280
Subscribers
No data24 hours
-17 days
-230 days
Posts Archive
Günəş böyük qaz toplusudur. Onun ölçüsü düşündüyümüzdən qat-qat böyükdür!
O, Yer kürəsindən 109 dəfə böyükdür. Onun səthində istilik 5537,778 dərəcə C-ə çatır.
#Günəş #istilik #yer #planet #selsi #capitalist
Cümə günü NASA iyulun 21-dən bəri "Voyager 2" ilə əlaqə saxlamadığını bildirib. Agentlik hazırda kosmos tarixinin ən məşhur zondlarından biri olan "Voyager 2"ni tapmağa çalışır.
Bunu da bildirək ki, "Voyager 2" yarım əsr kosmosda səyahət edən NASA-nın ən uzunmüddətli missiyasının bir hissəsidir. Yol boyu o, günəş sisteminin ən ikonik şəkillərini çəkib. "Voyager 1 və 2" onlar üçün planlanan istifadə müddətini çoxdan keçiblər.
📌Ətraflı: https://capitalist.az/voyager-2-46-illik-missiyasini-sonlandira-biler/CJOTeyVkrXllsVeNYeULfubM/32d789314480f0cf8c39d42e2c5bc9e4
#NASA #Voyager #elm #texnologiya #planet #capitalist
2023-cü ilin fevral ayından etibarən ən uğurlu sahibkar titulu "Forbes" tərəfindən "Tesla Motors"un baş direktoru, "SpaceX" və "PayPal"ın qurucusu Elon Musk-a verilib.
Bununla belə, bəziləri bir nömrəli sahibkarın "Amazon"un qurucusu və keçmiş rəhbəri Jeff Bezos olduğunu iddia edirlər.
📌Ətraflı: https://capitalist.az/butun-zamanlarin-en-ugurlu-10-sahibkari/PE5g3tgflQgJnVZdQJm0TOAI/f93e0e738aca6c25d5c93092d632ba76
#ənuğurlusahibkar #musk #jobs #bezos #iqtisadiyyat #capitalist
Hazırda texnologiya nəhəngləri "Apple" və "Microsoft" bazar kapitallaşmasına görə dünyanın ilk iki qlobal şirkəti olaraq qalırlar.
Böyük və orta səviyyəli ABŞ şirkətlərinin 69%-i analitiklərin 2-ci rüb üçün qazanc təxminlərini üstələyib və bu müsbət halın 82%-i texnologiya sektorunun payına düşüb.
📌Ətraflı: https://capitalist.az/apple-ve-microsoft-bazar-deyerine-gore-dunyanin-ilk-2-qlobal-sirketidir/0dhjgIXGEI51xppyoDygiMEi/32d789314480f0cf8c39d42e2c5bc9e4.
#apple #microsoft #abş #elm #texnologiya #capitalist
Çin, texnologiya sahəsində ABŞ ilə gərginliyin artması fonunda "milli təhlükəsizlik və maraqları" qorumaq istədiyini bildirərək, bəzi dron avadanlıqlarına ixrac nəzarətini elan edib.
"Nəzarət bəzi istehlakçı dronlarına da təsir edir və heç bir mülki pilotsuz təyyarə hərbi məqsədlər üçün ixrac edilə bilməz", deyə nazirlik sözçüsü açıqlamasında bildirib. Bunu da qeyd edək ki, Çin böyük dron istehsal sənayesinə malikdir və ABŞ da daxil olmaqla bir neçə bazara məhsul ixrac edir.
📌Ətraflı: https://capitalist.az/cin-dron-avadanliqlarinin-ixracini-mehdudlasdirir/TtGGOcfGzVgxJTOqHYsCAcBO/32d789314480f0cf8c39d42e2c5bc9e4
#Çin #texnologiya #ABŞ #ixrac #dron #elm #texnologiya
"S&P 500 İndeksi" və ya "Standard & Poor's 500 İndeksi", ABŞ-da açıq şəkildə satılan 500 aparıcı şirkətin bazar kapitallaşması ilə ölçülmüş indeksdir.
Qeyd edək ki, "S&P 500 indeksi" görkəmli Amerika səhmlərinin və ümumilikdə fond bazarının performansının ən yaxşı göstəricilərindən biri kimi qəbul edilir.
📌Ətraflı: https://capitalist.az/sp-500-indeksi-nedir/GdnYpm8z0RxrYGXEJYPQVjSm/37506d873664f23b7eac187eedf81a4b
#indeks #bazar #kapital #maliyyə #capitalist
Mütəxəssislərin fikrincə canlandırılan bu viruslar bir gün bəşəriyyət üçün problem yarada bilər. Həmin viruslar 46.000 illik Sibir permafrostunda çox yaxşı bir şəkildə qorunmuşdurlar.
Qeyd edək ki, alimlərin bu addımı ilk deyil. Bundan əvvəl də buzda donmuş qədim bakteriyaları diriltməklə bağlı rekorda malikdirlər.
