Ormilitarism
Open in Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Show more7 281
Subscribers
-1124 hours
-197 days
-7730 days
Posts Archive
7 283
İran yenidən Küveytdəki "Ali Al-Salem" aviabazasına zərbələr endirib.
Zərbə nöqtələrində böyük yanğınların olduğunu görünür. NASA-nın FIRMS (Yanğın Məlumatları və Resurs İdarəetmə Sistemi) xəritələrində öz əksini tapıb.
İstilik siqnalları yanacaq anbarları, təyyarə anqarları və anbarların yaxınlığında müşahidə olunur.
7 283
Assamın Jorhat şəhərindən uçuş zamanı Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Su-30MKI qırıcı təyyarəsi itkin düşüb.
Yerli sakinlərin partlayış barədə məlumat verməsindən sonra, təyyarənin Karbi-Anqlonqun uzaq bir ərazisində qəzaya uğradığı ehtimal edilir.
Axtarış-xilasetmə qrupları əraziyə cəlb olunub.
7 283
ABŞ Hərbi Hava Qüvvələrinin B-52H Stratofortress strateji bombardmançı təyyarəsinin qanadı altında az nəzərə çarpan AGM-158 JASSM qanadlı raketi.
Müasir AGM-158B JASSM-ER modifikasiyasında uçuş məsafəsi 980 km-ə çatır, WDU-42/B nüfuzedici döyüş başlığının çəkisi isə 450 kq təşkil edir.
ABŞ hələ ki İrana birbaşa bomba zərbələri endirmək üçün B-52-ləri riskə atmaq istəmir, onlardan qanadlı raketlərin daşıyıcısı kimi istifadə edir.
Strateji təyyarələr arasında daxildən bomba zərbələri tapşırıqlarını isə daha az radara görünən B-1B Lancer və gizli (stealth) B-2A Spirit yerinə yetirir.
Sonuncu şəkil İranın cənub-qərbindəki Lordeqan şəhəri ətrafında aşkar edilmiş JASSM qalıqları
7 283
İnternasiya beynəlxalq hüquqda və müharibə qanunlarında bir dövlətin müəyyən şəxsləri və ya hərbi obyektləri (məsələn, gəmiləri) öz ərazisində məcburi şəkildə saxlaması və ya nəzarət altına almasıdır.
7 283
Şri-Lanka İranın "Bushehr" təchizat gəmisini nəzarətə götürüb, onun 208 ekipaj üzvünü təxliyə edib və gəminin Amerika sualtı qayıqları tərəfindən batırılmaqdan qorunması üçün Trinkomali limanına aparıb.
Bildirilir ki, qərar müvafiq dövlət orqanları, diplomatik nümayəndəliklər və gəmi kapitanı ilə bir neçə günlük danışıqlardan sonra qəbul edilib.
Formal olaraq, bu, Şri-Lanka hakimiyyətinə gəmini faktiki olaraq internasiya etməyə imkan verib, hərçənd belə bir addımın humanitar məqsədlərlə atıldığı bəyan edilir və vəziyyət tamamilə klassik internasiyaya uyğun gəlmir.
Aydındır ki, İran gəmisinin ekipajı sadəcə batırılmaqdan qorxurdu, hansı ki, bu yaxınlarda İran Hərbi Dəniz Qüvvələrinin "Dena" freqatının başına yenə Şri-Lanka sahillərində gəlmişdi.
Hər bir halda, bu son dərəcə maraqlı vəziyyətdir. Hərbi gəminin sonuncu məlum internasiya halları 1945-ci ildə İkinci Dünya Müharibəsinin sonuna təsadüf edir.
7 283
Ukraynanın kamikadze dronu, Qara dənizdəki qazma platformasına enməyə çalışan Rusiyanın Ka-27 helikopterinə zərbə endirir.
7 283
ABŞ hərbi nəqliyyat təyyarələrinin Nəcəf səhralarında çox alçaqdan uçduğu görüntülənib.
7 283
+2
ABŞ Hərbi Hava Qüvvələrinin "U-2 Dragon Lady" kəşfiyyat təyyarələrinin yerləşdiyi Kiprdəki "Akrotiri" aviabazasında, "Shahed-136"-nın zərbəsi nəticəsində anqarda yaranan dəlik.
Zərbə yerinin ətrafında yanğın və ya partlayış izləri görünmür. Ehtimal ki, dron ya partlamayıb, ya da anqarın örtüyünü deşərək daxildə işə düşüb.
Zərbə anında "U-2"-nin içəridə olub-olmadığı məlum deyil.
Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndələri hücumun "minimal zərər" vurduğunu iddia edirlər.
7 283
Azərbaycan hava sahəsi tam bağlansa Avropa ilə Asiyanın əlaqəsində çətinliklər olacaq.
7 283
Azərbaycan ölkənin cənub hava sahəsini uçuşlara bağlayıb.
Həmdə Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti müvəqqəti olaraq tam dayandırılıb.
Available now! Telegram Research 2025 — the year's key insights 
