"Səqəleyn" - Fiqh və Hüquq Mərkəzi
Open in Telegram
587
Subscribers
No data24 hours
+47 days
+1430 days
Posts Archive
🔰Fitrə zəkatı verilən şəxsin xüsusiyyətləri
1⃣ Fitrə zəkatı verilən şəxs vacib-ehtiyata əsasən fəqir[1] olmalıdır.
2⃣ On iki imam şiəsi olmalıdır.
3⃣ Fitrəni haramda sərf edən şəxs olmamalıdır.
4️⃣ Ehtiyacları, başqası tərəfindən təmin edilən şəxs olmamalıdır[2].
5️⃣ Fitrə verən seyid olmasa, fitrə alan seyid olmamalıdır[3].
6️⃣ Aşkarca günah edən şəxs olmamalıdır (Bu bəndin təfərrüatına diqqət edin⬇️)
✅Ayətullah Xamenei və Ayətullah Məkarim Şirazi: Vacib-ehtiyata əsasən içki içən olmasın (istər aşkarca, istər gizli) və vacib-ehtiyata əsasən aşkarca günah etməsin.
✅Ayətullah Sistani: Vacib-ehtiyata əsasən içki içən həmçinin namazı tərk edən şəxs olmasın [4] və vacib-ehtiyata əsasən aşkarca digər günahları da yerinə yetirməsin.
Nəticədə, aşkarca oruc tutmayan, hicab bağlamayan və s. kimi şəxslərə fitrə vermək olmaz.
📌Dipnotlar:
1- İllik qazancı, illik xərclərini ödəməyən şəxsə fəqir deyilir
2- Məsələn ailədə xanımın və övladların ehtiyacları, ailə başçısı tərəfindən təmin edilirsə nəticədə onlar fəqir sayılmadığına görə bu qəbildən olan şəxslərə fitrə vermək olmaz
3- Yəni seyid olan şəxs qeyri-seyiddən fitrə zəkatı ala bilməz
4- Namaz qılmamağı və içki içməyi bilsə həmin şəxsə fitrə vermək olmaz. İstər bu şəxsin aşkarda içki içməsi ya namaz qılmaması bilinsin ya yox.
"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)
Sosial şəbəkələrdə bizi izləyin:
Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P
Telegram: https://t.me/saqeleyn
İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y=
Youtube: https://m.youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w
Sual, təklif və iradlar üçün adminlə əlaqə:
@Seqeleyn_merkezi
🔰Fitrə zəkatının vacib olma şərtləri
❓Sual: Fitrə zəkatını ödəmək kimlərə vacibdir?
✅Ayətullah Sistani və Ayətullah Xamenei: Fitr bayramı axşamı gün batan vaxtı aşağıdakı şərtlərə malik olan mükəlləfə özünün və insanlar arasında onun çörək yeyəni hesab edilən şəxslərin fitrə zəkatını verməsi vacibdir:
1⃣ Həddi-büluğa çatmış olsun;
2⃣ Aqil olsun;
3⃣ Huşsuz olmasın;
4⃣ Yoxsul olmasın.
✅Ayətullah Məkarim Şirazi: Fitr bayramı axşamı gün batandan öncə aşağıdakı şərtlərə malik olan mükəlləfə özünün və ürfən onun çörək yeyəni hesab edilən şəxslərin fitrə zəkatını verməsi vacibdir:
1⃣ Həddi-büluğa çatmış olsun
2⃣ Aqil olsun
3⃣ Yoxsul olmasın
"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)
Sosial şəbəkələrdə bizi izləyin:
Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P
Telegram: https://t.me/saqeleyn
İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y=
Youtube: https://m.youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w
Sual, təklif və iradlar üçün adminlə əlaqə:
@Seqeleyn_merkezi
Rəhman və Rəhim Allahın adı ilə
🔰Fitrə zəkatının ödənişini düzgün yerinə yetirmədiyini sonradan bilən şəxsin vəzifəsi nədir?
✅Ayətullah Sistani və Ayətullah Xamenei: Əgər bir şəxsin fəqir olduğunu düşünərək ona fitrə verərsə və ya seyid olmayan şəxs səhvən seyidə fitrə verərsə və sonradan onun fəqir olmadığı və ya seyid olduğu məlum olarsa, əgər verdiyi fitrənin özü mövcuddursa onu geri alıb fitrə alma haqqına malik olan şəxsə verməlidir.
Əgər verdiyi fitrənin özü aradan getmiş olarsa bu halda əgər fitrə verilən şəxs ona verilən şeyin fitrə olduğunu bilirdisə o şeyin əvəzini verməlidir. Yox əgər fitrə olduğunu bilmirdisə əvəzini verməsi vacib deyil və bu halda insan yenidən fitrə verməlidir.
✅Ayətullah Məkarim Şirazi: Əgər bir şəxsin fəqir olduğunu düşünərək ona fitrə verərsə və sonradan onun fəqir olmadığı məlum olarsa, verdiyi fitrəni geri alıb fitrə alma haqqına malik olan şəxsə verməlidir. Geri almasa fitrəni öz malından ödəməlidir. Əgər verdiyi fitrənin özü aradan getmiş olarsa bu halda əgər fitrə verilən şəxs ona verilən şeyin fitrə olduğunu bilirdisə o şeyin əvəzini verməlidir. Yox əgər fitrə olduğunu bilmirdisə əvəzini verməsi vacib deyil. Belə olduğu surətdə fitrə verən şəxs fəqirin araşdırılmasında səhlənkarlıq etməyibsə boynunda bir vəzifəsi yoxdur.
