Ormilitarism
Open in Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Show more7 300
Subscribers
-324 hours
-217 days
-6830 days
Posts Archive
7 300
Bunun üçün gəmilər maksimum dərəcədə yaxınlaşmalı və tam nəzarəti ələ keçirməlidir. Buda gəmilərin vurulma riskini artırır.
7 300
İran tərəfi bildirib ki, dəniz blokadası vəziyyəti dəyişməyəcək. Boğaz üzərində nəzarət İranın əlindədir və bu nəzarət davam etdiriləcək.
Eyni zamanda, ölkə neft ixracını da dayandırmayacaq. Əgər ABŞ İran tankerlərinə zərbə endirərsə, buna cavab olaraq regionun müxtəlif istiqamətlərində ABŞ-a məxsus ticarət gəmilərinə hücum ediləcəyi qeyd olunub.
7 300
İsrailin hədəf siyahısına Qalibaf və Araqçi əlavə edilib. İsrail diplomatik ənənələrə riayət etmiyəcək.
7 300
Uzunmüddətli perspektivdə "hamı üçün sərbəst giriş və çıxış" prinsipinə qayıtmağı gözləyirik, lakin İran buna mane olur, yeri yalnız ona məlum olan minaların mövcudluğu barədə açıqlamalarla məhdudlaşır. Bu, qlobal şantajın bir formasıdır və dünya liderləri, xüsusən də ABŞ liderləri təzyiqə boyun əymək niyyətində deyillər.
Mən həmçinin Hərbi Dəniz Qüvvələrinə beynəlxalq sularda İrana qanunsuz ödənişlər etmiş hər hansı bir gəmini müəyyən etməyi və saxlamağı tapşırmışam. Bu cür "rüsumları" ödəyən heç kim təhlükəsiz naviqasiya gözləyə bilməz. Bundan əlavə, biz İranın boğaza qoyduğu minaları təmizləməyə başlayırıq".
- Tramp
7 300
“Bəli, budur, görüş yaxşı keçdi, əksər bəndlər razılaşdırıldı, lakin həqiqətən əhəmiyyət kəsb edən yeganə bənd, NÜVƏ, razılaşdırılmadı. Dərhal qüvvəyə minməklə, Dünyanın Ən Yaxşısı olan Amerika Birləşmiş Ştatları Hərbi Dəniz Donanması, Hörmüz boğazına daxil olmaq və ya oradan çıxmaq istəyən hər hansı və bütün Gəmilərin BLOKADAYA ALINMASI prosesinə başlayacaq.
7 300
Sırada öz sözünü qətiyətli deyən İran qarşısında, siyasi olaraq geri addım atmaqdan başqa bir çıxış yolu olmayan ABŞ var.
7 300
Sırada öz sözünü qətiyətli deyən İran qarşısında, nələrisə itirməti gözə almış bir ABŞ var.
7 300
Dalana dirənən ABŞ barədə yazmışdım. Raket atmağın zərbə vurmağın heç bir nəticəsi olmadığını da, yazmışdım. Bütün bunların sonunda ABŞ-İran danışıqlarının ilkin mərhələdə nəticə əldə etməyəcəyi açıq və aydın idi.
7 300
Rusiya, Orlovda “Ural” bazasında qurulmuş və R-77-1 “hava-hava” raketləri ilə təchiz edilmiş antidron zenit-raket kompleksi müşahidə olunub.
Ukraynanın dron buraxılışları ilə bağlı vəziyyət, Rusiya Silahlı Qüvvələrinin sıralarında mövcud maşınlar və kütləvi istehsal olunan raketlər əsasında ucuz və sadə ZRK-lərin yaradılmasını zəruri edib.
7 300
Məhv edilmiş HC-130J və ya MC-130J təyyarələrinin qalıqları arasında aşkar edilən ABŞ-a məxsus AN/AAQ-24(V) LAIRCM (Large Aircraft Infrared Countermeasures) müdafiə kompleksinin sağlam qalmış lazer yayındırıcısı ələ keçib.
Bu sistem raketin özünütuşlama başlığına dəqiq istiqamətləndirilən şüa vasitəsilə onu kor etmək üçün istifadə olunur.
7 300
Fransaya məxsus Eurocopter Tiger zərbə helikopterləri və Rafale qırıcıları müharibə zamanı Yaxın Şərqdə Shahed-136 və Shahed-107 kamikadze dronlarını məhv edir.
Helikopterlər 30 mm-lik Giat AM-30781 topundan atəş açır, qırıcılar isə qısa mənzilli “hava-hava” tipli MICA-IR raketlərindən istifadə edir. Bu raketlər oxşar şəkildə Ukrayna tərəfindən də tətbiq olunur.
Available now! Telegram Research 2025 — the year's key insights 
