en
Feedback
Dövlət Əmək Müfəttişliyi Xidməti

Dövlət Əmək Müfəttişliyi Xidməti

Open in Telegram

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.

Show more
1 080
Subscribers
No data24 hours
No data7 days
+430 days
Posts Archive
Ağdaş rayonunda əməyin mühafizəsi, texniki təhlükəsizlik, fövqəladə hallara hazırlıq və risklərin idarə olunması mövzusunda dəyirmi masa keçirilib. Tədbir Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və tabeliyindəki “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxs, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi, Ağdaş Rayon İcra Hakimiyyəti və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Ətraflı: https://demx.gov.az/az/media/press-reliz/agdasda-emeyin-muhafizesi-ve-tehlukesizlik-meseleleri-muzakire-olunub #DƏMX #ƏMM #ƏməyinMühafizəsi

✅ Bu ilin əvvəlindən 415 işəgötürən tərəfindən 1126 işçiyə uşağının doğulması ilə bağlı 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib. 👨‍🍼 ℹ️ Məzuniyyətin verilməsi üçün işçi tərəfindən müvafiq tibb müəssisəsinin arayışı işəgötürənə təqdim edilir. https://demx.gov.az/az/media/press-reliz/1100-den-cox-isciye-usaginin-dogulmasi-ile-bagli-odenisli-ataliq-mezuniyyeti-verilib #ƏƏSMN #DƏMX #ƏməkHüquqları #AtalıqMəzuniyyəti

Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən 📍 Xocalı rayonunda əməyin mühafizəsinə
+6
Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən 📍 Xocalı rayonunda əməyin mühafizəsinə dair mediatur təşkil olunub. ℹ️ Məqsəd işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə yaradılmış təhlükəsiz və sağlam əmək şəraitini ictimaiyyətə təqdim etmək, əməyin mühafizəsi sahəsində görülən işlər və qabaqlayıcı tədbirlər barədə məlumatlılığı artırmaqdır. ➡️ https://sosial.gov.az/az/media/xeberler/xocalida-fealiyyet-gosteren-muessiselere-mediatur-teskil-olunub-9719 #ƏƏSMN #DƏMX #ƏməyinMühafizəsi #BöyükQayıdış

⚠️ Korrupsiya riski – korrupsiya hüquqpozmalarının və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların baş vermə ehtimalıdır. #
⚠️ Korrupsiya riski – korrupsiya hüquqpozmalarının və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların baş vermə ehtimalıdır. #ƏƏSMN #DƏMX #KorrupsiyayaQarşıMübarizə #SülhAylığı #PeaceMonth

⚠️ İşçilər arasında ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. ❓ Bəs qanunvericiliyə görə hansı hallar ayrı-seçkilik hesab edilərək qadağan olunur? ➡️https://demx.gov.az/az/media/press-reliz/emek-munasibetlerinde-hansi-hallar-ayri-seckilik-hesab-edilerek-qadagan-olunur #ƏƏSMN #DƏMX #ƏməkQanunvericiliyi #SülhAylığı #PeaceMonth

Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-avqust ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 517 139 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlərin 90 faizi əməkhaqqı, 10 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub. Ətraflı: https://demx.gov.az/az/media/press-reliz/yanvar-avqust-aylari-erzinde-gecikdirilmis-5171-min-manat-vesaitin-iscilere-odenilmesi-temin-olunub #ƏƏSMN #DƏMX #ƏməkMünasibətləri #SosialGöstəricilər

📺 “Onlayn Müfəttiş” verilişinin növbəti buraxılışı “Əmək münasibətlərində rəqəmsal transformasiya: mygov və yeni imkanlar” mövzusuna həsr olunacaq. 🗓️ 11 sentyabrda efirə gedəcək buraxılışda əmək münasibətlərinin rəqəmsallaşdırılması, mygov və ƏMAS platformalarının imkanları, eləcə də süni intellektin bu sahədə tətbiqi müzakirə ediləcək. 📡 DOST TV-ni izləməyi unutmayın! #ƏƏSMN #DƏMX #DOSTRİM #DOSTTV #OnlaynMüfəttiş