🔰Fitrə zəkatının vacib olmadığını güman edən və ya unutqanlıq üzündən fitrə verməyən şəxs sonradan öyrənərsə vəzifəsi nədir?
✅Bütün müctəhidlərin rəyi: Fitrə zəkatını ayırdığınız təqdirdə həmin fitrəni ödəməlisiz. Əgər fitrə zəkatını ayırmasaz vacib-ehtiyata əsasən fitrəni "ma fiz-zimmə" niyyəti ilə, yəni, "Allah yanında vəzifəm ədadırsa əda, qəzadırsa qəzadan sayılsın" niyyəti ilə verməlisiz.
"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)
Sosial şəbəkələrdə bizi izləyin:
Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P
Telegram: https://t.me/saqeleyn
İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y=
Youtube: https://m.youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w
Sual, təklif və iradlar üçün adminlə əlaqə:
@Seqeleyn_merkezi
Rəhman və Rəhim Allahın adı ilə
🔰Müsafirin orucunun hökmləri (ardı)
Təfərrüatlar
🔟-cu məsələ: Müəyyən günü oruc tutmağı nəzir edən şəxsin həmin gün səfərə çıxması
✅Müəyyən günü oruc tutmağı nəzir edən şəxs bir çox müctəhidlərin nəzərinə əsasən, həmin günü (zöhrdən öncə) səfər edə bilməz. Amma səfərdə olarsa, mümkün olduğu təqdirdə gərək 10 gün sakinlik qəsdi etsin və nəzir orucunu tutsun. Müəyyən günü oruc tutmağa əhd edən, yaxud and içən şəxsin hökmü də belədir.[1]
❓Sual: Müəyyən günü oruc tutmağı nəzir edən şəxs həmin gündən öncə səfər edir və bilir ki, həmin günədək səfərdə olacaq və nəzrinə vəfa edə bilməyəcək. Belə bir səfər caizdirmi?
Cavab: 10-cu məsələyə istinadən, bu səfərə getməməlidir. Belə ki, səfərə getməklə nəzrinə vəfa edə bilməyəcəksə, nəzrini ya əhdini, yaxud andını pozan şəxsin kəffarəsi də boynuna gəlir.
✅Ayətullah Xameneinin rəyi: Müəyyən günün orucu boynunda olan şəxs həmin gün səfərə gedə bilər. Əgər öncədən səfərdə olarsa, orada 10 gün sakin olmaq niyyətilə və ya vətənə qayıdıb oruc tutması lazım deyil, çünki Ramazan ayında səfərdə olarkən şəxsin boynundan oruc götürüldüyü kimi, bu oruc da səfərdə onun boynundan götürülür. Burada vaxtı müəyyənləşmiş orucların növləri arasında heç bir fərq yoxdur.[2]
✅Ayətullah Sistaninin rəyi: Müəyyən günü müstəhəb oruc tutmağı nəzir edən şəxs həmin günü səfər edə bilər və səfərdə olduqda 10 gün sakin olmaq niyyəti edib orucunu tutması lazım deyil. Müstəhəb-ehtiyata əsasən, məcbur olmadıqca həmin gün səfər etməsin və səfərdə olduqda 10 gün qalma niyyətilə orucunu tutsun. Amma bunu əhd edərsə, yaxud buna and içərsə, vacib-ehtiyata əsasən, səfərə getməməlidir. Əgər o günü səfərdə olsa, vacib-ehtiyata əsasən, 10 gün orada qalmaq qəsdi edib orucunu tutmalıdır.[3]
✅Ayətullah Məkarimin rəyi: Vacib-ehtiyata əsasən, onuncu məsələdə olduğu kimidir.[4]
📌Dipnotlar:
1- “Urvətul-vusqa” (15 müctəhidin haşiyəsi), Orucun vacib olma şərtləri, 6-cı şərt, məsələ 4.
2- Seyid Əli Xamenei, Orucun hökmləri, cavab 210.
3- Seyid Əli Sistani, “Minhac”, məsələ 1040; “Haşiyə”, məsələ 4; “Came”, məsələ 2514.
4- Məkarim Şirazi, “Risalə”, məsələ 1442; “Haşiyə”, məsələ 4.
📚Mənbə: "Müsafirin hökmləri" kitabı; Eldar Əlihüseynzadə
"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)
Sosial şəbəkələrdə bizi izləyin:
Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P
Telegram: https://t.me/saqeleyn
İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y=
Youtube: https://m.youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w
Sual, təklif və iradlar üçün adminlə əlaqə:
@Seqeleyn_merkezi
🔰Ailə üzvü olub ancaq hal-hazırda yanımızda olmayan (tələbələr, əsgərlər və s.) şəxslərin fitrə zəkatını ödəmək kimin öhdəsinədir?
