en
Feedback
Ormilitarism

Ormilitarism

Open in Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Show more
7 264
Subscribers
-824 hours
-167 days
-8630 days
Posts Archive
İslam İnqilabı Keşikçiləri Korpusunun Hava-Kosmik Qüvvələrinin komandanı: Son müharibə nəticəsində yaranan zərəri aradan qaldırmışıq və qüvvələrimiz tam döyüş hazırlığı vəziyyətindədir. Biz müdafiə baxımından tam imkanlara malikik və bizə qarşı ediləcək istənilən riskli addım qətiyyətli və güclü cavabla qarşılanacaq.

İranın Kəşfiyyat Xidməti bildirib ki, qonşu ölkədən ölkəyə gətirilə böyük miqdarda casusluq və sabotaj avadanlığı (o cümlədən Starlink terminalları) ələ keçirilib. Bildirilir ki, avadanlıq son etirazlar olan vilayətlərdə paylanmaq üçün nəzərdə tutulub. Əldə edilən avadanlıqlar arasında 100 uzaqmənzilli qəbul edici, 50 BTS siqnal gücləndirici, 743 5G modem və 799 smartfon var.

İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani: Biz İran xalqının əsas qatillərinin adlarını açıqlayırıq: 1- Tramp 2-
İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani: Biz İran xalqının əsas qatillərinin adlarını açıqlayırıq: 1- Tramp 2- Netanyahu

Tehranda morg.
+3
Tehranda morg.

Cənubi Koreya yerli istehsalı KF-21 Boramae döyüş təyyarəsinin bütün planlaşdırılmış inkişaf uçuş sınaqlarını tamamlayıb. 42
Cənubi Koreya yerli istehsalı KF-21 Boramae döyüş təyyarəsinin bütün planlaşdırılmış inkişaf uçuş sınaqlarını tamamlayıb. 42 ay ərzində təxminən 1 600 qəzasız uçuş həyata keçirilib. Supersəs sürəti ilə uçuş, AESA radar və silah atışları təsdiqlənib. 2030-cu illərin əvvəlinə qədər 120 təyyarənin istehsalı planlaşdırılır. Bu təyyarənin istehsalı heç bir vaxt milli qürur reklamı olaraq seçki kompaniyalarına poster olmamışdır.

İran 2021-ci ilin sonlarından bəri Rusiyaya təxminən 3 milyard dollar dəyərində raket təmin edib. Raket tədarükünə yüzlərlə F
İran 2021-ci ilin sonlarından bəri Rusiyaya təxminən 3 milyard dollar dəyərində raket təmin edib. Raket tədarükünə yüzlərlə Fath-360 qısa mənzilli ballistik raket, təxminən 500 digər qısa mənzilli raket və təxminən 200 hava-hava və ya hava-müdafiə raketi daxildir. 2021-ci ildən bəri Rusiyanın xərcləri 4 milyard dolları keçir, bu məbləğə Shahed-136 dronları, sursat və Rusiyanın Geran-2 dronlarını yerli istehsal edə bilməsi üçün texnologiya transferi daxildir.

Rza Pəhləvi: Əgər insanlar həqiqətən inanmasaydılar ki, mən onların naminə bunu edə biləcək və ya etibar ediləcək insanam, İranın hər bucağında, milyonlarla insan küçələrdə mənim adımı çağırıb geri dönməyimi istəməzdi.

Norah O’Donnell: İranlıları ölümə göndərmək məsuliyyətlidirmi? Siz bunun üçün bir qədər məsuliyyət daşıyırsınızmı? Rza Pəhləvi: Bu müharibədir və müharibənin itkiləri olur…

Meksika Prezidenti Şeynbaum: “Prezident Trampın hökuməti ilə bir çox məsələdə razılaşmırıq, amma qurucu bir münasibət qurmağa çalışırıq. Qonşu və ticarət tərəfdaşları olaraq, prinsiplərimizi möhkəm qoruyaraq birlikdə işləməliyik. Eyni zamanda, Meksikanın konstitusiyası və qanunlarına görə, terrorizm hökumətə qarşı törədilən hərəkətləri əhatə edir, təşkilatlanmış cinayətləri deyil. Buna görə, kartellər qanuni olaraq terror təşkilatları kimi təsnif edilə bilməz”

ABŞ-nin Nikolas Maduronu ələ keçirmə əməliyyatı zamanı Venesuelanın Rusiya istehsalı hava hücumundan müdafiə sistemləri (S-30
ABŞ-nin Nikolas Maduronu ələ keçirmə əməliyyatı zamanı Venesuelanın Rusiya istehsalı hava hücumundan müdafiə sistemləri (S-300, Buk-M2) işləməyib. Sistemlərdən bəziləri radarlara qoşulmayıb, digərləri isə anbarlarda olub. Bu səbəbdən ölkənin hava məkanı qorunmasız qalıb. Bu hadisələr korrupsiya, zəif texniki xidmət, sanksiyalar və Rusiyanın mümkün laqeydliyi ilə izah edilib. Maduronun “ən azı 5 000” daşınan zenit-raket kompleksinə sahib olduqlarını iddia etməsinə baxmayaraq, ABŞ zərbəsindən əvvəl cəmi bir buraxılış müşahidə olunub. Analitiklər ordunun praktiki olaraq hazırlıqsız olduğunu bildirib.

