en
Feedback
MOUZE

MOUZE

Open in Telegram

Azərbaycan, İran və Türkiyədən hər şey...

Show more
3 069
Subscribers
-224 hours
-167 days
-5730 days
Posts Archive
MOUZE
3 069
🛑 SEPAH ABŞ-nin hücumuna cavab olaraq xəbərdarlıq etdi "Küveyt və Bəhreyn limanları ərazisindəki bütün neft tankerlərinin heyətinə xəbərdarlıq edirik. Gəmilərinizi istər lövbər dayanacağından, istərsə də limanlardan dərhal çıxarın, çünki hədəfə alınacaqsınız", - deyə xəbərdarlıqda qeyd olunub.

MOUZE
3 069
🔴Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib
🔴Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib

MOUZE
3 069
🔴 İran hakimiyyətinin gözəgörünməz və "ruh lideri" Xameneinin doğum günüdür Bu gün, sentyabrın 8-də İranın ali rəhbəri Müctə
🔴 İran hakimiyyətinin gözəgörünməz və "ruh lideri" Xameneinin doğum günüdür Bu gün, sentyabrın 8-də İranın ali rəhbəri Müctəba Xameneyinin 57 yaşı tamam olur. Xameneyi 1969-cu ildə Məşhəddə anadan olub. O, İranın mərhum ali rəhbəri Əli Xameneyinin ikinci oğludur. O, uşaqlıq və yeniyetməlik illərini Məşhəd və Tehranda keçirib, daha sonra dini təhsilini Qumda davam etdirib. Xameneyi uzun illər İranın siyasi və dini elitası daxilində fəaliyyət göstərsə də, rəsmi dövlət vəzifəsi tutmayıb. Xameneyi İran-İraq müharibəsində də iştirak edib. O, həmin illərdən SEPAH ilə əlaqəsini gücləndirib. Ali rəhbər 2004-cü ildə İranın keçmiş parlament sədri Qulaməli Həddad-Adelin qızı Zəhra Həddad-Adellə evlənib. Xameneyi uzun müddət atasının mümkün varisi kimi təqdim olunub və İran hakimiyyətinin “kölgəsindəki” ən nüfuzlu fiqurlardan biri hesab edilib. O, fevral ayında ABŞ və İsrailin hücumlarında yaralandıqdan sonra ictimaiyyət qarşısına çıxmayıb.

MOUZE
3 069
🔴 Qərb ölkələri İrana qarşı AEBA-da qətnamə layihəsi hazırlayıb ABŞ, Britaniya, Fransa və Almaniya İranın nüvə proqramı ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarə Heyətinə təqdim etmək üçün yeni qətnamə layihəsi hazırlayıb. Reuters-in nəzərdən keçirdiyi sənədə əsasən, layihədə İranın nüvə öhdəliklərini yerinə yetirməməsi məsələsinin BMT Təhlükəsizlik Şurasına və Baş Assambleyaya bildirilməsi tələb olunur. Qətnamə layihəsində İran AEBA ilə təminat sazişi üzrə öhdəliklərinin pozulması hallarını dərhal aradan qaldırmağa və Agentliyin tələb etdiyi tədbirləri həyata keçirməyə çağırılır. Sənəddə qeyd olunur ki, bu addımlar AEBA baş direktoruna İranın nüvə proqramı ilə bağlı təqdim etdiyi məlumatların düzgünlüyünü və tamlığını yoxlamağa, həmçinin Agentliyin təminatları çərçivəsində olan nüvə materiallarının bəyan edilməmiş məqsədlərə yönəldilmədiyini müəyyənləşdirməyə imkan verməlidir.

MOUZE
3 069
📹 Amazon yük təyyarəsi Mayami hava limanında uçuş-enmə zolağından çıxdı; 5 nəfər öldü

MOUZE
3 069
💢 “ABŞ və İran arasında silahlı münaqişə daha 6 ay davam edə bilər” Bunu ABŞ-ın sabiq müdafiə naziri və Mərkəzi Kəşfiyyat İd
💢 “ABŞ və İran arasında silahlı münaqişə daha 6 ay davam edə bilər” Bunu ABŞ-ın sabiq müdafiə naziri və Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Leon Panetta “The Guardian“ qəzetinə müsahibəsi zamanı bildirib.

MOUZE
3 069
+1
🇦🇿 Təbrizdə milli şüarlar...

MOUZE
3 069
🛑CENTCOM: ABŞ SEPAH-ın raket hücumuna cavab olaraq İrana məxsus 3 neft tankerini vurdu Sentyabrın 5-də SEPAH ABŞ-nin iki hərbi gəmisinə ballistik raketlər atıb. ABŞ qüvvələri hücumdan zərər görmədən yayınıb və cavab olaraq İrana məxsus üç neft tankerini ("M/T Downy", "M/T Stark 1" və "M/T Kylo") sıradan çıxarıb. CENTCOM bu tankerlərin SEPAH-ı maliyyələşdirən kölgə donanmasına aid olduğunu bildirib. Komandan admiral Kuper xəbərdarlıq edib ki, ABŞ qüvvələrinə hər hansı hücum İranın neft donanmasına daha böyük iqtisadi ziyanla cavablandırılacaq.