✅Bütün müctəhidlərin rəyi: Əgər onlar ailə başçısının çörək yeyəni hesab olunurlarsa, məsələn, başqa şəhərdə tələbə olan şəxsin yemək və içmək ehtiyaclarını(n çox hissəsini) atası ödəyirsə bu halda ailə başçısı onun fitrə zəkatını verməlidir. Amma ailə başçısının çörək yeyəni hesab olunmazsa, məsələn, əsgər və ya zindanda olan şəxsin yemək və içmək ehtiyacları dövlət tərəfindən ödənilirsə ailə başçısına onun fitrə zəkatını vermək vacib deyil. Həmin şəxslər əgər fəqir deyillərsə fitrə zəkatını özləri verməlidirlər.
"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)
Sosial şəbəkələrdə bizi izləyin:
Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P
Telegram: https://t.me/saqeleyn
İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y=
Youtube: https://m.youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w
Sual, təklif və iradlar üçün adminlə əlaqə:
@Seqeleyn_merkezi
🔰Fitrə zəkatı "Fitr" bayramı günü zöhr namazından sonraya təxirə salmağın hökmü:
✅Ayətullah Sistani: Kənara qoyulmuş fitrə zəkatının verilməsinin təxirə salınması əgər məntiqə uyğun bir məqsəd üçün olarsa və zəkatı verməkdə səhlənkarlıq hesab edilməzsə, maneəsi yoxdur.
✅Ayətullah Xamenei: Kənara qoyulmuş fitrə zəkatı bir neçə gün sonra ödəməyin maneəsi yoxdur, sadəcə fitrənin fəqirə çatdırılmasında səhlənkarlığa yol verilməsin və vacib-ehtiyata görə fitrəni ödəyən zaman yenidən fitrə vermə niyyəti edilsin.
✅Ayətullah Məkarim Şirazi: Fitrə zəkatını ödəməkdə səhlənkarlıq etmək olmaz. Yəni fitrə zəkatı vacib olan vaxtda onu fəqirə və yaxud şəriət hakiminə çatdırmalıdır. Lakin müəyyən bir fəqiri gözləsə və ya hansısa üstün cəhəti olan fəqirə vermək istədikdə, gözləyə bilər. Amma, vacib-ehtiyata əsasən, bu halda fitrə zəkatını maldan ayırsın.
"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)
Sosial şəbəkələrdə bizi izləyin:
Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P
Telegram: https://t.me/saqeleyn
İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y=
Youtube: https://m.youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w
Sual, təklif və iradlar üçün adminlə əlaqə:
@Seqeleyn_merkezi
🔰Ev yiyəsinin çörək yeyəni sayılan qonaq fitrəsini özü verərsə...
❓Sual: Qonaq öz fitrəsini verdikdə ev sahibinin boynundan vəzifə götürülürmü?
✅Bütün müctəhidlərin rəyi: Qonaq, ev sahibinin icazəsi ilə, onun adından öz fitrəsini verərsə, həmin qonağın fitrə zəkatını vermək ev sahibinin üzərindən götürülür.
"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)
Sosial şəbəkələrdə bizi izləyin:
Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P
Telegram: https://t.me/saqeleyn
İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y=
Youtube: https://m.youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w
Sual, təklif və iradlar üçün adminlə əlaqə:
@Seqeleyn_merkezi
🔰Fitrə zəkatını ödəmə zamanı
❓Sual: Fitrə nə vaxt ödənməlidir?
✅Ayətullah Xamenei və Ayətullah Sistani: Fitrə zəkatı ödəyən şəxs bayram namazı qılarsa, vacib-ehtiyata əsasən, gərək namazdan qabaq versin. Əgər bayram namazı qılmasa günün zöhrünə (günortasına) qədər vaxtı vardır.
✅Ayətullah Məkarim Şirazi: Fitrə zəkatı ödəyən şəxs bayram namazı qılarsa gərək namazdan qabaq versin. Əgər bayram namazı qılmasa günün zöhrünə (günortasına) qədər vaxtı vardır.
"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)
Sosial şəbəkələrdə bizi izləyin:
Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P
Telegram: https://t.me/saqeleyn
İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y=
Youtube: https://m.youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w
Sual, təklif və iradlar üçün adminlə əlaqə:
@Seqeleyn_merkezi
Rəhman və Rəhim Allahın adı ilə
🔰Müsafirin orucunun hökmləri (ardı)
Təfərrüatlar
9⃣-cu məsələ: Müəyyən günün orucu boynunda olan şəxsin həmin gün səfər etməsi
✅Ramazan ayından başqa günlərdə (etikafın 3-cü gününün orucu, yaxud müəyyən günə təyin edilmiş icarə orucu[1] və ya qarşıdan gələn Ramazan ayının daxil olmasına az qalmış öncəki Ramazandan qalan qəza orucu kimi) müəyyən günün orucu boynunda varsa, bir çox müctəhidlərin nəzərinə əsasən, həmin gün (zöhrdən öncə) səfər edə bilməz. Amma səfərdə olarsa, mümkün olduğu təqdirdə gərək 10 gün sakinlik qəsdi etsin və orucunu tutsun.[2]
❓Sual: Müəyyən günün orucu boynunda olan şəxs həmin gündən öncə səfər edirsə və həmin günədək səfərdə olacagını bilirsə, bu səfər caizdirmi?
Cavab: 9-cu məsələyə istinadən, həmin gündən öncə səfərə getməyin işkalı yoxdur, lakin bu halda səfərə gedərsə, 10 gün orada qalmağı və orucunu tutmağı vacibdir. Amma 10 gün qalmayacağını bildikdə həmin səfərə getməməlidir.
