en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

Open in Telegram

Gündəmi 1 mesajla izləyin!

Show more
7 585
Subscribers
-524 hours
-287 days
-16230 days
Posts Archive
⚡️MN: Avqustun 21-i saat 10:25-dən 10:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb. @xeberlerlive
21 Aug 2023, 05:19

YENƏ❗️❗️❗️❗️
21 Aug 2023, 05:18

SON DƏQİQƏ❗️Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqi yenidən intensivləşib. Hava məkanımızdan keçən uçuşların təhlükəsizliyinə təhdid yaratmaq məqsədilə qanunsuz silahlı birləşmələr növbəti təxribata əl atıb. Belə ki, avqustun 21-i saat 10:15-dən 10:23-dək Füzuli-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb. @xeberlerlive
21 Aug 2023, 04:41

🟥Xocalıda qeyri-qanuni erməni silahlılarının fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alınıb. @xeberlerlive
21 Aug 2023, 04:04

GƏRGİNLİK DAVAM EDİR❗️ ⚡️MN: Saat 09:30-dan 10:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.
21 Aug 2023, 03:59

⚡️ Separatçılar Azərbaycandan çıxır Bu səhər 60-a yaxın erməni Xankəndi-Gorus istiqamətində getmək üçün “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçib. Əvvəlcə həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub. Həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlardır. @xeberlerlive
21 Aug 2023, 03:19

⚡️MN: **avqustun 21-i saat 06:20-dən 08:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Tərtər, Ağdam, Füzuli və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. **Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. @xeberlerlive
21 Aug 2023, 02:09

88⚡️MN:** Avqustun 20-si saat 23:55-dən avqustun 21-i saat 06:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu, Çəmbərək rayonunun Cil, Gorus rayonunun Brun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd və Novoivanovka, Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. @xeberlerlive
21 Aug 2023, 02:08

Avqustun 20-si saat 15:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. @xeberlerlive
20 Aug 2023, 10:02

🇮🇷🇦🇲 İrandan Ermənistana hərbi texnika daşınır ❗️Avqustun 18-də Təbriz-Mərənd yolundan Ermənistana hərbi texnika daşındığını əks etdirən videolar yayılıb. 📌Məlumata görə, Hindistana məxsus hərbi texnikalar İran tırları vasitəsilə Ermənistana göndərilir. @xeberlerlive
20 Aug 2023, 08:48

‼️Mövqelərimiz atəşə tutulub Avqustun 20-si saat 00:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Şişqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. ⚡️Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb. @xeberlerlive
20 Aug 2023, 04:02

❗️Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub Avqustun 19-u saat 16:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb. t.me/xeberlerlive
19 Aug 2023, 11:13

❗️Müdafiə Nazirliyinin məlumatı ⚡️Avqustun 19-u saat 16:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında uzunmüddətli fortifikasiya qurğularını hazırlamağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb. t.me/xeberlerlive
19 Aug 2023, 09:03

Repost from Football News
⚡️Futbol kanalına yayım edə bilən,interneti yaxşı olan daimi admin axtarırıq! ✅Qeyd:Kompüter olması şərtdir Maraqlananlar yaza bilər 👉 @Aliyev_146
19 Aug 2023, 07:33

🚨Şəkidə 5 nəfərlik ailənin faciəsi❗️ Maşınları ağaca çırpıldı, ata, 2,10 və 11 yaşlı uşaqlar öldü, yalnız ana ağır xəsarətlərlə sağ qaldı. @xeberlerlive
19 Aug 2023, 06:43

✔️Hikmət Hacıyev: "Ermənistan indiyədək I Qarabağ müharibəsi zamanı erməni əsir düşərgələrində 4000 azərbaycanlının işgəncələrə məruz qaldığı, qeyri-insani rəftara məruz qalaraq öldürüldüyü kütləvi məzarların geolokasiyasını təqdim etməkdən imtina edir. Kütləvi məzarlıqlarda qalıqları tapılan 15 itkin düşmüş şəxslərdən biri Hüseynov Gülverdinin qızları 30 ildən sonra nəhayət ki, atalarının məzarlığına qovuşduğuna çox seviniblər”. @xeberlerlive
19 Aug 2023, 05:08

🏴‍☠ Xankəndidəki separatçı rejimin başçısı A.Arutyunyan təhlükəsizlik qüvvələrinə əhalinin təhlükəsizliyini təmin etmək üçün tapşırıqlar verib. Ehtimal edilir ki, qanunsuz erməni silahlı dəstələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. t.me/xeberlerlive
18 Aug 2023, 10:17

⚡️"Sentyabrda ermənilər tərəfindən genişmiqyaslı təxribat gözlənilir." - Deputat Elman Nəsirov I @xeberlerlive
18 Aug 2023, 08:54

Repost from Miriyev TV
⚡️⚡️ Avqustun 18-də səhər saatlarında Qarabağ iqtisadi rayonu ərazisində qanunsuz erməni silahlı birləşmələri və Ermənistan Silahlı Qüvvələrinin qalıqları Xankəndi-Qaybalı-Dükanlar-Xəlfəli marşrutu üzrə MDB-yə məxsus döyüş maşınının müşayiəti ilə hərbi mövqelərini möhkəmləndirib. Müdafiə Nazirliyinin məlumatında deyilir. @miriyevtv I Caliber
18 Aug 2023, 06:51

⚡️⚡MN: Avqustun 18-i saat 11:55-dən 12:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini gücləndirmək məqsədilə yerdəyişmə etməyə cəhd göstəriblər. @xeberlerlive
18 Aug 2023, 06:05