Tedroid
Open in Telegram
Tech, Startups, Science, Movies & more Instagram: https://www.instagram.com/tedroidcom/ ©️ ″TMEDIA GROUP COMPANIES″ MMC VÖEN: 1506753381 - əlaqə: tariyel@tedroid.com
Show more1 807
Subscribers
-124 hours
-157 days
-5730 days
Posts Archive
1 807
💡 “Astra saytların funksionallığını müstəqil şəkildə yoxlayır!
💻 “Astra” modelinin saytların funksionallığını müstəqil yoxlaması üçün kompüter idarəetmə bacarıqları sınaqdan keçirilir.
🖥️ Bu sistem ekrandakı vizual elementləri insan kimi qavrayaraq brauzer və proqramlar üzərindən mürəkkəb tapşırıqları avtonom şəkildə icra edir.
🌐 Eldə edilən bu texnoloji sıçrayış ümumi süni intellekt səviyyəsinə çatdırılma yolunda mühüm addım hesab olunur.
#tedroidcom
1 807
🎮 🕹️ Videooyunlar beyni 14 il cavanlaşdırır!
📌 Kanadalı alimlərin 1000-dən çox şəxs üzərində apardığı yeni araşdırma videooyun həvəskarlarının yaddaş və məntiq testlərində daha yüksək nəticə göstərdiyini üzə çıxarıb.
🧠 Müntəzəm oyun oynayan şəxslərin koqnitiv göstəriciləri oyun oynamayan və özlərindən orta hesabla 13,7 yaş kiçik olan insanlarla eyni səviyyədə ölçülüb.
🏃♂️ Tədqiqat həmçinin fiziki idmanın mental sağlamlığı və əhval-ruhiyyəni yaxşılaşdırdığını, oyunların isə birbaşa beyin tutumunu artırdığını sübut edib.
💬 Bu elmi xəbərə münasibət bildirən Elon Musk X sosial şəbəkəsində "Ya videooyun oyna, ya da axmaq qal!" sözləri ilə paylaşım edib.
🎯 Nəticələr göstərir ki, düzgün seçilmiş oyunlar yaşlaşan beyni formada saxlamaq üçün ən effektiv üsullardan biridir.
#tedroidcom
1 807
💻 200 dollarlıq qurğu Intel və AMD serverlərinin milyonlarla dollarlıq yaddaş qurğularına müdaxilə edə bilir!
⚡️ Daha ətraflı, saytımızda:
https://tedroid.com/texnologiya/ddrop-intel-amd-server-yaddas-hucumu.html
1 807
🇦🇿 🌞 100 MVt gücündə "Qobustan" GES-in açılışı oldu!
📌 Prezident İlham Əliyev Qaradağ rayonunda 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.
🇨🇳 Layihəni hərracın qalibi olan Çinin “Universal International Holdings Limited” şirkəti həyata keçirib.
🌱 Bu stansiya Azərbaycanda hərrac vasitəsilə icra olunan ilk yaşıl enerji layihəsidir.
⚡ Stansiyada il ərzində təxminən 200 milyon kilovat-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.
🔥 Bu göstərici ildə 45 milyon kubmetr təbii qaza qənaət etməyə və karbon emissiyalarını 97 000 ton azaltmağa imkan verəcək.
📈 Qobustan GES-in istismara verilməsi ilə ölkəmizdə bərpaolunan enerji mənbələrinin ümumi gücü 2170 MVt-a çatacaq.
#tedroidcom
1 807
🛰️ ABŞ ilk dəfə orbitdə silah yerləşdirdiyini rəsmən açıqladı: Çindən kəskin etiraz!
⚡️ Daha ətraflı, saytımızda:
https://tedroid.com/elm-sosial/abs-orbit-kosmik-silahlar.html
1 807
🔋 Honor 11 000 mAh batareyalı flaqman smartfon hazırlayır!
⚡️ Daha ətraflı, saytımızda:
https://tedroid.com/texnologiya/honor-magic-9-11000-mah-batareya.html
1 807
🚕 Tesla-nın robotaksisi 10 dəqiqəlik yolu 70 dəqiqəyə getdi!
⚡️ Daha ətraflı, saytımızda:
https://tedroid.com/avtomobil/tesla-robotaksi-70-deqiqelik-sefer.html
1 807
🔒 ChatGPT ilə söhbətlərimizi başqa insanlar oxuyur? OpenAI-ın “Project Lily” layihəsi gündəmdə!