✅Ayətullah Xameneinin rəyi: Müəyyən günün orucu boynunda olan şəxs həmin gün səfərə gedə bilər. Əgər öncədən səfərdə olarsa, orada 10 gün sakin olmaq niyyətilə və ya vətənə qayıdıb oruc tutması lazım deyil. Belə ki, Ramazan ayında səfərdə olanda şəxsin boynundan oruc götürüldüyü kimi, bu oruc da səfərdə onun boynundan götürülür. Burada vaxtı müəyyənləşmiş orucların növləri arasında heç bir fərq yoxdur.[4]
📌Qeyd edək ki, bir şəxs iki gün etikafda olduqda üçüncü günün etikafı vacib olur və etikafın şərtlərindən biri oruc tutmaqdır. Əslində, bu şəxsə etikaf vacibdir və məsciddən bayıra çıxmağa haqqı yoxdur. Bu şəxs hər hansı səbəbə görə bu vacibə əməl etməsə və etikafını pozsa, (yuxarıdakı fətvaya istinadən) oruc olduğu halda da zöhrdən öncə səfərə gedə bilər.
Məsələn: İki gün etikaf etmiş şəxs 3-cü günü də oruc tutub etikaf edibdir. Sübh vaxtı zöhrdən öncə məsciddən çıxıb etikafını pozur. Bu şəxs oruc olmasına baxmayaraq, zöhrdən öncə də səfər edə bilər və tərəxxüs həddində bu orucun pozulmasının işkalı yoxdur.
✅Ayətullah Sistaninin rəyi: Doqquzuncu məsələdə qeyd olunduğu kimidir.[5]
✅Ayətullah Məkarim Şirazinin rəyi: Vacib-ehtiyata əsasən, doqquzuncu məsələdə qeyd olunduğu kimidir.[6]
📌Dipnotlar:
1- “İcarə orucu”, dünyasını dəyişmiş şəxsin boynunda olan qəza oruclarının, onun vərəsələri yaxud hansısa bir şəxslə icarə müqaviləsi bağlamaqla tutulan oruca deyilir. Əgər icarə müqaviləsində, orucu icarəyə verən şəxs orucu tutan şəxslə onları xüsusi bir gündə tutmasını şərt edərsə, bu oruc müəyyən günə təyin edilmiş icarə orucu olduğu üçün bu şəxsə vacibdir ki, təyin edilmiş gündə orucu tutsun.
2- “Urvətul-vusqa” (15 müctəhidin haşiyəsi), Orucun vacib olma şərtləri, altıncı şərt, məsələ 4.
3- Seyid Əli Xamenei , Müsafirin orucunun hökmləri, cavab 210.
4- Seyid Əli Sistani, “Minhac”, məsələ 1040; “Haşiyə”, məsələ 4; “Came”, məsələ 2495.
5- Məkarim Şirazi, “Risalə”, məsələ 1442; “Haşiyə”, məsələ 4.
📚Mənbə: "Müsafirin hökmləri" kitabı; Eldar Əlihüseynzadə
"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)
Sosial şəbəkələrdə bizi izləyin:
Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P
Telegram: https://t.me/saqeleyn
İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y=
Youtube: https://m.youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w
Sual, təklif və iradlar üçün adminlə əlaqə:
@Seqeleyn_merkezi
🔰Bayram axşamı gələn qonağın fitrə zəkatı
1️⃣Qonaq şam azanından sonra gəlsə
❓Sual: Şam azanından sonra dəvət edilmiş qonağın fitrəsini kim ödəməlidir?
✅Ayətullah Məkarim Şirazi, Ayətullah Vəhid Xorasani və Ayətullah Xamenei: Onun fitrəsi ev sahibinin öhdəsinə deyil.
✅Ayətullah Sistani: Əgər onun çörək yeyəni sayılarsa, vacib-ehtiyata əsasən, onun fitrəsini ev sahibi ödəməlidir.
2️⃣Qonaq bir neçə saatlıq şam azanından öncə gəlsə
❓Sual: Fitr bayramı axşamı gün batmamışdan qabaq qonaq gələn və iftar yedikdən sonra gedən qonaqların fitrəsi kimin öhdəsindədir?
✅Cavab: Bu təqdirdə qonaqların fitrəsi ev sahibinin öhdəsinə deyil.
3️⃣Şam azanından öncə gəlib və ev sahibinin çörək yeyəni sayılsa
✅Cavab: Ev yiyəsinin evinə fitr bayramı axşamı günəşin batmasından öncə gələn və onun çörək yeyəni (hərçənd müvəqqəti də olsa) hesab edilən qonağın fitrə zəkatını vermək ev sahibinə vacibdir.
Məsələn, qürubdan öncə ev yiyəsinin evinə gələn, gecə də onun evində qalan və ev yiyəsinin də onun rahatlığı üçün lazımı imkanları səfərbər etdiyi və xərclərini təmin etməyi öz üzərinə götürdüyü qonaq hərçənd həmin gecə bir şey yeməsə belə, onun fitrə zəkatını ey yiyəsi verməlidir.
