en
Feedback
Capitalist.az

Capitalist.az

Open in Telegram
280
Subscribers
No data24 hours
No data7 days
-230 days
Posts Archive
NASA-nın qırmızı planetə (Mars) təyin etdiyi "İngenuity" helikopteri yeni rekorda imza atıb. NASA-nın qırmızı planetə göndərd
NASA-nın qırmızı planetə (Mars) təyin etdiyi "İngenuity" helikopteri yeni rekorda imza atıb. NASA-nın qırmızı planetə göndərdiyi “İngenuity” helikopteri bu günə qədər bir çox uğurlara imza atıb. 2021-ci ilin aprel ayından planetə göndərilən helikopter son xəbərlərə görə yeni sürət rekordu qırıb. 📌Ətraflı: https://capitalist.az/nasa-nin-mars-helikopterinden-yeni-rekord/q007pTmJXksIwzCcvMJMwaxp/32d789314480f0cf8c39d42e2c5bc9e4 #nasa #mars #kainat #kosmos #ingenuity #helikopter #planet #fyp #capitalist

📌2023-cü ilin aprel statistikasına əsasən ən sürətli mobil internetə malik ölkələr (Mbps ilə) 2023-cü ilin aprel ayına olan
📌2023-cü ilin aprel statistikasına əsasən ən sürətli mobil internetə malik ölkələr (Mbps ilə) 2023-cü ilin aprel ayına olan göstəricilərə əsasən, dünyada ən sürətli internetə malik ölkələr arasında birinci yerdə saniyədə 189,98 meqabit sürətlə (Mbps) Qətərdir. Ardından saniyədə 175,34 meqabit sürətlə Birləşmiş Ərəb Əmirlikləri gəlir. Qətər və BƏƏ-dən başqa ilk 10-luq siyahısında Küveyt, Norveç, Danimarka yer alır. Hollandiya saniyədə 109,13 meqabit sürətlə ilk 10-luq siyahısının sonuncudur. Görmək istədiyiniz statistik təhlilləri şərh bölməsində qeyd edə bilərsiniz. #internet #bəə #qətər #danimarka #texnologiya #norveç #küveyt #capitalist

Brend ilə marka arasındakı fərq onların funksiyasındadır. Brend adı şirkət adı və ya müəyyən bir məhsul və ya xidmətə aid edi
Brend ilə marka arasındakı fərq onların funksiyasındadır. Brend adı şirkət adı və ya müəyyən bir məhsul və ya xidmətə aid edilən ad ola bilər. Bu, şirkətin mal və xidmətlərini təmsil etmək üçün istifadə etdiyi, həmçinin, istehlakçıların bu mal və xidmətləri öz mənbələrinə istinad etmək üçün istifadə etdiyi məfhumdur. 📌Ətraflı: https://capitalist.az/brend-ve-marka-arasindaki-esas-ferq-nedir/masrfkBp2TffMAAOGrzJC84u/f93e0e738aca6c25d5c93092d632ba76 #brend #marka #istehsal #simvol #şirkət #iqtisadiyyat #capitalist

Texnologiya nəhəngi "Google", son zamanların ən populyar texnologiyası olan süni intellektə investisiyalarını davam etdirir.
Texnologiya nəhəngi "Google", son zamanların ən populyar texnologiyası olan süni intellektə investisiyalarını davam etdirir. Şirkət video paylaşma platforması olan "YouTube"a yeni funksiya əlavə etməyə hazırlaşır. Bu funksiya sizə istədiyiniz ifaçının səsindən istifadə etməyə imkan verəcək. 📌Ətraflı: https://capitalist.az/youtubeda-yeni-funksiya-istifadeye-verilecek/MDG77SQMKqPjaPleqm8IU6LJ/32d789314480f0cf8c39d42e2c5bc9e4 #youtube #google #texnologiya #mahnı #platforma #elm #texnika #fyp #capitalist

Bu yazıda sizə daha bir neçə tanınmış brendin istehsal etdikləri ilk məhsullar haqqında məlumat verəcəyik. 1. "Amazon"- Onlay
Bu yazıda sizə daha bir neçə tanınmış brendin istehsal etdikləri ilk məhsullar haqqında məlumat verəcəyik. 1. "Amazon"- Onlayn Kitab Dükanı 2. "Apple" – "Apple Computer I" 3. BMW – Təyyarə Mühərriki 4. "Coca-Cola" – Sirop 5. "Nintendo" – Oyun Kartları 6. "IKEA" – Qələm 7. "Wrigley" – Sabun və qabartma tozu 📌Ətraflı: https://capitalist.az/meshur-brendlerin-istehsal-etdikleri-ilk-mehsullar-ii-hisse/haIZdQIQdeVENUiSdygDts4l/f93e0e738aca6c25d5c93092d632ba76 #amazon #apple #cocacola #ikea #kitab #marka #brend #iqtisadiyyat #capitalist

