dost.inkluziv
Open in Telegram
401
Subscribers
No data24 hours
-57 days
-1230 days
Posts Archive
+5
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı DOST Evi filialında loqoped və psixoloji dəstək xidmətləri davam edir. 🤝✨
Şamaxı Rayon Mərkəzi Xəstəxanası ilə əməkdaşlıq çərçivəsində 21 benefisiar loqoped dəstəyi və müvafiq müayinələrdən yararlanıb, həmçinin psixoloq tərəfindən fərdi konsultasiyalar aparılıb. 🗣️🧠
Vətəndaşların xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə fəaliyyətimizi mütəmadi davam etdirir, inklüziv sosial mühiti birlikdə gücləndiririk! 💚
#ƏƏSMN #DİİYM #dostinklüziv #İsmayıllıDOSTEvi #sosialpsixolojidəstək
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin dərzilik studiyasında🧵✨👗 təlimçi Hökümə Şirinova və benefisiar Günel Rəsulovanın ərsəyə gətirdiyi geyim nümunəsi inklüziv yaradıcılığın təzahürüdür. 💚🌸
#ƏƏSMN #DİİYM #dostinklüziv
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2026) çərçivəsində “Dayanıqlı moda” mövzusunda keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də təmsil olunub. 🌿👗
Mərkəzin direktoru Elnarə Ənsari ekoloji məsuliyyət və inklüziv yaradıcılığın sintezinə həsr olunmuş müzakirələrdə iştirak edib. 🗣️💡
Tədbir çərçivəsində təqdim olunan moda nümayişində Mərkəzin yaradıcılıq studiyalarında istifadəyə yararsız materiallardan hazırlanan geyim nümunələri və əl işləri sərgilənib. ♻️✨
#ƏƏSMN #DİİYM #dostinklüziv #BakuClimateActionWeek #CW4
+6
Azərbaycanın ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimi keçirilib. 🌍🌱
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari iştirak edib. 🤝
🎶 Tədbirin bədii hissəsində Mərkəzin benefisiarı, görmə qabiliyyəti qismən məhdud olan gənc Xatirə Hacıyeva “Ulu Vətən” mahnısı ilə çıxış edib. 🇦🇿❤️
✨ İncəsənət, inklüzivlik və milli dəyərlər bir səhnədə! 🌿🎵 #ƏƏSMN #DİİYM #dostinklüziv #BakuClimateActionWeek #CW4
+4
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı “DOST Evi” filialı tərəfindən “Sülh və sosial həmrəylik” mövzusunda tədbir keçirilib.
ℹ️ Tədbir iştirakçıları İsmayıllı “DOST Evi”nin fəaliyyəti, göstərilən xidmətlər və burada yaradılan şəraitlə tanış olublar. Daha sonra qonaqlar həssas əhali qruplarından olan benefisiarların iştirakı ilə keçirilən “Sülhün rəngləri” adlı yaradıcılıq məşğələlərinə qoşulublar.
Sonda İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən benefisiarlara təşəkkürnamə və hədiyyələr təqdim olunub. 🎁
➡️ https://sosial.gov.az/.../dost-evi-terefinden-sulh-ayligi...
#ƏƏSMN #DİİYM #SülhAylığı #PeaceMonth
Bu il ali və orta ixtisas təhsil müəssisələrinə qəbul edilənlər arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları da var.
Mərkəzin musiqi istiqaməti üzrə təlimlərində iştirak etmiş Aliyə Vostrikova violonçel ixtisası üzrə Bakı Musiqi Akademiyasına qəbul edilib.
Mərkəzin görmə məhdudiyyətli iki benefisiarı təhsilini orta ixtisas təhsili müəssisələrində davam etdirəcəklər.
Onlardan Murad Həsənzadə instrumental ifaçılıq ixtisası üzrə Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kolleci, Mehdi Mehdizadə isə 1 nömrəli Bakı Tibb Kollecinin tələbəsi adını qazanıb.
Tələbə adı qazanmaları münasibətilə istedadlı gənclərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq! #ƏƏSMN #DİİYM #dostinklüziv
Naxçıvan TV-də yayımlanan "Əngəlsiz" verilişində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarı Anara Məmmədova haqqında xüsusi süjet yayımlanıb.
