"Səqəleyn" - Fiqh və Hüquq Mərkəzi
Open in Telegram
587
Subscribers
No data24 hours
+47 days
+1430 days
Posts Archive
Rəhman və Rəhim Allahın adı ilə
⬛️⬛️Məhərrəm ayının gəlişi ilə bağlı müsəlman Azərbaycan xalqına başsağlığı veririk
عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ع قَالَ نَظَرَ النَّبِيُّ ص إِلَى الْحُسَيْنِ بْنِ عَلِيٍّ ع وَ هُوَ مُقْبِلٌ فَأَجْلَسَهُ فِي حِجْرِهِ وَ قَالَ إِنَّ لِقَتْلِ الْحُسَيْنِ حَرَارَةً فِي قُلُوبِ الْمُؤْمِنِينَ لَا تَبْرُدُ أَبَداً
✅İmam Sadiq (ə) buyurur:
Peyğəmbər (s) Hüseyn ibni Əliyə (ə) baxdı, onu öpərək qucağında otuzdurdu və buyurdu: "Həqiqətən möminlərin qəlbində Hüseynin şəhadətinə görə elə bir yanğı və hərarət var ki, heç vaxt soyumayacaq."
📚Mənbə: Müstədrəkul-vəsail; cild 10; səh.318
🕋Qibləni dəqiq təyin etmək üçün fürsət
☀️Qibləni bir neçə yolla təyin etmək olar, lakin daha dəqiq yolu, günəşin il ərzində bir neçə dəfə birbaşa müqəddəs Kəbə evinin üzərində qərarlaşması ilədir.
✅"Səqəleyn Fiqh və Hüquq Mərkəzi" əziz həmvətənlərimizin evlərində, məscidlərində və digər yerlərdə qibləni dəqiq təyini üçün bu fürsəti qaçırmamağı tövsiyə edir. Belə ki,16-iyul 2023 cü il tarixində Bakı vaxtı ilə 13:27-də günəş birbaşa müqəddəs Kəbə evinin üzərində qərarlaşacaqdır.
✅Yuxarıdakı şəkildə göstərildiyi kimi, qeyd olunan zamanda yerə şaquli formada basdırılan göstərici milin (şaxisin) kölgəsinin əks istiqaməti, qiblənin istiqamətini təyin edəcəkdir.
🔰Allahın ən böyük bayramı "QƏDİR-XUM"
الْحَمْدُ لِلَّهِ الَّذِی جَعَلَنَا مِنَ الْمُتَمَسِّکِینَ بِوِلاَیَةِ أَمِیرِ الْمُؤْمِنِینَ وَ الْأَئِمَّةِ المَعصُومِین عَلَیْهِمُ السَّلاَمُ
Həmd və səna, bizi "Möminlərin əmiri" Əli (əleyhis-salam) və məsum övladlarının (Allahın salamı olsun onlara) vilayətində qərar verən Allaha məxsusdur!
🌹Mübarək "Qədir-xum" bayramı münasibəti ilə hər birinizi ürəkdən təbrik edirik🌹
الْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُوا مِنْ دِينِكُمْ فَلَا تَخْشَوْهُمْ وَاخْشَوْنِ ۚ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الْإِسْلَامَ دِينًا
✅Qədir-Xum dinin kamil, Allahın nemətlərinin tamamlanan və düşmənlərin məyus olduğu gündür! (Maidə 3)
يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ ۖ وَإِنْ لَمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ ۚ وَاللَّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ ۗ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
✅Qədir-Xum, Allahın əmri ilə, islam peyğəmbərinin (s) həzrət Əlini (ə) imamət və vilayət məqamına təyin etdiyi gündür! (Maidə 67)
📚Peyğəmbər (s) Qədir-Xumda buyurdu: "Əlinin (ə) fəzilətləri o qədər çoxdur ki, hamısını sizə saya bilmərəm".
📚Əziz islam peyğəmbəri (s) adı çəkilən xütbənin bir hissəsində çox önəmli və tale həll edici bir cümlə buyurmuşdur:
مَنْ كُنْتُ مَوْلَاهُ فَهَذَا عَلِيٌّ مَوْلَاهُ اللَّهُمَّ وَالِ مَنْ وَالاهُ وَ عَادِ مَنْ عَادَاهُ وَ انْصُرْ مَنْ نَصَرَهُ وَ اخْذُلْ مَنْ خَذَلَهُ
"Mən kimin mövla və rəhrəbiyəmsə, Əli də onun mövla və rəhbəridir. Pərvərdigara! Əlini sevənləri sev, onun düşmənləri ilə düşmən ol! Ona məhəbbət bəsləyənlərə məhəbbət bəslə! Ona kömək edənlərə kömək et, köməyini əsirgəyənlərdən köməyini əsirgə!"
