en
Feedback
Capitalist.az

Capitalist.az

Open in Telegram
281
Subscribers
No data24 hours
No data7 days
-230 days
Posts Archive
"Bank Respublika" "O olmasın, On olsun!" kredit kampaniyasına start verib
"Bank Respublika" "O olmasın, On olsun!" kredit kampaniyasına start verib

Bərpa olunan enerji hədəfləri üzrə irəliləyiş varmı?
Bərpa olunan enerji hədəfləri üzrə irəliləyiş varmı?

Qazancınızı daha çox artırmaq istəyirsinizsə, o zaman daşınmaz əmlaka investisiya etmək sizin üçün ən yaxşı seçimlərdən biri
Qazancınızı daha çox artırmaq istəyirsinizsə, o zaman daşınmaz əmlaka investisiya etmək sizin üçün ən yaxşı seçimlərdən biri ola bilər. Düzgün addımlarla sərvətinizi artıra, inflyasiyadan yan keçə və artan bazardan yararlana bilərsiniz. Bu yazıda sizə 2024-cü ildə əmlaka investisiya edə biləcəyiniz 10 ən yaxşı şəhər haqqında məlumat verəcəyik. 1. Afina, Corciya ştatı 2. Savannah, Corciya ştatı 3. Waco, Texas 4. Jacksonville, Florida 5. Lakeland, Florida 6. Oshkosh, Wisconsin 7. El Paso, Texas 8. Tallahassee, Florida 9. Durham, Şimali Karolina 10. Orlando, Florida 📌Ətraflı: https://capitalist.az/2024-cu-ilde-serfeli-emlak-investisiyasi-ucun-10-abs-seheri/pT940cZWGOIikaEajLF0XwtE/f93e0e738aca6c25d5c93092d632ba76 #ev #mənzil #kirayə #qiymət #şəhər #iqtisadiyyat #ABŞ #fyp #capitalist

ABŞ-ın keçmiş prezidenti Donald Trump-ın sosial media platforması olan "Truth Social" 2022-ci ilin əvvəlindən, demək olar ki,
ABŞ-ın keçmiş prezidenti Donald Trump-ın sosial media platforması olan "Truth Social" 2022-ci ilin əvvəlindən, demək olar ki, istifadəyə verildiyi vaxtdan bəri 73 milyon dollar itirib. Xatırladaq ki, Trump, 2021-ci ilin oktyabrında sosial media proqramının istifadəyə verildiyini elan edərək, bunun "Twitter" və "Facebook" kimi əvvəllər ona qadağa qoymuş "Big Tech" şirkətlərinə qarşı duracağını bildirib. 📌Ətraflı: https://capitalist.az/truth-social-istifadeye-verilenden-beri-73-milyon-dollar-xalis-zerer-edib/mssdd4TJU87IMpWhlVWxTv4I/37506d873664f23b7eac187eedf81a4b #abş #truthsocial #dollar #platforma #twitter #bigtech #trump #facebook #maliyyə #fyp #capitalist

Xatırlayırsınızsa, Simpsonlar cizgi filmində Homer Simpsonun tez varlanmaq arzuları pis nəticə ilə bitmişdi. Cizgi filminin e
Xatırlayırsınızsa, Simpsonlar cizgi filmində Homer Simpsonun tez varlanmaq arzuları pis nəticə ilə bitmişdi. Cizgi filminin epizodlarından birində Homer əvvəlcə oğlu Bartı, sonra isə özünü NFT-yə çevirərək milyonlar qazanmağı hədəfləmişdi. Ancaq nəticədə "NFT çılğınlığının bitdiyini" biləndə onun xəyalları puç olmuşdu. Epizod bir neçə il əvvəl inkişaf edən NFT bazarını fərqli şəkildə təqdim etdiyi üçün pərəstişkarları arasında geniş rəğbət qazanıb. Bəs, bu epizodda istehza edildiyi kimi NFT-lər həqiqətən sona çatıblar? Ətraflı: https://capitalist.az/.../32d789314480f0cf8c39d42e2c5bc9e4 #nft #simpsons #kriptovalyuta #maliyyə #iqtisadiyyat #pul #sərvət #capitalist