MOUZE
3 069
‼️ İran İordaniyadakı ABŞ hərbi obyektlərinə ballistik raketlərlə hücum edib
‼️ İran İordaniyadakı ABŞ hərbi obyektlərinə ballistik raketlərlə hücum edib

MOUZE
3 069
‼️SON DƏQİQƏ: İran ABŞ bazalarına yeni hücum dalğası başlatdı İlkin məlumatlara görə, raketlər İsfahandan atılır.

MOUZE
3 069
📹 Farslar dəli olub 😂

MOUZE
3 069
💢 Tramp: "Heç kim İran xalqını günahlandıra bilməz, onlar etiraz etsələr, hökumət onları öldürəcək" Jurnalist: "Siz 'Truth Social'da yazmışdınız ki, 'İran xalqı nə vaxt üsyan edib döyüşəcək?' Əgər istədiyiniz budursa, iranlıları silahlandırmaq üçün Mərkəzi Kəşfiyyat İdarəsini göndərəcəksiniz?" Donald Tramp: "İndi, bilirsiniz, bu cənablar burada dəbdəbə içində əyləşiblər və hər şeyi görürlər, amma orada vəziyyət o qədər də yaxşı deyil. Üç ay əvvələ olan məlumata görə, 52.000 etirazçı öldürülmüşdü. Bu rəqəmi təsəvvür edə bilirsiniz? İndi isə eşidirəm ki, bu rəqəm ehtimal ki, daha 20.000–25.000 nəfər artıb. Onların öldürülən etirazçılarının sayı 65.000-ə yaxındır. Yeganə cavab odur ki, onlara atəş açırlar. Rejim gündən-günə zəifləyir və elə bir məqam gələcək ki, artıq bu qədər rahatlıqla atəş aça bilməyəcəklər. Çünki fikrimcə, xalq buna daha dözməyəcək. İranda insanları öldürürlər. Onlar etiraz üçün küçəyə çıxanda onları öldürürlər. Düz iki gözünün arasından vururlar".

MOUZE
3 069
‼️Təbrizdə 4 yaşlı uşağı it parçalayıb Təbrizdə 4 yaşlı Əmirhesam Xeyri-Salavatı avqustun 12-də Axmaqaya bölgəsində sahibsiz
‼️Təbrizdə 4 yaşlı uşağı it parçalayıb Təbrizdə 4 yaşlı Əmirhesam Xeyri-Salavatı avqustun 12-də Axmaqaya bölgəsində sahibsiz itlər dişləyib. Bir neçə tibb müəssisəsində müalicə alan uşaq həftələrlə davam edən mübarizədən sonra dünyasını dəyişib.

MOUZE
3 069
📸 ABŞ ordusunun hücumları nəticəsində İran Dəniz Qüvvələrinin 6 hərbçisi öldürülüb
📸 ABŞ ordusunun hücumları nəticəsində İran Dəniz Qüvvələrinin 6 hərbçisi öldürülüb

MOUZE
3 069
‼️ İranlının əlaltıları Azərbaycanda belə tutuldu - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ Qobustanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Xaqani İbişov və 27 yaşlı Rəşad Quliyev saxlanılıblar. DİN mətbuat xidmətindən bildirilib ki, onlardan 3 kiloqram narkotik vasitə aşkarlanıb.  Araşdırmalarla saxlanılan şəxslərin narkotik vasitələri İran vətəndaşından satış məqsədilə əldə etdikləri məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

MOUZE
3 069
🔴İranda valyuta böhranı: 1 dollar - 2,2 milyon rial
🔴İranda valyuta böhranı: 1 dollar - 2,2 milyon rial

MOUZE
3 069
🔴İran Səhiyyə Nazirliyi: ABŞ-ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var
🔴İran Səhiyyə Nazirliyi: ABŞ-ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

MOUZE
3 069
‼️ Тramp Hörmüz boğazının adını dəyişib “Tramp boğazı” adlandırdı “İndi ki, ora ABŞ-nin nəzarəti altındadır, Hörmüz boğazının adını TRUMP STRAIT (Tramp boğazı) olaraq dəyişdirməyə dəyərmi?”, — deyə Tramp “Truth Social” platformasında yazıb. ABŞ prezidenti əlavə edib ki, onun sözlərinə görə, yeni ad boğazı “həmişəkindən daha cəlbedici” edərdi.

MOUZE
3 069
📹 ABŞ ötən gecə İranda vurduğu hədəflərin görüntülərini yaydı

MOUZE
3 069
🔴SEPAH ABŞ zərbələri nəticəsində bir neçə zabitinin öldüyünü açıqladı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İran
🔴SEPAH ABŞ zərbələri nəticəsində bir neçə zabitinin öldüyünü açıqladı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İrana endirdiyi zərbələr nəticəsində dörd zabitinin öldüyünü açıqlayıb. SEPAH-ın mətbuat xidmətinin məlumatına görə, bu gün səhər saatlarında İranın qərbindəki Kermanşah əyalətində ABŞ-ın həyata keçirdiyi zərbələr nəticəsində SEPAH-ın Aerokosmik Qüvvələrinin dörd zabiti həlak olub. SEPAH ölən hərbçilərin kimliyi və zərbələrin dəqiq olaraq hansı obyektə endirildiyi barədə əlavə məlumat verməyib.