🤲Allah taala bizi günah və fəsad dolu dünyada nicat gəmiləri və axirət gününün şəfaətçiləri olan imam Əli (ə) və onun pak övladlarından sözün əsl mənasında (ə) ayrı salmasın!
🌹Vilayət bayramınız mübarək olsun🌹
"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)
https://t.me/saqeleyn
Sual, təklif və iradlar üçün adminlə əlaqə saxlaya bilərsiz: @Seqeleyn_merkezi🔰Qurban bayramı
🤲Bütün müsəlmanları müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edirik. Allah taala kəsdiyiniz qurbanları və etdiyiniz duaları ali dərəcə qəbul etsin.
✅Bu əzəmətli bayramın fəlsəfə və əhəmiyyətini çatdıran ayə və hədisi nəzərinizə çatdırırıq:
📌Allaha görə atanın oğuldan keçdiyi və oğulun Allahın əmrinə təslim olduğu gündür Qurban
فَلَمَّا بَلَغَ مَعَهُ السَّعْيَ قَالَ يَا بُنَيَّ إِنِّي أَرَىٰ فِي الْمَنَامِ أَنِّي أَذْبَحُكَ فَانْظُرْ مَاذَا تَرَىٰ ۚ قَالَ يَا أَبَتِ افْعَلْ مَا تُؤْمَرُ ۖ سَتَجِدُنِي إِنْ شَاءَ اللَّهُ مِنَ الصَّابِرِينَ
📚Oğlu onunla birlikdə işləmək və çalışmaq həddinə çatanda (İbrahim) dedi: «Oğlum! Mən yuxuda hey görürürəm ki, sənin başını kəsirəm (boğazına bıçaq çəkirəm). Bəs bax (gör) nəzərin nədir?» (İsmail) dedi: «Ey ata! Sənə əmr ediləni yerinə yetir. Allahın istəyi ilə məni səbirlilərdən görəcəksən!» (Saffat 102)
📌Yoxsulları ət ilə doyurtmaq günüdür Qurban
حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْحَسَنِ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْحَسَنِ الصَّفَّارُ عَنِ الْعَبَّاسِ بْنِ مَعْرُوفٍ عَنْ عَلِيِّ بْنِ مَهْزِيَارَ عَنِ الْحُسَيْنِ بْنِ سَعِيدٍ عَنْ فَضَالَةَ عَنْ إِسْمَاعِيلَ بْنِ أَبِي زِيَادٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ قَالَ رَسُولُ اللَّهِ ص إِنَّمَا جُعِلَ الْأَضْحَى لِشِبَعِ مَسَاكِينِكُمْ مِنَ اللَّحْمِ فَأَطْعِمُوهُمْ.
ثواب الأعمال و عقاب الأعمال؛ ص: 59
Şex Səduq (r.ə) "Səvabul-əmal" kitabında mötəbər sənədlə imam Sadiqdən (ə) nəql edir:
Allahın rəsulu (s) buyurdu: "Allah, Qurban bayramını yoxsulları ət ilə doyurtmaq üçün qərar verdi. Belə isə yoxsullara ət ehsanı verin!"
📚Mənbə: Şeyx Səduq, "Səvabul-əmal və iqabul-əmal", səh. 59
🌹Qurban bayramınız mübarək olsun🌹
"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)
Sosial şəbəkələrdə bizi izləyin:
https://youtu.be/8kXJEO9AICs
Telegram: https://t.me/saqeleyn
İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y=
Youtube:https://youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w
Sual, təklif və iradlar üçün adminlə əlaqə saxlaya bilərsiz: @Seqeleyn_merkezi
Rəhman və Rəhim Allahın adı ilə
🔰MÜSTƏHƏB QURBANLIĞIN HÖKMLƏRİ
✅İslam şəriətində "Qurban bayramı" günü Həcc ziyarətində olmayan şəxsin qurbanlıq kəsməsi təkid olunmuş müstəhəb əməllərdəndir.
Bir neçə nəfər şərik olub, qurbanlıq heyvan alaraq bu müstəhəb əməli yerinə yetirə bilərlər.
✅Qurban kəsməyin vaxtı və müddəti
Qurban kəsmək üçün ən yaxşı vaxt, “Qurban bayramı” günü günəş çıxdıqdan və bayram namazı qılındıqdan sonradır.
Ayətullah Sistani:
Qurbanlığın müddəti Minada olmayanlar üçün 3 gündür (10, 11 və 12 Zilhiccə).