"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)
Sosial şəbəkələrdə bizi izləyin:
Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P
Telegram: https://t.me/saqeleyn
İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y=
Youtube: https://m.youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w
Sual, təklif və iradlar üçün adminlə əlaqə:
@Seqeleyn_merkezi
Rəhman və Rəhim Allahın adı ilə
🔰Müsafirin orucunun hökmləri (ardı)
Təfərrüatlar
7⃣-ci məsələ: Şəri səfər etdiyi üçün oruc tutmayan şəxsin səfər əsnasında niyyətini harama döndərməsi
✅Əgər şəxs səfəri mübah səfər olduğuna görə oruc niyyəti etməyib səfərə çıxsa, sonradan səfər əsnasında niyyətini harama döndərərsə:
1. Orucu batil edən hallardan hər hansı biri qarşıya çıxmayıbsa və niyyətini zöhrdən öncə dəyişibsə, vacibdir ki, oruc niyyəti etsin və orucu səhihdir. Müstəhəb-ehtiyata əsasən, sonra orucunun qəzasını tutmalıdır.
2. Əgər orucu batil edən hallardan biri qarşıya çıxıbsa, yaxud zöhrdən sonra niyyətindən dönübsə, vacib-ehtiyata əsasən, gərək imsak[1] etsin və sonra orucunun qəzasını tutsun[2].
✅Ayətullah Xamenei, Ayətullah Sistani və Ayətullah Məkarimin rəyi: Birinci fəsildə ətraflı olaraq izah edildi[3].
8⃣-ci məsələ: Müsafirin Ramazan ayında səfər etməsi
✅Müsafirin Ramazan ayında səfər etməsinin maneəsi yoxdur, amma 23-cü gündən öncə səfər etmək məkruhdr. Bu səfər Həcc və Ümrə, yaxud mal və canın tələf olmasının qarşısını almaq məqsədilə olsa, məkruh deyil.[4]
Həmçinin orucdan qaçmaq məqsədilə səfər edərsə, istər 23-cü gündən öncə olsun, istər sonra, məkruhdur.[5]
✅Ayətullah Xameneinin rəyi: Müsafirin Ramazan ayında səfər etməsi orucdan yayınmaq məqsədilə olsa belə, caizdir. Amma zəruri iş qarşıya çıxmadıqca səfərə getməməsi daha yaxşıdır.[6]
✅Ayətullah Sistaninin rəyi: Müsafirin Ramazan ayında səfər etməsinin işkalı yoxdur, amma orucdan yayınmaq məqsədilə olsa, istər 23-cü gündən öncə olsun, istər sonra, məkruhdur. Həmçinin orucdan yayınmaq məqsədilə olmasa da, məkruhdur. Lakin Həcc, Ümrə və sair zəruri məqsədlərlə olarsa, məkruh deyil.[7]
✅Ayətullah Məkarimin rəyi: Ramazan ayında səfər etmək haram deyil, amma orucdan yayınmaq məqsədilə olsa, məkruhdur.[8]
📌Dipnotlar:
1- Burada “imsak” dedikdə oruc niyyəti etmədən orucu batil edən əməllərdən çəkinmək nəzərdə tutulur. Ramazan ayı olarsa, bu ayın ehtiramına xatir özünü bütün orucu batil edən əməllərdən saxlamalıdır.
2- “Urvətul-vusqa” (15 müctəhidin haşiyəsi), məsələ 43.
3- Bax: Birinci fəsil beşinci şərt, məsələ 10.
4- “Urvətul-vusqa” (15 müctəhidin haşiyəsi), Orucun vacib olma şərtləri, altıncı şərt, məsələ 4-5.
5- “İzahlı şəriət məsələləri” (13 müctəhidin fətvası əsasında), məsələ 1715.
6- Seyid Əli Xamenei, “Risaleye-amuzeşi”, Müsafir orucunun hökmləri.
7- Seyid Əli Sistani, “Minhac”, məsələ 1040; “Came”, məsələ 2494.
8- Məkarim Şirazi, “Risalə”, məsələ 1441; “Haşiyə”, məsələ 6.
📚Mənbə: "Müsafirin hökmləri" kitabı; Eldar Əlihüseynzadə
"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)
Sosial şəbəkələrdə bizi izləyin:
Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P
Telegram: https://t.me/saqeleyn
İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y=
Youtube: https://m.youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w
Sual, təklif və iradlar üçün adminlə əlaqə:
@Seqeleyn_merkezi
🔰Bank hesabına yaxud bank kartları vasitəsilə fitrə zəkatını köçürməyin hökmləri
✅Ayətullah Xamenei və Ayətullah Məkarim Şirazi: Fitrə zəkatını, birbaşa kart hesabından fəqirin kart hesabına (yaxud fəqirin vəkilinin kart hesabına) köçürmək olar. Həmçinin fitrəni pul şəkilində ayırdıqdan sonra, onu fəqirin bank hesabına köçürməyin maneəsi yoxdur.
✅Ayətullah Sistani və Ayətullah Vəhid Xorasani: Fitrə zəkatını, ayırdıqdan sonra fəqirin bank hesabına köçürmək olmaz. Həmçinin birbaşa kart hesabından fəqirin kart hesabına da, köçürmək icazəli deyil.
📌Həll yolları:
1⃣ Pulu, fəqirin yaxud digərinin hesabına əmanət olaraq köçürün və o sizin tərəfinizdən o pulu çıxartsın fitrə hesabı ilə özünə götürsün (fəqirin özünə göndərilsə) yaxud fəqirə versin (başqa bir şəxsə göndərilsə).
