en
Feedback
Ormilitarism

Ormilitarism

Open in Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Show more
7 132
Subscribers
-624 hours
-57 days
-7130 days
Posts Archive
Belə obyektin 360 dərəcə tam qorunması, yəni “kor zonalar” və ya hədəfin vurulma ehtimalının aşağı olduğu sahələr qalmaması ü
Belə obyektin 360 dərəcə tam qorunması, yəni “kor zonalar” və ya hədəfin vurulma ehtimalının aşağı olduğu sahələr qalmaması üçün minimum dörd döyüş maşını lazımdır. Onlar hərəsi 90 dərəcəlik sektoru nəzarətdə saxlayacaq şəkildə yerləşdirilməlidir. Əgər obyekt daha böyükdürsə, təbii ki, daha çox texnika tələb olunacaq və onlar vahid idarəetmə altında işləyəcək. İndi isə fərz edək ki, Rusiyadakı 30 ən böyük neft emalı zavodu çox kiçikdir (əslində belə deyil), tam düz ərazidə yerləşir (bu da tam doğru deyil) və ətraflarında müşahidəyə mane olan heç nə yoxdur (adətən olur). Bu halda belə, minimum 120 “Tor” kompleksi lazımdır, yəni 30 batareya. Bu isə yalnız 30 obyekt üçündür və yalnız “ideal” şərtlərdə hesablanıb. Real şəraitdə isə daha çox sistem tələb olunur.

Arxa cəbhədə yerləşən obyektlərin qanadlı raket hücumlarından qorunması mövzusun “Pantsir” və “Tor” kimi sistemlərin yoxluğu
Arxa cəbhədə yerləşən obyektlərin qanadlı raket hücumlarından qorunması mövzusun “Pantsir” və “Tor” kimi sistemlərin yoxluğu barədə tez-tez suallar səslənir. Hazırkı vəziyyətdə məsələ ondadır ki, hər bir strateji obyektin aşağı hündürlükdə uçan, kifayət qədər sürətli və mürəkkəb marşrutla hərəkət edən hədəflərə qarşı “özünün ayrıca, etibarlı klassik yerüstü HHM sistemi” ilə qorunması artıq əlçatmaz bir vəzifəyə çevrilib. Məsələn, açıq mənbələrdə yer alan “Tor” zenit-raket kompleksinin tətbiq sxemlərində “strateji obyektlərin qorunması” adlı standart model var. Tutaq ki, tam düz ərazidə yerləşən, ətrafında nə relyef maneələri, nə də hündür tikililər olmayan şərti bir neft emalı zavodudur. Hətta ideal şəraitdə belə (tam düz ərazi, radiolokasiya kölgələrinin olmaması) HHM sisteminin radarı qorunan obyektin öz iri konstruksiyalarına görə müəyyən sahələri görə bilməyəcək.

Krımda yarımstansiyalar və istilik elektrik stansiyalarına zərbələrdən sonra Ukrayna Kerç boğazı vasitəsilə sualtı kabellərlə
+3
Krımda yarımstansiyalar və istilik elektrik stansiyalarına zərbələrdən sonra Ukrayna Kerç boğazı vasitəsilə sualtı kabellərlə elektrik ötürən “Kuban — Krım” enerji körpüsünün elementlərini sıradan çıxarmağa başlayıb. FP-2 kamikadze dronları Kerç ətrafında yerləşən və enerji körpüsünün Krım tərəfində əsas qəbul (keçid) nöqtəsi olan PP-2 “Krım” obyektini vurub. Bu obyekt əslində Krasnodar diyarından Krıma ötürülən elektrik enerjisinin əsas giriş nöqtəsidir. PP-2 normal işləmədikdə enerji təchizatı ciddi şəkildə məhdudlaşır. PP-2 tam sıradan çıxarsa isə tamamilə dayanır. Ukrayna Silahlı Qüvvələrinin mütəmadi zərbələri nəticəsində yerli enerji istehsalı və paylanmasının əhəmiyyətli hissəsinin itirildiyini nəzərə alsaq, Krımın enerji sistemi və su təchizatı üçün xüsusilə yay və qış pik dövrlərində ağır nəticələr yarana bilər.

