en
Feedback
"Səqəleyn" - Fiqh və Hüquq Mərkəzi

"Səqəleyn" - Fiqh və Hüquq Mərkəzi

Open in Telegram

Sual, təklif və iradlar üçün adminlə əlaqə: @Seqeleyn_merkezi

Show more
587
Subscribers
No data24 hours
+47 days
+1430 days
Posts Archive
Rəhman və Rəhim Allahın adı ilə 🔰Həddi-buluğa çatmayan uşağın mülkünü istifadə etməyin hökmü 🔷Müqəddəs İslam şəriətinə əsasən həddi-buluğa çatmayan uşağın mülkü (daşınan və ya daşınmaz olmasından aslı olmayaraq) atası və babası (atasının atası) tərəfindən müəyyən şərtlər altında istifadə edilə bilər. 🔷Bu arada bir sıra müctəhidlər uşağa məxsus mal-mülkün istifadəsini, uşaq üçün mənfəət kəsb etdiyi və məsləhətli olduğu halda icazəli bilirlər, digər bir sıra müctəhidlər isə (mənfəəti olmasa belə) zərərin olmadığı təqdirdə həmin mülkün istifadə edilməsinə icazə verirlər. 🛑Aşağıda bu məsələ ilə bağlı mərcei-təqlidlərin fətvalarını nəzərinizə çatdırırıq: ✅Ayətullah Xamenei[1] və Ayətullah Sistani[2]: Ata və baba (atanın atası), zərər və ziyan olmadığı təqdirdə uşağa məxsus olan mülkü istifadə edə bilərlər. ✅Ayətullah Məkarim Şirazi[3]: Ata və baba (atanın atası ) vacib-ehtiyata əsasən yalnız mənfəət və məsləhət olduğu təqdirdə uşağın mülkünü istifadə edə bilərlər. 📌Dipnotlar: 1) Ayətullah Xameneinin ofisi, sual-cavab bölməsi, İstifta kodu :r5g2rmz 2) Ayətullah Sistani, "Minhacus-salihin", 2-ci cild 85-ci məsələ 3) makarem.ir , sual-cavab bölməsi, "Ata və babanın uşağın malını istifadə etməsi" barədə sual-cavab Sual, təklif və iradlar üçün adminlə əlaqə: @Seqeleyn_merkezi Sosial şəbəkələrdə bizi izləyin: Telegram: https://t.me/saqeleyn https://t.me/saqaleynkelam İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y= Youtube: https://youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P

Rəhman və Rəhim Allahın adı ilə 🔰Qadının müməyyiz uşağın yanında hicaba riayət etməsi ✅Ayətullah Xamenei Sual: Qadın muməyyiz✳️ oğlan uşağının (yaxşı-pisi anlayan oğlan uşağının) yanında hicabsız gəzə bilərmi? Cavab: Qadın saç və bütün bədən üzvlərini - üz və əlləri istisna olmaqla - ehtiyat vacibə əsasən həddi-büluğa çatmamış lakin yaxşını və pisi anlayan və şəhvətli baxışlara malik olan oğlan uşağından gizlətməlidir[1]. ✅Ayətullah Sistani: Qadın saç və bütün bədən üzvlərini - üz və əlləri istisna olmaqla - vacib ehtiyata əsasən həddi-büluğa çatmamış lakin yaxşını və pisi anlayan və qadına baxmaqla şəhvətinin hərəkətə gəlməsi ehtimal olunan oğlan uşağından gizlətməlidir[2]. ✅Ayətullah Məkarim Şirazi: Qadın saç və bütün bədən üzvlərini - üz və əlləri istisna olmaqla - ehtiyat müstəhəbə əsasən həddi-büluğa çatmamış lakin yaxşını və pisi anlayan və şəhvətli baxışlara malik olan oğlan uşağından gizlətməlidir[3]. ✳️Burada müməyyiz uşaq dedikdə (ötən yazıda qeyd edildiyi kimi) muməyyizin xüsusi mənası nəzərdə tutulur. Yəni ümumi şəkildə olsa belə cinsi məsələlərə agahlığı olan və şəhvətli baxışlara sahib olan oğlan uşağı nəzərdə tutulur. ☑️Qeyd: Bir uşağın şəhvətli baxışlara sahib olub-olmaması məlum olmasa o zaman Ayətullah Xameneinin müqəllidlərinə müməyyiz uşağın yanında örtünmələri vacib deyil. Ancaq Ayətullah Sistaninin müqəllidləri ehtiyat vacibə əsasən hicaba riayət etməlidirlər. 📌Dipnotlar: 1- Ayətullah Xamenei; leader.ir 2- Ayətullah Sistani; "Tozihul-məsail"; 2453-cü məsələ 3- Ayətullah Məkarim Şirazi; "Tozihul-məsail", məsələ. 2082 Sual, təklif və iradlar üçün adminlə əlaqə: @Seqeleyn_merkezi Sosial şəbəkələrdə bizi izləyin: Telegram: https://t.me/saqeleyn https://t.me/saqaleynkelam İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y= Youtube: https://youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P

