📚Dini Kitablar📚
Open in Telegram
• Oxuduğumuz kitablardan alıntılar, Dini PDf-lər 📚 • Müxtəlif Ən Faydalı Kitablar Hamısı No-1 Dini Pdf Kitabxanada
Show more7 033
Subscribers
-124 hours
-277 days
-11030 days
Posts Archive
7 035
Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.
@toplu_admini
7 035
Kitabın say nömrəsi 305
Çətin əldə edilə biləcək bir kitab. Kitabın vərəqlərinin şəkilləri çəkilərək pdf edilib.
Müəllif: Ayətullah Cəfər Şüştəri
Kitabın adı: Xəsaisul Hüseyniyyə
📚 @dini_kitabxanam
7 035
Repost from میرآقا داداش - Mirağa Dadaş
Əziz qardaşlarım, yer üzünün ən iyrənc insanları tərəfindən bizə hücum edilir. Azərbaycan xalqına "çoxalmaq istəyəndə aptekə gedin" deyən Mirşahin, sayları 1 milyondan çox olan qaçqınları söyən Səidə kimilər bizi hədəf alır. Elə bu nüans haqq tərəfin hansı tərəf olduğunu göstərir. Bizi bu ikiayaqlıların önündə tək qoymayın, əlinizdəki bütün imkanlarla fərari Aqarunovlar ailəsini xalqa tanıtdırın. Əgər bu qədər narahat olublarsa, deməli Davudun sapand ilə Calutun alnından vurduğu kimi bunların ən zəif nöqtəsindən vurmuşuq. Allah bir azca himmətimizə baxıb onların ön güclü nöqtəsini ən zəif nöqtələrinə çevirdi. Bu nemətin şükrü ancaq bu ola bilər ki, davam edək. Artıq bir neçə məsələdə onları məğlub etmişik. Amma hələ açıqlamırıq. Tezliklə açıqlanacaq. Bu dəqiqə onlara necə zərbə dəyibsə ölkənin bütün gönü qalın media işçilərini üstümüzə salıblar. Bu mərhələni də keçdikdən sonra biləcəksiz ki, onlara media ilə necə PUA-dan ağır zərbə vurmusuz. Buna əmin olun, bizim ölkədə onların yeganə və son qalası Albertdir. Bu məsələ həll olsa iş tamamdır. Onların Qəzzada etdikləri elə bir formada onları rüsvay edib ki, daha heç vaxt əvvəlki kimi Azərbaycanda at oynada bilməzlər. Bu son bütü biz birləşib yıxsaq məsələ həlldir. Biraz da himmət!
7 035
Bismillahir Rəhmanir Rəhim
Allahın lütfü ilə gec də olsa Azərbaycanda ilk olaraq "Böyük Günahlar" kitabının PDF-ni hazırlayıb siz əzizlərə təqdim edə bildik. Bunun üçün ilk olaraq həm mütərcimdən, həm də nəşriyyatdan halallıq aldıq. Ona görə də kitabı buradan PDF formasında oxuya bilərsiniz, lakin naşir təkid elədi ki, yalnız PDF-nə halallıq verir. Kimsə kitabı götürüb nəşr etməsin. Bunun heç bir halallığı yoxdur. Kitabı başqa kanallarda paylaşarkən bizim kanala istinad etmək vacibdir, əks halda halallıq verilmir.
Kitabdan bir hissə:
GÜNAH DUANIN QƏBUL OLUNMASINA MANE OLUR
Həzrət Musa (ə) öz səhabələrindən birinin yanından keçəndə, onun səcdə halında olduğunu gördü. İşini qurtarıb qayıdanda, yenə də onun səcdə halında olduğunu gördü və buyurdu: "Əgər sənin istəyin mənim əlimdə olsaydı, hökmən onu yerinə yetirərdim!"
