazisində yerləşən erməni mövqelərini atıcı silahlardan atəşə tutub.
@xeberlerlive
8 710
SON DƏQİQƏ ❗️Müdafiə Nazirliyinin məlumatı
İyulun 11-i saat 19:00-dan 19:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Bundan başqa, saat 21:15-dən 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
8 710
🛑XİN: "Ermənistan hətta Beynəlxalq Qırmızı Xaç Komitəsinin konvoylarından qeyri-qanuni fəaliyyətlər üçün sui-istifadə edir və BQXK-nın əsas humanitar missiyasına xələl gətirir.
Azərbaycan bu səbəbdən BQXK-nın nəqliyyatın hərəkətini müvəqqəti dayandırmağa məcbur olub".
@xeberlerlive
8 710
Repost from Football News
Bu oyunda Linkoln hesabda önə keçərkən bəzi dırnaqarası azarkeşləridə tanıdıq!
Biz həmişə Qarabağa dəstəyik!❤️
@azfootballnews
8 710
Bu oyunda Linkoln hesabda önə keçərkən bəzi dırnaqarası azarkeşləridə tanıdıq!
Biz həmişə Qarabağa dəstəyik!❤️
@azfootballnews
8 710
🛑❗Baş prokurorluq: "Azərbaycan əsgərinin düşmən atəşi nəticəsində yaralanması ilə bağlı cinayət işi başlandı".
@xeberlerlive
8 710
⚡⚡İlham Əliyev: Nazirlər Kabinetində müşavirə keçirilib, orada açıqlama verilib. O açıqlamanı oxuyan heç nə başa düşə bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi? İşi malalamaq, yaxud da ki, hansısa belə ümumi sözlərlə bu məsələyə diqqət yetirmək. Mən konkret tapşırıq vermişdim, konkret. Hanı ekspertizanın nəticələri? Nə qədər vaxt keçib? Bir aya yaxın vaxt keçib. Heç kim mənə məruzə etmir - Nazirlər Kabineti etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi etmir. Hesab edirlər ki, mən bunu unutmuşam. Yox, mən heç nə unutmuram.
Ona görə mən tapşırıram, bir həftə vaxt verirəm, həm mənə, həm ictimaiyyətə məlumat verilməlidir və məsələ araşdırılmalıdır. Orada təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, o fəaliyyət dayandırılmalıdır. Vəssalam!"
@xeberlerlive
8 710
🛑Dövlət başçısı: Kiminsə polisə ləkə vurmasına imkan verməyəcəyəm.
“Bizim polis gecə-gündüz soyuqda, istidə, dağda asayişi qoruyur. Bizim Daxili Qoşunlarımız Qarabağda müharibə zamanı şəhid verib. İndi kimsə gəlsin, polisə ləkə vursun. Mən buna imkan verməyəcəyəm və hər kəs bunu bilsin - təxribatçılar, o təxribatlara uyanlar və bütün ictimaiyyət”.
@xeberlerlive
Available now! Telegram Research 2025 — the year's key insights 