⚡️ Daha ətraflı, saytımızda:
https://tedroid.com/texnologiya/chatgpt-project-lily-sohbet-mexfilik.html
1 807
😐 Görəsən nə demək istəyir?
🫡 Elon Musk süni intelletkin hərbi bir sistemin nüvə silahları kimi strateji vasitələrə təsir göstərə bilməsinin son dərəcə təhlükəli nəticələr yarada biləcəyini bildirib.
🛑 OpenAI və Anthropic mütəxəssislərinin xəbərdarlıqlarını ciddi qəbul edən Musk, Anthropic CEO-su Dario Amodeinin AI inkişaf tempini müvəqqəti yavaşlatmaq çağırışını tam dəstəkləyib.
🔬 Musk təklif edib ki, AI şirkətləri öz sistemlərini özləri test etməməlidir və təhlükəsizlik boşluqlarını erkən aşkarlamaq üçün rəqib laboratoriyalar bir-birinin modellərini sınaqdan keçirməlidir.
🏛️ Amerika Çinlə texnoloji rəqabətdə sürəti azaltmağa qarşı çıxdığı halda, Musk və aparıcı AI rəhbərləri təhlükəsizlik standartlarının inkişaf tempindən geri qalmaması üçün təzyiq edirlər.
#tedroidcom
1 807
🚗 Yeni nəsil Kia Sportage görüntüləri sızdı: Dizayn tamamilə dəyişə bilər!
⚡️ Daha ətraflı, saytımızda:
https://tedroid.com/avtomobil/yeni-kia-sportage-dizayn-render.html
1 807
🚛 BYD 600 km yürüş ehtiyatına malik elektrikli yük avtomobilini təqdim etdi!
⚡️ Daha ətraflı, saytımızda:
https://tedroid.com/avtomobil/byd-ett44-elektrikli-yuk-avtomobili.html
1 807
📱 Qatlanan iPhone-un batareya detalları məlum olub: Apple ilk dəfə iki batareyadan istifadə edir!
⚡️ Daha ətraflı, saytımızda:
https://tedroid.com/texnologiya/iphone-duo-iki-batareya-detallari.html
1 807
👀 🎤 Nvidia direktoruna prezidentdən gözlənilməz zarafat!
📞 "All-In Summit" tədbirində Nvidia CEO-su Jensen Huang-a canlı yayımda zəng edən Donald Tramp, zəngi səhnə mikrafonuna vermək üçün gecikən Huang-a zarafatla "dünyanın ən yaxşı AI çipini düzəldir, amma səsucaldanı aça bilmir" deyib.
🛑 Tramp süni intellektin dünyanı məhv edəcəyi iddialarını yalan adlandıraraq inkişafı ləngitməyin Çinə üstünlük verəcəyini bildirib.
⚔️ Sam Altman, Elon Musk və Dario Amodei kimi liderlər təhlükəsizlik üçün tempin azaldılmasını müdafiə etsələr də, Huang qorxu ssenarilərinin innovasiyanı ləngitməməli olduğunu bildirib.
#tedroidcom
1 807
📱 Samsung 10 000 nit parlaqlığa çatan yeni OLED ekranını təqdim etdi!
⚡️ Daha ətraflı, saytımızda:
https://tedroid.com/texnologiya/samsung-m16-oled-10000-nit.html
1 807
💻🖱️ Windows 11-də ikonik kursor dizaynı yenilənir!
📌 Microsoft "Windows 11 Build 26340.9354" sınaq versiyasında yenilənmiş kursor dizaynını təsadüfən nümayiş etdirib.
📌 Yeni kursor illərdir istifadə edilən nazik quyruqlu ox hissədən imtina edərək daha geniş, simmetrik və yumşaldılmış kənarları ilə diqqət çəkir.
🎨 Sızdırılan bu dizayn Microsoft-un 2020-ci ildən tətbiq etdiyi "Fluent UI System Icons" üslubuna tamamilə uyğunlaşdırılıb.
🖼️ Şirkət rəsmi olaraq kursorun dəyişdiyini hələ elan etməsə də, konsept görüntülərindəki detallar Windows 11-də vizual yeniliyin yaxınlaşdığını göstərir.
