en
Feedback
Azərbaycan Cüdo Federasiyası

Azərbaycan Cüdo Federasiyası

Open in Telegram

Azərbaycan Cüdo Federasiyasının rəsmi Telegram hesabı

Show more
3 408
Subscribers
+224 hours
-107 days
-2430 days
Posts Archive
Sentyabrın 10-da Macarıstan paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə idmançılarımızın ilk rəqibləri bəlli olub. Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 11 çəki dərəcəsində 16 cüdoçu ilə (12 kişi, 4 qadın) təmsil olunacaq. Turnirdə 67 ölkədən 504 idmançı (308 kişi, 196 qadın) mübarizə aparacaq. 11-13 sentyabr aralığında keçiriləcək Macarıstan Böyük Dəbilqəsində ilk yarış günü təsnifat mərhələsi saat 11:00-da, final bloku isə saat 19:00-da start götürəcək. Turnirin görüşləri "Judo TV" və "CBC Sport"dan canlı yayımlanacaq. Qadınlar -48 kq, 1/16 final Könül Əliyeva – Mariya Sequnda (Anqola) -52 kq, 1/16 final Aydan Vəliyeva – Andrea Stoyadinov (Serbiya) -70 kq, 1/16 final Südabə Ağayeva – Tais Pina (Portuqaliya) +78 kq, 1/16 final Madina Kaisinova – Qabriyel Buvye (Belçika) Kişilər -60 kq, 1/32 final Babarəhim Mirzəyev – Nuradil Aljan (Qazaxıstan) -60 kq, 1/16 final Murad Muradlı – Vahe Ağasyan (Ermənistan) -66 kq, 1/16 final Rəşad Yelkiyev – Mohammad Xoşbin (IRT) Nizami İmranov – Maykl Frayer (Böyük Britaniya) / Akjigit Nassir (Qazaxıstan) cütünün qalibi ilə -73 kq, 1/32 final Kamran Süleymanov – Natan Kadinyan (Fransa) Rəşid Məmmədəliyev – Orlando Kazorla (Fransa) -81 kq, 1/32 final Hidayət Heydərov – Benedek Tot (Macarıstan) Vüsal Qələndərzadə – Odisseas Georqakis (Kipr) -90 kq, 1/16 final Vüqar Talıbov – Stevan Nikçeviç (Monteneqro) / Aleks Kret (Rumıniya) cütünün qalibi ilə -100 kq, 1/16 final Əjdər Bağırov – Xuslen Munxuu (IRT) / Daniel Lyubimovski (ABŞ) cütünün qalibi ilə +100 kq, 1/16 final Camal Qamzatxanov – İqor Vraçar (Serbiya) Kənan Nəsibov – Artyom Zolotuxin (Rusiya)

Sentyabrın 10-da Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb. Federasiya prezidenti cüdoçuları 20–23 avqust tarixlərində Ekvadorun Quayakil şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatında və 3–6 sentyabr tarixlərində Monteneqronun paytaxtı Podqoritsada təşkil olunan gənclər arasında Avropa çempionatında qazandıqları nəticələr münasibətilə təbrik edib. Rəşad Nəbiyev nəticələrlə yanaşı, idmançıların yarışlar boyunca, xüsusilə çətin məqamlarda göstərdikləri xarakterin də önəmini vurğulayıb. ACF prezidenti qeyd edib ki, bu nəticələr Federasiyada aparılan sistemli və hərtərəfli işin göstəricisidir və qazanılan uğurlarda məşqçi heyətinin, tibbi heyətin, digər mütəxəssislərin və ümumilikdə Federasiyanın bütün əməkdaşlarının əməyi var. O, əsas hədəfin yeniyetmə və gənclər səviyyəsində qazanılan uğurların gələcəkdə böyüklər arasında da davam etdirilməsi olduğunu bildirib. Rəşad Nəbiyev Federasiyanın əsas prioritetlərinin dəyişmədiyini, idman nəticələri ilə yanaşı, nizam-intizam və hörmət kimi cüdo dəyərlərinə sadiqliyin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Cüdoçulara əldə etdikləri nəticələrlə kifayətlənməməyi, daim öz üzərlərində çalışmağı, həmçinin idman karyerası ilə yanaşı təhsilə də önəm verməyi tövsiyə edib. Görüş çərçivəsində Rəşad Nəbiyev idmançılarla fərdi söhbətlər aparıb, onların hazırlıq prosesi və gələcək hədəfləri ilə maraqlanıb. Qeyd edək ki, Azərbaycan millisi yeniyetmələr arasında dünya çempionatında 1 qızıl və 1 gümüş medal qazanaraq 59 ölkə arasında ümumi komanda hesabında beşinci yeri tutub. Gənclərdən ibarət yığma isə Avropa çempionatını 3 qızıl və 2 bürünc medalla başa vuraraq 44 ölkə arasında ümumi komanda hesabında ikinci, oğlanlar arasında isə birinci olub.