Qəhhar Allahın adı ilə 🔰Qəsbkar sionist rejiminə kömək etmək barədə böyük İslam alimlərinin fətvası 🔷Sionist İsrail rejiminə məxsus olan malların alqı-satqısı, habelə onlara məxsus olan şirkət və ticarət müəssisələrində işləmək və az miqdarda olsa belə faydası bu rejimə çatan istənilən sahədə xidmət göstərmək şəriət baxımından haramdır[1]. 🔷Hansısa məhsulun, ticarət şirkətlərinin və ya müəssisələrinin qeyd olunan rejimə aid olub-olmamasını təyin etmək mükəlləfin öz öhdəsindədir. 📌Dipnot: 1) Ayətullah Xamenei, Əcvibətul-istiftaat, Qeyri-müsəlmanlarla ticarətin hökmləri, 1347-1352 sual-cavab; Ayətullah Sistani, sistani.org, İstiftaat bölməsi; Ayətullah Məkarim Şirazi, makarem.ir, İstiftaat bölməsi, "Mənfəəti sionizmə çatan ticarətin hökmləri" barədə sual-cavab Sual, təklif və iradlar üçün adminlə əlaqə: @Seqeleyn_merkezi Sosial şəbəkələrdə bizi izləyin: Telegram: https://t.me/saqeleyn https://t.me/saqaleynkelam İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y= Youtube: https://youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P