Ölkəmizdə səfərdə olan Seneqal Respublikasının dövlət qulluğu, əmək və ictimai xidmətlərin islahatı naziri Mamadou Lamine Diantenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva Xidmətin əsas fəaliyyət istiqamətləri, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin təşkili, işçilərin əmək hüquqlarının və əməyin mühafizəsi tələblərinin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Ətraflı: https://demx.gov.az/az/media/press-reliz/seneqal-numayende-heyeti-ile-emek-ve-mesgulluq-sahesinde-emekdasliq-imkanlari-muzakire-edilib #ƏƏSMN #DƏMX #BeynəlxalqƏməkdaşlıq #ƏMAS

📌 Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində standartlaşdırma” (AZSTAND/TK21) üzrə
+1
📌 Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində standartlaşdırma” (AZSTAND/TK21) üzrə Texniki Komitənin fəaliyyət planına əsasən, əmək sahəsi üzrə standartlar hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartları kimi təsdiq edilib. ⚡ Qəbul edilmiş standartlardan biri də “İnsan resurslarının idarə edilməsi - İşə götürülən işçinin təsiri üzrə göstəricilər standartıdır. #ƏƏSMN #DƏMX #AZSTAND #MilliStandartlar #ƏməyinMühafizəsi #ƏməkStandartları #FərdiMühafizəVasitələri

🤝“DOST to DOST”da 🤖💻“Rəqəmsal texnologiyalar və süni intellektin əməyin mühafizəsində rolu” mövzusuna həsr olunmuş təlimlə
🤝“DOST to DOST”da 🤖💻“Rəqəmsal texnologiyalar və süni intellektin əməyin mühafizəsində rolu” mövzusuna həsr olunmuş təlimlər başa çatıb. 🦺🛡️ 📚 Təlimlər çərçivəsində rəqəmsal texnologiyaların və süni intellektin əməyin mühafizəsində tətbiqi, təhlükəsiz iş mühitinin formalaşdırılmasında innovativ yanaşmalar və müasir texnologiyaların imkanları diqqət mərkəzində olub. 💡⚙️ 🔗 Ətraflı: https://demx.gov.az/az/media/press-reliz/dost-to-dost-da-reqemsal-texnologiyalar-ve-suni-intellektin-emeyin-muhafizesinde-rolu-movzusuna-hesr-olunmus-telimler-basa-catib #ƏƏSMN #DƏMX #ƏMM #DOSTAgentliyi #DOSTRİM #DOSTtoDOST #Layihə

İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin neçə gün əlavə məzuniyyət hüququ?

"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan hədəflərin icrası i
"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan hədəflərin icrası ilə bağlı İnklüziv sosial inkişaf və sosial təminat üzrə İşçi qrupun növbəti iclası keçirilib. ℹ️ Videokonfrans formatında təşkil olunan iclasda Strategiyanın “İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi” və “Yüksək və ədalətli sosial təminat” (“Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” Milli Prioriteti) məqsədləri üzrə 2026-cı ilin birinci yarımili ərzində görülmüş işlərin monitorinq və qiymətləndirməsinə dair hesabat müzakirə edilib. ➡️ https://sosial.gov.az/az/media/xeberler/inkluziv-sosial-inkisaf-ve-sosial-teminat-uzre-isci-qrupunun-novbeti-iclasi-kecirilib-9711?fbclid=IwY2xjawUHhCBwZG9mAWV4dG4DYWVtAjEwAGJyaWQRMTBLY2xKeFlLVTFMVVpvSGRzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEeKL9-pYHnInLRy1JBRQULhUUD2d-n1CGUF8LS7HGmZMGXxxFWzB_loMnQ03o_aem_kdiqhyG1CPRB629zIh60EA #ƏƏSMN

📢 İsmayıllıda “Sülh aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib 🤝 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yan
📢 İsmayıllıda “Sülh aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib 🤝 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Sülh aylığı” çərçivəsində İsmayıllı rayonunda “İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri təşkil edib. 🔗 Ətraflı: https://demx.gov.az/az/media/press-reliz/ismayillida-sulh-ayligi-cercivesinde-maariflendirme-tedbiri-kecirilib #ƏƏSMN #DƏMX #SülhAylığı #PeaceMonth