2⃣ Fitrəni verəcəyiniz fəqirin tərəfindən vəkillik alın, məbləği onun tərəfindən qəbul edin və sonra onun kartına yükləyin.
"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)
https://t.me/saqeleyn
🔰Fitrə zəkatının digər şəhərə göndərilməsi
❓Sual: Fitrə zəkatını başqa bir şəhərdə yaşayan, zəkat alma şərtlərinə malik olan ehtiyaclıya göndərmək olarmı?
Cavab:
Əgər fitrə çıxarılan şəhərdə, fitrəni alma şərtlərinə malik olan fəqir varsa vacib-ehtiyata əsasən digər şəhərə göndərmək icazəli deyil.
"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)
Sosial şəbəkələrdə bizi izləyin:
Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P
Telegram: https://t.me/saqeleyn
İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y=
Youtube: https://m.youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w
Sual, təklif və iradlar üçün adminlə əlaqə:
@Seqeleyn_merkezi
*Rəhman və Rəhim Allahın adı ilə*
*🔰Müsafirin orucunun hökmləri (ardı)*
_Təfərrüatlar_
*5️⃣-ci məsələ: Sakinlik niyyəti etdikdən sonra dörd rəkətli namaz qılmadan oruc tutmaq*
✅Müsafir sakinlik niyyəti etdikdən sonra oruc niyyəti edir (oruc tutur), dörd rəkətli bir namaz qılmadan zöhrdən sonra niyyətindən dönür və daha sakin olmaq istəmir. Bu halda, baxmayaraq ki namazlarını qəsr qılmalıdır, həmin günün orucunu sonadək davam etməlidir, orucu səhihdir. Bu hal oruc tutub zöhrdən sonra səfər edən şəxsin halı kimidir[1].
*⛔Qeyd:*
1. Yalnız həmin günün orucu səhihdir. Amma bir neçə gün əlavə olaraq orada qalmaq istədikdə oruc tuta bilməz[2].
2. Yuxarıdakı məsələdə zöhrdən öncə niyyətindən dönsə, namazları qəsr qılmalıdır və orucu da batildir. Bu hal oruc tutub zöhrdən öncə səfər edən şəxsin halı kimidir[3].
*✅Ayətullah Xameneinin rəyi:* Beşinci məsələdə qeyd olunduğu kimidir[4].
*✅Ayətullah Sistani[5] və Ayətullah Məkarimin[6] rəyi:* Zöhrdən sonra fikrini dəyişdikdə namazlarının qəsr olmasına baxmayaraq, vacib-ehtiyata əsasən, həmin günün orucunu tamamlamalı, sonra qəza etməlidir. Sonrakı günlərdə oruc tuta bilməz. Amma zöhrdən öncə fikrini dəyişsə, həmin günün orucu da batildir.
*6️⃣-cı məsələ: Haram səfərdə oruc tutan şəxsin səfər əsnasında günah niyyətindən dönməsi*
✅Şəxs haram səfər etdiyi müddətdə oruc tutarsa, sonra peşman olaraq səfərdə haram iş görmək niyyətindən dönərsə, zöhrdən öncə günah niyyətindən döndüyü təqdirdə etdiyi səfərdə qalan məsafə qayıtmaqla birlikdə səkkiz fərsəxə çatarsa, iftar edərək orucunu pozması vacibdir. Amma zöhrdən sonra günah niyyətindən dönsə, gərək orucunu tamamlasın və bir çox müctəhidlərin nəzərinə əsasən, orucu səhihdir və qəzası da yoxdur. Bəziləri isə vacib-ehtiyata əsasən, qəzasını da tutmağı vacib bilirlər[7].
*✅Ayətullah Xamenei, Ayətullah Sistani və Ayətullah Məkarimin rəyi:* Birinci fəsildə ətraflı olaraq izah edildi[8].
*📌Dipnotlar:*
1- “Urvətul-vusqa” (15 müctəhidin haşiyəsi), məsələ 21.
2- Seyid Əbulqasim Xoi, “Mövsuə”, c. 20, səh. 295.
3- Seyid Əbulqasim Xoi, “Mövsuə”, c. 20, səh. 295.
4- Seyid Əli Xamenei , “İstifta”, kod: pzyz2rp.
5- Seyid Əli Sistani, “Minhac”, məsələ 941; “Haşiyə”, məsələ 21.
6- Məkarim Şirazi, “Haşiyə”, məsələ 21.
7- “Urvətul-vusqa” (15 müctəhidin haşiyəsi), məsələ 43.
8- Bax: Birinci fəsil beşinci şərt, məsələ 9.