Süjetdə istedadlı musiqiçi maneələri aşaraq hər zaman motivasiyada qalmaq bacarığından, musiqi dünyasında qazandığı uğurlardan bəhs edib.
#ƏƏSMN #DİİYM #dostinklüziv #NaxçıvanTV #Əngəlsiz
🏛 DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları üçün Şirvanşahlar Sarayı Kompleksinə maarifləndirici infotur təşkil olunub.
🎯 Tədbirin təşkilində məqsəd həssas əhali qruplarından olan şəxslərin asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək olmaq, onların cəmiyyətə sosial inteqrasiyasını gücləndirmək və zəngin milli-mədəni irsimizlə tanış etməkdir.
✨ İnfotur zamanı iştirakçılara orta əsr Azərbaycan memarlığının nadir incilərindən hesab olunan saray kompleksinin tarixi, memarlıq xüsusiyyətləri və zəngin ekspozisiyaları haqqında məlumat verilib.
🤝 Bələdçilərin müşayiəti ilə keçirilən infotura 20-yə yaxın benefisiar və "İnklüziv DOST" könüllüləri cəlb olunub.
#ƏƏSMN #DİİYM
+8
Seneqalın dövlət qulluğu, əmək və ictimai xidmətlərin islahatı naziri Mamadou Lamine Diantenin başçılıq etdiyi nümayəndə heyəti 1 saylı DOST Mərkəzi ilə tanış olub.
Nazir Anar Əliyev #DOST konsepsiyasının üstünlükləri barədə nümayəndə heyətinə məlumat verib.
ℹ️ Qonaqlar üçün DOST xidmətləri və ölkəmizin rəqəmsal sosial nailiyyətləri barədə təqdimatlar edilib. Keçirilən ikitərəfli görüşdə iki nazirlik arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
➡️ https://sosial.gov.az/az/media/xeberler/seneqalli-nazir-dost-merkezi-ile-tanis-olub-9709
#ƏƏSMN #DOSTagentliyi #DOSTxidmətləri
“Narın ruhunda muğam”
Bərəkət simvolu nar və ruhumuzun qidası milli muğamımız vahid bir kompozisiyada. ❤️🎵
Bu əl işində bolluq və bərəkət rəmzi olan nar, muğam üçlüyü və milli musiqi alətlərimizin ahəngi ilə qovuşaraq milli-mənəvi dəyərlərimizi tərənnüm edir. Əsəri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ DOST Evi şöbəsinin təlimçisi İbrahim Eyyublu ərsəyə gətirib. ✨🖼
#ƏƏSMN #DİİYM #dulusçuluq #əlişi
“Narın ruhunda muğam” Bərəkət simvolu nar və ruhumuzun qidası milli muğamımız vahid bir kompozisiyada. ❤️🎵
Bu əl işində bolluq və bərəkət rəmzi olan nar, muğam üçlüyü və milli musiqi alətlərimizin ahəngi ilə qovuşaraq milli-mənəvi dəyərlərimizi tərənnüm edir. Əsəri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ DOST Evi şöbəsinin təlimçisi İbrahim Eyyublu ərsəyə gətirib. ✨🖼
#ƏƏSMN #DİİYM #dulusçuluq #əlişi
+8
Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Sosial Müdafiə Qurumunun (Sosyal Güvenlik Kurumu) İnformasiya Texnologiyaları Baş İdarə rəisinin müavini Adnan Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub.
➡️ https://inclusivecenter.gov.az/media/xeberler/turkiye-numayende-heyeti-dost-inkluziv-inkisaf-ve-yaradiciliq-merkezi-ile-tanis-olub
#ƏƏSMN #DİİYM
+6
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında hazırda 360-dək benefisiar 14 müxtəlif fəaliyyət istiqaməti üzrə təlimlərdə iştirak edərək bacarıqlarını inkişaf etdirir.