2023-cü ilin yanvar-oktyabr ayları üzrə operativ məlumatlara əsasən, 10 ay ərzində Azərbaycanda 40,1 milyard kubmetr təbii qa
2023-cü ilin yanvar-oktyabr ayları üzrə operativ məlumatlara əsasən, 10 ay ərzində Azərbaycanda 40,1 milyard kubmetr təbii qaz hasil edilib. Hesabat dövründə 21 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 18,5 milyon tonu konsorsiumun, 2,5 milyon tonu isə SOCAR-ın payına düşür. 📌Ətraflı: https://capitalist.az/bu-ilin-10-ayi-uzre-neft-qaz-gostericileri-aciqlanib/ca7SdVFlvIwYbLSrAUyBODpv/f93e0e738aca6c25d5c93092d632ba76

Arzularınızı həyata keçirmək üçün nağd pula ehtiyacınız var? Təklif edilən kredit şərtləri Sizə uyğun deyil? Krediti Sizə uyğ
Arzularınızı həyata keçirmək üçün nağd pula ehtiyacınız var? Təklif edilən kredit şərtləri Sizə uyğun deyil? Krediti Sizə uyğun olan şərtlərlə götürmək istəyirsiniz? O zaman "Bank Respublika"nın start verdiyi yeni, sərfəli "O olmasın, On olsun" nağd kredit kampaniyasından faydalanmağa tələsin! Qeyd edək ki, Banka müraciət edən istənilən peşə sahibləri max. müddәti 48 ay olan 50 000 manatadək nağd istehlak kreditlərini, heç bir sığorta haqqı olmadan və zaminsiz əldə etmək imkanı qazanacaq. 📌Ətraflı: https://capitalist.az/bank-respublika-o-olmasin-on-olsun-kredit-kampaniyasina-start-verib/8ghdd1BN2ep4mpDDzl2GkRYN/37506d873664f23b7eac187eedf81a4b #nağd #kredit #BankRespublika #bank #sığorta #kampaniya #maliyyə #capitalist

📌 “Meta” 14 illik qadağadan sonra Çində “Facebook”u yenidən işə salır. Kanalı izləyin: @capitalistaz

Dünyanın ən məşhur mesajlaşma platforması olan "WhatsApp" yeni funksiyalar üzərində işləməyə davam edir. Bu dəfə platforma qr
Dünyanın ən məşhur mesajlaşma platforması olan "WhatsApp" yeni funksiyalar üzərində işləməyə davam edir. Bu dəfə platforma qrupları maraqlandıracaq bir xüsusiyyət gətirir. Məlumata görə, "WhatsApp" böyük qruplar üçün səsli söhbət funksiyasını təqdim edəcək. Dünyada milyonlarla istifadəçisi olan "WhatsApp" istifadəçi təcrübəsini artıracaq yeni funksiyaları sınayır. Bunlardan biri böyük qruplar üçün səsli söhbət funksiyasıdır. 📌Ətraflı: https://capitalist.az/whatsapp-yaxin-gunlerde-yeni-funksiya-teqdim-edecek/8w2GStyY1tz77Lrm9Cc3rHP4/32d789314480f0cf8c39d42e2c5bc9e4 #whatsapp #funksiya #dünya #platforma #elm #texnologiya #discord #mesaj #təcrübə #fyp #capitalist