⚙️ Beləliklə, əməliyyat sistemində hər şeyi modernləşdirən Microsoft nəhayət istifadəçilərin hər gün gördüyü ən əsas elementi də yeniləyir.
#tedroidcom
1 807
💻 Apple A20 Pro masaüstü prosessorlarını geridə qoydu: İlk Geekbench 7 nəticələri!
⚡️ Daha ətraflı, saytımızda:
https://tedroid.com/texnologiya/apple-a20-pro-geekbench-performans.html
1 807
🚦🚗 Bakıda tıxacların qarşısını almaq üçün dəyişiklik!
📌 Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığını azaltmaq məqsədilə dövlət qurumlarında fərqli iş qrafikləri sınaqdan keçiriləcək.
🕗 Nazirlər Kabinetinin qərarı ilə 15 sentyabrdan etibarən iki ay müddətində iş saatları üç müxtəlif vaxt rejiminə bölünəcək.
📊 Hər bir dövlət orqanı üzrə əməkdaşların ən azı 30%-nin yeni iş rejimlərinə cəlb olunması nəzərdə tutulur.
🎥 Sınaq dövründə aidiyyəti qurumlar tərəfindən küçələrdəki avtomobil axını və sıxlıq səviyyəsi nəzarətdə saxlanılacaq.
📈 Təhlillərin nəticələrinə əsasən dəyişkən iş qrafikinin daimi tətbiqi ilə bağlı yekun siyahı formalaşdırılacaq.
#tedroidcom
1 807
📌 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında inşa edilən “SABAH.city” innovasiya şəhərciyinin 5 hektardan çox ərazini əhatə edən birinci mərhələsinin açılışında iştirak edib.
🏛️ 4 korpusdan ibarət kompleksdə 3 ali təhsil müəssisəsinin mühəndislik, IT və tətbiqi elmlər üzrə 1500-dən çox tələbəsinin tədris və praktiki fəaliyyətə cəlb olunması, tam fəaliyyətə başladıqda isə gündəlik 3 min ziyarətçinin qəbulu nəzərdə tutulur.
🤖 Şəhərcikdə yaradılan ASAN Süni İntellekt Mərkəzi dövlət, biznes və təhsil müəssisələrini vahid rəqəmsal platformada bir araya gətirərək bu günədək 50 süni intellekt həlli təqdim edib və yerli-xarici nüfuzlu tərəfdaşlarla əməkdaşlıq qurub.
💡 Ərazidə fəaliyyət göstərən “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzindən indiyədək 150 startap yararlanıb və bunlardan 4-ü xarici investorlar tərəfindən satın alınıb.
🔬 İnnovasiya mərkəzində süni intellekt, robototexnika, kibertəhlükəsizlik və biotexnologiya kimi prioritet sahələr üzrə 13 tədris və tədqiqat laboratoriyası, həmçinin 12 startaplıq kovorkinq zonası və 22 ofis sahəsi yaradılıb.
🌿 Əyləncə və istirahət imkanları da unudulmayaraq 5 restoran, market, tədbirlər zalı, basketbol, futbol meydançaları, 2 padel kortu, piyada və velosiped zolaqları təşkil edilib.
#tedroidcom
1 807
❌ 🇺🇸 Prezident Donald Trump süni intellekti yavaşlatmayacaq!
👀 ABŞ Prezidenti Donald Trump süni intellektin inkişafını yavaşlatmaq çağırışlarına qarşı çıxaraq, Çin qarşısındakı qlobal liderliyi qorumağın prioritet olduğunu bəyan edib.
⚖️ Trump AI riski ilə bağlı qara ssenariləri həddindən artıq neqativ adlandıraraq, texnologiyanın gətirəcəyi müsbət nəticələrin mənfilərdən qat-qat çox olacağını vurğulayıb.
👥 Anthropic rəhbəri Dario Amodei, Sam Altman, Demis Hassabis və Elon Musk isə təhlükəsizlik mexanizmlərinin yetişməsi üçün inkişafın daha ölçülü aparılmasını və qlobal koordinasiyanı dəstəkləyirlər.
⚔️ Vaşinqtonda süni intellekt artıq birbaşa milli təhlükəsizlik mövzusuna çevrilib və Trump administrasiyası müəyyən qaydalara qarşı olmasa da, yarışdakı əsas sürəti azaltmağ prioritet hesab etmir.
#tedroidcom