Lakin yaxşı olar ki, qurbanlıq heyvanı, “Qurban bayramı” günü (10 Zilhiccə) kəsilsin. [1]
Ayətullah Xamenei, Ayətullah Məkarim Şirazi :
Qurbanlıq heyvanı "Qurban bayramı" günü (10 Zilhiccə) kəsmək müstəhəbdir. Digər 2 gündə (11-12 Zilhiccə) isə rəca qəsdi ilə kəsilə bilər [2].
✅Qurbanlıq olaraq kəsilən heyvanın növləri
Qurbanlıq olaraq kəsilən heyvan bu üç növdən biri olmalıdır:
1⃣Dəvə
2⃣İnək (dana, camış)
3⃣Xırda buynuzlu heyvanlar (qoyun, quzu, və bu qəbildən olan sair heyvanlar).
✅Qurbanlığın şərtləri:
Ayətullah Sistani:
Vacib-ehtiyata əsasən müstəhəb qurbanlıqda dəvə 5 yaşdan, keçi və inək (dana, camış) 2 yaşdan və xırda buynuzlu heyvanlar (qoyun quzu) 7 aydan az olmamalıdır.
Vacib qurbanlığın digər şərtlərinə riayət edilməsi isə vacib deyil [3].
Ayətullah Xamenei, Ayətullah Məkarim Şirazi :
Müstəhəb qurbanlıqda yaş və sair şərtlərə riayət etmək vacib deyil, sadəcə qurbanlıq yuxarıda qeyd edilən heyvanlardan olmalıdır [4].
✅Qurbanlığın məsrəfi
Müstəhəb qurbanlıq kəsən şəxs qurbanlığın üçdə birini özü və ailəsi üçün götürə bilər. Həmçinin digər üçdə birini istədiyi şəxslərə hədiyyə verə bilər. Ancaq müstəhəb budur ki, yerdə qalan digər üçdə birini ehtiyaclı müsəlmanlara paylasın.
📌Dipnotlar:
1- Ayətullah Sistaninin rəsmi saytı (sistani.org); Sual-cavab bölməsi; Müstəhəb qurbanlığın hökmləri
2- Müctəhidlərin rəsmi saytları və ofislərindən verilən cavab
3- Ayətullah Sistaninin rəsmi saytı (sistani.org); Sual-cavab bölməsi; Müstəhəb qurbanlığın hökmləri
4- Ayətullah Xameneinin rəsmi ofisindən istifta; Tarix 14 İyun 2022; İstifta kodu: 5m65krg
Ayətullah Məkarim Şirazinin rəsmi saytı (makarem.ir); Sual-cavab bölməsi; Müstəhəb qurbanlığın şərtləri
"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)
https://t.me/saqeleyn
Rəhman və Rəhim Allahın adı ilə
السَّلامُ عَلَيْكَ يَا وَلِيَّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا نُورَ اللَّهِ فِي ظُلُمَاتِ الْأَرْضِ السَّلامُ عَلَيْكَ يَا عَمُودَ الدِّينِ
السَّلامُ عَلَيْكَ أَيُّهَا الصِّدِّيقُ الشَّهِيدُ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْوَصِيُّ الْبَارُّ التَّقِيُّ
🔰Səqəleyn Fiqh və Hüquq Mərkəzi⤵️
🔷İmamət səmasının 8-ci parlaq ulduzu!
🔷Allahın vəlisi!
🔷Allahın höccəti!
🔷Yer üzünün zülmətlərindəki Allah nuru!
🔷Dinin sütunu!
🔷Siddiq!
🔷Şəhid!
🔷Peyğəmbərin canişini!
🔷Xeyirxah!
🔷Təqvalı!
🌹İmam Rzanın (ə) mövlud günü münasibətilə əziz həmvətənlərimizı və izləyicilərimizi təbrik edirik.🌹
أَشْهَدُ أَنَّكَ قَدْ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ وَ عَبَدْتَ اللَّهَ [مُخْلِصا] حَتَّى أَتَاكَ الْيَقِينُ السَّلامُ عَلَيْكَ يَا أَبَا الْحَسَنِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ
💢Şəhadət verirəm ki, həqiqətən, sən ömrünün axırınadək namazı bərqərar etdin, zəkat verdin, yaxşılığa əmr etdin, pislikdən çəkindirdin və Allaha (ixlasla) ibadət etdin.
🌹Bayramınız mübarək olsun!🌹
Sosial şəbəkələrdə bizi izləyin:
Telegram: https://t.me/saqeleyn
https://t.me/saqaleynkelam
İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y=
Youtube: https://m.youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w
Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P
Rəhman və Rəhim Allahın adı ilə
🔰Şəbəkə və piramida marketinqi (Network Marketing)
🔷Şəbəkə və piramida marketinqləri arasında fərqlər olsa da, lakin nəticə və hədəf baxımından oxşarlıqları çoxdur. Misal üçün şəbəkə sistemində (piramida sistemindən fərqli olaraq) çox vaxt həqiqi və real məhsulun alqı-satqısını müşahidə edə bilirik. Lakin piramida sistemində real alqı-satqı ya nadir hallarda olur və ya ümumiyyətlə real alver həyata keçirilmir.
