ESFX
Open in Telegram
📍 Kriptovalyuta bazarı haqqında analizlər və şəxsi görüşlər. VIP Community üçün @esfx_admin Youtube: ESFX Paylaşımlar yatırım tövsiyyəsi deyil. ■ Əlaqə üçün: @esfx_khayal
Show more1 425
Subscribers
-224 hours
-57 days
-2530 days
Posts Archive
1 425
Salamlar. Heç nə yazmırdım çünki 76-73 aralığından çıxa bilmirdik. Amma indi 76-77 keçilmədiyi müddətcə qarşımızda 67k var. Düşüş davam edir
1 425
Bitget-də USDT ilə ticarət edilə bilən səhm və ETF ilə əlaqəli aktivlərin sayı 3035-ə çatıb və ən son əlavələr arasında Tencent, BYD və Xiaomi də var. Bundan əlavə, broker hesabı tələb olunmur; əməliyyatlar birbaşa kriptovalyutalarla aparılır.
Bu, investisiya məsləhəti deyil və risk ehtiva edir.
rToken səhmin özü deyil və ABŞ-da yaşayanlar üçün əlçatan deyil.
Ətraflı məlumat üçün elana baxın: https://www.bitget.com/support/articles/12560603897903
1 425
Dünən gecə Binance hackləndi. 6 milyard dollara yaxın pulun oğurlandığı bilinir. Sonradan binance yarısının dondurulduğunu qeyd etdi. Binance çox güman bu işin altından çıxa biləcək amma bazara olan inam çox azaldı bu məsələ ilə.
Ama biz insanoğluyuq, ağıllanmarıq
1 425
Səndən istəyim, bunu necə qırmısansa, sabah hamısını qıra-qıra yuxarı getməyindi. Başqa da heşzad, canıvın sağlığı
1 425
Bilirsiz, əslində mən də sizinlə birlikdə zamanla öyrənirəm nələrisə. Kanal sahibiyəm deyə hər şeyi bilirəm deyə bir şey yoxdu. Amma istəyim heç vaxt trade community qurmaq olmayıb. Hər zaman istəmişəm ki, insanlar özləri investisiya edərək qazanc əldə edə bilsinlər passiv formada. 100 dolları 10000 dollar etmək də istəməmişəm. Cavan vaxtlarımda edirdim, gəlirdik 3-5 min dollara kimi, sonra nəticə bəlli, liq.
İnsanlar öz maliyyə savadlılığını qazansın, nəyi niyə alacağını bilsin, bəsimdi demişəm həmişə. Bu da inanın mənə, 100-200 dollar ilə olası iş deyil. Aktiv trade yalnız balansı qaldıra bilər kiçik büdcələrdən. O da ki, risk alsanız. Başqa cür mümkün deyil, görməmişəm də. Zamanında gördüyümüz o kiçik məbləğlərlə milyonlar qazanan insnalar sadəcə bəxt ilə bunu ediblər. İndiki dövr isə o deyil.
Amma söz vermişəm, hamınızın öyrənəcəyi bir sistem quracam dedim. Çox şükür, qurdum da. Bu ay bitmədən sizlərə açacam çox güman. Hamımız orda olacağız. Nə telegram, nə instagram, nə tiktok. Ay məni burdan izlə, ay ora da abunə ol zırvalıqları mənlik deyil, bunu anladım bir neçə ay əvvəl. Gah orda abunə qazanmağa çalışırsan, gah burda. Bütün Azərbaycanın istifadə edəcəyi, hətta bütün dünyada istifadə olunacaq bir sistem gəlir. Hamısı öz büdcəm hesabına, nə investisiya aldım, nə bir şey. Amma gələcək. Hər kəsin həyata gələndə bir missiyası olur. Mənimki də, yəqin ki, budur.
Amma siz olmadan bunu edə bilmərəm, dəstəyiniz, güvəniniz mənim üçün çox önəmlidir. Qalan şeylər sular sellər kimi gələcək. Bundan əminəm. Yaxşı ki, varsız❤️🤝
