en
Feedback
2030 Proqramı

2030 Proqramı

Open in Telegram
1 353
Subscribers
+224 hours
-107 days
-1830 days
Posts Archive
Nənənin evi 👵 Bəzən övlad tərbiyəsində çox «əlçatan fürsətlər» olur ki, onlardan yaxşı şəkildə istifadə etmək mümkündür. Bu
Nənənin evi 👵 Bəzən övlad tərbiyəsində çox «əlçatan fürsətlər» olur ki, onlardan yaxşı şəkildə istifadə etmək mümkündür. Bu fürsətlərdən ən təsirlisi və həmişə əlimizin altında olanı «baba və nənənin evidir»; elə bir yer ki, uşaq burada hörmətin, ədəb-ərkanın və sağlam münasibətlərin canlı nümunəsini görə bilər. Əgər bu mühiti düzgün formada dəyərləndirsək, ailə tərbiyəsinin «ən yaxşı tamamlayıcılarından» birinə çevrilə bilər.👌 Məsələn, uşağa «valideynə hörmət etməyi» öyrətmək üçün bu fürsətdən belə istifadə etmək olar: övlad evə daxil olanda görməlidir ki, onun ata-anası öz valideynləri ilə xüsusi ədəb və hörmətlə salamlaşır, daha sakit danışır, onların haqqını gözləyir və baba və nənənin evinə daxil olma və onların yanında oturma ədəbini qoruyurlar. 👈 Elə bu “müşahidə” uşağın gözü qarşısında bir “praktiki dərs” kimidir; dolayı yolla verilən, lakin çox dərin təsir qoyan bir dərs. Əziz valideynlər! Bu qızılla ölçülən fürsətdən istifadə edin. Sizin öz valideynlərinizə — xüsusilə övladınızın yanında — hörmət göstərməyiniz tərbiyənin ən təsirli və dərin üsullarındandır. Siz ata-ananıza hər dəfə mehribanlıq və ehtiramla davrandıqda, əslində övladınıza böyük bir həyat dərsi verirsiniz; bir dərs ki, illər sonra o da sizinlə münasibətində eyni davranışı təkrarlayacaq. Necə ki, İmam Sadiq (ə) buyurub: «– «Valideynlərinizə yaxşılıq edin ki, övladlarınız da sizə yaxşılıq etsin». (Tuhaf-ul-Uqul, s. 359) https://t.me/usaq_terbiyesi https://whatsapp.com/channel/0029Vb6uqrkDOQIfedoyF223

‼️ DİQQƏT! 2025-ci İLİN ƏN GÜCLÜ BİLİK TOPLUSU! ‼️ Telefonunuzda izləməli olduğunuz ƏN KEYFİYYƏTLİ kanalları tapdıq. Boş məlumatları silin, intellektinizi inkişaf etdirin. Qoşulun və fərqi hiss edin. 🚀 Hazırladı: @toplu_admini

🔹 Kişinin ailədə heç bir vəzifəsi və məsuliyyəti olmadığını düşünən insan səhv edir. Məsuliyyətsiz, laqeyd, soyuq, əyləncə i
🔹 Kişinin ailədə heç bir vəzifəsi və məsuliyyəti olmadığını düşünən insan səhv edir. Məsuliyyətsiz, laqeyd, soyuq, əyləncə ilə məşğul olan bir kişi, evdə qadının səylərini qiymətləndirməyən kişi, ailənin ab-havasını pozur. © İmam Xamenei 04.01.2012. T.me/AyetullahXamenei

🔸 Övladı öpməyin və fiziki məhəbbət göstərməyin üç mühüm təsiri 1. Emosional təhlükəsizlik və özünə inamın güclənməsi Uşaq v
🔸 Övladı öpməyin və fiziki məhəbbət göstərməyin üç mühüm təsiri 1. Emosional təhlükəsizlik və özünə inamın güclənməsi Uşaq valideynin sevgi dolu toxunuşunu və öpüşünü hiss etdikdə, onun şüuraltısında “mən sevilirəm və dəyərliyəm” mesajı yerləşir. Bu hiss gələcəkdə onun özünəinamının əsas sütununa çevrilir. 2. Həyəcanın azalması və psixoloji rahatlıq Məhəbbətlə müşayiət olunan bədən təması oksitosin kimi hormonların ifrazına səbəb olur ki, bu da uşağın narahatlığını azaldır, ona rahatlıq və sevinc hissi bəxş edir. Nəticədə onun əhval-ruhiyyəsi daha balanslı olur. 3. Valideyn və uşaq arasında emosional bağın güclənməsi Öpmək, qucaqlamaq və sığallamaq kimi fiziki məhəbbət valideynlə övlad arasında emosional körpü qurur. Bu isti və səmimi münasibət sonralar yeniyetməlik və hətta böyüklük dövründə də etimada və təsirli ünsiyyətə çevrilir. @usaq_terbiyesi

