en
Feedback
Ormilitarism

Ormilitarism

Open in Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Show more
7 264
Subscribers
-824 hours
-167 days
-8630 days
Posts Archive
Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi Prezident Rəhbərlik Şurasına (PLC) bağlı qüvvələr BƏƏ-nin dəstəklədiyi Cənub Keçi
Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi Prezident Rəhbərlik Şurasına (PLC) bağlı qüvvələr BƏƏ-nin dəstəklədiyi Cənub Keçid Şurasının (STC) əldə etdiyi irəliləyişləri sürətlə geri çevirib. Məlumata görə, hazırda husilərin nəzarətində olmayan bütün bölgələr Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrin nəzarəti altındadır.

Almaniya İsrail istehsalı olan Arrow 3 raketdən müdafiə sistemini aktivləşdirməzdən bir neçə gün əvvəl, naməlum dronlar radar
Almaniya İsrail istehsalı olan Arrow 3 raketdən müdafiə sistemini aktivləşdirməzdən bir neçə gün əvvəl, naməlum dronlar radar mövqeyi üzərində uçuş həyata keçirib. Ona qarşı edilən əks-tədbirlərindən yayınıb və yoxa çıxıb.

Rusiya qeydiyatı edin heç kim heçne edə bilməz deyə əmr alan gəmi heyətinin ekranlara yansıyan son görüntüləri.
Rusiya qeydiyatı edin heç kim heçne edə bilməz deyə əmr alan gəmi heyətinin ekranlara yansıyan son görüntüləri.

İndi sanksiyaya məruz qalan gəmilərin üzərində Rusiyanın bayrağı nə qədər təsirli olacaq?

Tankerin əvvəlki adı Bella 1 olub və Qayana bayrağı altında İran neftini Venesuelaya daşıyıb. Bu səbəbdən ABŞ sanksiya siyahısına salıb və dekabrın sonlarında ABŞ Sahil Mühafizəsi tərəfindən Venesuela sahillərində ələ keçirilməyə çalışılıb. Lakin həmin vaxt ABŞ desantını gəminin göyərtəsinə endirə bilməyib və tanker iki həftədən çox ABŞ donanmasından qaçaraq Şimali Atlantikaya çatıb. Qaçış prosesi zamanı ekipaj gəmiyə Rusiyanın bayrağını qaldırıb, rəsmi olaraq Rusiyada qeydiyyatdan keçib, Soçi limanını qeydiyyat limanı edib və Marinera adı ilə davam edib. Buradan bir neçə sual ortaya çıxır: 1. Bütün bu manevr və yolda qeydiyyat dəyişdirmə əməliyyatları niyə həyata keçirildi? Tanker bu qədər qiymətlidirmi? 2. Əgər dəyərli idisə, niyə əvvəlcədən onu müşayiət etmək üçün donanma göndərilməyib, açıq-aşkar ABŞ donanması tərəfindən təqib niyə edilirdi? 3. Əgər donanma göndərilibsə, niyə heç bir tədbir görülməyib? Rusiya əvvəlcə tankeri özümüzündür deyib müdafiəyə çağırdı, amma ələ keçirmə cəhdlərindən sonra gəmiyi qorumaq üçün demək olar ki, heç nə edə bilmədi. Diplomatik bəyanatlar artıq heç kimi qorxutmur. Hazırda yeganə qalan yol – vəziyyəti “düzəltmək” və BMT-yə şikayət etməkdir. Güc nümayişi göstərmək istəyərkən, onu real güc ilə dəstəkləməmək sadəcə bir gülünc vəziyyət yaratdı.

Marinera tankerini əhatə edən bütün vəziyyət.
Marinera tankerini əhatə edən bütün vəziyyət.

Tanker ABŞ Sahil Mühafizəsinin «Legend» sinifli USCGC Munro gəmisi tərəfindən Venesueladan bəri təqib olunub.

