Ormilitarism
Open in Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Show more7 282
Subscribers
-1124 hours
-197 days
-7730 days
Posts Archive
7 282
İran Hərbi Dəniz Qüvvələrinin "Mowj" sinifi "Dena" freqatı Şri-Lanka sahillərində ABŞ sualtı qayığı tərəfindən batırılıb.
Sinqapurun "The Straits Times" qəzetinin məlumatına görə, Şri-Lanka martın 4-də adanın ərazi suları yaxınlığında batan gəmidən 32 ağır yaralı dənizçini xilas edib, qalan 148 nəfər isə hələ də axtarılır.
Gəmi Hindistanda keçirilən "International Fleet Review 2026" (MILAN 2026) beynəlxalq dəniz təlimlərindən qayıdırdı.
7 282
Bütün bunlar öz sırası ilə ABŞ-ın digər mövqelərdən Yaxın Şərqə hazır HHM komponentlərinin gətirilməsinə yol aça bilər. Bu isə böyük boşluqların yaranmasıdır.
7 282
Sarsılmış hava müdafiə zəncirinin nəticələri nələr ola bilər?
1. Regional hava və raket hücumundan müdafiə torunda müvəqqəti boşluq yarana bilər. AN/TPY-2 tipli radarlar THAAD sisteminin əsas sensor komponentidir və ballistik raketlərin erkən mərhələdə aşkarlanması üçün nəzərdə tutulub. Eyni şəkildə AN/FPS-132 uzaqmənzilli erkən xəbərdarlıq funksiyası daşıyır. Bu tip radarların zədələnməsi aşkar etmə məsafəsini və reaksiya müddətini azalda bilər.
2. Komanda-idarəetmə və məlumat mübadiləsi zəncirinə təsir mümkündür. AN/GSC-52B kimi sistemlər peyk rabitəsi üzərindən strateji məlumat ötürülməsini təmin edir. Küveytdə peyk infrastrukturu ilə əlaqəli obyektlərin sıradan çıxması regional koordinasiyada gecikmələr yarada bilər.
3. Bu cür zərbələr çəkindiricilik balansına təsir göstərir. Əgər hücumlar genişmiqyaslı və koordinasiyalı olubsa, bu, İranın ABŞ və müttəfiqlərinin yüksək texnoloji müdafiə infrastrukturunu hədəfə ala bildiyini nümayiş etdirmək məqsədi daşıya bilər. Bu isə həm hərbi planlamada, həm də siyasi mesajlaşmada rol oynayır.
4. ABŞ və tərəfdaş ölkələrin cavab tədbirləri gündəmə gələ bilər. Buraya əlavə HHM sistemlərinin yerləşdirilməsi, mobil radarların gətirilməsi, dəniz platformalarından sensor dəstəyi və ya preventiv təhlükəsizlik tədbirlərinin gücləndirilməsi daxil ola bilər.
7 282
+3
Lap dəqiq yazaq
• 2 AN/GSC-52B radarı (Bəhreyn)
• 3 radom (Arifcan bazası, Küveyt)
• 1 AN/TPY-2 THAAD radarı (BƏƏ)
• 1 AN/TPY-2 THAAD radarı (İordaniya)
• 1 AN/FPS-132 radarı (Qətər)
• 8 peyk rabitəsi ilə əlaqəli bina/qurğu (Küveyt)
• Bir radom yaxınlığındakı sahə, ola bilsin AN/TPY-2 radarı zərbəsi (Şahzadə Sultan aviabazası, Səudiyyə Ərəbistanı)
7 282
İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində İranın Mi-17 helikopteri məhv edilib.
7 282
Şimal-qərbdə kürd qruplarının aktivliyi var.
Bəzi iddialara görə İranın hal hazırda İraq istiqamətində vurduğu zərbələr əraziyə yığılmış silah sursatın zərərsizləşdirilməyi üçündür.
Planda ordakı qüvvələrin silahlanaraq quru ilə İrana daxil olması nəzərə alınmış ola bilər.
7 282
SEPAH bəyan edib ki, sərhədi keçərək əməliyyatlar həyata keçirməyi planlaşdıran İraq Kürdüstanındakı separatçı qrupları hədəfə alıb.
7 282
İsrail F-35 ilə Tehran üzərində İranın YAK-130 döyüş təyyarəsini vurub.
Bu, F-35-in bir müharibədə ilk hava qələbəsidir.
7 282
İranın kamikadze tipli pilotsuz uçuş aparatı Bağdad yaxınlığında yerləşən “Victoria” adlı ABŞ hərbi bazasına zərbə endirib.
7 282
Efirdə ardıcıl rəqəm və ya hərf kombinasiyaları səsləndirilir.
Mesajı qəbul edən şəxs adi qısa dalğa radiosu ilə yayımı dinləyir.
Əvvəlcədən verilmiş şifrələmə cədvəli və ya kod kitabı vasitəsilə məzmunu anlayır.
Bu metodun əsas üstünlüyü internet və ya ikitərəfli rabitə tələb etməməsidir. Qəbul edən tərəf yalnız dinləyici mövqeyində olduğu üçün onun yerini müəyyənləşdirmək praktiki olaraq çox çətindir. Bir növ maşındakı radio kimi.
Müşahidə olunan son yayımın İranla bağlı mümkün kəşfiyyat fəallığı ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Bunun konkret hansı ölkə və ya qurum tərəfindən həyata keçirildiyi barədə isə açıq və təsdiqlənmiş məlumat yoxdur.
7 282
X-də maraqlı bir paylaşım edilib.
Radio həvəskarları 7910 kHz tezliyində fars dilində yayımlanan qeyri-adi siqnallar qeydə alıblar. Müşahidiçələrə görə bu dildə belə tipli yayım uzun müddətdir müşahidə olunmurdu.
Bu səslər kəşfiyyat fəaliyyətləri ilə əlaqələndirilir. Həmişə müxtəlif ölkələrin xüsusi xidmət qurumları, bu üsuldan istifadə etdiyi iddia olunur. Məqsəd xaricdə fəaliyyət göstərən agentlərlə təhlükəsiz və iz buraxmayan rabitə qurmaqdır.
Available now! Telegram Research 2025 — the year's key insights 