Aşağıdakı variantlardan hansı doğrudur?
Anonymous voting

🔰Müməyyizin meyarları ✅Müməyyiz lüğət və terminologiyada 🔷Müməyyiz lüğətdə "ayıran", "fərq qoyan" və ya "pisi yaxşıdan ayıran" mənasınadır. Həmçinin lüğətdən götürülərək şəriət termini olaraq "həddi-buluğa çatmamış lakin pisi yaxşıdan ayıra bilən uşağa" deyilir. ✅Müməyyizin mənası mövzuya görə dəyişir 🔷Burada diqqət ediləsi məqam budur ki, yuxarıda qeyd olunan terminoloji məna müməyyizin ümumi mənasıdır. Beləki şəriətin müxtəlif mövzularında həmin mövzuya uyğun olaraq müməyyizin terminoloji mənası xüsusiləşir və həmin mövzuya uyğun məna edilir. 🔷Nümunə olaraq namaz mövzusunda uşağın müməyyiz olması, onun ümumi şəkildə də olsa namazın nə olmasını başa düşməsi mənasınadır. Həmçinin alqı-satqı məsələsində müməyyiz, bunun bir alqı-satqı olduğunu anlayan və iki malın bir-birinin əvəzində dəyişməsini bilən şəxsdir. Deməli, ola bilər ki, bir şəxs hər hansısa bir mövzuda müməyyiz olsun, digər mövzuda isə yox. 🔷Nəticə: Müməyyizin ümumi mənası olduğu kimi şəriətin hər bir mövzusunda həmin mövzuya uyğun şəkildə xüsusi mənası vardır. ✅Müməyyiz üçün xüsusi yaş həddi yoxdur 🔷Bunu da qeyd etmək yerinə düşər ki, müməyyiz uşaq üçün xüsusi yaş həddi yoxdur; yəni bu məsələ şəriətin mövzularına və uşağın qavrama istedadına görə fərqlənir. 🔷Buna əsasən mümkündür bir uşaq namaz mövzusunda 7 yaşında, lakin alqı-satqı və digər mövzularda daha yuxarı yaşlarda müməyyiz həddinə çatsın. ✅Müməyyiz uşaq barədə bəhsin faydası 🔷Müməyyiz uşağın təklifi yoxdur, amma bununla belə onu müməyyiz olmayan uşaqdan və həddi-büluğa çatmış yeniyetmədən fərqini müəyyənləşdirməyin fiqhdə bir neçə faydası vardır. 🔷Bəzi hökmlər, həddi-büluğ şəxslərin onun qarşısında olan təkliflərinə aid edilir. Məsələn, müməyyiz uşağın qarşısında hicabsız görünmək olar ya yox? 🔷Bir sıra hökmlər də, uşağın özü ilə əlaqədardır. Məsələn müməyyiz uşağın ibadəti ya alqı-satqı zamanı müamiləsi səhihdirmi? ☑️Bu baxımdan müməyyiz olmanın meyarını bilmək əhəmiyyət kəsb edir. 🔰Müməyyiz uşağın meyarları barədə mərcei-təqlidərin nəzərləri:* *✅Hər üç mərcei-təqlidin rəyi:* Müməyyiz, həddi-büluğa çatmayan, lakin yaxşı və pisi anlayan uşağa deyilir. Yaxşı və pisdən məqsəd odur ki, ürfdə yaxşı və pis sayılsın. Bunun xüsusi yaş həddi yoxdur və uşaqların istedad və dərkinə görə, həmçinin müxtəlif mövzulara görə fərqlənə bilər.[1] *❗Dipnotlar:* 1- Ayətullah Xamenei, "Əcvibətul-istiftaat", 1893-cü məsələ; Ayətullah Sistani, "İzahlı şəriət hökmləri", 1-ci cild, səh.41-42; Ayətullah Məkarim Şirazi, "Əl-fətavəl-cədidə", 3-cü cild, 568-ci sual