"Nvidia" süni intellekt üçün hazırladığı ən yüksək səviyyəli çipinə yeni xüsusiyyətlər əlavə edib. O bu çipin gələn ildən "Am
"Nvidia" süni intellekt üçün hazırladığı ən yüksək səviyyəli çipinə yeni xüsusiyyətlər əlavə edib. O bu çipin gələn ildən "Amazon.com", "Alphabet", "Google" və "Oracle" ilə yayılmağa başlayacağını bildirib. H200 çipi "Nvidia"nın hazırkı ən yaxşı H100 çipini bir çox üstünlüklərinə görə geridə qoyacaq. Əsas təkmilləşdirmə çipin nə qədər məlumatı tez emal edə biləcəyini təyin edən və daha bahalı hissələrindən ibarət olan yaddaşdır. 📌Ətraflı: https://capitalist.az/nvidia-daha-boyuk-suni-intellekt-sistemlerini-idare-etmek-ucun-yeni-cip-hazirlayir/XqlCSJCYsCxi3ba8QtPfwHGY/32d789314480f0cf8c39d42e2c5bc9e4 #nvidia #süniintelekt #google #oracle #amazon #çip #alphabet #çin #texnologiya #chatgpt #openal #microsoft #capitalist

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, qlobal istiləşməni sənayedən əvvəlki səviyyədən 1,5°C-ə qədər məhdudlaşdırmaq
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, qlobal istiləşməni sənayedən əvvəlki səviyyədən 1,5°C-ə qədər məhdudlaşdırmaq üçün 2030-cu ilə qədər bərpa olunan enerjinin qlobal quraşdırılmış gücü üç dəfə artmalıdır. Bu, növbəti altı ili iqlimlə mübarizədə kritik edir. Paris Sazişində ABŞ, Avropa İttifaqı, Çin, Hindistan və Böyük Britaniya kimi əsas elektrik istehlakçıları da daxil olmaqla, bir çox ölkələr günəş və külək enerjisi istehsal imkanlarını artırmaq üçün iddialı hədəflər qoyublar. 📌Ətraflı: https://capitalist.az/berpa-olunan-enerji-hedefleri-uzre-irelileyis-varmi/YfMiqKkzLO98gwZ633YvNKfE/f93e0e738aca6c25d5c93092d632ba76 #enerji #külək #qaz #atmosfer #günəş #çin #hindistan #istehsal #ölkə #abş #capitalist

NASA-nın iki astronavtı Beynəlxalq Kosmik Stansiyanın xarici görünüşünə texniki qulluq göstərmək üçün kosmosda gəzinti həyata
NASA-nın iki astronavtı Beynəlxalq Kosmik Stansiyanın xarici görünüşünə texniki qulluq göstərmək üçün kosmosda gəzinti həyata keçirib. Lakin gəzinti zamanı astronavtlar təsadüfən alətlər qutusunu əllərindən buraxıblar. Bu o deməkdir ki, Yer atmosferində üzən cisimlər siyahısına yeni bir obyekt daha qoşulub. NASA heyətinə məxsus kilidli çanta ISS-dən kənarda işləyən Jasmin Moghbeli və Loral O'Hara adlı iki astronavtın əlindən sürüşüb. Bildirilib ki, hazırda Yer kürəsindən təxminən 500 km hündürlükdə gəzən sahibsiz çantanı durbinlə görmək mümkündür. 📌Ətraflı: https://capitalist.az/yer-atmosferinde-uzen-cisimler-siyahisina-yeni-bir-obyekt-daha-qosulub/Y13CG7uZzW1hg0Jfz93kHhgI/32d789314480f0cf8c39d42e2c5bc9e4 #nasa #kosmik #iss #astronavt #kosmos #kainat #atmosfer #cisim #yer #kürə #stansiya #fyp #capitalist

Dövlət Statistika Komitəsinin verdiyi hesabata görə, 2022-ci ildə ölkəmizə 27 736,7 ton buğda unu idxal olunub. Komitənin hes
Dövlət Statistika Komitəsinin verdiyi hesabata görə, 2022-ci ildə ölkəmizə 27 736,7 ton buğda unu idxal olunub. Komitənin hesabatında qeyd olunub ki, Azərbaycana idxal olunan buğda unu məhsulunun 27 218,8 tonu Rusiyanın payına düşür. 476,0 ton məhsulla isə Qazaxıstan siyahıda 2-ci yerə sahiblik edir. Ölkəmizə buğda unu idxal edən digər ölkələr isə qrafikdə qeyd olunub. Görmək istədiyiniz statistik təhlili rəy bölməsində qeyd edə bilərsiniz.⁠ ⁠ #dünya #ölkə #un #buğda #məhsul #idxal #Azərbaycan #Rusiya #Qazaxıstan #capitalist⁠