🥋 Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 11–13 sentyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək. 🇦🇿 Azərbaycan yarışda 11 çəki dərəcəsində 16 idmançı (12 kişi, 4 qadın) ilə təmsil olunacaq. Kollektivə kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Robert Kravçik, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər. Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda 70 ölkədən 500-dən çox cüdoçu iştirak edəcək. 📌 Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq. Heyəti təqdim edirik: Qadınlar -48 kq Könül Əliyeva -52 kq Aydan Vəliyeva -70 kq Südabə Ağayeva +78 kq Madina Kaisionova Kişilər -60 kq Murad Muradlı Babarəhim Mirzəyev -66 kq Rəşad Yelkiyev Nizami İmranov -73 kq Kamran Süleymanov Rəşid Məmmədəliyev -81 kq Hidayət Heydərov Vüsal Qələndərzadə -90 kq Vüqar Talıbov -100 kq Əjdər Bağırov +100 kq Camal Qamzatxanov Kənan Nəsibov

photo content
+1

🥋 21–25 sentyabr tarixlərində Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə I dan dərəcəsi üzrə seminar və imtahan keçi
+1
🥋 21–25 sentyabr tarixlərində Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə I dan dərəcəsi üzrə seminar və imtahan keçiriləcək. Seminar və imtahan cüdo məşqçiləri üçün açıqdır. Namizədlər 17 yaşdan yuxarı və qəhvəyi kəmərə sahib olmalıdır. Qeyd edək ki, bu seminar və imtahan Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında təhsil almaq, həmçinin məşqçi sertifikatlaşdırması üçün zəruridir. Əsas məqsəd dan sistemi üzrə məşqçilərin bacarıqlarını inkişaf etdirmək və qiymətləndirməkdir. ⏰ Qeydiyyat üçün son tarix: 17 sentyabr 💳 İmtahan ödənişlidir. 📞 Ətraflı məlumat üçün: +994 10 236 29 42

🥋 Dekabrın 6-da böyüklər, gənclər və yeniyetmələr arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək. 🏟️ A
🥋 Dekabrın 6-da böyüklər, gənclər və yeniyetmələr arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək. 🏟️ Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə böyüklər bütün kata kateqoriyalarında, gənclər və yeniyetmələr isə “Nage-no-kata” və “Katame-no-kata” üzrə çıxış edəcəklər. 👥 Cütlüklər kişi–kişi, qadın–qadın və ya kişi–qadın tərkibində formalaşdırıla bilər. 📩 İştirak üçün sifarişlər nargiz.pashayeva@judo.az elektron poçt ünvanına göndərilməlidir. ☎️ Əlaqə: +994 10 236 29 39

“Dəniz Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş fan zona çərçivəsində Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib. Tədbir zamanı tanınmış cüdoçu azarkeşlərlə görüşüb, onlar üçün avtoqraf imzalayıb və xatirə fotoları çəkdirib. Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 4–11 oktyabr tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.

photo content
+3

Bəzi tarixlər təqvimdə sadəcə bir gündür. Bəziləri isə tarixə çevrilir. 4–11 oktyabr da onlardan biri olacaq. Bakıda Cüdo üzrə Dünya Çempionatında heç kim bu anı sonraya saxlamaq istəməyəcək! Siz də gəlin, bu tarixi anlara canlı şahid olun! 🎟️ Biletləri iticket.az saytından əldə edə bilərsiniz.

Bakı addım-addım cüdo üzrə dünya çempionatının startına köklənir. 💫 Mundiala sayılı günlər qalmış cüdo həyəcanının ünvanı “Dəniz Mall”dakı fan zonadır. 🥳🦁

Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir. Milli komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan hazırlıq prosesinə cüdoçularımızla yanaşı, Niderland, Finlandiya və Qazaxıstan yığmalarının üzvləri də qatılıblar. Toplanış çərçivəsində cüdoçuların fiziki və texniki-taktiki hazırlığının təkmilləşdirilməsinə yönəlmiş məşqlər keçirilir, eyni zamanda müxtəlif ölkələrin idmançılarının iştirakı ilə randori sessiyaları təşkil olunur. Beynəlxalq təlim-məşq toplanışı milli komandamızın qarşıdakı mühüm yarışlara — Macarıstan Böyük Dəbilqəsinə və Bakının ev sahibliyi edəcəyi cüdo üzrə dünya çempionatına hazırlıq proqramının bir hissəsidir.

Bakı mundial ab-havasında — şəhərin cüdo ritmi getdikcə yüksəlir! 🔥🥋🌍 “Dəniz Mall”da dünya çempionatı həyəcanı yaşanır: oyunlar, sürprizlər və bol əyləncə. 🤩

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında 5 medal qazanan Azərbaycan mill
+4
Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında 5 medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb. Cüdoçularımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, federasiya rəsmiləri, media təmsilçiləri və idmançıların yaxınları qarşılayıblar. Xatırladaq ki, Ayxan Mirzəzadə (-60 kq), Məhəmməd Musayev (-66 kq) və Süleyman Şükürov (-90 kq) bütün rəqiblərinə qalib gələrək gənclər arasında Avropa çempionu olublar. Davud Namazlı (-100 kq) və Ramazan Əhmədov (+100 kq) isə bürünc medala sahib çıxıblar. Azərbaycan millisi yarışı 3 qızıl və 2 gümüş medalla başa vuraraq 44 ölkə arasında ümumi hesabda ikinci, oğlanların mübarizəsində isə birinci yeri tutub.

Azərbaycan milli komandası gənclər arasında Avropa çempionatını 3 qızıl və 2 bürünc medalla başa vurdu. Yığmamız 44 ölkə arasında ümumi hesabda ikinci, oğlanların mübarizəsində isə birinci yeri tutdu. 🇦🇿🏆 Fərdi yarışların son günündə cüdoçularımız 1 qızıl və 2 bürünc medala sevindilər. 🥋 🥇 Süleyman Şükürov (-90 kq) 🥉 Davud Namazlı (-100 kq) 🥉 Ramazan Əhmədov (+100 kq)