🔸 Üçüncü oyun: Şəhərsalma layihəsi 😃 Lego və ya evqurma parçalarını yerə tökün və uşağa nə tikiləcəyinə qərar verməsini tap
🔸 Üçüncü oyun: Şəhərsalma layihəsi 😃 Lego və ya evqurma parçalarını yerə tökün və uşağa nə tikiləcəyinə qərar verməsini tapşırın (ev, məktəb, körpü, hətta tam bir şəhər). Sonra hər kəs üçün bir rol müəyyən etsin; məsələn: biri qırmızı parçaları toplasın, biri divar hörsün, biri həyət və küçələri dizayn etsin, özü isə “layihə meneceri” olsun və əsas qərarları versin. 👶 Yaş qrupu: 3–10 yaş ⏳ Vaxt: 15–40 dəqiqə ✨ Faydaları: Uşaq bir ideya üçün planlaşdırma və dizayn etməyi öyrənir. Başqaları ilə uyğunlaşmağı və iş bölgüsünü məşq edir; bu isə həm məktəb qruplarında, həm də gələcək ictimai həyatda ona lazım olacaq. Problem həll etmə fürsəti qazanır: əgər parça çatmasa və ya dizayn işləməsə, alternativ həll yolu tapmalıdır. Onun rəhbərlik və idarəçilik bacarığı güclənir; çünki əsas qərarverici özü olur. 🔻 Valideynlər üçün məsləhət: Birbaşa təklif verməkdən çəkinin; hətta uşağın layihəsi natamam və ya qeyri-praktik görünsə belə. Yalnız kömək istədiyi halda müdaxilə edin. Unutmayın: bu oyunun əsas dəyəri təcrübə və yaradıcılıq prosesindədir, nəticə qurulan konstruksiyada deyil. #Oyun_tanıtımı 3 @usaq_terbiyesi

📒 Məktəb mövsümündə valideynlər üçün bələdçi 🔹 Uşağınız üçün mütləq nizamlı yuxu proqramı qurun! 👈 Yuxu insanın həm bədən
📒 Məktəb mövsümündə valideynlər üçün bələdçi 🔹 Uşağınız üçün mütləq nizamlı yuxu proqramı qurun! 👈 Yuxu insanın həm bədən sağlamlığının, həm də zehnin rahatlığının sütunudur. Uşaq kifayət qədər və vaxtında yatanda yalnız gündəlik fəaliyyətlər üçün lazımi enerjini toplamır, eyni zamanda öyrənmə qabiliyyəti, diqqət və yaradıcılığı da artır. Əgər övladımız gec yatır və kifayət qədər yuxu almırsa, bədən və zehni yenilənmə imkanı tapmır. Bunun nəticəsində səhərlər yorğun və enerjisiz oyanır, təbii ki, yorğun bir zehn dərs zamanı diqqəti qoruyub saxlaya bilmir, məlumatları işləmək və yadda saxlamaq qabiliyyəti azalır və zamanla uşağımızda təhsil nəticələrinin zəifləməsi müşahidə oluna bilər. Təhsil nəticələrinin aşağı düşməsindən başqa, yorğunluq və nizamsız yuxu uşağın ruh halına və fiziki sağlamlığına da təsir edir; yəni övladımız daha hövsələsiz, tez inciyən və həssas ola bilər, ailə və dostları ilə münasibətlərində çətinliklər yaşanar. Digər tərəfdən, davamlı yuxusuzluq uşağın bədən balansını da poza bilər və immunitetini zəiflədir, nəticədə uşaq daha çox xəstəliklərə məruz qalır. Uşaqlar üçün “nizamlı yuxu proqramı” yaratmaq sadəcə bir tövsiyə deyil, onların bədən və zehni inkişafı üçün zəruri bir şərtdir. #Məktəb_bələdçisi_2 @usaq_terbiyesi