Həddi-buluğun son həddi nədir?
Anonymous voting

🔹 "Səqəleyn Fiqh və Hüquq Mərkəzi"nin hövzə dərsləri. 1. Ustad Eldar, (Ana kanal) https://t.me/UstadEldar 2. Səqəleyn hövzə dərsləri. https://t.me/Seqeleyn_hovze_dersleri 3. Əl-Həlqətus-Salisə, (Şəhid Sədr) الحلقة الثالثة (الشهید محمد باقر الصدر) 👤 Ustad: Eldar Əlihüseynzadə. https://t.me/joinchat/27gOZ0ejqIdlMDdk 4. Müsafir namazı, ("Əl-Urvətul-Vusqa"nın şərhi) صلاة المسافر (شرح العروة الوثقی) 👤Ustad: Eldar Əlihüseynzadə. https://t.me/joinchat/WLZ4hsfTng1lNDU0 5. Xums, ("Əl-Urvətul-Vusqa"nın şərhi) کتاب الخمس (شرح العروة الوثقی) 👤 Ustad: Eldar Əlihüseynzadə. https://t.me/Ustad_Eldar_Xums 6. Xanımlara aid hökmlər, ("Əl-Urvətul-Vusqa"nın şərhi) أحکام النساء (شرح العروة الوثقى) 👤 Ustad: Eldar Əlihüseynzadə. https://t.me/Ustad_Eldar_Dima 7. Əl-Qəvaidur-Ricaliyyə, (Şeyx İrəvani) və Kulliyyat fi elmir-Rical, (Ayətullah Subhani) və Ər-Ricalut-Tətbiqi (azad bəhs) القواعد الرجالية(الشيخ الايرواني)_کلیات فی علم الرجال آیه الله سبحانی)_ الرجال التطبیقی( بحث حر) 👤 Ustad: Eldar Əlihüseynzadə. https://t.me/joinchat/xx4BA8lnsGUyYmQ0 8. Əl-Lum'ətud-Diməşqiyyə, (Əl-Qəza vəş-Şəhadat, Əl-Hudud, Əl-Qisas, Əd-Diyat) اللمعة الدمشقية(القضاء و الشهادات؛ الحدود؛ القصاص؛ الدیات) 👤 Ustad: Eldar Əlihüseynzadə. https://t.me/joinchat/-rh-9pmAmv41ZGJk 9. Əl-Lum'ətud-Diməşqiyyə, (Namaz) اللمعة الدمشقية(الصلاة) 👤 Ustad: Eldar Əlihüseynzadə. https://t.me/joinchat/JbHn6uuLvWc2ODk0 10. Əl-Məntiq, (Şeyx Muzəffər)  _ المنطق للمظفر 👤 Ustad: Eldar Əlihüseynzadə. https://t.me/joinchat/iObUJpx1vIo2ZTFk 11. Minhacus-Salihin, (Seyid Sistani) منهاج الصالحين (السيد السيستاني) 👤 Ustad: Eldar Əlihüseynzadə. https://t.me/joinchat/o8J3hNAx82AzYTFk 12. Əl-Fiqhul-İstidlali, (Şeyx İrəvani) الفقه الاستدلالي(الشيخ الإيرواني) 👤 Ustad: Eldar Əlihüseynzadə. https://t.me/joinchat/1au8bWjob581N2U8 13. Əhkam dərsləri, _ الأحكام 👤 Ustad: Eldar Əlihüseynzadə. https://t.me/joinchat/1eSa8fFCSypiMThk 14. Kitabul-Məkasib, (Şeyx Ənsari) المکاسب (للشیخ الانصاری) 👤 Ustad: Eldar Əlihüseynzadə. https://t.me/Ustad_Eldar_Mekasib 15. Ayın əvvəlinin sübut olunması, _ رؤية الهلال 👤 Ustad: Eldar Əlihüseynzadə. https://t.me/Ustad_Eldar_hilal_behsleri 16. Əhkam ayələrinin təfsiri, (Azad bəhs) تفسیر آیات الاحکام ( بحث حر) 👤 Ustad: Eldar Əlihüseynzadə. https://t.me/Ustad_Eldar_Ayatul_Ahkam 17. Əl-Həlqətus-Saniyə (الحلقة الثانية) 👤 Ustad: Eldar Əlihüseynzadə. https://t.me/Ustad_Eldar_Helqe_Saniye 18. Etiqad dərsləri _ دروس في الاعتقاد 👤 Ustad: Eldar Əlihüseynzadə. https://t.me/Ustad_Eldar_Etiqad 19. Əl-Həlqətul-Uula və Əl-Həlqətus-Saniyə, (Şəhid Sədr) الحلقة الأولی و الحلقة الثانية (الشهيد محمد باقر الصدر) 👤 Ustad: Əli Əliyev. https://t.me/Usul_dersleri 20. Minhacus-Salihin, (Seyid Sistani) منهاج الصالحین للسید السیستاني 👤 Ustad: Famil Nuriyev. https://t.me/minhacusSalihin 21. Əl-Bəhcətul-Mərziyyə fi şərhi Əlfiyyəti İbni Malik Lis-Suyuti, البهجة المرضية في شرح ألفية ابن مالک للسیوطي 👤 Ustad: Famil Nuriyev. https://t.me/Serh_Syuti 22. Ər-Rövzətul-Bəhiyyə, (Şərhi Lümə) الروضة البهیة (شرح اللمعة) 👤 Ustad: Məhəmməd Bağırov. https://t.me/MirzaMuhammadBaqirov 23. Əl-Həlqətul-Uula (Şəhid Sədr) الحلقة الأولى (الشهيد محمد باقر الصدر) 👤 Ustad: Ceyhun Məmmədov. https://t.me/usul_dersi 24. Əvamil _ العوامل 👤 Ustad: Ceyhun Məmmədov. https://t.me/evamil_dersleri 25. Müasir Kəlam." _ كلام جديد 👤 Ustad: Elvin Əzimov. https://t.me/moaser_kelam 26. Əxlaq dərsləri 👤 Ustad Hacı Xəlil İsmaylov 👤 Ustad Hacı Adil Əhmədov https://t.me/exlaq_dersi 📚 📚 📚 📚 📚 📚 📚 📚 📚 📚

