Ormilitarism
Open in Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Show more7 305
Subscribers
+324 hours
-107 days
-6130 days
Posts Archive
7 303
Ukrayna dronları Rusiyanın ən böyük neft emalı zavodlarından biri olan "Kirishinefteorgsintez" şirkətinə zərbələr endirib. Neft emalı zavodu Rusiyanın Leninqrad vilayətinin Kirişi şəhərində yerləşir.
7 303
Martın 11-də İraqda qəzaya uğrayan və 6 ekipaj üzvünün hamısının həlak olduğu ABŞ-a məxsus KC-135 yanacaqdaşıyan təyyarəsinin dağıntıları.
7 303
Putin İranla bağlı:
Yaxın Şərqdəki münaqişənin nəticələrini dəqiq proqnozlaşdırmaq hələ də çətindir.
Mənə elə gəlir ki, hətta bu münaqişədə iştirak edən tərəflər belə nə baş verəcəyini proqnozlaşdıra bilmirlər.
7 303
Təsəvvür etki döyüşdəsən, mövqe almısan və növbəti mövqeyə hücuma hazırlaşırsan. O sırada havadan belə bir səs gəlir.
7 303
İranda döyüş patrolunda hava müdafiə pusqusu.
Şəkildə Çin istehsalı QW-18 DZRK-dır.
Bunun İran versiyası Misagh-2 də ola bilər. İran nüsxələrində adətən orijinal sistemin indeks və işarələməsi saxlanılır.
7 303
Qara dənizdə Bosfor boğazı yaxınlığında, Ukrayna dronları tərəfindən Novorossiyskdən yola çıxan Türkiyəyə məxsus ALTURA neft tankerinə hücum edilib.
Məlumata görə, gəminin körpüsü və mühərrik bölməsi zədələnib. Tanker 140 min ton neft daşıyırdı.
Tankerə Türkiyə Hərbi Dəniz Qüvvələri və ölkənin Sahil Mühafizə Xidmətinə məxsus ERV Nene Hatun xilasedici gəmi tərəfindən yardım göstərilib.
7 303
+9
Dünən Qavian-Peişotu şəhərində Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın iştirakı ilə Braziliyada yığılmış ilk F-39E Gripen qırıcı təyyarəsinin təqdimat mərasimi keçirilib.
Braziliya Hərbi Hava Qüvvələri komandanlığı tərəfindən 2014-cü ilin oktyabrında 36 təyyarənin (28 təkyerlik və 8 ikiyerlik) hazırlanması və istehsalını əhatə edən, dəyəri 39,3 milyard İsveç kronu (5,4 milyard dollar) olan müqavilə imzalanıb.
7 303
Netanyahu:
Biz İran rejiminin hədəflərinə qarşı güclü zərbələr endirməyə davam edirik.
7 303
Elə yoxlayır elə bil nəsə təzə bir model falandır. Bildiyimiz AK-dırda qara rəng vurublar.
7 303
Zimbabve bildirir ki, Ukrayna müharibəsində 15 vətəndaşı həlak olub, və 66 nəfər isə hələ də xaricdə qalıb.
7 303
Trampın “son zərbə” variantları:
Xarq (Kharg) adasının ələ keçirilməsi və ya blokadaya alınması.
Larak adasına nəzarətin ələ keçirilməsi (Hörmüz boğazına nəzarət üçün açar mövqe).
Əbu Musa və yaxın adaların ələ keçirilməsi (boğazın strateji giriş nöqtəsi).
Regionda İran neft tankerlərinin bloklanması və ya ələ keçirilməsi.
Nüvə və enerji obyektlərinə genişmiqyaslı hava zərbələrinin endirilməsi.
Daha ekstremal variant kimi İran daxilində nüvə materiallarının ələ keçirilməsi üçün quru əməliyyatları.
7 303
ABŞ danışıqlar uğursuz olacağı təqdirdə İrana qarşı “son zərbə” variantlarını hazırlayır. Bu variantlara əsas adaların ələ keçirilməsi, neft marşrutlarının blokadaya alınması və genişmiqyaslı hava zərbələri daxildir.
Lakin hələlik yekun qərar verilməyib.
Available now! Telegram Research 2025 — the year's key insights 