Boş yerə xərclənən pul.

“İzvestiya” nəşrinin məlumatına görə, “Arena-M” aktiv qoruma kompleksi FPV dronlarını və süzən sursatları məhv edə bilir. Mod
“İzvestiya” nəşrinin məlumatına görə, “Arena-M” aktiv qoruma kompleksi FPV dronlarını və süzən sursatları məhv edə bilir. Modernləşdirilmiş “Arena-M” (indeks T09-A6-1) aktiv qorunma kompleksi dronları da aşkar etməyə uyğunlaşdırılmış radar sistemindən və əks-təsir sursatları ilə təchiz olunmuş 12 buraxılış qurğusundan ibarətdir. Bu sistem T-90M və T-72B3A tanklarına quraşdırılır.

Yaxın Şərqdəki 12 F-22də ərazini tərk edərək İngiltərəyə qayıdıb.

Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi uçuş zamanı yanğın baş verdiyi üçün Zakintos hava limanına təc
Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi uçuş zamanı yanğın baş verdiyi üçün Zakintos hava limanına təcili eniş edib. Pilot təhlükəsiz şəkildə eniş edib və xəsarət almayıb.

Çin ilk dəfə təkrar istifadə oluna bilən raketin uğurlu enişini həyata keçirib. Sınaqlar Qobi səhrasında yerləşən poliqonda keçirilib. Raket təxminən 150 km hündürlüyə qalxdıqdan sonra əvvəlcədən müəyyən edilmiş nöqtəyə uğurla geri qayıdıb. Çin bu cür sınaq keçirən ABŞdan sonra ikinci ölkədir. Raketlərin təkrar istifadəsi texnologiyası buraxılış xərclərini əhəmiyyətli dərəcədə azaldır.

İraq, İran tərəfindən dəstəklənən silahlı qruplara dollar axınını dayandırmağa razılaşıb. Tramp administrasiyası isə bunun qa
İraq, İran tərəfindən dəstəklənən silahlı qruplara dollar axınını dayandırmağa razılaşıb. Tramp administrasiyası isə bunun qarşılığında dörd aylıq fasilədən sonra Bağdada ABŞ dolları göndərişlərini yenidən bərpa edib.

6 iyuldan 10 iyula qədər Ukrayna tərəfinfən Krım ətrafında 50 müxtəlif təyinatlı mülki gəmiyə zərbə endirilib.

BƏƏ yada Qətər olacaq alan.

Bezkraska, qaraj şəraitində saxlanılmış salafan S400

Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini Fars körfəzi ölkələrindən birinə satıb. Bu barədə "Hurriyet" nəşri
Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini Fars körfəzi ölkələrindən birinə satıb. Bu barədə "Hurriyet" nəşri məlumat yayıb. Nəşrin iddiasına görə, sövdələşmə bu gün rəsmi şəkildə elan ediləcək.

Azərbaycan XİN-nin çağırışından sonra İsrail hökuməti qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı rəsmi prosedurları dondurub.

Sakitlikdir. İrandakı partlayış xəbərləri dezinformasiyadır.

İranın sahə komandiri mediaya müsahibəsində: “Əgər kürd qrupları ABŞ və İsrailin dəstəyi ilə İranın suverenliyinə müdaxilə et
İranın sahə komandiri mediaya müsahibəsində: “Əgər kürd qrupları ABŞ və İsrailin dəstəyi ilə İranın suverenliyinə müdaxilə etməyə cəhd etsələr, biz onları təkcə geri çəkilməyə məcbur etməyəcəyik — həm də bir neçə kilometrlik təhlükəsizlik zonası yaradacağıq.”

İddialara görə, İran Ordusu və SEPAH-ın minlərlə döyüşçü və xüsusi təyinatlı qüvvəsi hazırda İraqın şimalı ilə sərhəd boyunca yerləşdirilib. Eyni zamanda, İran Silahlı Qüvvələri İraq Kürdüstanı ilə sərhəddə qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.

İran İordaniyaya balistik raket hücumu edir.