🔸 Oyun 5: Ev Bazarı Uşaqlar böyüklərin dünyasını təqlid etməyi çox sevirlər. “Ev bazarı” onlar üçün alış-veriş, qərarvermə v
🔸 Oyun 5: Ev Bazarı Uşaqlar böyüklərin dünyasını təqlid etməyi çox sevirlər. “Ev bazarı” onlar üçün alış-veriş, qərarvermə və hətta qayda qoyma təcrübəsini təhlükəsiz mühitdə sınamaq imkanıdır. Uşaq satıcı və bazarın idarəçisi rolunu öz üzərinə götürəndə, oyundan zövq almaqla yanaşı, iqtisadiyyatın ilkin anlayışları və məsuliyyət hissi ilə də tanış olur. İcra qaydası: Uşaq satıcı və bazarın rəhbəridir; qiymətləri və satış qaydalarını özü müəyyənləşdirir, valideyn isə alıcı rolunu oynayır. 👶 Yaş qrupu: 3–8 yaş ⏳ Müddət: 10–20 dəqiqə ✨ Faydaları: Pulun ilkin anlayışlarını dərk etmək Danışıq bacarığını inkişaf etdirmək Sosial rol oynama təcrübəsi qazanmaq Qərarvermədə elastikliyi məşq etmək 🔻 Valideynlər üçün qeyd: Uşağa qiymətləri dəyişməyə və ya yeni qaydalar qoymağa icazə verin. Siz sadəcə maraq doğuran suallarla ona dəstək olun: “Necə qərara gəldin bunu daha baha satmağa?” #Oyun_təqdimatı 5 @usaq_terbiyesi

📒 Məktəb mövsümündə valideynlər üçün bələdçi 🔹 Daimi olaraq övladınızın müəllimi ilə əlaqəni qoruyun. Uşağın tədris uğurunu
📒 Məktəb mövsümündə valideynlər üçün bələdçi 🔹 Daimi olaraq övladınızın müəllimi ilə əlaqəni qoruyun. Uşağın tədris uğurunun əsas açarlarından biri valideyn və müəllimin əməkdaşlığıdır. Ata-ana müəllimlə müntəzəm və səmimi ünsiyyət quranda, övladlarının dərs və ya davranış problemlərini daha tez tanıyıb, həll etmək üçün addım ata bilirlər. Ev və məktəb arasındakı bu uyğunlaşma uşağa həm daha çox motivasiya, həm də yüksək özünəinam qazandırır, eyni zamanda ona güvən və təhlükəsizlik hissi verir, çünki bilir ki, valideyn və müəllim onun yanındadır. Əks halda, bu əlaqə yaranmasa, dərs və davranış problemləri gec tanınar, uşaq ev və məktəbin tələbləri arasında çaşqınlıq yaşayaraq motivasiya və özünəinamını itirə bilər. #Məktəb_bələdçisi_3 @usaq_terbiyesi

Uşaqlar 4 şeyi bilməlidir. 1) Yemək bişirmək 2) Qabları yumaq 3) Tualeti təmizləmək 4) Tozsoranla evi təmizləmək. Zahirən gülməli görsənə bilər, lakin bu işlər uşağın zehnin açır, məharətlərin gücləndirir. Məxsusən də oğlan uşaqlarının https://t.me/usaq_terbiyesi https://whatsapp.com/channel/0029Vb6uqrkDOQIfedoyF223

‼️ DİQQƏT! 2025-ci İLİN ƏN GÜCLÜ BİLİK TOPLUSU! ‼️ Telefonunuzda izləməli olduğunuz ƏN KEYFİYYƏTLİ kanalları tapdıq. Boş məlumatları silin, intellektinizi inkişaf etdirin. Qoşulun və fərqi hiss edin. 🚀 Hazırladı: @toplu_admini

Telegramda necə paylaşımlar axtarırsan❓ Toxun qoşul ☑️ ➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini

“Nə etmisən?! – Etmə!” düşüncəsi… Biz çox vaxt elə bilirik ki, tərbiyə sadəcə qarşısını almaq, qadağan etməkdir. Əksər ailələ
“Nə etmisən?! – Etmə!” düşüncəsi… Biz çox vaxt elə bilirik ki, tərbiyə sadəcə qarşısını almaq, qadağan etməkdir. Əksər ailələr düşünür ki, uşağın tərbiyəsi ona gözünün üstə qaşın var demək, qorxutmaq və hər hansı bir təşəbbüs göstərməsinin qarşısını almaqdan ibarətdir: burada gülmə, orada elə etmə, bunu etmə – hər yerdə bir “etmə”. Sanki onların tərbiyəsi yalnız “yox” üzərində qurulub. Halbuki bu, tərbiyə deyil. 📕 Şəhid Mürtəza Mütəhhəri, Quranla tanışlıq, cild 5, səh. 113 https://t.me/usaq_terbiyesi https://whatsapp.com/channel/0029Vb6uqrkDOQIfedoyF223

Həmişəki kimi elmi və dini kanallarla qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla telegramın ən faydalı və ən böyük kanallarına abunə ola bilərsiniz. @toplu_admini

Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz. @toplu_admini

🔸 Oyun 6: Səsli bələdçi! Eşitmə oyunları yalnız şən və həyəcanlı anlar yaratmır, həm də uşağın diqqət, eşitmə dəqiqliyi və d
🔸 Oyun 6: Səsli bələdçi! Eşitmə oyunları yalnız şən və həyəcanlı anlar yaratmır, həm də uşağın diqqət, eşitmə dəqiqliyi və duyğularına güvənmə bacarığını inkişaf etdirir. “Səsli bələdçi” həm gülüş və enerji gətirən, həm də aktiv dinləmə məşqi üçün fürsət yaradan oyunlardandır. İcra qaydası: Valideyn otaqda kiçik bir əşyanı (məsələn, topcuq və ya oyuncaq) gizlədir. Sonra səs çıxaran bir vasitə ilə (əl çalmaq, zəng və ya hətta “bip-bip” səsi) uşağı istiqamətləndirir: Uşaq gizlədilən əşyaya yaxınlaşdıqca səs daha gur və ya daha sürətli verilir. Uzaqlaşdıqca isə səs zəifləyir və ya yavaşlayır. 👶 Yaş qrupu: 4–9 yaş ⏳ Müddət: 10–15 dəqiqə ✨ Faydaları: Eşitmə bacarığını və diqqəti gücləndirir Dəqiqliyi və vəziyyəti analiz etmə qabiliyyətini artırır Hədəfə çatana qədər davamlılığı öyrədir, həyəcanla birlikdə öyrənmə imkanı yaradır 🔻 Valideynlər üçün qeyd: Səsin yorucu və ya stress yaradan olmamasına diqqət edin; müxtəliflik və kiçik zarafatlardan istifadə edin ki, uşaq həvəslə oyunu davam etdirsin. #Oyun_təqdimatı_6 @usaq_terbiyesi

‼️ DİQQƏT! 2025-ci İLİN ƏN GÜCLÜ BİLİK TOPLUSU! ‼️ Telefonunuzda izləməli olduğunuz ƏN KEYFİYYƏTLİ kanalları tapdıq. Boş məlumatları silin, intellektinizi inkişaf etdirin. Qoşulun və fərqi hiss edin. 🚀 Hazırladı: @toplu_admini

A) Ananın tərbiyəsi ilə böyüyən uşaq. B) Atanın tərbiyəsi ilə böyüyən uşaq. Ps: Biz burda anaların zəhmətini danmırıq. Əvvəlki postlara baxsanız görərsiniz ki, uşağın tərbiyəsində ananın nə qədər böyük rolu var. Lakin həm bu işin mütəxəssislərin, həm də Peyğəmbərdən (s) gələn hədislərin sözlərinə baxsaq, görərik ki, uşağın tərbiyəsində atanın rolu daha böyükdür. Ata məhəbbəti, şəfqəti və tərbiyəsi ilə böyüyən uşaqlar həyatda daha müvəffəq olurlar. Ona görə də əziz xanımlar, adi söz-söhbətə görə, yersiz qürurlara görə ailənizi dağıdıb uşaqlarınızı bədbəxt etməyin. https://t.me/usaq_terbiyesi https://whatsapp.com/channel/0029Vb6uqrkDOQIfedoyF223

Əziz valideynlər, bacarıqlı və savadlı uşaqlar yetişdirin. Övladlarınıza elm öyrədin. https://t.me/usaq_terbiyesi https://whatsapp.com/channel/0029Vb6uqrkDOQIfedoyF223

📒 Məktəb mövsümündə valideynlər üçün bələdçi 🔹 Evin mühitini sakit və gərginlikdən uzaq saxlayın 🏡 (xüsusilə tapşırıqların
📒 Məktəb mövsümündə valideynlər üçün bələdçi 🔹 Evin mühitini sakit və gərginlikdən uzaq saxlayın 🏡 (xüsusilə tapşırıqların yazıldığı vaxtlarda). Uşağın öyrənmə keyfiyyətini müəyyən edən ən mühüm amillərdən biri ev mühitidir. Ən yaxşı kitablar və müəllimlər olsa belə, ev gərginlik, qışqırıq və ya nizamsızlıqla dolu olarsa, uşağın zehnində qarışıqlıq yaranar və nəticə kəskin şəkildə zəifləyər. Xüsusən tapşırıqlar yerinə yetirilərkən valideynlərin – xüsusilə ananın – sakit bir mühit yaratması vacibdir. Qışqırmaq, danlamaq və ya başqaları ilə müqayisə etmək uşağa kömək etməz, əksinə onda stress, dərsdən soyuma və özünəinam itkisi yaradar. Əks tərəfdən, valideynlər səbir, sakitlik və təşviqlə övladlarını müşayiət etdikdə, uşaq özünü daha təhlükəsiz hiss edir, tapşırıqları sevə-sevə yerinə yetirir və öyrənməsi daha dərin olur. Nizam və sakitliyin hakim olduğu ev məktəbin ən yaxşı dəstəkçisidir; belə bir mühitdə uşaq həm dərsə həvəslənir, həm də valideynləri ilə daha sağlam emosional münasibətlər qurur. #Məktəb_bələdçisi_4 @usaq_terbiyesi