*📚Mənbə: "Müsafirin hökmləri" kitabı; Eldar Əlihüseynzadə*
"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)
*Sosial şəbəkələrdə bizi izləyin:*
Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P
Telegram: https://t.me/saqeleyn
İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y=
Youtube: https://m.youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w
Sual, təklif və iradlar üçün adminlə əlaqə:
@Seqeleyn_merkezi
🔹 *"Səqəleyn Fiqh və Hüquq Mərkəzi"nin hövzə dərsləri.*
*1. Ustad Eldar, (Ana kanal)*
https://t.me/UstadEldar
*2. Səqəleyn hövzə dərsləri.*
https://t.me/Seqeleyn_hovze_dersleri
*3. Əl-Həlqətus-Salisə, (Şəhid Sədr)*
الحلقة الثالثة (الشهید محمد باقر الصدر)
👤 Ustad: Eldar Əlihüseynzadə.
https://t.me/joinchat/27gOZ0ejqIdlMDdk
*4. Müsafir namazı, ("Əl-Urvətul-Vusqa"nın şərhi)*
صلاة المسافر (شرح العروة الوثقی)
👤Ustad: Eldar Əlihüseynzadə.
https://t.me/joinchat/WLZ4hsfTng1lNDU0
*5. Xums, ("Əl-Urvətul-Vusqa"nın şərhi)*
کتاب الخمس (شرح العروة الوثقی)
👤 Ustad: Eldar Əlihüseynzadə.
https://t.me/Ustad_Eldar_Xums
*6. Xanımlara aid hökmlər, ("Əl-Urvətul-Vusqa"nın şərhi)*
أحکام النساء (شرح العروة الوثقى)
👤 Ustad: Eldar Əlihüseynzadə.
https://t.me/Ustad_Eldar_Dima
*7. Əl-Qəvaidur-Ricaliyyə, (Şeyx İrəvani) və Kulliyyat fi elmir-Rical, (Ayətullah Subhani) və Ər-Ricalut-Tətbiqi (azad bəhs)*
القواعد الرجالية(الشيخ الايرواني)_کلیات فی علم الرجال آیه الله سبحانی)_ الرجال التطبیقی( بحث حر)
👤 Ustad: Eldar Əlihüseynzadə.
https://t.me/joinchat/xx4BA8lnsGUyYmQ0
*8. Əl-Lum'ətud-Diməşqiyyə, (Əl-Qəza vəş-Şəhadat, Əl-Hudud, Əl-Qisas, Əd-Diyat)*
اللمعة الدمشقية(القضاء و الشهادات؛ الحدود؛ القصاص؛ الدیات)
👤 Ustad: Eldar Əlihüseynzadə.
https://t.me/joinchat/-rh-9pmAmv41ZGJk
*9. Əl-Lum'ətud-Diməşqiyyə, (Namaz)*
اللمعة الدمشقية(الصلاة)
👤 Ustad: Eldar Əlihüseynzadə.
https://t.me/joinchat/JbHn6uuLvWc2ODk0
*10. Əl-Məntiq, (Şeyx Muzəffər)* _ المنطق للمظفر
👤 Ustad: Eldar Əlihüseynzadə.
https://t.me/joinchat/iObUJpx1vIo2ZTFk
*11. Minhacus-Salihin, (Seyid Sistani)*
منهاج الصالحين (السيد السيستاني)
👤 Ustad: Eldar Əlihüseynzadə.
https://t.me/joinchat/o8J3hNAx82AzYTFk
*12. Əl-Fiqhul-İstidlali, (Şeyx İrəvani)*
الفقه الاستدلالي(الشيخ الإيرواني)
👤 Ustad: Eldar Əlihüseynzadə.
https://t.me/joinchat/1au8bWjob581N2U8
*13. Əhkam dərsləri,* _ الأحكام
👤 Ustad: Eldar Əlihüseynzadə.
https://t.me/joinchat/1eSa8fFCSypiMThk
*14. Kitabul-Məkasib, (Şeyx Ənsari)*
المکاسب (للشیخ الانصاری)
👤 Ustad: Eldar Əlihüseynzadə.
https://t.me/Ustad_Eldar_Mekasib
*15. Ayın əvvəlinin sübut olunması,* _ رؤية الهلال
👤 Ustad: Eldar Əlihüseynzadə.
https://t.me/Ustad_Eldar_hilal_behsleri
*16. Əhkam ayələrinin təfsiri, (Azad bəhs)*
تفسیر آیات الاحکام ( بحث حر)
👤 Ustad: Eldar Əlihüseynzadə.
https://t.me/Ustad_Eldar_Ayatul_Ahkam
*17. Əl-Həlqətus-Saniyə* (الحلقة الثانية)
👤 Ustad: Eldar Əlihüseynzadə.
https://t.me/Ustad_Eldar_Helqe_Saniye
*18. Etiqad dərsləri* _ دروس في الاعتقاد
👤 Ustad: Eldar Əlihüseynzadə.
https://t.me/Ustad_Eldar_Etiqad
*19. Əl-Həlqətul-Uula və Əl-Həlqətus-Saniyə, (Şəhid Sədr)*
الحلقة الأولی و الحلقة الثانية (الشهيد محمد باقر الصدر)
👤 Ustad: Əli Əliyev.
https://t.me/Usul_dersleri
*20. Minhacus-Salihin, (Seyid Sistani)*
منهاج الصالحین للسید السیستاني
👤 Ustad: Famil Nuriyev.
https://t.me/minhacusSalihin
*21. Əl-Bəhcətul-Mərziyyə fi şərhi Əlfiyyəti İbni Malik Lis-Suyuti,*
البهجة المرضية في شرح ألفية ابن مالک للسیوطي
👤 Ustad: Famil Nuriyev.
https://t.me/Serh_Syuti
*22. Ər-Rövzətul-Bəhiyyə, (Şərhi Lümə)*
الروضة البهیة (شرح اللمعة)
👤 Ustad: Məhəmməd Bağırov.