Allah ona vəhy edib bildirdi ki, əgər boynu qırılana qədər səcdə etsə, yenə də onun duasını qəbul etməyəcəyəm. Yalnız mənim xoşlamadığım işlərdən əl çəkib sevdiyim işlərə doğru yönəldiyi zaman duasını qəbul edərəm.
Yəni, belə bir şəxs günahdan uzaqlaşaraq ibadətləri yerinə yetirməlidir. Əks halda, günahlar duasının qəbul olunmasının qarşısını alacaq.
📚 @dini_kitabxanam
7 035
Kitabın say nömrəsi: 304
Kitabın adı: Böyük Günahlar.
Müəllif: Ayətullah Şəhid Dəstğeyb
📚 @dini_kitabxanam
7 035
Bismillahir-Rəhmanir-Rəhim
ÖN SÖZ :Əlinizdəki bu kitab şəhidlərin ağası Hüseyn ibn Əli (ə)-ın həyatı haqqında olan «Luhuf» kitabının ərəbcədən fars dilinə (və farscadan azərbaycan dilinə) tərcümə və şərhidir. «Luhuf» kitabınınən böyük İslam alimlərindən biri Seyyid ibn Tavus yazıbdır. Demək olar ki, «Luhuf» kitabı qeyd etdiyim mövzu haqqında yazılmış ən ətraflı, ən mötəbər, eyni zamanda kiçik həcmli bir kitabdır. Bu kitab kiçik həcmli olmasıyla yanaşı yüksək və diqqəti özünə cəlbedən qiymətli faktları əhatə edir. Hörmətli müəllif müxtəlif mövzuları bəyan edərək, ən mühüm məsələlərə toxunur. Halbuki, çox az kitablarda bu metodu müşahidə etmək olar. Əlbəttə bu kitab və onun görkəmli müəllifi haqqında bizim əlavə məlumat və tərif etdiyimiz yersizdir. Bu kitab üç hissədən ibarət olur aşağıdakı tərtibəəsasən tənzimlənib:Birinci hissə:İmam Hüseyn (ə)-in təvəllüdündən Aşura gününəqədərkihəyatın şərhi;İkinci hissə: Aşura günündə baş vermiş hadisələlərin şərhi və şəhidlər haqqında;Üçüncü hissə:İmam Hüseyn (ə) şəhid olandan sonra bütün baş vermiş hadisələr və Əhli-beytin (ə) Mədinə şəhərinə qayıtması haqqında.
@dini_kitabxanam
7 035
📚 Kitabın say nömrəsi: 303
📚Kitabın adı: Luhuf ( İmam Hüseyn ( ə. s) həyatı
Müəllif: Seyyid İbn Tavus
@dini_kitabxanam
7 035
İnsan qəribə bir məxluqdur; o, öz şəxsiyyətində bütün müsbət keyfiyyətləri toplamağı bacaran və eləcə də hərbir mənfi xüsusiyyətlə öz dəyərini itirməyə qadir olanbir varlıqdır. Bəşər övladı haqq yolunda addımlayıb yaranmışların ən üstünü və ən kamili olmaq imkanına malik olduğu kimi, üzdəniraq və yaramaz işlər görməklə, tarixin ən qəddar və cinayətkar siması kimidə məşhurlaşa bilər. «Allahın Rəsulu sizin üçün ənyaxşı nümunə və rəhbərdir.»1Allaha və qiyamət gününə ümidvar olanlara, Allahı çox yad edənlərə və Onu qəbul edən bütün müsəlmanlara, Həzrət Peyğəmbəri (s) İslam cəmiyyətinin rəhbəri kimi qəbul edənlərə və İmamları onun haqq canişini sayanlara vacibdir ki, onların buyurduqları kəlamlara və gördükləri işlərə tabe olsunlar. Belə olsalar, şübhəsiz ki, hər növ azğınlıq və fəlakətdən qurtararlar. Amma başqalarına tabe olsalar,insani dəyərlərlə uyğun gəlməyən səhv düşüncələrə qapılsalar, təbiidir ki, İslamdan xaric olarlar və bu müqəddəs din onların həyatında müsbət dönüş yaratmaz və onları ictimai bəlalar burulğanından xilas edə bilməz.