NASA "16 Psyche" adlı asteroidin qızıl, dəmir və nikel kimi qiymətli metallarla dolu olduğunu aşkarlayıb. Kosmik agentlik ast
NASA "16 Psyche" adlı asteroidin qızıl, dəmir və nikel kimi qiymətli metallarla dolu olduğunu aşkarlayıb. Kosmik agentlik asteroidi tədqiq etmək məqsədilə keçən həftə roket buraxıb və roketin 2029-cu ildə ünvana çatacağı hesab edilir. #nasa #16psyche #asteroid #qızıl #dəmir #metal #roket #kosmos #planet #varlı #texnologiya #fyp #capitalist

"Honda Motor" bildirib ki, 2026-cı ilin əvvəlində Yaponiyada sürücüsüz gəzinti xidmətinə başlamaq üçün "General Motors" və "C
"Honda Motor" bildirib ki, 2026-cı ilin əvvəlində Yaponiyada sürücüsüz gəzinti xidmətinə başlamaq üçün "General Motors" və "Cruise" ilə birgə müəssisə yaratmağı planlaşdırır. Yapon şirkəti açıqlamasında bildirib ki, üç şirkət 2024-cü ilin birinci yarısında birgə müəssisə yaratmaq üçün tənzimləyicilərin təsdiqini gözləyir. 📌Ətraflı: https://capitalist.az/honda-gm-cruise-yaponiyada-birge-muessise-yaratmagi-planlasdirir/jXWhbwVvBm0g0cgvFCgYL1Jn/63c8e575155a1f6739846bbe7eb1cce3 #hondamotor #yaponiya #generalmotors #cruise #şirkət #satınalma #capitalist

📌 Yeni araşdırmalar göstərir ki, süni intelekt, səs qeydindən istifadə edərək 10 saniyədə diabet xəstələrinə diaqnoz qoya biləcək. Kanalı izləyin: @capitalistaz

E-ticarət nəhəngi "Amazon" fəaliyyətini genişləndirmək üçün yeniliklər etməyə davam edir. Şirkət İngiltərə, İtaliya və ABŞ ər
E-ticarət nəhəngi "Amazon" fəaliyyətini genişləndirmək üçün yeniliklər etməyə davam edir. Şirkət İngiltərə, İtaliya və ABŞ ərazisində dronlar vasitəsilə paketlərin çatdırılmasına başlamağı planlaşdırdığını bildirib. Bununla da şirkət həm öz işçilərinin həm də insanların rahatlığını təmin etmək istəyir. E-ticarət nəhəngi bu sistemi həmin ölkələrdə 2024-cü ildən tətbiq etməyi planlaşdırır. 📌Ətraflı: https://capitalist.az/amazon-bezi-olkelerde-catdirilma-xidmeti-ucun-pilotsuz-teyyarelerden-istifade-edecek/mpUvI73CJXVGCpLo2b0EDXEB/32d789314480f0cf8c39d42e2c5bc9e4 #amazon #ticarət #abş #şirkət #italiya #ingiltərə #dron #elm #texnologiya #fyp #capitalist

Bu gün yaşadığımız rəqəmsal dünyada onlayn alış-veriş gündəlik həyatımızın əsas hissəsinə çevrilib. Onlayn şirkətlərə smartfo
Bu gün yaşadığımız rəqəmsal dünyada onlayn alış-veriş gündəlik həyatımızın əsas hissəsinə çevrilib. Onlayn şirkətlərə smartfonlar və masaüstü kompüterlərdən asanlıqla daxil olmaq, alış-verişi daha az stressli və daha rahat edir. Bazarda önəmli rola sahib olan onlayn pərakəndə satış şirkətlərdən biri də "Amazon"dur. 2023-cü ilin aprel ayına qədər olan altı ay ərzində "Amazon" öz veb-saytında 5,9 milyard ziyarətçiyə çatıb. 📌Ətraflı: https://capitalist.az/amazonun-inkisaf-tarixi/LI7zkwWm5UVqBdcLE8aCVFDD/f93e0e738aca6c25d5c93092d632ba76 #amazon #vebsayt #alışveriş #rəqəmsal #pərakəndə #smartfon #kompüter #fyp #capitalist

ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla" bu ilin üçüncü rübü üçün balans hesabatını açıqlayıb. Elektrikli avtomobil i
ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla" bu ilin üçüncü rübü üçün balans hesabatını açıqlayıb. Elektrikli avtomobil istehsalçısının xalis mənfəəti bu ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 44% azalaraq 1,9 milyard dollara düşüb. Keçən ilin eyni dövründə "Tesla"nın xalis mənfəəti 3,3 milyard dollar olub. 📌Ətraflı: https://capitalist.az/teslanin-menfeeti-azalib/xwYSiewJwVsYz2hrri0V9eY7/37506d873664f23b7eac187eedf81a4b #abş #tesla #mənfəət #balans #dollar #avtomobil #milyard #fyp #capitalist

📊2000-2022-ci illərdə qlobal inflyasiya səviyyəsi 2000-ci ildə qlobal inflyasiya səviyyəsi 4,84% olduğu halda, 2022-ci ildə
📊2000-2022-ci illərdə qlobal inflyasiya səviyyəsi 2000-ci ildə qlobal inflyasiya səviyyəsi 4,84% olduğu halda, 2022-ci ildə bu göstərici 8,73% olub. Bu zaman periodunda ən aşağı qlobal inflyasiya səviyyəsi 2009-cu ildə 2,73% göstərici ilə qeydə alınıb. Qeyd edək ki, mütəxəssislər növbəti illərdə qlobal inflyasiya səviyyəsinin azalacağını hesab edirlər. Daha hansı statistik təhlilləri görmək istərdiniz? #data #statistika #inflyasiya #təhlil #işsizlik #pul #iqtisadiyyat #capitalist

"Yahoo!" mövzu kateqoriyalarına görə tərtib edilmiş bir axtarış motoru və Ümumdünya Veb saytlarının kataloqu olan internet pl
"Yahoo!" mövzu kateqoriyalarına görə tərtib edilmiş bir axtarış motoru və Ümumdünya Veb saytlarının kataloqu olan internet platformasıdır. 1994-cü ilin əvvəlində iki fəlsəfə doktoru, Jerry Yang və David Filo faydalı veb saytı yaratmaq üçün birgə çalışmağa başladılar. Beləliklə, indi hər yerdə yayılmış veb portal və qlobal brend "Yahoo!", insanların bir-biri ilə ünsiyyət qurma, məlumat tapmaq və əldə etmə üsullarını dəyişdirən bir sayta çevrildi. 📌Ətraflı: https://capitalist.az/yahoonun-yaranma-tarixi/d9SMuRDCnOkVyP2Qgdqd2839/32d789314480f0cf8c39d42e2c5bc9e4 #yahoo #vebsayt #kataloq #jerryyang #portal #ünsiyyət #elm #texnologiya #capitalist

Hər gün istifadə etdiyimiz dünyanın ən məşhur mesajlaşma platforması olan "WhatsApp" son zamanlar bir çox funksiya üzərində i
Hər gün istifadə etdiyimiz dünyanın ən məşhur mesajlaşma platforması olan "WhatsApp" son zamanlar bir çox funksiya üzərində işləyir. Şirkət məxfiliyi artıracaq funksiyalara xüsusi diqqət yetirir. Bu funksiyalardan biri yeni təqdim edilən özü avtomatik ləğv olunan səsli mesaj funksiyasıdır.Sözügedən xüsusiyyət "Bir dəfə Bax" seçimi olan foto və videolarla eyni sistemə malikdir. 📌Ətraflı: https://capitalist.az/whatsapp-yeni-funksiyasini-sinaqdan-kecirir/RsUqhpCIPPad1x78UliLbLw6/32d789314480f0cf8c39d42e2c5bc9e4 #whatsapp #şirkət #video #funksiya #mesaj #səs #elm #texnologiya #capitalist

Bəzən istifadə etdiyimiz marka haqqında seçici ola bilirik. Bunun səbəbi, bu brendlərin gözləntilərimizi qarşılaması və dəyiş
Bəzən istifadə etdiyimiz marka haqqında seçici ola bilirik. Bunun səbəbi, bu brendlərin gözləntilərimizi qarşılaması və dəyişən ehtiyaclarımıza uyğunlaşmasıdır. Bu yazıda sizə tanınmış markaların istehsal etdikləri ilk məhsullar haqqında məlumat verəcəyik. 1. "Sony" – Düyü bişirən 2. "Nokia" – Tualet kağızı 3. "Samsung" – Ticarət Şirkəti 4. "Lego" – Taxta Oyuncaqlar 5. "Lamborghini" – Traktor 6. "Colgate"- Sabun və Şamlar 7. LG – Krem 8. "Nestle"- "Baby Formula" 📌Ətraflı: https://capitalist.az/meshur-brendlerin-istehsal-etdikleri-ilk-mehsullar-i-hisse/qLxqEi7vbVgElhGOTaPhRAs6/f93e0e738aca6c25d5c93092d632ba76 #sony #nokia #samsung #lego #lamborghini #colgate #lg #nestle #marka #iqtisadiyyat #brend #məhsul #capitalist