Rəhman və Rəhim Allahın adı ilə 🔰Həddi-büluğun əlamətləri 🔷Öncəki, paylaşımda qeyd etdiyimiz kimi, təklif həddinin şərtlərindən biri şəxsin həddi-büluğa çatmasıdır. 🔷Həddi-büluğ əlamətlərindən hər hansı biri şəxsdə müşahidə olunmayınca şəri baxımdan onun həddi-büluğ olmağına hökm olunmur və şəri hökmləri yerinə yetirmək ona vacib deyil. Bu əlamətlər insanın kamilliyinə və vəzifə həddinə çatmasına işarədir. Qız oğlandan bir neçə il əvvəl vəzifəyə çatdığı üçün qadının vəzifəni şərəflə yerinə yetirməkdə irəliləməsi onun Allahla ünsiyyətə və kamilliyə doğru getməyə daha tez hazır olmasına işarədir. 🔷Müctəhidlər arasında heç bir fikir ayrılığı yoxdur ki, həddi-büluğun son əlaməti şəxsin yaşıdır. Belə ki, (həddi-büluğun digər əlamətləri olmasa belə) oğlanlar hicri-qəməri tarixi ilə 15, qızlar isə bu tarixlə 9 yaşına✳️ çatarsa, artıq həddi-büluğa çatmış hesab edilirlər. 🔷Müctəhidlər oğlanların bu yaşdan öncə də həddi-büluğa çatmasını mümkün hesab edirlər. Əgər onlarda 15 yaşdan öncə bəzi həddi-büluğ əlamətləri müşahidə olunarsa, həddi-büluğa çatmış olurlar. Alimlər arasında yekdilliklə qəbul edilən (oğlanlarda 15 yaşdan öncə görsənilməsi mümkün olan) əlamətlər aşağıdakılardır: 1. Spermanın xaric olması 2. Övrətin üzərində qalın tüklərin bitməsi Bəzi müctəhidlər bu iki əlamətə əlavə olaraq üzdə tükün bitməsi kimi digər əlamətləri də həddi-büluğ nişanəsi hesab edirlər. 🔷Oğlanlarda döş və qoltuqda tüklərin böyüməsi, səsin ucaldılması və bu kimi şeylər yetkinlik əlaməti deyil. 🔷Amma qızların bu yaşdan öncə həddi-büluğa çatmasının mümkün olması barədə müctəhidlər arasında fikir ayrılığı mövcuddur. ↪️Bəzi müctəhidlər yalnız 9 yaşı qızların həddi-büluğu üçün əlamət hesab edir. ↪️Bəzi müctəhidlər isə digər əlamətlərin olmasını da mümkün hesab edir. Mümkünlüyü qəbul edən alimlər arasında məşhur rəyə əsasən (qızlarda 9 yaşdan öncə görsənilməsi mümkün olan) əlamətlər yuxarıda oğlanlar üçün qeyd edilən həmin 2 əlamətdir. 🔷Heç şübhəsiz heyz, qızlar üçün həddi-büluğ nişanəsidir. Lakin bir çox müctəhidlərin rəyinə əsasən, 9 yaşdan öncə qızların heyz görməsi mümkün deyil, amma bir sıra müctəhidlər bunu da mümkün hesab edirlər. 🔰Təqlid-mərcələrinin nəzərinə əsasən həddi-büluğun əlamətləri aşağıdakılardır:⤵️ ✅Ayətullah Xamenei və Ayətullah Məkarim Şirazi: Aşağıda göstərilən əlamətlərdən hər biri həddi-büluğun əlamətidir: 1️⃣Oğlanlarda hicri-qəməri tarixi ilə on beş yaşın tamam olması, qızlarda isə bu tarixlə doqquz yaşın tamam olması. 2️⃣Övrətin yuxarı hissəsində qalın tüklərin bitməsi 3️⃣Möhtəlim olmaq (spermanın xaric olması) [1] ✅Ayətullah Sistani: Qızda həddi-büluğa çatmanın əlaməti doqquz qəməri ilin tamam olması, oğlanda isə həddi-büluğa çatmasının əlaməti aşağıdakı dörd şeydən biridir: Birincisi: qarnın aşağı hissəsində, övrət yerlərinin üstündə qaba tüklərin böyüməsi İkincisi: üzdə və dodaqların arxasında qalın tüklərin böyüməsi; Üçüncüsü: istər yuxuda, istərsə də oyaqda spermanın çıxması; Dördüncüsü: On beş qəməri ilinin tamamlanması[2]. ✳️Hicri-qəməri tarixi ilə oğlanlarda 15 yaş miladi təqvimi ilə təqribən 14 yaş 6 ay və 20 gün, qızlarda isə 9 yaş miladi təqvimi ilə 8 yaş 8 ay və 25 gündür. ❗Dipnotlar: 1) Ayətullah Xamenei, "Fiqh Risaləsi", Təqlidin hökmləri, səh. 5-6; Ayətullah Məkarim Şirazi, "Tozihul məsail", səh. 408, məsələ 1909 2) Ayətullah Sistani, "İzahlı şəriət məsələləri", 1-ci cild, səh. 40-41 Sual, təklif və iradlar üçün adminlə əlaqə: @Seqeleyn_merkezi Sosial şəbəkələrdə bizi izləyin: Telegram: https://t.me/saqeleyn https://t.me/saqaleynkelam İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y= Youtube: https://youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P