🔷Belə olduğu halda əgər alqı-satqı real olmasa (yəni həqiqətdə hər hansı bir şeyin alqı-satqısı olmadığı təqdirdə) müctəhidlər həmin müamilənin düzgün hesab etmir və alış-veriş edənlərin məbləğ və əşyaya sahib olmadıqlarını yekdil olaraq bildirmişlər.
🔷Lakin qeyd olunan marketinqlərdə həqiqi alqı-satqı baş verdiyi halda (yəni həqiqətdə hər hansı bir məhsulun-alqı satqısı real olaraq baş verərsə) müctəhidlər bu kimi marketinqlərdə zərər riski, səbəbsiz qazanc və həmçinin bəzi qaranlıq məqamlara görə müxtəlif nəzərlərlə çıxış etmişlər.
♻️Biz burada şəbəkə və piramida marketinqində olan real alqı-satqı və həqiqi əşyaların alveri barədə müctəhidlərin nəzərlərini diqqətinizə çatdırırıq:
✅Ayətullah Xamenei: Bu işin öz-özlüyündə iradı yoxdur [1].
✅Ayətullah Sistani: Vacib ehtiyata əsasən bu növ alqı-satqılara qoşulmağa icazə yoxdur. Bu halda mükəlləf bu məsələdə ehtiyat etmək yaxud (ələmlik mərhələlərinə riayət etmək şərtilə) digər müctehidə müraciət etməkdə ixtiyar sahibidir[2].
✅Şübeyri Zəncani: Aşağıdakı dörd şərtlə şəbəkəli alqı-satqının maneəsi yoxdur:
1️⃣Alqı-satqı şəriətin təyin etdiyi şərtlərə uyğun olsun
2️⃣Gəlir halal bir iş müqabilində ödənsin.
Misal üçün (vasitə ilə olsa belə) müştəri tanıtmaq kimi.
3️⃣Vacib ehtiyata əsasən bütün qanun mərhələlərinə hər iki tərəfdən əməl olunsun.
4️⃣Vacib ehtiyata əsasən iqtisadi fəsadı olmasın [3].
Qeyd: Yuxarıda qeyd olunan hökmlər, alqı-satqının dövlət qanunlarına zidd olmayan hallarına aiddir. Əks halda qanunlara zidd olduğu üçün icazəli deyildir.
📌Dipnotlar:
1- "Səqəleyn" FHM-in İstifta Heyətinin Ayətullah Xameneinin ofisinə göndərdiyi sual; istifta kodu: mm9gp76
2- Ayətullah Sistani; Tovzihul-məsaile came cild.3, məsələ.649-650
3- Şübeyri Zəncani; Əhkame karbordi, məsələ.616
"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)
Sosial şəbəkələrdə bizi izləyin:
Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P
Telegram: https://t.me/saqeleyn
İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y=
Youtube: https://m.youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w
Sual, təklif və iradlar üçün adminlə əlaqə:
@Seqeleyn_merkezi
Rəhman və Rəhim Allahın adı ilə
🔰Müsafirin orucunun hökmləri (son)
Təfərrüatlar
1⃣3⃣-cü məsələ: Ramazan ayında müsafirin doyunca yeyib-içməsinin hökmü
✅Müsafirə və ümumiyyətlə oruc tutmamaqda üzrlü olan şəxslərə Ramazan ayında gündüz yemək-içməklə özünü doyurmaq məkruhdur. Həmçinin gündüz cinsi əlaqədə olmaq da məkruhdur və müstəhəb-ehtiyata görə, bundan çəkinmək lazımdır.[1]
✅Ayətullah Xamenei[2] və Ayətullah Məkarimin rəyi:[3] On üçüncü məsələdə qeyd olunduğu kimidir.
✅Ayətullah Sistaninin rəyi: Müsafirə və bütün oruc tutmaqda üzrlü olan şəxslərə gündüz yemək-içməklə özünü doyurmaq və gündüz cinsi əlaqədə olmaq məkruhdur. Həmçinin müstəhəb-ehtiyata əsasən, bu əməllər tərk olunmalıdır, xüsusilə də cinsi əlaqədə olmaq.[4]
📌Dipnotlar:
[1] “Urvətul-vusqa” (15 müctəhidin haşiyəsi), Orucun vacib olma şərtləri, 6-cı şərt, məsələ 6.