Çinin Xarici İşlər Nazirliyi: Çin ümid edir ki, İran hökuməti və xalqı mövcud çətinliklərin öhdəsindən gələcək və ölkədə sabitliyi qoruyacaq. Biz hər zaman digər ölkələrin daxili işlərinə müdaxilənin əleyhinəyik.

Çinin Xarici İşlər Nazirliyi Qrenlandiya ilə bağlı: ABŞ şəxsi maraqlarını güdmək üçün digər ölkələri bəhanə kimi istifadə etməməlidir.

Rza bir şeyi anlamaq lazımdır Ex-dən next olmur.

Rza Pəhləvi: Mən bilirəm ki, iranlılar bu məqsəd uğrunda ölməyə hazırdırlar və mən də eyni şəkildə hazıram.

Rusiya 2026-cı ilin əvvəlində Ukraynaya qarşı hava hücumları zamanı ilk dəfə olaraq yeni Geran-5 zərbə PUA-sından istifadə ed
Rusiya 2026-cı ilin əvvəlində Ukraynaya qarşı hava hücumları zamanı ilk dəfə olaraq yeni Geran-5 zərbə PUA-sından istifadə edib. Reaktiv mühərrikli dronun, uzunluğu təxminən 6 metr, qanad açıqlığı təxminən 5,5 metrdir. Təxminən 90 kq döyüş başlığı daşıyır və uçuş məsafəsi 1 000 km-ə qədərdir. Peyk naviqasiyasından (“Kometa”), və Geran-3-dən daha güclü reaktiv mühərrikdən istifadə edir. Tamamilə Rusiya istehsalı dizayn deyil. İranın Karrar PUA-sı ilə güclü oxşarlıqlar göstərir. Rusiya hava vasitəsindən buraxılış variantlarını, hətta hava-hava raketlərinin inteqrasiyası imkanını sınaqdan keçirir.

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf: Əgər ABŞ hərbi hücuma başlasa, həm işğal olunmuş ərazilər, həm də ABŞ-ın hərbi və dəniz nəqliyyatı mərkəzləri bizim üçün legitim hədəflər olacaq.

İran Ordusunun Baş Komandanı general Hatəmi: Bu gün düşmən şəhərlərdə asayişi və sakitliyi pozmağa, ölkənin ictimai təhlükəsi
İran Ordusunun Baş Komandanı general Hatəmi: Bu gün düşmən şəhərlərdə asayişi və sakitliyi pozmağa, ölkənin ictimai təhlükəsizliyini sarsıtmağa çalışır. Eyni düşmən, 12 günlük müharibə zamanı bu xalqın övladlarının qanına batan əllərə sahib olduğu halda, indi İran xalqını dəstəkləmək kimi saxta bəhanə altında yeni bir fitnə törətməyə cəhd edir. İran İslam Respublikasının Ordusu İranın cəsur və ayıq-sayıq xalqını diqqətli və müdrik olmağa çağırır.

Cənubi Afrika Respublikası Keyptaun yaxınlığında Rusiya, Çin və İranla birlikdə bir həftə davam edəcək birgə dəniz təliminə b
Cənubi Afrika Respublikası Keyptaun yaxınlığında Rusiya, Çin və İranla birlikdə bir həftə davam edəcək birgə dəniz təliminə başlayıb.

ABŞ üçün önəmli olan buradır, ABŞ-nin çoxda vecinədi xalqı kim qırır.

ABŞ-ın zərbə endirməsi İranda nəyi necə kökündən dəyişə bilərki? ABŞ böyük bir güclə tam resurslu zərbəyə qərar verərsə bunun üçün əvvəlcədən böyük bir güc ilə hazırlaşmalı məcburidir. Bölgədə belə bir güc hazırda yoxdur. Nöqtə zərbə endirə biləcək hərbi güc mövcuddur lakin yetərli deyil. İran balaca ölkə deyil. Bu güc sadəcə İranda hazırda ayağa qalxmış xalq üçün motivasiya xarakterli ola bilər və ABŞ arxanızdadır mesajını aşılaya bilər. Lakin İran üçün ciddi təhlükə yarada bilməz.