Tramp bildirib ki, onun prezidentliyinin ilk dövründə Ukrayna ordusunu yenidən qurmaq təşəbbüsü olmasaydı, Rusiya indi bütün Ukraynaya sahib olardı. O əlavə edib ki, Rusiya və Çin ABŞ olmadan NATO-dan qorxmur. ABŞ hər zaman NATO-nun yanında olacaq və ona dəstək göstərəcək.”

ABŞ-Rusiya 3:0

Ümumi 3 gəmi ələ keçirilib.

ABŞ Sahil Təhlükəsizliyi xidməti Rusiya bayraqlı Sofiya tankerinə müdaxilə edərək tankeri ələ keçirib.

Ac-130J təyyarəsi də, cəlb olunub.
Ac-130J təyyarəsi də, cəlb olunub.

photo content

Şəkildəki ABŞ Ordusunun 160-cı Xüsusi Əməliyyatlar Alayına (SOAR) aid MH-6M Little Bird vertolyotudur. Bu helikopter bir gün
Şəkildəki ABŞ Ordusunun 160-cı Xüsusi Əməliyyatlar Alayına (SOAR) aid MH-6M Little Bird vertolyotudur. Bu helikopter bir gün əvvəl Birləşmiş Krallıqdakı Mildenhall hava bazasına göndərilmişdi. Little Bird-un göyərtəsində ehtimal olunur ki NSWDG hərbçilərindən ibarət qrup var; onlar DEVGRU və ya SEAL Team Six olaraq da tanınır.

Rusiya Xarici İşlər Nazirliyi dövlətə məxsus RIA xəbər agentliyinə bildirib ki, hazırda Şimali Atlantikdə ABŞ Xüsusi Qüvvələrinin Rusiya bayrağı altında üzən Marinera neft tankerinə desant endirməsi barədə xəbərləri izləyir və vəziyyəti “anormal” adlandırır.

+4
ABŞ Hərbi Hava Qüvvələrinin RAF Mildenhall aviabazasına məxsus 7-ci Xüsusi Əməliyyatlar Eskadrilyasına təyin olunmuş CV-22B “Osprey” tillrotor hərbi təyyarəsinin RAF Fairford-da fast-rope və xilasedici təlimlər keçirdiyi görünür.

Gəminin ələ keçirilməsi əməliyyatı havadan KC-135T Stratotanker yanacaq doldurma təyyarəsi, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus
+1
Gəminin ələ keçirilməsi əməliyyatı havadan KC-135T Stratotanker yanacaq doldurma təyyarəsi, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus P-8A Poseidon patrul təyyarəsi və Böyük Britaniyanın Poseidon MRA1 təyyarəsi tərəfindən dəstəklənib. Bundan əlavə, əməliyyat zonasına ABŞ-ın xüsusi təyinatlı aviasiyası, o cümlədən Pilatus U-28A Draco təyyarələri də cəlb olunub.

Lockheed Martin bildirib ki, ABŞ Müdafiə Nazirliyi ilə imzalanmış yeni müqavilə çərçivəsində MIM-104 “Patriot” hava hücumunda
Lockheed Martin bildirib ki, ABŞ Müdafiə Nazirliyi ilə imzalanmış yeni müqavilə çərçivəsində MIM-104 “Patriot” hava hücumundan müdafiə sistemi üçün nəzərdə tutulan PAC-3 MSE (Missile Segment Enhancement) raketlərinin illik istehsal həcmi 600 ədəddən 2 000 ədədə çatdırılacaq. Patriot raketlərinin ehtiyatları artıq bir ildən çoxdur ki, təhlükəli dərəcədə azalıb. Buna səbəb Ukraynadakı müharibə və İranla baş vermiş on iki günlük müharibə zamanı yüzlərlə raketin sərf edilməsi olub.

Reuters deyir ki, ABŞ gəmini ələ keçirərkən Rus hərbi gəmiləri və sualtısı ərazidə idi, Fox deyir ki onlar əraziyə gəlmədən olub hadisə.

ABŞ Rus bayraqlı gəmini ələ keçirdib.