Müəllifin rəyi: Müsafirə və ümumiyyətlə oruc tutmamaqda üzrlü şəxslərə Ramazan ayında gündüz yemək-içməklə özünü doyurmaq məkruhdur. Həmçinin gündüz cinsi əlaqədə olmaq məkruhdur və bu məkruhluq daha da kəskindir.
[2] Seyid Əli Xamenei, Beynəlxalq İstifta şöbəsi araşdırma bölməsi.
[3] Məkarim Şirazi, “Risalə”, məsələ 1449.
[4] Seyid Əli Sistani, “Minhac”, məsələ 1041.
📚Mənbə: "Müsafirin hökmləri" kitabı; Eldar Əlihüseynzadə
"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)
Sosial şəbəkələrdə bizi izləyin:
Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P
Telegram: https://t.me/saqeleyn
İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y=
Youtube: https://m.youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w
Sual, təklif və iradlar üçün adminlə əlaqə:
@Seqeleyn_merkezi
Sosial şəbəkələrdə bizi izləyin:
Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P
Telegram: https://t.me/saqeleyn
İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y=
Youtube: https://m.youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w
Sual, təklif və iradlar üçün adminlə əlaqə:
@Seqeleyn_merkezi
Rəhman və Rəhim Allahın adı ilə
🔰Müsafirin orucunun hökmləri (ardı)
Təfərrüatlar
1⃣2⃣-ci məsələ: Boynunda vacib orucu olan şəxsin səfərdə oruc tutmağı nəzir etməsinin hökmü
✅Müctəhidlərin əksəriyyətinin nəzərinə əsasən, boynunda vacib orucu olan şəxs[1] səfərdə namazı qəsr olduğu hallarda müəyyən bir günü müstəhəb oruc tutmağı nəzir edə bilər.[2]
Amma bu şəxsin (yəni boynunda vacib orucu olan şəxs) vətəndə, yaxud səfərdə namazı tam olan halda oruc tutmasını nəzir etməsi ilə bağlı üç hal qarşıya çıxa bilər:
1-ci hal: Müəyyən günü nəzərə almadan, nəzir edir ki, bir, yaxud bir neçə gün oruc tutsun. Bu halda nəzri səhihdir.
2-ci hal: Nəzir edir ki, müəyyən bir gündə oruc tutsun və bundan öncə vacib oruclarını tutmağa zaman baxımından fürsəti var. Bu halda da nəzri səhihdir.
3-cü hal: Nəzir edir ki, müəyyən bir gündə oruc tutsun və bundan öncə vacib oruclarını tutmağa zaman baxımından fürsəti yoxdur. Bu halda nəzrin səhih olması baxımından müctəhidlər arasıda fikir ayrılığı var.[3]
Buna əsasən ikinci halda səfərdə oruc tutmağı nəzir edə bilər.
✅Ayətullah Xameneinin rəyi: Yalnız müstəhəb oruc nəzri səhih olan hallarda müsafir olmayan zaman (məsələn, vətəndə olan zaman) müəyyən bir günü səfərdə oruc tutacağını nəzir edərsə, bu nəzir səhihdir.[4]
İzah: Boynunda Ramazan ayının qəza orucu olan şəxs qeyri-müəyyən bir gündə müstəhəb oruc tutmağını nəzir edə bilər, bu şərtlə ki, qəza orucunu nəzir orucundan öncə tutmaq məqsədi ilə nəzir etsin[5] (və vaxt baxımından buna fürsəti olsun. Bu halda, gərək qəza orucunu nəzir orucundan qabaq tutsun). Həmçinin boynunda Ramazan ayından başqa vacib orucu olan şəxs müstəhəb oruc nəzir edə bilər, bu şərtlə ki, vacib-ehtiyata əsasən, həmin vacib orucu nəzir orucundan qabaq tutmaq məqsədilə nəzir etsin.[6]
Buna əsasən, əgər belə bir şəxs müsafir olmayan halda (məsələn, vətəndə olan halda) nəzir etsə ki, səfərdə müəyyən günü müstəhəb oruc tutsun, (qeyd edilən şərtlərlə) nəzri səhihdir.[7]
Qeyd: Başqalarının icarə ilə öhdəsinə götürdüyü vacib oruclarını yerinə yetirmək şəxsə icarə öhdəliyi baxımından vacib olur, orucların özü ona deyil, sahibinə vacibdir. İcarə götürənə vacib olan əməl icarəyə əməl etməkdir. Buna görə, boynuna icarə vasitəsilə oruc götürən şəxs müstəhəb oruc tutmağı nəzir edə bilər.[8]
✅Ayətullah Sistaninin rəyi: Boynunda vacib orucu olan şəxs səfərdə namazı qəsr olan hallarda vacib-ehtiyata əsasən, müstəhəb oruc tutmağı nəzir edə bilməz.[9]
Yalnız müstəhəb oruc nəzri səhih olan hallarda müəyyən bir günü səfərdə oruc tutacağını nəzir edərsə, bu nəzir səhihdir.