https://t.me/MirzaMuhammadBaqirov
*23. Əl-Həlqətul-Uula (Şəhid Sədr)*
الحلقة الأولى (الشهيد محمد باقر الصدر)
👤 Ustad: Ceyhun Məmmədov.
https://t.me/usul_dersi
*24. Əvamil* _ العوامل
👤 Ustad: Ceyhun Məmmədov.
https://t.me/evamil_dersleri
*25. Müasir Kəlam.* _ كلام جديد
👤 Ustad: Elvin Əzimov.
https://t.me/moaser_kelam
📚 📚 📚 📚 📚 📚 📚 📚 📚 📚
Rəhman və Rəhim Allahın adı ilə
🔰Müsafirin orucunun hökmləri (ardı)
Təfərrüatlar
3⃣-cü məsələ: Əgər oruc olan şəxs heç bir üzrü olmadan orucunu batil etsə və sonra səfərə çıxsa, istər zöhrdən öncə səfərə çıxsın, istər zöhrdən sonra, həmçinin istər kəffarədən qaçmaq məqsədilə səfər etsin, istərsə də, həqiqətən, səfər qarşıya çıxsın, kəffarə boynundan götürülmür[1].
✅Ayətullah Xamenei[2], Ayətullah Sistani[3] və Ayətullah Məkarimin[4] rəyi: Üçüncü məsələdə qeyd olunduğu kimidir.
4⃣-cü məsələ: Zöhrdən öncə və sonra çıxışın və girişin meyarı
Şəxsin zöhrdən öncə və ya sonra vətəndən, yaxud 10 gün sakin olduğu yerdən xaric olmasında məqsəd şəhərin (və ya kəndin) özüdür, burada tərəxxüs həddi meyar deyil. Buna əsasən, əgər zöhr azanından öncə vətənindən, ya 10 gün sakin olduğu yerdən çıxsa və tərəxxüs həddinə çatmamış zöhr azanı olsa, şəxs zöhrdən öncə vətənindən çıxmış hesab olunur və tərəxxüs həddinə çatdqda orucu batil olur. Həmçinin meyar qayıdarkən, ya 10 gün sakin olacağı yerə gedərkən şəhərə daxil olmaqdır. Əgər zöhrdən öncə şəhərin tərəxxüs həddinə, zöhrdən sonra isə şəhərə daxil olsa, həmin günün orucunu tuta bilməz[5].
Bir sıra müctəhidlərin nəzərinə əsasən, əgər zöhrdən öncə şəhərdən çıxsa və zöhrdən sonra tərəxxüs həddini keçsə, vacib-ehtiyata əsasən, orucunu tutmalı, sonra qəza etməlidir. Həmçinin qayıdarkən zördən öncə tərəxxüs həddinə, zöhrdən sonra isə şəhərə daxil olarsa, vacib-ehtiyat budur ki, oruc tutsun və sonra qəza etsin[6].
✅Ayətullah Xameneinin rəyi: Şəhərin sonu və tərəxxüs həddi arasında olarkən zöhr vaxtı daxil olarsa, vacib-ehtiyata əsasən, orucu tutmalı, sonra onu qəza etməlidir[7].
✅Ayətullah Sistaninin rəyi: Meyar şəhərin özüdür və ehtiyata riayət etmək lazım deyil[8].
✅Ayətullah Məkarimin rəyi: Meyar tərəxxüs həddindən çıxmaq və tərəxxüs həddinə daxil olmaqdır[9].
📌Dipnotlar:
1- Urvətul-vusqa” (15 müctəhidin haşiyəsi), Orucun vacib olma şərtləri, məsələ 1.
2- Seyid Əli Xamenei, Orucun hökmləri, cavab 333.
3- Seyid Əli Sistani, “Minhac”, məsələ 1021; “Haşiyə”, məsələ 11; “Came”, məsələ 2464
4- Məkarim Şirazi, “Risalə”, məsələ 1412.
5- Şəxs səfərdən qayıdarkən sübh azanından öncə vətənin tərəxxüs həddinə çatsa, lakin şəhərə sübh azanından sonra daxil olsa, orucu səhihdir və bu şəxs tərəxxüs həddinə daxil olan kimi oruc niyyəti etməlidir. Deməli, namazı tam qılacağı zaman orucun səhih olma qaydası burada tətbiq edilir və bu qayda zöhrdən öncə və sonra çıxmaq hökmünə aid deyil.
6- “Urvətul-vusqa” (15 müctəhidin haşiyəsi), Orucun vacib olma şərtləri, məsələ 1.
7- Seyid Əli Xamenei, “İstifta”, kod: k656r55.
8- Seyid Əli Sistani, “Minhac”, məsələ 1039; “Haşiyə”, məsələ 1; “Came”, məsələ 2504.
9- Məkarim Şirazi, “Haşiyə”, Orucun vacib olma şərtləri, məsələ 1.
📚Mənbə: "Müsafirin hökmləri" kitabı; Eldar Əlihüseynzadə
"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)
Sosial şəbəkələrdə bizi izləyin:
Telegram: https://t.me/saqeleyn
İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y=
Youtube: https://m.youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w
Sual, təklif və iradlar üçün adminlə əlaqə:
@Seqeleyn_merkezi
