en
Feedback
XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

Open in Telegram

Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9

Show more
8 726
Subscribers
-324 hours
-397 days
-21130 days
Posts Archive
❗️Kəlbəcərdə erməni diversantın dövlət sərhədini pozması ilə bağlı cinayət işi başlanılıb. @xeberlerlive

Ərini "siçan dərmanı" ilə öldürmək istəyən qadın sonradan "Instagram"da qətlini sifariş edib ❗️İttihama görə, Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etməsinə görə öldürmək istəyib. O bu məqsədlə "siçan dərmanı" alaraq Əli Seyidlinin yeməyinə qatmaq istəyib. Sonradan bu fikrindən daşınaraq onu qətlə yetirmək qərarına gəlib. Bu məqsədlə Əzizə Seyidli tanışı Mehdi Məmmədliyə ərinin ölümünü sifariş verib. 2022-ci ildən etibarən Əzizə Seyidli Mehdi Məmmədli ilə "Instagram" vasitəsilə mütəmadi danışıb, ona ərinin evə gəlib-getmə vaxtlarını deyib. 15 mart 2023-cü ildə o, Mehdi Məmmədli ilə danışıb və ərinin həmin gün öldüməyi tapşırıb. M. Məmmədli də sifarişə uyğun olaraq, dostları ilə birlikdə gecə saat 00:00 radələrində Əli Seyidlinin yaşadığı ünvana gələrək gozləyib. Əli Seyidli evinə daxil olarkən M. Məmmədli və dostları onun qarşısını kəsərək çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. @xeberlerlive l APA

🇦🇿Azərbaycan XİN: Ermənistan hərbi əməliyyatları başlamağa yaxındır, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. t.me/xeberlerlive

⚡️MN: Avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində saxlanılan üzvünün ilkin araşdırmalara görə 1983-cü il təvəllüdlü Voskanyan Qaqik Aşotoviç olduğu ehtimal edilir. Saxlanılan zaman onun üzərində bir ədəd RPK pulemyotu, döyüş sursatı və hərbi təchizat aşkar edilib. İlkin ifadələrində Q.Oskanyan 44 günlük Vətən müharibəsində iştirakını etiraf edib. Qeyd edək ki, yüngül yaralanmış erməni diversanta hərbi həkimlərimiz tərəfindən ilkin tibbi yardım göstərilib. t.me/xeberlerlive

🇦🇿 Prezident 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. t.me/xeberlerlive

⚡️MN: Avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib. 🔥Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. 🟢 Kəşfiyyat-diversiya qrupunun digər üvləri geri çəkilməyə məcbur edilib. Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək. t.me/xeberlerlive

❗️SON DƏQİQƏ Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun bir üzvü saxlanılıb. t.me/xeberlerlive | MN

⚡️Bu gün BMT TŞ Qarabağdakı vəziyyətlə bağlı təcili iclas keçirəcək. İclasda erməni tərəfindən XİN başçısı Ararat Mirzoyan, Azərbaycandan isə Daimi Nümayəndə Yaşar Əliyev iştirak edəcək. İclas Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. t.me/xeberlerlive

SON DƏQİQƏ ❗️Ermənistanın növbəti təxribatının qarşısı alınıb Avqustun 16-sı saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən açılan atəş nəticəsində kvadrokopter Ermənistan istiqamətində geri qayıtmağa məcbur edilib. t.me/miriyevtv l MN

❗️🔥Xocalıdakı RSK-nın hərbi bazasına gedən yolda ermənilər və sülhməramlılar arasında gərginlik yaşanır. Buna səbəb, hərbi bazaya gedən yolun bir qrup erməni tərəfindən bağlanması olub. t.me/xeberlerlive

🔥Qərbi Azərbaycan İcması Fransanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb t.me/xeberlerlive

⚡️Bir qrup separatçı RSK-nin Xocalıdakı bazasına gedən yolu bağlayıb. t.me/xeberlerlive
⚡️Bir qrup separatçı RSK-nin Xocalıdakı bazasına gedən yolu bağlayıb. t.me/xeberlerlive

❗️🇦🇿 Azərbaycan Milli Məclisi Qarabağdakı vəziyyətlə bağlı Ermənistanın manipulyasiya və beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdləri ilə bağlı xarici ölkələrin parlamentlərinə müraciət edib. t.me/xeberlerlive

⚡️Ermənistanın sabiq XİN rəhbəri Vardan Oskanyan: "BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması müqabilində Laçın dəhlizinin açılması üçün sövdələşməyə getməyin. t.me/xeberlerlive

🤩Galatasaray - Lyübliyana canlı yayımı başladı! ➡️http://t.me/azfootballnews

❗️Hərbi attaşelər erməni hərbiçilərin qanunsuz fəaliyyətləri barədə məlumatlandırılıb Ermənistan tərəfinin yeni təxribatlara hazırlıq məqsədilə Qarabağ iqtisadi rayonunda qeyri-qanuni silahlı birləşmələrin döyüş mövqelərini gücləndirməsi, eləcə də bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməklə mülki əhalini kütləvi şəkildə silahlandırması faktları tərəfimizdən qeydə alınıb. Bu kimi təhrikçi fəaliyyətlərin Ermənistanın Azərbaycanla şərti sərhədi istiqamətində döyüş texnikası və artilleriya qurğularını cəmləşdirməsi ilə müşayiət edilməsinin bölgədə gərginliyin artmasına səbəb olduğu diqqətə çatdırılıb. Öz qanunsuz əməllərinə don geyindirmək məqsədilə Avropa İttifaqının Ermənistandakı missiyasını da alət etməyə çalışan qarşı tərəfin bu kimi fəaliyyətlərinin beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmaq məqsədi daşıdığı və yolverilməz olduğu xüsusi vurğulanıb. t.me/xeberlerlive

❗️Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub Avqustun 15-də saat 18:05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Şişqaya və Göysu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun  Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqemizi müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb. t.me/xeberlerlive

Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub Avqustun 15-də saat 18:05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Şişqaya və Göysu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqemizi müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb. https://mod.gov.az/az/news/gedebey-istiqametinde-movqelerimiz-atese-tutulub-48703.html