Hər bir təklif və vəzifədə olan ümumi şərtlər hansılardır?
Anonymous voting

Təklifin şərtləri necə hissəyə bölünür?
Anonymous voting

Rəhman və Rəhim Allahın adı ilə 🔰"Mükəlləf" kimə deyilir və təklifin şərtləri hansılardır? 🔷İnsan müəyyən şərtlərə malik olduğu təqdirdə ilahi hökmlər və qayda-qanunlara riayət etməlidir. Sadə ifadə ilə desək, insan müəyyən yaşa və şəraitə çatdığı zaman Allahın əmr və qadağalarını yerinə yetirməlidir. Bu şərtlər “təklif şərtləri” adlanır və həmin şərtlərə malik olan şəxslərə "mükəlləf" deyilir. 🔷 Bu şərtlərdən hər hansı biri olmadığı təqdirdə insanın boynundan təklif və vəzifə götürülür. 🔷Diqqət edilməli məsələ bundan ibarətdir ki, ilahi vəzifələri yerinə yetirmək üçün olan şərtlər iki hissəyə bölünür: 🅰️Ümumi şərtlər (mükəlləf olmaq üçün bu şərtlərin olması kifayətdir. Aşağıda müctəhidlərin nəzərinə əsasən həmin şərtləri qeyd edəcik). 🅱️Xüsusi şərtlər ☑️İZAH: Hər hansı bir təklif və vəzifədə (həddi-buluğ, ağıl və s. kimi) ümumi şərtlər olduğu surətdə bu zaman fərd həmin əməli yerinə yetirməkdə vəzifəli (mükəlləf) olur. Xüsusi şərtlər isə məsələ və şəraitə görə dəyişə bilər. Məsələn oruc təklifinin insanın boynuna gəlməsi üçün şərtlərdən biri oruc tutan şəxsin müsafir olmamasıdır. Deməli oruc təklifinin olması üçün xüsusi şərt müsafir olmamaqdır. ☑️Müctəhidlərin nəzərinə əsasən insanın boynuna təklif və vəzifə gətirən "ümumi şərtlər" aşağıdakılardır: ✅Bütün müctəhidlərin rəyi: Təklif şərtlərinə malik olan şəxsə mükəlləf deyilir. Təklifin şərtləri aşağıdakılardır: 1⃣ Həddi-buluğ✳️ 2⃣ Ağıl (dəli və əqli geriliyi olan şəxs olmasın) 3⃣Qüdrət (aciz olmasın) [1] ✳️ Növbəti paylaşımlarda həddi-buluğun əlamətləri barədə məlumat veriləcək. ❗Dipnotlar: 1- Ayətullah Xamenei, "Risaleye amuzeşi", 1-ci cild, 1-ci fəsil, 1-ci dərs, "Təklifin şərtləri"; Ayətullah Sistani, "Tozihul-məsail", səh.39-40; Ayətullah Məkarim Şirazi, "Risaleye əhkame cəvanan", 1-ci cild, səh.16 Sual, təklif və iradlar üçün adminlə əlaqə: @Seqeleyn_merkezi Sosial şəbəkələrdə bizi izləyin: Telegram: https://t.me/saqeleyn https://t.me/saqaleynkelam İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y= Youtube: https://youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P