İzah: Boynunda Ramazan ayının qəza orucu olan şəxs qeyri-müəyyən bir gündə müstəhəb oruc tutmağını nəzir edə bilər, lakin nəzir orucunu qəza orucundan öncə tuta bilməz. Həmçinin bu şəxs müəyyən bir gündə müstəhəb oruc tutmağını nəzir edə bilər, bu şərtlə ki, vaxt baxımından qəza orucunu nəzir orucundan öncə yerinə yetirməsinə fürsəti olsun. Bu halda, nəzir orucunu qəza orucundan öncə tuta bilməz.[10]
Boynunda Ramazan ayının qəzasından başqa (Ramazanın kəffarə orucu, başqa bir nəzir orucu, yaxyd icərə orucu kimi) vacib orucu olan şəxs müstəhəb oruc nəzir edə bilər.[11]
✅Ayətullah Məkarimin rəyi: Bouynunda (icarə ilə vacib olan orucdan başqa digər)[12] vacib orucu olan şəxs (istər Ramazan ayının qəzası olsun, istər digər vacib oruc) vacib-ehtiyata əsasən, müstəhəb oruc tutmağı nəzir edə bilməz.[13]
Buna əsasən, bu şəxs səfərdə (yaxud qeyri-səfərdə) müstəhəb oruc tutacağını nəzir edərsə, vacib-ehtiyata əsasən, nəzrinə əməl etməlidir.
Lakin bu şəxs nəzir edərkən nəzir orucunu vacib orucları yerinə yetirdikdən sonra tutacağını şərt qoysa və müəyyən bir günün orucunu nəzir etdikdə buna zaman baxımından fürsət də olsa, bu nəzir səhihdir. Bu halda, nəzir orucunu boynunda olan vacib orucdan öncə tuta bilməz.[14]
Lakin bununla belə, bu şəxs müstəhəb orucu səfərdə tutmasını nəzir edərsə, bu nəzrin səhih olması işkallıdır və nəzir etdikdə vacib-ehtiyata əsasən, nəzrinə əməl etməlidir.[15]
📚Mənbə: "Müsafirin hökmləri" kitabı; Eldar Əlihüseynzadə
"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)
🔰Fitrə zəkatını Fitr bayramından öncə ödəməyin hökmü
A) Ramazan ayından öncə
✅Bütün müctəhidlərin nəzərinə əsasən fitrə zəkatını Ramazan ayından öncə ödəmək düzgün deyil.
B) Ramazan ayı əsnasında
✅Ayətullah Məkarim Şirazi və Ayətullah Xamenei: Vacib-ehtiyata əsasən fitrə zəkatını Ramazan ayı əsnasında (Fitr bayramı axşamından öncə) ödəmək kifayət deyil və mükəlləfin boynundan vəzifə götürülmür.
✅Ayətullah Sistani: Ramazan ayı əsnasında (Fitr bayramı axşamından öncə) fitrə zəkatını ödəməyin maneəsi yoxdur. Sadəcə yaxşı olar ki, fitrə zəkatı Ramazan ayı əsnasında verilməsin.
📌Qeyd 1: Ramazan ayından öncə ya Ramazan ayı əsnasında fəqirə borc verib və fitrə vacib olan zaman həmin borcu fitrə zəkatı olaraq hesablamağın maneəsi yoxdur.
📌Qeyd 2: Birinci dəstə müctəhidlərin nəzəri, vacib-ehtiyat olduğu üçün həmin müctəhidlərin müqəllidləri bu məsələdə Ayətullah Sistani ya Ayətullah Vəhid Xorasaniyə müraciət edə bilərlər.
"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)
Sosial şəbəkələrdə bizi izləyin:
Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P
Telegram: https://t.me/saqeleyn
İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y=
Youtube: https://m.youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w
Sual, təklif və iradlar üçün adminlə əlaqə:
@Seqeleyn_merkezi
🔰Fitrə zəkatının növü və miqdarı
☑️Əsas məsələ: Fitrə zəkatı vermə şərtlərinə malik olan hər şəxs özü və onun çörək yeyənləri (ailə üzvlərindən biri kimi) sayılan hər nəfər üçün, buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi o məntəqənin yemək növlərindən sayılan qidalardan bir sa (təqribən 3 kq.) fəqirə fitrə zəkatı ünvanında ödəməlidir. Əgər bunlardan hər hansının pulunu versə, kifayətdir.