📌Ətraflı: https://capitalist.az/alimler-8-milyon-il-evvelin-viruslarini-canlandiriblar/93Tu8QfeeRXgZCduQXTOxk1h/32d789314480f0cf8c39d42e2c5bc9e4
#zombiviruslar #alim #bəşəriyyət #elm #texnologiya #capitalist
Milyarder Tim Cook tanınmış brend olan "Apple"ın baş icraçı direktoru və dünyanın ən yaxşı sahibkarlarından biri hesab olunur.
Bu məqalədə sizə Tim Cook və onun uğur hekayəsi haqqında məlumat verəcəyik.
📌Ətraflı: https://capitalist.az/applein-bas-direktoru-tim-cook-kimdir/PM5fateZU2RJFMQ5D9JpYojB/f93e0e738aca6c25d5c93092d632ba76
#TimCook #milyarder #apple #iphone #maliyyə #capitalist
2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində kriptovalyuta ilə bağlı hazırkı mövqeləri ilə yarışan bir neçə namizəd var.
🔺 Demokratlar:
▪️ Joe Biden
— “Kriptovalyutanın əsas dəyəri yoxdur” deyir.
— 18 milyard dollar “kripto vergi boşluqlarına” son qoymağa çağırır.
— Kriptovalyutanın elektrik enerjisindən istifadəsinə görə 30% vergi tələb edir.
— Kapital artımı vergilərinin iki dəfə artırılmasını nəzərdə tutur.
▪️ Robert F.Kennedy Jr.
— “Kripto böyük yenilikdir” deyir.
— Dolları Bitcoin ilə dəstəkləməyə söz verib.
— ABŞ dollarına çevrilməsində BTC-ni kapital artımı vergisindən azad etməyi planlaşdırır.
— Bitcoin-də kampaniya töhfələrini alqışlayan ABŞ prezidentliyinə ilk namizəd olaraq elan edilib.
🔹 Respublikaçılar:
▪️ Donald Trump
— "Mən Bitcoin-in pərəstişkarı deyiləm" deyir.
— Ancaq öz NFT seriyasından qazanc əldə edib.
▪️ Ron DeSantis
— “İnsanlar Bitcoin istifadə etməkdə azaddırlar” deyir.
— Onun Bitcoin-i məhdudlaşdırmaq cəhdləri tənqid olunub.
— “Biden-in Bitcoin və kriptovalyutaya qarşı müharibəsi mən prezident olanda bitəcək” deyib.
#bitcoin #demokrat #respublikaçı #joebiden #donaldtrump #robertkennedy #romdesantis #abş #capitalist
"Walmart", "Tiger Global" investisiya firmasına məxsus Hindistanın e-ticarət şirkəti "Flipkart"ın 4% payı üçün 1,4 milyard dollar ödəyəcək.
Qeyd edək ki, "Flipkart"ın ilk investorlarından biri olan ABŞ investisiya nəhəngi Hindistan startaplarına ümumilikdə 6 milyard dollardan çox vəsait köçürüb. "Tiger Global"ın "Flipkart"a sərmayə qoyması Hindistan sahibkarlar cəmiyyətinin güclənməsində və Cənubi Asiya ölkəsinin ekosistemini dünya xəritəsində yerləşdirməsində əsaslı rol oynayıb.
📌Ətraflı: https://capitalist.az/abs-nehengi-walmartdan-e-ticarete-14-milyard-dollarliq-investisiya/vR9IXrmEcxZLUBPMViT9CUSD/37506d873664f23b7eac187eedf81a4b
#Walmart #qlobal #Flipkar #investor #maliyyə #capitalist
2008 və 2020-ci illər arasında məhsuldarlığın artım tempi illik 0,5%-ə qədər aşağı düşüb. Məhsuldarlıq iqtisadçıların çox yaxından maraqlandığı bir sahədir.
Texnologiya zahirən problem deyil və bəzi baxımdan həll yolu da deyil. Yüksək məhsuldarlıq artımı yalnız ondan ən yaxşı şəkildə necə istifadə etməyi öyrənənlərə gələcək.
📌Ətraflı: https://capitalist.az/texnologiyadan-duzgun-istifade-edirik/8d2zatyW66iipFh7f8PFLf5d/32d789314480f0cf8c39d42e2c5bc9e4
#məhsulartımı #texnologiya #ingiltərə #elm #texnologiya #capitalist
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində fəaliyyət göstərən qida subyektlərinə müraciət edib.
Müraciətdə bildirilir ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları gigiyenik təlimlərə cəlb olunmalıdırlar.
📌Ətraflı: https://capitalist.az/aqta-qida-subyektlerine-qida-mehsullari-ile-bilavasite-temasda-olan-emekdaslari-ile-bagli-muraciet-edib/nGoErZRaL15j6rTGiDFsJYyv/32d789314480f0cf8c39d42e2c5bc9e4
#QidaTəhlükəsizliyiAgentliyi #qida #təhlükəsizlik #müraciət #capitalist
Neft nəhəngi "Exxon Mobil" "Tesla", "Ford Motor", "Volkswagen" və digər avtomobil istehsalçıları ilə elektrik avtomobillərinin akkumulyatorları üçün litium tədarükü barədə danışıqlar aparır.