Rəhman və Rəhim Allahın adı ilə Bu gündən etibarən kanalda Azərbaycanda daha çox təqlid edilən 3 təqlid mərcəsinin (Ayətullah Xamenei, Ayətullah Sistani və Ayətullah Məkarim Şirazinin) nəzərləri əsasında izahlı şəriət hökmləri paylaşılacaq. Sual, təklif və iradlar üçün adminlə əlaqə: @Seqeleyn_merkezi Sosial şəbəkələrdə bizi izləyin: Telegram: https://t.me/saqeleyn https://t.me/saqaleynkelam İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y= Youtube: https://youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w Whatsapp: https://chat.whatsapp.com/JJw9sGhKmiOHCoWwdI579P

Rəhman və Rəhim Allahın adı ilə ⚫️Aləmlərə rəhmət olaraq göndərilən həzrət Muhəmməd Mustafanın (s) vəfatı və əziz nəvəsi imam Həsən Müctəba (ələyhis-səlamın) şəhadəti münasibəti ilə başda mövlamız imam Məhdiyə (ə.f) və sonra bütün Əhli-beyt(ə) sevərlərə dərin hüznlə başsağılığı veririk. وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ ۚ أَفَإِنْ مَاتَ أَوْ قُتِلَ انْقَلَبْتُمْ عَلَىٰ أَعْقَابِكُمْ ۚ وَمَنْ يَنْقَلِبْ عَلَىٰ عَقِبَيْهِ فَلَنْ يَضُرَّ اللَّهَ شَيْئًا ۗ وَسَيَجْزِي اللَّهُ الشَّاكِرِينَ 📚Muhəmməd yalnız bir peyğəmbərdir ki, ondan öncə (də) peyğəmbərlər gəlib getmişlər. Buna görə də əgər o ölsə və ya öldürülsə, siz öz keçmişinizə qayıdacaqsınız (əqidələrinizdən əl çəkəcəksiniz)?! Öz keçmişinə qayıdan şəxs Allaha heç bir ziyan vurmaz. Allah tezliklə şükr edənləri mükafatlandıracaqdır. Ali-İmran 144 Sosial şəbəkələrdə bizi izləyin: https://youtu.be/8kXJEO9AICs Telegram: https://t.me/saqeleyn İnstagram: https://instagram.com/saqeleyn_fiqh_ve_huquq_merkezi?igshid=YmMyMTA2M2Y= Youtube:https://youtube.com/channel/UCRpurTF4jZ2eUpJ8ZDYG44w

Müəyyən səbəblərdən "Səqəleyn Fiqh və Hüquq Mərkəzi"-nin üzvləri 305-ci əmudda deyil, 313-cü əmudda (sütunda) fəaliyyət göstərəcək.

DOC-20230817-WA0001.

Документ от Musa Hüseynli

Документ от Musa Hüseynli

Документ от Musa Hüseynli