📌Bu məsələdə müctəhidlərin nəzərləri arasında olan fərqlərə diqqət edin⤵️:
✅Ayətullah Sistani: Fitrə zəkatı hər adam üçün ən azı 3kq və insanlar arasında yeyilməsi adət edilən qida məhsullarından olmalıdır. Həmçinin qeyd olunan miqdarda qıdanın pulunu da çıxartmaq icazəlidir.
✅Ayətullah Məkarim Şirazi: Fitrə zəkatı hər adam üçün ən azı 3kq və vacib-ehtiyata əsasən insanlar arasında yeyilməsi adət edilən qida məhsullarından olmalıdır. Həmçinin qeyd olunan miqdarda, qidanın pulunu da çıxartmaq icazəlidir.
✅Ayətullah Xamenei: Fitrə zəkatı hər adam üçün ən azı 3kq və qida üçün istifadə edilən məhsullardan olmalıdır[1]. Həmçinin qeyd olunan miqdarda qıdanın pulunu da çıxartmaq icazəlidir.
📌Dipnot:
1- Ayətullah Xameneinin nəzəri (digər müctəhilərindən fərqli olaraq), çıxarılan fitrə zəkatının ümumi olaraq qida üçün istifadə edilən məhsullardan olmasıdır. Digər müctəhidlər fitrə zəkatının, yeyilməsi adət edilən qida məhsullarından olmasını şərt bilirlər.
"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)
Sosial şəbəkələrdə bizi izləyin:
Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P
Telegram: https://t.me/saqeleyn
İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y=
Youtube: https://m.youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w
Sual, təklif və iradlar üçün adminlə əlaqə:
@Seqeleyn_merkezi
[3] Qeyd edək ki, bu, ümumiyyətlə müstəhəb orucları nəzir etməyə aiddir və sadəcə səfərə məxsus deyil.
[4] Seyid Əli Xamenei, Orucun hökmləri, cavab 212, 221, 222.
[5] Seyid Əli Xamenei, Orucun hökmləri, cavab 221, 222; “Mənaseke həcc” (muhəşşa), səh. 563. Burada bu nəzrin batil olması fətva olaraq bəyan edilir.
[6] Seyid Əli Sistani, “Risalə”, məsələ 1687, 1028; “Came”, məsələ 2510, 2512, 2513.
[7] Seyid Əli Sistani, “İstiftaat” (fars).
[8] Məkarim Şirazi, “Risalə”, məsələ 1443.
[9] Məkarim Şirazi , “Mənaseke umreye mufrədə” (Ümrənin əməlləri), məsələ 730.
[10] Seyid Əli Xamenei, “İstifta”, kod: zrzkppk.
[11] Seyid Əli Sistani, “Minhac”, məsələ 2509, “İstiftaat” (fars).
[12] Məkarim Şirazi, “İstiftaat”, Qəza orucunu səfərdə tutmağı nəzir etməyin hökmü; “İstifta”, kod: 9809200085.
📚Mənbə: "Müsafirin hökmləri" kitabı; Eldar Əlihüseynzadə
"Səqəleyn" Fiqh və Hüquq Mərkəzi (İstifta heyəti)
Sosial şəbəkələrdə bizi izləyin:
Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P
Telegram: https://t.me/saqeleyn
İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y=
Youtube: https://m.youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w
Sual, təklif və iradlar üçün adminlə əlaqə:
@Seqeleyn_merkezi
Rəhman və Rəhim Allahın adı ilə
🔰Müsafirin orucunun hökmləri (ardı)
Təfərrüatlar
1⃣1⃣-ci məsələ: Nəzir orucunu səfərdə tutmağın hökmü
✅Qeyri-müəyyən günün orucunu nəzir edən şəxs onu səfərdə (namazı qəsr olan hallarda) yerinə yetirə bilməz. Məsələn, nəzir edir ki, oruc tutsun, lakin onun gününü təyin etmir.
Həmçinin qeyri-müəyyən bir günün orucunu səfərdə namazın qəsr olduğu hallarda yerinə yetirməsini, yaxud istər səfərdə, istər vətəndə yerinə yetirməsini nəzir edərsə, bu nəzir batildir. Amma səfərdə namazı tam olduğu halda oruc tutacağını nəzir etsə, bu nəzir səhihdir.
Amma müəyyən bir gün səfərdə oruc olacağını nəzir edərsə, gərək onu səfərdə (hətta namazın qəsr olduğu hallarda) yerinə yetirsin. Həmçinin müəyyən bir gündə oruc olacağını nəzir etsə və hətta səfərdə olacağı təqdirdə belə onu tutacağını bildirsə, bu halda, yerinə yetirməyi vacibdir və səfərdə (hətta namazın qəsr olduğu hallarda) onu yerinə yetirə bilər.[1]
📌Qeyd: Bəzi müctəhidlərin nəzərinə əsasən, səfərdə oruc tutmaq üçün şəxsin oruc nəzrini səfərdən öncə nəzir etməsi şərt deyil. Əgər istəsə, səfərdə müsafir olan halda da nəzir edə bilər.