Xatırladaq ki, keçən ay "Exxon" Arkanzasda litiumla zəngin duzlu su olan 6,100 akrdan (24,7 kvadrat kilometr) çox ərazinin inkişafı üçün "Tetra Technologies Inc" ilə danışıqlar aparıb.
📌Ətraflı: https://capitalist.az/exxon-boyuk-avtomobil-istehsalcilari-ile-litium-tedaruku-barede-danisiqlar-aparir/WxWqaDIErOnx6ASaHbqVXqCZ/63c8e575155a1f6739846bbe7eb1cce3
#Exxon #Ford #Tesla #Volkswagen #avtomobil #capitalist
Banka gəlmədən məsafədən hesab açıb, idarə etmək istəyirsiniz? Daha sərfəli şərtlər təklif edən banka üstünlük verirsiniz? Hər zaman faydalı olan "Bank Respublika" Sizin xidmətinizdə!
Ölkənin aparıcı banklarından biri olan "Bank Respublika", sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilər üçün bir çox üstünlüklərə malik yeni "Onlayn Sərfəlidir" – kampaniyasına start verib.
📌Ətraflı: https://capitalist.az/bank-respublika-sahibkarlar-ucun-online-serfelidir-kampaniyasina-start-verdi/OjWWX6E1c8dPlzUK2mLDtkbF/37506d873664f23b7eac187eedf81a4b
#BankRespublika #bank #maliyyə #kredit #onlayn #capitalist
"ChatGPT"in yaradıcısı Sam Altman tərəfindən yeni bir kriptovalyuta layihəsi- "Worldcoin" irəli sürülmüşdür.
"Worldcoin" sizin gözlərinizi skan edərək rəqəmsal vəsiqənizi yaradır. Bu zaman siz sadəcə insan olduğunuz üçün heç bir ödəniş etmədən rəqəmsal valyuta ala bilirsiniz.
#worldcoin #ai #chatgpt #kriptovalyuta #kripto #samaltman #süniintellekt #capitalist
Britaniya hökuməti Şimal dənizində neft və qaz sənayesini dəstəkləmək və enerji təhlükəsizliyini təmin etmək üçün100-dən çox yeni neft və qaz lisenziyası verəcəyini açıqlayıb.
📌Ətraflı: https://capitalist.az/ingiltere-simal-denizinde-100-den-cox-neft-ve-qaz-lisenziyasi-verecek/GzTKDITW1Nwa85RpFSVouC5i/f93e0e738aca6c25d5c93092d632ba76
#neft #qaz #layihə #britaniya #iqtisadiyyat #capitalist
Marketinqdə uğur qazanmaq üçün hədəf auditoriyasını, onların ehtiyaclarını və psixologiyalarını başa düşməlisiniz. Bu baxımdan psixoqrafik marketoloqlar müştərilərinin psixoloji xüsusiyyətlərini öyrənməkdə mühüm rol oynayırlar.
Bəs, psixoqrafiya nədir? Psixoqrafiya insanları psixoloji, sosioloji və demoqrafik xüsusiyyətlərinə görə təhlil edən və kateqoriyalara ayıran marketinq tədqiqat üsuludur.
📌Ətraflı: https://capitalist.az/psixoqrafiya-nedir-ve-marketinqle-ne-elaqesi-var/bQoND8Fw9csfzjb1OWBbhvuV/e37fadf8b90c8d7339a4d1a8addcb900
#marketinq #psixologiya #psixoqrafiya #müştəri #capitalist
"Lamborghini"nin direktoru şirkətin bu il ilk dəfə 10,000 avtomobil sata biləcəyini bildirib. Bu isə, lüks avtomobil istehsalçısı üçün olduqca yüksək rəqəmdir.
Almaniyanın "Volkswagen" şirkəti yanvar-iyun ayları arasında 5341 avtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% çoxdur.
📌Ətraflı: https://capitalist.az/rekord-reqem-lamborghini-bu-il-10-min-avtomobil-satmagi-planlayir/Aa4SK4or9GAh1c9QRCrOmHMs/f93e0e738aca6c25d5c93092d632ba76
#lamborghini #maşın #volkswagen #Revuelto #iqtisadiyyat #capitalist
Dəniz səviyyəsinin yüksəlməsi, meşə yanğınları, istilik dalğaları və ekstremal hava hadisələri artıq hər yerdə fəsad törədir.
Dağılan infrastruktur, məhsuldarlığın azalması, sağlamlıq problemləri və əmək itkisi qlobal iqtisadiyyata yüz milyardlarla ziyan vurur. Dünyanın böyük enerji şirkətləri də iqlim dəyişikliyinə uyğunlaşaraq, gələcək planlarını bu yönümdə qururlar. Bunlar hansılardır?
📌Ətraflı: https://capitalist.az/qlobal-iqlim-deyisikliklerine-uygunlasan-5-enerji-sirketi/sdQobg7LsnFaIL5oT8p47dAb/f93e0e738aca6c25d5c93092d632ba76
#iqlimdəyişkənliyi #enerjiistehsalı #karbon #iqtisadiyyat #capitalist