2023-cü ilin ikinci yarısı üçün investisiya prioritetləri hansılardır? "Ümumi investisiya strategiyanızın bir hissəsi kimi ha
2023-cü ilin ikinci yarısı üçün investisiya prioritetləri hansılardır? "Ümumi investisiya strategiyanızın bir hissəsi kimi hansı investisiya strategiyası və ya mövzuları ilə maraqlanırsınız?" sualı ilə 1005 pərakəndə investoru sorğulayan "Public"in 2023 Pərakəndə İnvestor Hesabatındakı məlumatlara əsasən bu prioritetləri müəyyənləşdirmək mümkündür. 📌Ətraflı: https://capitalist.az/perakende-investorlar-2023-cu-ilde-neleri-almaqda-maraqlidirlar/9Pw4oEWt4hTHfaShMOQP5X4l/37506d873664f23b7eac187eedf81a4b #investisiya #prioritet #public #investor #strategiya #hesabat #maliyyə #fyp #capitalist

Elon Musk maraqlı iddialarla səs-küy yaratmağa davam edir. Bəzi mənbələrə görə, Musk, "açıq rəngləri sevmədiyi" üçün "Starshi
Elon Musk maraqlı iddialarla səs-küy yaratmağa davam edir. Bəzi mənbələrə görə, Musk, "açıq rəngləri sevmədiyi" üçün "Starship" gəmisinin inşası zamanı işçilərin sarı jiletlərdən istifadəsinin qarşısını alıb. "Reuters"in verdiyi məlumata görə, işçilər sarı rəngdə olan qoruyucu geyimlərdən istifadə etmədiklərinə görə, gəminin inşası zamanı yüzlərlə işçi xəsarət alıb və onlarla ölüm hadisəsi baş verib. 📌Ətraflı: https://capitalist.az/musk-iscilere-sari-rengli-geyimleri-qadagan-edib/bNaXyrmerYsiwLGhsqWRzkcZ/32d789314480f0cf8c39d42e2c5bc9e4 #elonmusk #starship #reuters #işçi #xəsarət #elm #texnologiya #rəng #biznes #fyp #capitalist

İqlim dəyişikliyi temperatur və hava modellərində uzunmüddətli dəyişikliklərdir. Əslində Günəşin aktivliyindəki dəyişikliklər
İqlim dəyişikliyi temperatur və hava modellərində uzunmüddətli dəyişikliklərdir. Əslində Günəşin aktivliyindəki dəyişikliklər və ya böyük vulkan püskürmələri səbəbindən bu cür hallar təbiidir. Lakin 1800-cü illərdən bəri insan fəaliyyəti, ilk növbədə, kömür, neft və qaz kimi qalıq yanacaqların yandırılması səbəbindən iqlim dəyişikliyinin əsası olmuş və onu dünyamız üçün qlobal problemə çevirmişdir. 📌Ətraflı: https://capitalist.az/dunyamizin-qlobal-problemi-iqlim-deyisikliyi/9Wpp4ItI3thU45hX3iWXFsZg/f93e0e738aca6c25d5c93092d632ba76 #iqlim #dəyişiklik #qlobal #dünya #günəş #kainat #kosmos #hava #capitalist

ABŞ prezidenti Joe Biden bu həftə İndoneziya prezidenti Joko Widodo ilə görüşməyi və elektrikli avtomobil (EV) akkumulyatorla
ABŞ prezidenti Joe Biden bu həftə İndoneziya prezidenti Joko Widodo ilə görüşməyi və elektrikli avtomobil (EV) akkumulyatorları ilə bağlı ortaqlıq qurmağı hədəfləyir. İki ölkə arasında bu görüş nikel tədarükü müqaviləsinin ön planda olduğu bir vaxtda baş tutur. İndoneziya elektrikli avtomobil akkumulyatorlarında istifadə edilən bəzi mineralların tədarükü üçün ABŞ-a məhdud azad ticarət sazişi təklif etməyi planlaşdırır. 📌Ətraflı: https://capitalist.az/abs-tesla-ve-ford-ucun-indoneziya-ile-muqavile-baglayir/SD9svj2RVEVAFWvY0oSt4IMu/32d789314480f0cf8c39d42e2c5bc9e4 #abş #joebiden #ev #avtomobil #indoneziya #akkumulyator #ölkə #elektrik #texnologiya #fyp #capitalist