📌 Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində standartlaşdırma” (AZSTAND/TK21) üzrə
+1
📌 Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində standartlaşdırma” (AZSTAND/TK21) üzrə Texniki Komitənin fəaliyyət planına əsasən, əmək sahəsi üzrə standartlar hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartları kimi təsdiq edilib. ⚡ Qəbul edilmiş standartlardan biri də “Əllə tutulan zəncirli mişardan istifadə edənlər üçün qoruyucu geyimlər", "Hissə 3: Ayaqqabıların sınaq üsulları" standartıdır. #ƏƏSMN #DƏMX #AZSTAND #MilliStandartlar #ƏməyinMühafizəsi #ƏməkStandartları #FərdiMühafizəVasitələri

Dövlət Əmək Müfəttişliyi Xidməti “Sülh aylığı” çərçivəsində 📍 Şəki və Lənkəran rayonlarında maarifləndirmə tədbirləri təşkil
Dövlət Əmək Müfəttişliyi Xidməti “Sülh aylığı” çərçivəsində 📍 Şəki və Lənkəran rayonlarında maarifləndirmə tədbirləri təşkil edib. ➡️https://sosial.gov.az/az/media/xeberler/sulh-ayligi-cercivesinde-maariflendirme-tedbirleri-kecirilib-9710?fbclid=IwY2xjawUGakhwZG9mAWV4dG4DYWVtAjEwAGJyaWQRMVZ4ZmFWYTR6NUhuRTNnN1VzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEeEM8eUFwPRFF-6KN39xO9kHuho-zZAqKchEJcMgEEDMM6OT1441_zUy7AUok_aem_8aOfiLsqOXxIHii348MWug #ƏƏSMN #DƏMX #SülhAylığı #PeaceMonth

Repost from sosial.gov.az
Seneqalın dövlət qulluğu, əmək və ictimai xidmətlərin islahatı naziri Mamadou Lamine Diantenin başçılıq etdiyi nümayəndə heyə
+8
Seneqalın dövlət qulluğu, əmək və ictimai xidmətlərin islahatı naziri Mamadou Lamine Diantenin başçılıq etdiyi nümayəndə heyəti 1 saylı DOST Mərkəzi ilə tanış olub. Nazir Anar Əliyev #DOST konsepsiyasının üstünlükləri barədə nümayəndə heyətinə məlumat verib. ℹ️ Qonaqlar üçün DOST xidmətləri və ölkəmizin rəqəmsal sosial nailiyyətləri barədə təqdimatlar edilib. Keçirilən ikitərəfli görüşdə iki nazirlik arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. ➡️ https://sosial.gov.az/az/media/xeberler/seneqalli-nazir-dost-merkezi-ile-tanis-olub-9709 #ƏƏSMN #DOSTagentliyi #DOSTxidmətləri

📍 Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının təşkilatçılığı ilə Naxçıv
+2
📍 Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının təşkilatçılığı ilə Naxçıvan Regional Peşə Hazırlığı Mərkəzində növbəti maarifləndirici təlim keçirilib. 👷‍♂️ Qazanxana maşinisti peşə kursuna cəlb olunmuş müdavimlər üçün təşkil edilən təlim “Əməyin mühafizəsi haqqında ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi, bədbəxt hadisələr zamanı ilk yardımın göstərilməsi” mövzusuna həsr olunub. Ətraflı: https://demx.gov.az/az/media/press-reliz/naxcivanda-qazanxana-masinisti-pese-kursunun-mudavimleri-ucun-emeyin-muhafizesi-uzre-telim-kecirilib #ƏƏSMN #DƏMX #ƏməyinMühafizəsi #ƏməyinMühafizəsiMərkəzi #Naxçıvan #PeşəHazırlığı #TəhlükəsizƏmək

Ezamiyyətə göndərilən işçinin hansı hüquqları var❓ #ƏƏSMN #DƏMX #DOSTTV #SualCavab