"Nvidia" və "Foxconn", özünü idarə edən avtomobillərin, avtonom maşınların və sənaye robotlarının inkişafını sürətləndirmək ü
"Nvidia" və "Foxconn", özünü idarə edən avtomobillərin, avtonom maşınların və sənaye robotlarının inkişafını sürətləndirmək üçün "süni intellekt (AI) fabrikləri” yaratmaq üçün birlikdə işləyir. "Nvidia"nın qurucusu və baş direktoru Jensen Huang və "Foxconn"un sədri və baş direktoru Young Liu Tayvanda keçirilən "Hon Hai Tech Day" tədbirində əməkdaşlığı elan edib. 📌Ətraflı: https://capitalist.az/nvidia-ve-foxconn-yeni-fabrik-yaratmagi-planlasdirir/Lczlzf9ueliymfX8BCrk1hb5/63c8e575155a1f6739846bbe7eb1cce3 #nvidia #foxconn #ai #süniintelekt #sənaye #fabrik #jensen #robot #elm #satınalma #texnologiya #fyp #capitalist

Vençur kapitalı firması "Accel"in yeni hesabatına görə, bir il ərzində ABŞ texnoloji nəhəngləri generativ süni intellekt sayə
Vençur kapitalı firması "Accel"in yeni hesabatına görə, bir il ərzində ABŞ texnoloji nəhəngləri generativ süni intellekt sayəsində bazar kapitallaşmalarına 2,4 trilyon dollar əlavə edib. "Accel" illik "Euroscape" hesabatında, "Apple", "Microsoft", "Alphabet", "Amazon" və "Nvidia" kimi böyük texnologiya şirkətlərinin səhm qiymətlərinin bir əvvəlki ilə nisbətən orta hesabla 36% artdığını qeyd edib. 📌Ətraflı: https://capitalist.az/suni-intellekt-2023-cu-ilde-texnologiya-nehenglerinin-bazar-deyerini-24-trilyon-dollar-artirib/KSZsZhEetDkbyc1pWu09rTBD/32d789314480f0cf8c39d42e2c5bc9e4 #firma #accel #abş #süniintelekt #apple #microsoft #amazon #kapital #capitalist

Məlumdur ki, Z nəsli texnologiyanın əhatəsində böyüyüb. Ümumiyyətlə Gen Z və ya Zoomerlər olaraq adlandırılan Z nəsli 1997-ci
Məlumdur ki, Z nəsli texnologiyanın əhatəsində böyüyüb. Ümumiyyətlə Gen Z və ya Zoomerlər olaraq adlandırılan Z nəsli 1997-ci ildən sonra doğulmuş insanlardan ibarətdir. Onlar smartfonların, sosial medianın və süni intellektin yüksəlişinin şahidi olublar, lakin bu, onların köhə texnologiya hesab edilən cihazları sevmədikləri anlamına gəlmir. 📌Ətraflı: https://capitalist.az/z-nesli-texnologiyadan-nece-istifade-edir/Km50NpjYfgz7fc95C470VEL4/32d789314480f0cf8c39d42e2c5bc9e4 #texnologiya #elm #gen #zoomer #smartfonlar #süniintelekt #nəsil #fyp #capitalist

"X" sosial media platforması əsas funksiyalar üçün illik 1 dollar ödəniş tələb edən yeni abunə modelini sınaqdan keçirəcəyini
"X" sosial media platforması əsas funksiyalar üçün illik 1 dollar ödəniş tələb edən yeni abunə modelini sınaqdan keçirəcəyini bildirib. "Not A Bot" kimi adlandırılan yeni abunə istifadəçilərdən bəyənmələr, repostlar və ya digər hesabların yazılarına sitat gətirmək və platformanın veb versiyasında yazıları işarələmək üçün ödəniş tələb edəcək. 📌Ətraflı: https://capitalist.az/x-esas-funksiyalar-ucun-yeni-abune-paketini-sinaqdan-kecirecek/iMIdxDU3Fsu4hLb5oj4LQBsi/32d789314480f0cf8c39d42e2c5bc9e4 #x #elonmusk #sosialmedia #repost #platforma #elm #texnologiya #fyp #capitalist

photo content