Bəzi müctəhidlər isə səfərdə edilən oruc nəzrini batil bilirlər. Qeyd edək ki, bu hökmlər səfərdə namazın qəsr olduğu hala aiddir. Amma səfərdə namaz tam olduqda, şübhəsiz, səfərdə olarkən orada oruc tutmağı nəzir edə bilər.
📢Diqqət: Nəzir orucu gərək müstəhəb oruc olsun. Vacib orucu nəzir etmək olmaz.[2] Məsələn, şəxs Ramazan ayının orucunu, yaxud Ramazan ayının qəza orucunu səfərdə tutmağı nəzir edə bilməz.[3]
✅Ayətullah Xameneinin rəyi: On birinci məsələdə qeyd olunduğu kimidir.[4]
Qeyd: Şəxs səfərdə olan halda oruc tutmağı nəzir edərsə, bu nəzir vacib-ehtiyata əsasən, səhih deyil. Səfərdə nəzir orucu tutmaq üçün vacib-ehtiyata görə, gərək nəzri vətəndə (ya müsafir olmayan halda) etsin. Həmçinin ehtiyat-vacibə əsasən, gərək bu nəzir fəcrdən (sübh azanından) öncə olsun. Belə ki, gündüz nəzir edərsə, həmin gündən başqa bir günü nəzir etsin.[5]
✅Ayətullah Sistaninin rəyi: On birinci məsələdə qeyd olunduğu kimidir.[6]
Qeyd: Müsafir səfərdə olan zaman müəyyən günü müstəhəb oruc tutacağını nəzir edə bilər. Amma sübh azanından sonra həmin günün orucunu tutmağı nəzir etməsi işkallıdır.[7] Məsələn, səfərdə olan zaman sabahkı günü oruc olacağını nəzir etsə, nəzri səhihdir və səfərdə orucunu tutmalıdır.
✅Ayətullah Məkarimin rəyi: Qeyri-müəyyən günün orucunu nəzir edən şəxs onu səfərdə (namazın qəsr olduğu hallarda) yerinə yetirə bilməz. Amma müəyyən bir gün səfərdə oruc olacağını, yaxud müəyyən bir gün səfərdə olsa belə, oruc olacağını nəzir etsə, vacib-ehtiyata görə, səfərdə olsa belə, orucunu tutmalıdır.[8]
📌Qeyd: Səfərdə olan halda oruc tutmağı nəzir etdikdə bu nəzirə əməl etməyin vacib olması işkallıdır. Nəzir edərsə, vacib-ehtiyata əsasən, gərək orucu səfərdə tutsun.[9]
❓Sual: Nəzir orucu yalnız müstəhəb oruc olmalıdır, yoxsa digər vacib orucları da nəzir etmək olar? Məsələn, Ramazan ayının orucunu səfərdə tutmağı nəzir edə bilərmi? Yaxud səfərdə müəyyən bir gün Ramazan ayının qəza oruclarından tuta bilərmi?
✅Ayətullah Xamenei,[10] Ayətullah Sistani[11] və Ayətullah Məkarimin rəyi:[12] Nəzir orucu yalnız müstəhəb oruc ola bilər. Əgər səfərdə müəyyən gün Ramazan ayının qəza oruclarından tutacağını nəzir etsə, bu nəzir səhih deyil.
📌Dipnotlar:
[1] “Urvətul-vusqa” (15 müctəhidin haşiyəsi), Orucun səhih olma şərtləri, 5-ci şərt; “İzahlı şəriət məsələləri” (13 müctəhidin fətvası əsasında), məsələ 1717.
[2] Bəzi müctəhidlər vacib bir əməli nəzir etməyi düzgün hesab edirlər. Belə ki, bir şəxs vacib həcci, namazı, yaxud orucu nəzir edərsə, bu nəzir səhihdir və nəticədə bu vacib daha da təkidlənir. Bu vacibi tərk etdikdə günah etməsindən və (orucun) qəzasının vacib olmasından əlavə, boynuna nəzri sındırmağın kəffarəsi də gəlir. Bax: “Qəvaidul-əhkam fi mərifətil-həlali vəl-həram” (Əllamə Hilli), c. 3, səh. 288; “Ər-rovzətul-bəhiyyə fil-lumətud-dəməşqiyyə” (Şəhid Sani), c. 1, səh. 449; “Cameul-məsail” (Məhəmmdətəqi Bəhcət), c. 4, səh. 488.