@dini_kitabxanam
7 035
📕Kitabın say nömrəsi 302
📚 Kitabın adı İmamların həyatına bir baxış
Müəllif: Mürtəza Mütəhhəri
@dini_kitabxanam
7 035
📚 Kitabın sıra nömrəsi: 301
📕 Kitabın adı: Fars Dili
Müəllif: Tural Ziyadxanov
📚 @dini_kitabxanam
7 035
Kitab haqqında qısa məlumat.
Qarşınızda olan bu kitab Fars dilinin ikinci cildidir. Digər Fars dili kitablarından fərqi bundan ibarətdir ki, kitabda həm danışıq dili həm kitab dili verilib. Nəticədə hər 3 cildi oxuyan şəxs həm Fars dilində kitab oxuyub başa düşə bilir, tərcümə edir və s. Həm də danışmağı bacarır.
Bir müddət əvvəl birinci cildini də kanalda paylaşmışdıq.
📚 @dini_kitabxanam
7 035
Bismillahir-rəhmanir-rəhim
Özünə heç bir övlad götürməyən, mülkündə (səltənətində) heç bir şəriki
olmayan, zəif olmadığı üçün (Ona kömək edəcək) heç bir dosta (hamiyə də) ehtiyacı
olmayan Allaha həmd olsun!1 Şəhadət verirəm ki, Allahdan başqa heç bir ilah
yoxdur. Necə ki, Allah, mələklər və elm sahibləri Ondan başqa heç bir ilahın
olmadığına şahiddirlər.2
Allahın salamı və salavatı (rəhməti) olsun haqq ilə müjdə verməyə və
xəbərdarlıq etməyə göndərdiyi3 Muhəmmədə və onun Allah tərəfindən hər növ
çirkinlikdən təmizlənən və tərtəmiz qərar verilən4 Əhli-beytinə.
Allahın lənəti onların düşmənlərinin - haqlarında Allahın “Biz onları
(dünyada insanları) cəhənnəm oduna (küfrə, şirkə) çağıran rəhbərlər etdik”5
- dediyi
şəxslərin üzərinə olsun.
Bəşər tarixinə nəzər saldıqda müxtəlif cəmiyyətlərdə və fərqli zamanlar-
da yaşamasından asılı olmayaraq əksər insanların daxillərindən gələn səsə
qulaq asaraq yaradanlarının olmasına etiqad etmələrini və o yaradan haq-
qında məlumat əldə etməyə cəhd göstərdiklərini görürük. Bu inam və bu
axtarış yaradılış zamanı öz yaradanları tərəfindən onlara verilən və bizim
fitrət olaraq adlandırdığımız məlumatdan qaynaqlanır. Allah-taala öz var-
lığını bəşərin bilməli olduğu ən zəruri bir məlumat hesab etdiyi üçün onu
yaradarkən insanları bu məlumatdan kənarda saxlamamışdır. Bu səbəbdən
də onlara göndərdiyi öz sonuncu Peyğəmbərinə xitab edərkən ona yeni və
kimsənin xəbərdar olmadığı bir dinə tərəf üz tutmasını deyil, məhz insanları
yaradarkən onlara verilmiş məlumatlara, yəni onların yaradılışlarına tam
uyğun olan bir dinə tərəf üz tutmasını əmr edir və buyurur ki, “Batildən haqqa
tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq
insanlara verdiyi dinə (İslama) tərəf tut”.6
@dini_kitabxanam
7 035
📚 Kitabın say nömrəsi 300
Kitabın adı Tövhid ( Şeyx Səduq)
Tərcümə və şərh
Müəllif: Şeyx Səduq
@dini_kitabxanam
7 035
Repost from ALLAHA DOĞRU
Həzrəti İmam Rzanın (ə) mübarək mövludu münasibətilə hər birinizi təbrik edirəm.