Avropa İttifaqı (Aİ) qurumları insanların öz şəxsiyyətlərini, sürücülük vəsiqələrini, reseptlərini, biletini və bank hesabı m
Avropa İttifaqı (Aİ) qurumları insanların öz şəxsiyyətlərini, sürücülük vəsiqələrini, reseptlərini, biletini və bank hesabı məlumatlarını yükləyə biləcəyi rəqəmsal pul kisəsi yaratmağa razılaşıblar. Avropa İttifaqı Şurası smartfonlarda istifadə oluna bilən rəqəmsal pul kisələrinin buraxılması ilə bağlı üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında müzakirə edilən tənzimləmə ilə bağlı razılığın əldə edildiyini açıqlayıb. 📌Ətraflı: https://capitalist.az/ai-reqemsal-pul-kisesi-tetbiq-etmeye-hazirlasir/EsMXfie0LmDerrP0fnxDowMR/32d789314480f0cf8c39d42e2c5bc9e4 #avropaittifaqı #ai #qurum #smartfon #rəqəmsal #parlament #ap #resept #vəsiqə #fyp #capitalist

"Forbes"in 2021-ci il milyarderlər siyahısına görə, həmin ildə dünyada 2755 milyarder var idi ki, bu da hər milyon adama orta
"Forbes"in 2021-ci il milyarderlər siyahısına görə, həmin ildə dünyada 2755 milyarder var idi ki, bu da hər milyon adama orta hesabla 35 milyarderin düşməsi deməkdir. Bu, 2020-ci illə müqayisədə 660 nəfər çoxdur və siyahıya 493 yeni milyarderin qoşulması rekord göstəricidir. Bundan əlavə, mövcud milyarderlərin 86%-i bir il əvvəlkindən daha varlıdır. Ən çox milyarderi olan ölkə siyahısına 724 nəfərlə ABŞ, 698 nəfərlə Çin (Honq Konq və Makao daxil olmaqla) rəhbərlik edir. Bu iki ölkə dünya milyarderlərinin 50%-dən çoxunu təşkil edir. 📌Ətraflı: https://capitalist.az/milyarderler-daha-cox-hansi-olkelerde-yasayirlar/GJ7iMrDhjAB1OASJfWYqCOnS/f93e0e738aca6c25d5c93092d632ba76 #elonmusk #milyarder #çin #abş #dünya #ölkə #rekord #fyp #capitalist

"Tesla Cybertruck" bəlkə də 2023-cü ilin ən çox gözlənilən avtomobilləri sırasındadır. Daha əvvəl CEO Elon Musk bildirmişdi k
"Tesla Cybertruck" bəlkə də 2023-cü ilin ən çox gözlənilən avtomobilləri sırasındadır. Daha əvvəl CEO Elon Musk bildirmişdi ki, şirkət tam istehsal gücünə çatdıqda ildə təxminən 200 min avtomobil istehsal etməyi hədəfləyir. Nəzərinizə çatdıraq ki, ilk tədarüklərin noyabrın 30-da satışa çıxarılması planlaşdırılır. Bununla belə, "Tesla" avtomobil sahiblərinə maraqlı qadağa tətbiq edəcəyini açıqlayıb. 📌Ətraflı: https://capitalist.az/tesla-musterilerini-teeccublendiren-qerar-verib/fzFu2SZnU0yxnDPbqm42RH8S/32d789314480f0cf8c39d42e2c5bc9e4 #tesla #teslacybertruck #elonmusk #ceo #avtomobil #sahib #qadağa #fyp #capitalist