Mərkəz və filiallarında əlilliyi olanlar, şəhid ailələrinin üzvləri və digər həssas qruplara aid şəxslər 🖌 təsviri incəsənət, 🏺 dulusçuluq, 🎶 musiqi, ✂️ dərzilik, modelyerlik, xalçaçılıq, 🧶 toxuma və 🪡 tikmə, bədii oyma və s. istiqamətlər üzrə təlimlərə cəlb edilir, bacarıqları təkmilləşdirilir.
➡️ https://sosial.gov.az/az/media/xeberler/dost-inkluziv-inkisaf-ve-yaradiciliq-merkezi-ve-filiallarinda-hazirda-360-dek-benefisiar-bacariqlarini-inkisaf-etdirir-9706
#ƏƏSMN #DİİYM #ƏlillikƏngəlDeyil
✍️ "Günün hekayəsi"ndə həmsöhbətimiz birinci dərəcə gözdən əlilliyi olan Aydan Əliyevadır.
🎵 Musiqiçi ailəsindən olan qəhrəmanımız üçün muğam ifası əvvəllər çox çətin görünsə də o, atasının və müəlliminin dəstəyi ilə öz potensialını kəşf edib.
Bu gün Aydan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tanınmış xanəndə, Əməkdar artist Fərqanə Qasımovadan muğam dərsləri almağın sevincini və qürurunu yaşayır. 🎤
💬 "Özümə çox qapanırdım, amma burada çox yaxşı oldu mənim üçün".
#ƏƏSMN #DİİYM #ƏlillikƏngəlDeyil #GününHekayəsi
Vitraj texnikasında hazırlanan bu dekorativ əl işi rənglərin və milli motivlərin ahəngdar kompozisiyası ilə diqqət çəkir. 🎨🌿 Əsərin müəllifi Təranə Əliyevadır. 💫
#ƏƏSMN #DİİYM #vitraj #əlişi
+9
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı DOST Evi filialı tərəfindən Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun Bazar meydanında inklüziv sərgi-satış yarmarkası təşkil edilib.
#ƏƏSMN #DİİYM #İsmayıllıDOSTEvi
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində hazırlanan bu unikal əl işi sənətlə əməyin uğurlu vəhdətini yaradır. 🧵✨ Mərkəzin muncuqla toxuma və bədii tikmə üzrə təlimçisi Sevinc Yusiflinin işlədiyi relyefli portret materialların ahəngdar sintezi ilə diqqət çəkir. 🪡🖼
#ƏƏSMN #DİİYM #muncuqlatoxumavəbədiitikmə #əlişi
💬 "İnsanın işinə kənardan dəyər veriləndə ruh yüksəkliyi yaranır".
Uşaqlıqdan 🖌️ rəsmə həvəsi olan həmsöhbətimiz Dərgah Əliyevin istedadı bir müddət dörd divar arasında gizli qalıb.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlimlərdə iştirak edərək öz potensialını kəşf edən və bacarıqlarını daha da inkişaf etdirən qəhrəmanımızın istedadı artıq bir çoxları tərəfindən bilinir və yüksək qiymətləndirilir. ✨👏
"Günün hekayəsi"ndə istedadlı gəncimizin dedikləri əlilliyi olan vətəndaşlarımızın cəmiyyətə inteqrasiyasının və sosiallaşmasının vacibliyi haqqında bir daha düşündürür. 🤔
#ƏƏSMN #DİİYM #GününHekayəsi #ƏlillikƏngəlDeyil
+9
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev #özünüməşğulluq proqramı çərçivəsində 📍 Qəbələ rayonunda qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.
ℹ️ Sosial Xidmətlər Agentliyinin sifarişi əsasında Qəbələdə yaradılmış günərzi qayğı mərkəzində və Qəbələ Uşaq Reabilitasiya Mərkəzində uşaqlara göstərilən xidmətlər də nəzərdən keçirilib.
➡️ https://sosial.gov.az/az/media/xeberler/qebelede-ozunumesgulluq-proqrami-uzre-qurulmus-teserrufatlara-gunerzi-qaygi-ve-reabilitasiya-merkezlerine-baxis-olub-9693
#ƏƏSMN #DMA #SXA #SosialXidmət #Reabilitasiya
